Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2856/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-6639/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə X6 xx.xx.1998-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, V B.xx.xx.2014cü il tarixdə dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür.
2. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(059)-19/2014 saylı hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən əsas cəza kimi təyin olunan 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(105)-373/2014-cü il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiqinə dair müddəalar çıxarılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və 330.5 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X2 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən, ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. X4 xx.xx.2010-cu il tarixli 2/k saylı əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Regionlar üzrə Qaz İstismar İdarəsi X12 sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarətçi-çilingər vəzifəsində işləyərkən səhlənkarlıq edərək işə laqeyd münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək Siyəzən şəhəri, A.Cabbarov 23 ünvanındakı yaşayış evinin ev daxili qaz avadanlıqlarına normativ aktların tələblərinə uyğun şəkildə baxış keçirməmiş, mövcud qüsurları vaxtında aşkar etməmiş, təhlükəli şəraitdə qazdan istifadə edilməsinə yol vermişdir. Belə ki, hadisə baş vermiş hamam otağının həcmi və qorunma sistemi normativ aktların tələblərinə uyğun olmamış, hamam otağında quraşdırılmış axımlı suqızdırıcının tüstü bacası normaların tələblərinə uyğun qoşulmamışdır ki, bu da müəyyən normaya hesablanmış oksigen çatışmazlığı şəraitində ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbindən yaranan dəm qazının hamam otağına dolmasına və nəticədə X3 xx.xx.2014-cü il tarixdə həmin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölməsinə səbəb olmuşdur. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar başlanılmış cinayət işi üzrə ibtidai istintaq aparılmış məhkəməyə göndərilmiş cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü çıxarılmış və hadisənin Vüqar Poladovun təqsiri ucbatından baş verməsi öz əksini tapmışdır. X1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən əsas cəza kimi təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayəti və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 6639/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia qismən təmin edilmiş, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdehndən 55.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 228 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, 330.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun qalan 102.5 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən arvadının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının arvadının dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının arvadının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, arvadının ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın qismən təmin edilməsini və iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 55.000 manat pulun tutulmasını ağlabatan hesab edir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına, Mülki Prosessual Məcəlləsinin 82.4, 88, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1(59)-19/2014 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi olan və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan Babayev X5 Rayon Məhkəməsində vermiş olduğu izahatında X8 ölümünü bədbəxt hadisə hesab etdiyini, “Azəriqaz İB” X12 Sahəsinin çilingəri Vüqar Poladovu bu hadisədə günahkar saymadığını, arvadı İddiaçıanın əslində ürək çatışmazlığından ölmüş ola biləcəyini hesab etdiyini, iş üzrə təqsirləndirilən Vüqar Poladovun onun arvadının yas mərasimində iştirak etdiyini, yasla əlaqədar çəkilmiş xərclərdə də ona köməklik etmiş olduğunu, ondan üzr istəyərək bağışlanmasını xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi olmuş və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı əlavə olaraq, Siyəzən Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2014-cü il tarixli yazılı ərizəsində isə, təqsirləndirilən Vüqar Poladova qarşı heç bir şikayət və tələbininin olmadığını, məhkəmədən ona heç bir cəza verilməməklə cəzadan azad olunmasını tələb etmişdir. Cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmiş və hazırki mülki iş üzrə iddiaçı şəxs olan İddiaçı təqsirləndirilən şəxs tərəfindən (iş yeri Cavabdeh İB tərəfindən) dəymiş maddi və mənəvi ziyan ödənilmiş olduğu üçün İddiaçı təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, tərəflərin hələ 8 il bundan öncəsində razılıq əldə etməklə barışmaları kimi işin diqqətəlayiq və konkret hallarını Xətai Rayon Məhkəməsi nəzərə almamışdır. Nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul etməklə iddiaçı tərəfin həddən artıq zənginləşməsinə, cavabdeh təşkilat “Azəriqaz İB”-nın isə maddi və əmlak vəziyyəti baxımından durumunun pisləşməsinə səbəb olan yekun məhkəmə aktı qəbul etmişdir. İddiaçı tərəfin arvadının ölümü “Azəriqaz İB” əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi zərər vuran şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallarını da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən “Azəriqaz İB”-nın üzərinə 55.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir. İddiaçı tərəf, ötüb keçən 8 il ərzində mənəvi zərər çəkmiş olduğunu iddia edirsə, ən azından arvadının ölümü ilə əlaqədar yaşamış olduğu psixoloji stressin aradan qaldırılması məqsədilə nə zamansa dövlət və ya özəl xəstəxanada psixoloji qeydiyyatdan keçməsi, psixoloq müayinəsi alması və s. kimi hərəkətlərə və hətta yenidən nikaha daxil olmamamasına istinad etməli idi. İddiaçı tərəfin arvadının ölümündən sonrakı ötüb keçən 8 il müddət ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması sübut olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh orqan baş verən hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi halını qəbul edir, lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunan, iddiaçının xeyrinə tutulmalı olan məbləği ağlabatan və ədalətli hesab etmir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən analoji hal olaraq bir şəxsin ölümü ilə bağlı mənəvi zərər məbləği 25 min manat civarında müəyyən olunardı. 2014-cü ildə, hadisə yeni baş verən zaman iddiaçı özü bu halı bədbəxt hadisə adlandırmış, İddiaçıanın əslində ürək çatışmazlığından ölmüş ola biləcəyini ehtimal etmiş, Vüqar Poladova qarşı heç bir şikayət və tələbininin olmadığını, məhkəmədən ona heç bir cəza verilməməklə cəzadan azad olunmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra Konstitusiya Məhkəməsinin qərarına əsasən mərhum İddiaçıanın övladlarının da yenidən iddia qaldırmaq ehtimalı var.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tət
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 55.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilməlidir.
22. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti nəticəsində arvadının ölümü ilə əlaqədar iddiaçı mənəvi sarsıntı keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
23. Birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, işin halları iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən arvadının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
24. Bununla belə, məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi ziyana görə kompensasiyanın məbləği ilə işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələb edilən kompensasiyanın məbləğini 55.000 manat müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının çəkmiş olduğu mənəvi ziyanın əvəzi olaraq pul şəklində ona 25.000 manat kompensasiya ödənilməsini ədalətli hesab edir.
26. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(059)-19/2014 saylı hökmündən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı ifadəsində “.... X8 ölümünü bədbəxt hadisə hesab edir. Təqsirləndirilən şəxs Vüqar Poladovu bu hadisədə günahkar saymır və X8 ölümünü dəm qazından yox, ürək çatışmazlığından hesab edir. Ümumiyyətlə, bu hadisədə Siyəzən QİS-in işçilərini günahkar saymır. Təqsirləndirilən şəxs Vüqar Poladov onun arvadının yas mərasimində iştirak etmiş, yasla əlaqədar çəkilmiş xərclərdə köməklik etmiş, ondan üzr istəyərək bağışlanmasını xahiş etmişdir. Ona görə də, təqsirləndirilən şəxs Vüqar Poladovdan heç bir şikayəti və tələbi yoxdur, onun cəzadan azad olunaraq ona heç bir cəza verilməməsini məhkəmədən tələb edir” göstərmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının arvadının ölümündən artıq səkkiz il ötmüşdür.
28. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumata görə iddiaçı yenidən nikaha daxil olmuşdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşalmasına səbəb olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar tam araşdırılmamış, bunun nəticəsi olaraq məhkəmənin gəldiyi qənaət qismən qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-6639/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdehndən 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manatı tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.