Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2805/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı əmlakın geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair ilk, iddiaçı X3 cavabdeh İddiaçı qarşı əmlakın geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(001)-2382/2020 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona məxsus 250 manat dəyərində 1 ədəd qaz peçinin, 180 manat dəyərində hava təmizləyicisinin, 2 ədəd hər birinin dəyəri 350 manat olan qaz sobasının, 1 ədəd 300 manat dəyərində kombaynın, hər biri 180 manat dəyərində 4 ədəd stulun, 40 manat dəyərində 1 ədəd mikserin, habelə birgə nikah dövründə əldə olunmuş 800 manat dəyərində 1 ədəd televizorun, 40 manat dəyərində Atv plus aparatının, 10 manat dəyərində Atv plus kartının, 320 manat dəyərində 1 ədəd tozsoranın, 130 manat dəyərində 1 ədəd ətçəkənin, 35 manat dəyərində 1 ədəd ev telefonunun, 20 manat dəyərində 1 ədəd kranşteynin, ümumilikdə 3.545 manat dəyərində əşyaların, onlar olmadıqda dəyərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus 4000 manat dəyərində briliant komplektin (brilliant üzük, sırğa, sep), 1200 manat dəyərində brilyant qaşlı nişan üzüyünün, 900 manat dəyərində toyda hədiyyə edilən iki üzüyün alınması, həmin əşyalar olmadığı təqdirdə onların ümumi dəyəri olan 6100 manat məbləğində pulun alınıb ona verilməsi, birgə nikahdan olan uşağa istifadə etdiyi əşyaların (tozsoran, kombayn), valideyninin cehiz aldığı əşyaların (televizor, ətçəkən) onda qalması və birgə nikah dövründə əldə edilən əşyaların (mikser, ev telefonu, mikrodalğalı soba) dəyərinin ödəniləcəyi təqdirdə İddiaçı qaytarılması və apardığı əşyaların (60 manat dəyərində pastel dəsti, 350 manat dəyərində qaz sobası, 600 manat dəyərində videokamera) dəyərinin yarısının, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(001)- 2382/2020 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Həmin qətnamədən X5 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və İddiaçı iddiasının rədd edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmununu İddiaçı cavabdehə məxsus 4000 manat dəyərində brilyant komplektin (brilyant üzük, sırğa, sep), 1200 manat dəyərində brilyant qaşlı nişan üzüyünün, 900 manat dəyərində toyda hədiyyə edilən iki üzüyün alınması, həmin əşyalar olmadığı təqdirdə onların ümumi dəyəri olan 6100 manat məbləğində pulun alınıb ona verilməsi təşkil edir. Məhkəmə kollegiyasının iclasında X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. X1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, X5 qətnamənin yalnız qızıl zinət əşyaları ilə bağlı hissəsini mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, X5 həmin qızıl zinət əşyalarının qarşı tərəfdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(001)- 2382/2020 saylı qətnaməsi X3 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2805/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2805/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver