Məhkəmə qərarları › İş №2(103)-2800/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2800/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2800/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Eduardoviçin Cavabdeh qarşı gələcəkdə ödənilməli olan aliment məbləğinin 3000 (üç min) manat hissəsindən azad edilməsinə dair mülki iş üzrə (Açar sözlər: iddiaçı tərəfindən gələcəkdə ödənilməli olan aliment məbləğinin 3000 (üç min) manat hissəsindən azad edilmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-826/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Eduardoviç ilə Cavabdeh arasında 3 saylıBakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan 21 iyun 2009cu il təvəllüdlü Rudenko Əndrü Edvard Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü Rudenko Elisa Andreyevna və 17 iyul 2014-cü il təvəllüdlüRudenko Alina Andreyevnanın anaları Cavabdeh yanındaqalmaları; yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü Rudenko Əndrü Edvard Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü Rudenko Elisa Andreyevna və 17 iyul 2014-cü il təvəllüdlü Rudenko Alina Andreyevnanınyetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdehxeyrinə ödənilməsi və alimentin tutulma müddətinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14189/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2535/2020 saylı, 23 iyun 2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14189/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Eduardoviç Cavabdeh qarşı “İddiaçı Eduardoviçi 25 iyun 2011-ci il təvəllüdlü Rudenko Elisa Andreyevnanın və ya 17 iyul 2014-cü il təvəllüdlü Rudenko Alina Andreyevnanın saxlanılmaları üçün iddiaçı tərəfindən gələcəkdə ödənilməli olan aliment məbləğinin 3000 (üç min) manat hissəsindən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə tərəflərin övladları 25 iyun 2011-ci il təvəllüdlü Rudenko Elisa Andreyevnanın və ya 17 iyul 2014-cü il təvəllüdlü Rudenko Alina Andreyevnanın Cavabdeh yanında saxlanılması və müvafiq miqdarda alimentin tutulması qət edilsə də, 2020-ci ilin iyul-avqust ayları ərzində İddiaçı Eduardoviç keçmiş arvadı və uşaqları ilə eyni mənzildə yaşamış və onların zəruri xərclərini qarşılamışdır. Bu səbəbdən, müvafiq dövr üzrə ödənilməli olan aliment məbləğindən azad edilməlidir. İddiaçı tərəf iddianın əsası kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2799/2021 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində “məhkəmə kollegiyası qəbul edir ki, alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra onun dəyişdirilməsi və ya aliment ödənilməsindən azad olunma ilə məsələlərə yenidən baxıla bilər” fikrinə istinad edir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-826/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsinə (hakim Fariz Əlizadə) əsasən, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5253/2021 saylı, 16 noyabr 2021-ci il tarixli Qərarında əks edilən hüquqi mövqeləri və müəyyən edilmiş faktları nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5253/2021 saylı, 16 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası qəbul edir ki, alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra onun dəyişdirilməsi və ya aliment ödənilməsindən azad olunma ilə məsələlərə yenidən baxıla bilər. Belə ki, AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin, iddiaçının hazırki tələbi bu istiqamətdə olmamaqla, dolayısı ilə qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia 21 iyun 2009-cu il təvəllüdlü Rudenko Əndrü Edvard Andreyeviçə aid hissədə əsassızdır və irəli sürülmüş faktiki tələb uğurlu olmamaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Lakin, hazırki iddia tələbinin rədd olunması iddiaçını digər əsaslardan çıxış edərək qanunvericiliyin tələblərinə uyğun yeni iddia irəli sürmək imkanlarını istisna etmir. Bununla yanaşı, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri də nəzərə alaraq hesab edir ki, iddia təmin olunmuş qalan hissələrdə də rədd olunmalıdır.” Məhkəmə qətnaməsi ilə tərəflərin övladları 25 iyun 2011-ci il təvəllüdlü Rudenko Elisa Andreyevnanın və ya 17 iyul 2014-cü il təvəllüdlü Rudenko Alina Andreyevnanın Cavabdeh yanında saxlanılması və müvafiq miqdarda alimentin tutulması qət edilsə də, 2020-ci ilin iyul-avqust ayları ərzində İddiaçı Eduardoviç keçmiş arvadı və uşaqları ilə eyni mənzildə yaşamış və onların bütün maddi xərclərini qarşılamışdır. Məhkəmə yuxarıda şərh edilən dəyişikliyi nəzərə almadan bu maddi hüquq normasını tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı Eduardoviç (tərcüməçi Əhmədova Rima Şamil qızı) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

8. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

9. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-826/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, hazırki iddia tələbinin əsasını “məhkəmə qətnaməsi ilə tərəflərin övladları 25 iyun 2011-ci il təvəllüdlü Rudenko Elisa Andreyevnanın və ya 17 iyul 2014-cü il təvəllüdlü Rudenko Alina Andreyevnanın Cavabdeh yanında saxlanılması və müvafiq miqdarda alimentin tutulması qət edilsə də, 2020-ci ilin iyul-avqust ayları ərzində İddiaçı Eduardoviç keçmiş arvadı və uşaqları ilə eyni mənzildə yaşamış və onların zəruri xərclərini qarşılamışdır” təşkil edir.

22. Kollegiya qeyd edir ki, atanın ailə və ya övladları ilə daimi və ya müvəqqəti olaraq birlikdə yaşaması onu aliment öhdəliyindən azad etmir. Aliment hüquq institunun mahiyyəti valideynin övladı saxlamaq vəzifəsindən doğur. Yəni, ər-arvad boşansa da, boşanmasa da, birlikdə və ya ayrılıqda da yaşasalar, dünyaya gətirdikləri övladlarını saxlamaqla mükəlləfdirlər. Tərəflər arasında bu barədə razılıq olmadıqda isə alimentin məbləği məhkəmə qaydasında tutulur. Mübahisə predmeti olan aliment məbləği isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı yaranmış məbləğdir. İlk öncə, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına müdaxilə, məhkəmələr və ya digər subyektlər tərəfindən maneələrin törədilməsi qadağandır. Bundan əlavə, hazırki iddia tələbi ilə əlaqədar olaraq 3000 manat məbləğində alimentdən azad edilməsinin hüquqi əsasları mövcud deyildir. Yuxarıda qeyd olunduğu kimi, atanın 1 aylıq müddətə müvəqqəti olaraq uşaqları ilə yaşaması müvafiq dövrə münasibətdə onun aliment öhdəliyinə xitam verilməsinə hüquqi əsas kimi çıxış edə bilməz. Əgər həmin dövrdə ata aliment məbləğindən başqa uşaqlara əlavə xərclər də çəkmişsə, həmin xərclər məhkəmə qətnaməsinin icrası ilə bağlı deyildir. Həmçinin, uşaqların qayğısına maksimum qalmaq müsbət qiymətləndirilir. Məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası gələcəkdə də təmin edilməlidir. Əgər ümumi əsaslarla alimentin azaldılması və ya alimentdən azad etmə ilə bağlı hallar yaranarsa məhkəməyə müraciət edilə bilər.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-826/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar