Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2828/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı (Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “barışıq sazişinin etibarsız hesab edilməsi, uşaqların atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişi, iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X17, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli Barışıq Sazişinə əsasən: - Tərəflər, 11 iyun 2015-ci il tarixində aralarında bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlmişlər. - İkinci tərəf X10 birgə nikahlarından doğulmuş – xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X8 atası Cavabdeh1 yanında qalmasına razıdır, buna etiraz etmir. - Tərəflər razılaşırlar ki, Cavabdeh1 birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019- cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər X2 aliment tələb etmir.
2. Siyəzən Rayon Məhkəməsinin 2(059)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə X10 arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 iyun 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2(105)- 1026/2024 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı mülki işin icraatına 20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanması tələbinə aid hissədə xitam verilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/766 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X11 hal-hazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında gərginlik və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. xx.xx.2019-cu il təvəllüdlü X14 ekspertlə ünsiyyətə girmədiyindən, verilən sualları cavablandırmadığından, ona test və metodikaları tətbiq etmək və məhkəmə-psixoloji ekspertizasını keçirmək mümkün olmadığından barəsində ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. X11 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsoxoloji ekspertizasının səlahiyyətinə aid deyildir. X11 halhazırda atası Cavabdeh1 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası X5 bağlılığı müəyyən olunmur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən 2(004)-3527/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi iddiaçı X5 müvəqqəti olaraq övladları – 20 avqust 2017-ci il təvəllüdlü X16 və 21 iyul 2019-cu il təvəllüdlü X14 ilə hər həftənin bazar günü saat 12:00- dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qərara alınmışdır.
6. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilmiş 20 avqust 2017-ci il təvəllüdlü X16 ifadəsində bildirmişdir ki, 7 yaşı var. 2-ci sinifdə oxuyur. Atası, ata nənəsi, ata babası, əmisi, əmisinin həyat yoldaşı ilə birlikdə yaşayır. Yeməyi ata nənəsi bişirir. Dərslərini yaxşı oxuyur. Atası dərslərinə köməklik edir. Anası ilə görüşür. Anası onları digər nənəsigilə aparır. Anası ilə birlikdə yaşamaq istəmir. Atası ilə birlikdə yaşamaq istəyir. Ana nənəsigildə ana nənəsi, ana babası, anası, dayısı, dayısının həyat yoldaşı yaşayır. Atası onu döymür. Anası ona dərs oxumayanda sillə vurmuşdu. Anası ilə görüşərkən anası onu döymür. Anasını çox istəmir. Atası, ata nənəsi onu, qardaşını heç vaxt döyməmişdir.
7. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilmiş 21 iyul 2019-cu il təvəllüdlü X14 ifadəsində bildirmişdir ki, 6 yaşı var. 1-ci sinifdə oxuyur. Dərslərini yaxşı oxuyur. Dərslərində nənəsi ona köməklik edir. Atası ilə yaşayır. Anası onunla birlikdə yaşamır. Anasının onunla birlikdə yaşamağını istəyir. Anası ilə görüşür. Ata nənəsi, atası onu döyür. Onlar onu dərs oxumayanda döyürlər. Anası onu döymür. Anası ilə birlikdə yaşamaq istəyir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
8.İddiaçı X10 xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı Cavabdeh1 ilə aralarında cavabdeh Bakı 13 X4 rəsmiləşdirilmiş 10 iyul 2023-cü il tarixli MŞB/13/2023-000959 nömrəli “barışıq sazişi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən qəyyumluq və himayəçilik komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və X3 adından yazılmış, lakin yazı xətti ona məxsus olayan izahatın etibarsız hesab edilməsi və 20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X6 himayəsinə verilməsi və uşaqların saxlanılması üçün Cavabdeh1 Şeybətəli oğlundan hər uşağa 235 manat olmaqla ümumilkdə hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçın xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh1 ilə aralarında Bakı 13 X4 10 iyul 2023-cü il tarixdə MŞB/13/2023-000959 nömrəli “barışıq sazişi“ bağlanmışdır. Həmin qeyd olunan sazişdə 11 iyun 2015-ci il tarixdə cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə, birgə nikahlarından doğulmuş 20 avqust 2017-ci il təvəllüdlü X16 və 21 iyul 2019-cu il təvəllüdlü X14 adlı övladlarının cavabdehin yanında qalmasına və onların yetkinlik yaşına çatana qədər ondan aliment tələb edilməməsi barədə razılığa gəlindiyi göstərilir. Lakin Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onunla cavabdeh arasında bağlanılmış 10 iyul 2023-cü il tarixli MŞB/13/2023- 000959 nömrəli “Barışıq sazişi” formal xarakter daşıyır. Belə ki, həmin barışıq sazişində uşaqlarının atalarının yanında saxlanılmasına dair verdiyi razılıq onun həqiqi iradə ifadəsini əks etdirmir. Bildirir ki, həmin qeyd olunan barışıq sazişində verdiyi razılığı fiziki və psixoloji məcburiyyət təsiri altında vermişdir. Belə ki, keçmiş həyat yoldaşı Cavabdeh1 uşaqlara aliment ödəməkdən boyun qaçırtmaq üçün ona psixoloji təsir göstərməklə və müxtəlif yalan bəhanələr gətirərək onu qanunsuz təsiri altına alaraq həmin barışıq sazişini ona imzalatmışdır. Həmin “barışıq sazişi” etibarsız sayılmalıdır, çünki həmin barışıq sazişində onun həqiqi iradə ifadəsi əks olunmayıb Keçmiş həyat yoldaşı birgə nikah dövründə mütəmadi olaraq onu döymüşdür. Sonuncu dəfə 03 fevral 2024-cü il tarixdə Siyəzən RPŞnə müraciət edərək, həmin tarixdə Siyəzən rayonu Böyük Həmyə kəndində yaşadıqları ünvanda keçmiş həyat yoldaşı X7 ilə aralarında yaranmış mübahisə zəmnində döyülməyi və sağlamlığına xəsarət yetirildiyi barədə məlumat vermişdir. Aparılmış təhqiqat zamanı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Siyəzən RPŞ-nə daxil olmuş MTE-nın xx.xx.2024-cü il tarixli 25 saylı rəyindən görünür ki, bədəninin müxtəlif hissələrində müxtəlif qançır və xəsarət izləri aşkar edilmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh1 olğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə uyğun inzibati qaydada tədbir görülmüşdür. Birgə nikah dövrü ərzində də müxtəlif bəhanələr gətirərək onu döymüş və ona qarşı nalayiq ifadələr işlədərək şəxsiyyətini alçaltmışdır. 13 X4 barışıq sazişi bağlanmamışdan öncə keçmiş həyat yoldaşı onu ilk olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Azərhüquq” mərkəzinə aparmış və orada hüquq mərkəzinin müdiri Azər adlı şəxslə birlikdə ona hədə-qorxu gələrək onun həmin barışıq sazişinə razı olmağını tələb etmişlər. Belə ki, əgər onlarla razılaşmayacağı təqdirdə övladlarına hər hansı fiziki və ya mənəvi, habelə barəsində şəxsi və ailə həyatı sirri olan məlumatları yayacaqları, rüsvay edəcəkləri barədə hədələyərək onu 13 saylı Mediasiya Təşkilatına aparmışlar. Məcburiyyət təsiri altında çarəsiz qalaraq övladlarının atalarının yanında qalmalarına dair “barışıq sazişinə” qol çəkməyə məcbur olmuşdur. Övladlarından imtina etmək istəməmişdir, onların onun yanında qalmalarını və onların tərbiyə edilməsi və saxlanılmaları ilə özü məşğul olmaq istəyir. Belə ki, uşaqlarının onun yanında qalması onların mənafelərinə uyğundur, habelə onların mənəvi, psixi və fiziki inkişafına müsbət təsir göstərəcəkdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X8 atası Cavabdeh1 alınaraq anası X3 himayəsinə verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqlar anaya təhvil verildiyi tarixdən başlayaraq Cavabdeh1 X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının dəyəri 120 (yüz iyirmi) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə ilkin olaraq iddia tələbinin “Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən qəyyumluq və himayəçilik komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və X3 adından yazılmış, lakin yazı xətti ona məxsus olayan izahatın etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissəsinə münasibətdə iddiasını əsaslı edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Müvafiq barışıq sazişinin təzyiq və ya hədə-qorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, Cavabdeh1 ilə X10 arasında Bakı 13 X4 bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli Barışıq Sazişi qanunvericilikə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, müvafiq barışıq sazişinin etibarsızsızlığı üçün əsasların olmamasına baxmayaraq, iddiaçı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi ilə bağlı tələb irəli sürə bilər. İddia tələbinin “20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X6 himayəsinə verilməsi” hissəsinə münasibət bildirərək, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır.
14. Məhkəmə hesab etmişdir ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların azyaşlı olması, hal-hazırda ana qayğısına daha çox ehtiyaclarının olması və digər mənafeləri, həmçinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, məhkəmə araşdırması zamanı uşaqlara kənar təsirin müəyyən edilməsi nəzərə alınaraq, xx.xx.2017ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X14 atası Cavabdeh1 alınaraq anası X3 himayəsinə verilməlidir. Məhkəmə göstərilən xüsusatları, xüsusən də uşaqların mənafelərini nəzərə almaqla hesab edir ki, uşaqların təlim-tərbiyəsinin və təhsilinin inkişafı, psixoloji travma almadan yetişməsi, bir sözlə gələcək inkişafı baxımdan analarının himayəsinə verilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “uşaqların saxlanılması üçün Cavabdeh1 Şeybətəli oğlundan hər uşağa 235 manat olmaqla ümumilkdə hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçın xeyrinə ödənilməsi” hissəsində də təmin edilməlidir. 15.Yekun olaraq məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X14 atası Cavabdeh1 alınaraq anası X3 himayəsinə verilməli, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqlar anaya təhvil verildiyi tarixdən başlayaraq Cavabdeh1 X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 33.3-cü; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 52, 60.1, 60.2, 60.3, 60.4, 75.1-75.4, 78.1, 110.1, 110.2-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 8, 13 və 17-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarınına, “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3, 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20 avqust 2017-ci il təvəllüdlü X16 psixoloqun iştirakı ilə dindirilərkən ifadəsində bildirdi ki, 7 yaşı var, 2-ci sinifdə oxuyur, atası, ata nənəsi, ata babası, əmisi, əmisinin həyat yoldaşı ilə birlikdə yaşayır, yeməklərini ata nənəsi bişirir, dərslərini yaxşı oxuyur, atası dərslərinə köməklik edir, anası ilə görüşür, anası onları digər nənəsigilə aparır, lakin anası ilə birlikdə yaşamaq istəmir, atası ilə birlikdə yaşamaq istəyir. Həmçinin ekspert rəyi ilə təsdiq olundu ki, X11 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Bütün bu hallar məhkəmə araşdırmasında təsdiq olunsa da, lakin məhkəmə son nəticəyə gələrkən işin bu hallarını nəzərə almamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır.Birinci instansiya məhkəməsi iş üzrə son nəticəyə gələrkən konvensiyanın istinad olunan maddəsinin tələbini də nəzərə almamış, uşaqların mənafeyi ön plana alınmamışdır. Maddənin tələbindən də göründüyü kimi qətnamə qanuni və əsaslı olmalıdır. Lakin hazırkı məhkəmə qətnaməsi maddənin bu tələbi pozulmaqla çıxarılmışdır. Beləki, məhkəmə iddia tələbini qismən təmin etməklə bunu əsaslandırmamış, ümumiyyətlə bu hissəyə münasibət bildirməmişdir. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən qeyd olunan normanın tələbini də pozmuşdur. Şikayətini əsaslandıran bütün sənədlər məhkəmə iclasında təqdim olunmuşdur. Yasamal Rayon Məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, qərəzli və birtərəfli yanaşmışdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 2(059)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə X10 arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 iyun 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən kassasiya şikayətinin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2(105)-1026/2024 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı mülki işin icraatına 20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanması tələbinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Ali məhkəmənin qərardadından da açıq şəkildə görünür ki, işə xitam verilmişdir ona görə ki, tərəflər arasında barışıq sazişi olduğundan AR MPM-nin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə çıxararkən Ali məhkəmənin qanuni qüvvəyə minmiş qərardadını nəzərə almamış, nəticədə göstərilən normanın tələbini kobud şəkildə pozmuşdur. Tərəflər arasında bağlanmış barışıq sazişi ləğv olunmadığından hazırkı iddiaya məhkəmədə baxıla bilməzdi və uşaqların atanın himayəsində saxlanmasına aid hissədə iş üzrə icraata iddia icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verilməli idi.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. İzahatında qeyd etdi ki, iddiaçı ilə barışıq sazişi bağlamışdı. Uşaqlar onunla yaşayır. Apellyasiya şikayətini müdafiə edir. Ekspertiza keçirildi. Böyük oğlunun ona emosional bağlığı təsdiq edilib. Hər iki uşaq da ona bağlıdır. Uşaqların iddiaçı ilə qalmasını istəmir. Çünki iddiaçı yüngül həyat keçirir. Ona xəyanət edib. Özü də etiraf edib. İddiaçının dostlarının, tanışlarının yanında uşaqlarının olmasını istəmir. Uşaqları özü ona verib, dedi ki, uşaqlardan birini saxlasın, amma razılıq vermədi. Xəyanət etməyi ilə bağlı özünün polis bölməsində izahatı da var. Etdiklərindən qorxurdu, heç bilmirdi ki, bundan sonra özü harada qalacaq.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, uşaqları ondan alıblar, ona təzyiq göstəriblər. Atası cavabdehlə danışdı ona dedi ki, onu evə aparsın. Cavabdeh razılaşmadı, atasına yalan danışdı. Hər gün döyülüb. Atasına razılıq vermədi ki, boşansın. Cavabdeh onu şantaj edib. Uşaqlara yaxşı baxmırlar. 70 yaşında qadın uşaqlara necə baxsın. 20.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, Barışıq sazişi bağlanılıb. Lakin barışıq sazişində iddiaçının razılığı fiziki və psixoloji məcburiyyət təsiri altında verilib. Məhkəmə işə baxarkən uşaqların mənafeyini əsas götürüb. Siyəzən Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində qeyd edilmişdir ki,uşaqların X3 himayəsinə verilməsini məqsədə müvafiq hesab edirlər. Komissiyanın nümayəndəsi təsdiq edib ki, ananın iradə ifadəsi olmayıb. Məhkəmə hazırkı işə baxanda sazişə əhəmiyyətsiz saziş kimi yanaşdı və Komissiyasının rəylərini əsas götürdü. Uşaqlara təsir edilib, onlar anaya bağlıdır. Məhkəmə işin araşdırılması hissəsində sazişin əhəmiyyətsiz olduğunu aşkar edib. Şikayətin təmin edilməməsini xahiş edir. Ana həftədə 4 saat uşaqlarla görüşür. Məhkəmə uşaqları dindirdi, kənar təsirin olduğunu müəyyən etdi. Məhkəmə sazişi əhəmiyyətsiz hesab etmişdir.
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh Bakı 13 saylı Mediasiya Təşkilatı və üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdeh və üçüncü şəxsin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
24. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.
27. İşin halları ilə müəyyən edilir ki, tərəflər X10 və Cavabdeh1 11 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X14 dünyaya gəlmişdir. Daha sonra, tərəflər arasındakı nikah münasibətləri pozulduğundan tərəflər nikahın pozulmasından irəli gələn münasibətlərin tənzimlənməsi məqsədilə Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş və tərəflər arasında xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli Barışıq Sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən: 1. Tərəflər, 11 iyun 2015-ci il tarixində aralarında bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlmişlər. 2. İkinci tərəf X10 birgə nikahlarından doğulmuş – xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X8 atası Cavabdeh1 yanında qalmasına razıdır, buna etiraz etmir. 3. Tərəflər razılaşırlar ki, Cavabdeh1 birgə nikahlarından dünyaya gəlmiş övladları - xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019- cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər X2 aliment tələb etmir.
28. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 2(059)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə X10 arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 iyun 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
29. Göründüyü kimi Barışıq sazişinin şərtlərinə uyğun olaraq uşaqlar atanın himayəsinə verilmişdir. Hazırda da uşaqlar atanın yanındadır.
30. Lakin iddiaçı X10 barışıq sazişinin onun həqiqi iradəsini əks etdirməməsini, fiziki və psixoloji təsir altında imzaladığını bildirməklə övladlarının atasından alınıb onun himayəsinə verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi barışıq sazişinin eitbrasız hesab edilməsi üçün əsasların müəyyən edilmədiyinə istinad edərək qeyd etmişdir ki, müvafiq barışıq sazişinin etibarsızsızlığı üçün əsasların olmamasına baxmayaraq, iddiaçı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi ilə bağlı tələb irəli sürə bilər. Məhkəmə həmin hissədə iddianı təmin edərək hesab etmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019cu il təvəllüdlü X14 atası Cavabdeh1 alınaraq anası X3 himayəsinə verilməlidir.
31. Kollegiya hesab edir ki, hazırki tələbə (uşaqların atadan alınıb ananın himayəsinə verilməsi tələbinə) məhkəmədə baxıla bilməz.
32. Belə ki, tərəflər arasında uşaqların atanın himayəsində saxlanılması ilə bağlı 10 iyul 2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. İddiaçı iddia tələbində barışıq sazişinin bağlanması zamanı onun iradəsinin pozulması, məcburiyyət qarşısında qalaraq mediasiya qaydasında barışıq sazişi bağladığından sazişin etibarsız sayılması və uşaqların atadan alınaraq ona verilməsini tələb etmişdir. Göründüyü kimi iddiaçının uşaqları atadan alınıb ona verilməsi tələbinin əsasında o dəlili durur ki, onun iradəsi əlehinə barışıq sazişi bağlandığından uşaqlar ona verilməlidir.
33. Lakin nəzərə alınmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, müvafiq barışıq sazişinin təzyiq və ya hədə-qorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
34. O da nəzərə alınmalıdır ki, barışıq sazişinin etibarısız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 35.Deməli, tərəflər arasında etibarlı, qanuna müvafiq qaydada bağlanmış Barışıq Sazişi vardır. Həmin Sazişdə tərəflərin iradəsinə əsasən uşaqların atanın himayəsində saxlanması razılaşdırılmışdır. 36.Qeyd olunmalıdır ki, iddiaçının uşaqların atadan alınaraq anaya verilməsi tələbinin əsasında onun iradəsi əlehinə olaraq uşaqların atanın himayəsinə verilməsi barədə sazişin bağlanması dəlili durur. 37.Kollegiya hesab edir ki, nə qədər ki, iddiaçı yeni yaranmış hallara istinad etməyərək, ancaq sazişin etibarsızlığından irəli gələrək uşaqların ananın himayəsinə verilməsini tələb edir və nə qədər ki, iddiaçının barışıq sazişinin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir, uşaqların atadan alınıb ananın himayəsinə verilməsi tələbinə məhkəmədə baxıla bilməz. 38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.
39. O cümlədən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2(105)-1026/2024 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı mülki işin icraatına 20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanması tələbinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Həmin qərarın 75-ci bəndində qeyd olunmuşdur ki, mediasiya prosesində barışıq sazişi bağlandıqda və könüllü icrasından imtina olunduqda maraqlı tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər.
40. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir.
41. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.
42. Belə ki, “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
43. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
44. Buna görə də Ailə Məcəlləsində nikah pozularkən ar-arvadın uşaqlar barədə məsələləri saziş əsasında həll etmək hüququna üstünlük verilmiş və bir qayda olaraq, bu cür saziş olmadığı halda (eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda) məhkəmənin boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli olduğu təsbit edilmişdir (Ailə Məcəlləsinin 21.2, 22.1 və 22.2-ci maddələri).
45. Qeyd olunanlara əsasən, nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına və həmin barışıq sazişinin etibarlılığı məhkəmə tərəfindən tanındığına görə, iddiaçının hazırkı iş üzrə uşaqların yanında saxlanması barədə tələbinə baxılması üçün prosessual əsaslar olmamışdır. Bu halda məhkəmə tərəfindən ya barışıq sazişinin etibarsızlığı tanındıqdan sonra “20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanılması” tələbi üzrə hüquqi qiymətləndirmə aparılmalı, ya da barışıq sazişi etibralı hesab ediləcəkdisə həmin tələb üzrə icraata xitam verilməli idi. Çünki iddiaçının uşaq tələbi sazişin etibarsızlığına dayanmışdır, yeni yaranmış hallarla əlaqələndirilməmişdir. Lakin məhkəmə barışıq sazişi mövcud ola-ola və etibarlılığı tanına-tanına həmin tələbə də mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur.
46. O cümlədən qeyd olunmalıdır ki, hazırkı iş üzrə aliment tələbi müstəqil tələb deyil, uşaqların atadan alınıb anaya verilməsi tələbinə bağlıdır, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qismən, uşağın alınıb verilməsi və aliment hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
47. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçı X3 “20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X6 himayəsinə verilməsi, aliment hissəsində ləğv edilməli, həmin hissədə icraata xitam verilməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, iddiaçı X3 Cavabdeh1 qarşı 20 avqust 2017-ci il təvəllüdlü X11 və 21 iyul 2019-cu il təvəllüdlü X8 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X6 himayəsinə verilməsi və aliment hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov