Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2833/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin yenidən müəyyən edilməsi tələbinə dair” mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-54/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-54/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli R01/05/20 nömrəli hesabatının etibarsız hesab olunması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də istifadədə olan 0,07376 hektar torpaq sahəsində yerləşən paylı mülkiyyət üzrə X2 məxsus “D” tikilisi- 3 otaqlı, ümumi sahəsi 170,3 kv.m, 38,7 kv.m yaşayış sahəsi hissəsinin ilkin satış (likvid) qiyməti 40.000 manat müəyyən edilməklə, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşdə iştirak etməyən şəxs Maraqlı şəxs qətnamədən şikayət verərək, ləğv edilib, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Lakin işdən görünür ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin ilk öncə həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmamasını, daha sonra isə MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, yoxlamanın nəticəsində isə qərardad qəbul etməli olduğu halda, qanunun tələbinə əməl etməmiş, heç bir araşdırma aparmadan və qərardad çıxarmadan, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri pozulduğu və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və MPM-in 364.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-54/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və MPM-in 364.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2833/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2833/2023
29.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver