Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2812/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, Cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 12 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və bağlanmamış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 12 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı, X11 və onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı, X11 və onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsinin xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı, X11 və iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsinin xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evdə yerləşən 52 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı ilə X11 arasında xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsi əsasında cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı ilə X11 arasında xx.xx.2015-ci il tarixli 61B8/13- 3 saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana istehlak məqsədi ilə 48 ay müddətinə xx.xx.2019-cu il tarixədək illik 20 faiz olmaqla 60.778 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana istehlak məqsədi ilə 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 20 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit xətti müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı, X11 və İddiaçı arasında xx.xx.2013-cü il tarixli 61 Bi8/13 saylı ipoteka müqaviləsi bağlanmış və iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evdə yerləşən 52 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. X19 Xətti müqaviləsində, həmçinin ipoteka müqaviləsində qanunvericiliyin əsas tələbləri olan mühüm şərtlər, o cümlədən faizlər qeyd edilməmişdir. X6 bağlanarkən həmin faiz dərəcələri barədə iddiaçının razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir: kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Göründüyü kimi cavabdeh “xxxxxxx” KB ASC-nin 8 saylı filialı, X11 və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61 Bi8 13 saylı ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə və xx.xx.2015ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməlidir. Cavabdeh xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə prosesində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar xx xxxxxxxx 2019-cu il tarixli qərardadına istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Həmin qərardadın qət etdi hissəsində deyilir: “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarı həmin qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Lakin hal-hazırkı məhkəmə mübahisəsi üzrə heç bir qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir. Belə ki, iddiaçı “xxxxxxx” KB ASC İddiaçı və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və s.” tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilinin ilkin satış qiyməti 82.000 manat müəyyən edilməklə açıq hərrac vasitəsilə satışının təşkil edilməsi və s. qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Apellyasiya Məhkəməsində icraat hal-hazırkı iddiaya görə dayandırılmışdır. Göründüyü kimi heç bir qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadığından hal-hazırkı iddiaya münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarı tətbiq edilməlidir. Həmin qərara əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 12 saylı Notariat KontoruN səlahiyyətli nümayənjdələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdeh “xxxxxxx” KB ASC-nin səlahiyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “xxxxxxx” KB ASC-nin 8 saylı filialı (Borcverən) ilə X11 (Borcalan) arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 61B8/13 saylı X15nin surətindən görünür ki, Borcverən Borcalana ******* manat məbləğində 60 ay müddətinə xx xxxxxx 2018-ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində X6 bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.-ci bəndinə əsasən kreditin məlbəğinə hesablanmış faizlərin və kredit ödənişlərinin, məqsədləri və digər şərtlərinin Tərəflərin razılığı ilə X6 ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxxxxx” KB ASC-nin 8 saylı filialı (İpoteka saxlayan), İddiaçı (İpoteka qoyan) və X11 (Borcalan) arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 61B8/13 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan müqavilənin 1.2. maddəsində nəzərdə tutulmuş X15 üzrə və X15 ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq X6 üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixində 1273 nömrəli reyestr kitabının 115995 nömrəli vərəqində, reyestr nömrəsi **********20-05101-093028, qeydiyyat nömrəsi ********** qeydiyyatı aparılmış, MA seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzili(bundan sonra “İpoteka predmeti”) “İpoteka saxlayana” ipoteka qoymağı, İpoteka saxlayanla Borc alan arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 61B8/13 saylı X7 görə borcverən (İpotekasaxlayan) borcalana ******* (bir milyon) manat məbləğində 60 ay müddətinə xx xxxxxx 2018-ci il tarixinədək X15 çərçivəsində X6 bağlamlmaqla kredit verməyi, borcalan isə krediti və kreditdən istifadəyə görə X3 nəzərdə tutulmuş faizləri X4 ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın ssuda hesabına daxil olduğu müfaviq günündə) borcverənə İpotekasaxlayana) ödəməyi öhdəsinə götürmüşdür. Bu Müqavilənin 1.1. bəndində nəzərdə tutulmuş ipoteka predmeti xx xxxxxx 2013-cü il tarixli 61B8/13 saylı X15 üzrə və X15 ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq X6 üzrə Borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu Müqavilənin 1.1. bəndində göstərilən daşınmaz əmlaka dair İpoteka saxlayanın ipoteka hüququ X15 çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, X15 çərçivəsində X6 bağlamlmaqla borcalan tərəfindən alman bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. İş materiallarında olan “xxxxxxx” KB ASC-nin 8 saylı filialı (Borcverən) ilə X11 (Borcalan) arasında bağlanmış xx xxxxxxx 2015-cü il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 48 ay müddətinə illik 20 faiz olmaqla 60778 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxxx” KB ASC-nin 8 saylı filialı (Borcverən) ilə X11 (Borcalan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki,bank borcalana istehlak məqsədi ilə 36 ay müddətinə illik 06 faiz olmaqla 15000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-14/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Levent Afət Şahmar qızından xx.xx.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44.099,20 ABŞ dolları məbləğində əsas borcun, 8991,50 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 53.090,70 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, xx.xx.2015ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14.478,42 manat, faiz borcu üzrə 352,30 manat, cərimə borcu üzrə 500 manat, cəmi 15.330,72 manat, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi,tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin, 52 saylı mənzilim yönəldilməsin və ilkin satış qiyməti 82000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər Levent AfətŞahmar qızı, İddiaçı, X12, X5 və X8 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh Levent Afət Şahmar qızının iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-5953/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-14/2018 saylı qətnaməsindən cavabdeh Levent AfətŞahmar qızı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunması, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)- 14/2018 saylı qətnaməsinin cavabdeh Levent AfətŞahmar qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7843/2018 saylı Qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Levent Afət Şahmar qızının cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiaçı rədd edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Levent Afət Şahmar qızı ilə "xxxxxxx” KB ASC-nin 8 saylı filialı arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli 61 B8/13-2 saylı və xx xxxxxxx 2015-ci il tarixli 61 B 8/13-3 saylı kredit müqavilələrinin ləğv edilməsi qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci tarilxi qərarı ilə cavabdeh “xxxxxxx” Kommersiya Bank ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı Levent Afət Şahmar qızının cavabdeh "xxxxxxx”xxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi barədə” iddiası rədd olunmuşdur.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7843/2018 saylı Qərarına əsasən Levent Afət Şahmar qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zamini və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin, Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli, habelə bu Qərarda ifadə edilmiş hüquqi mövqeləri tamamlayan 2019-cu il 25 iyul tarixli Qərarların hansı dövrdən yaranmış hüquq münasibətlərinə şamil edilməli olduğu və bu qərarların artıq məhkəmələrin icraatında olan işlərə tətbiqinin mümkünlüyü məhkəmə təcrübəsində yenidən fikir ayrılığına səbəb olduğundan bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərarı qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərarına əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Hazırkı mübahisədə isə qeyd olunan qərarlar qüvvəyə minənədək iddiaçının belə bir tələbi olmamışdır. Belə ki, iddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə xx xxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə isə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaq, həmin ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, daha sonra isə iştirak etdiyi məhkəmə iclasında onun nümayəndəsi və vəkili ikinci dəfə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsinin həm bağlanmamış hesab edilməsi, həm də etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək hazırda məhkəmənin icraatında olan mübahisənin predmeti iddiaçının xx xxx 2019-cu il tarixli iddia ərizəsi əsasında ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı olmuşdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, tələbin predmeti Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə mindikdən sonra dəyişdirildiyindən həmin Qərarlar (2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli) hazırki mübahisəyə şamil olunmur. Göründüyü kimi, cavabdeh "xxxxxxx”xxxxxxxxxxxxxxxxx” ASC tərəfindən məhkəməyə hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi ərizəni araşdıraraq, onu əsaslı hesab etmişdir Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qeyd olunan Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2812/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2812/2020
27.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver