Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2858/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı və onun nünayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-2445/2020 nömrəli qətnaməsindən Cavabdeh Bəyaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 170 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan iki uşaqları var: xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, sonra cavabdehlə ailə münasibətləri pozulmuş, tamamilə kəsilmişdir. Hazırda ayrı-ayrılıqda yaşayırlar. Uşaqlar onun himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, ona heç bir köməklik göstərmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-2445/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh Bəyaz oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2445/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 02.12. 2020-ci il tarixli 2(009)-2445/2020 saylı qətnaməsi qəbul edilərkən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Qətnamədən də göründüyü kimi, İddiaçı ilə nikahları pozulmadan, övladları - xx.xx.2008-ci ildə doğulmuş X4 və xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci ildən etibarən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Halbuki, o, tam normal qaydada övladları ilə görüşür. Qubanın Vladimirovka kəndində, bibisinə məxsus evdə yaşadıqlarını, anası ilə münasibəti yaxşı olmadığına görə, iddiaçı Alpan kəndindəki evlərinə qayıtmaq istəmədiyini qeyd etmişdir. Anası onlardan ayrı, bacısı Reyhanın ailəsinə məxsus Alpan kəndində yaşayırdı. iddiaçını təkidlə, valideynlərinə məxsus, Qubanın Alpan kəndindəki gəlin köçdüyü evə dəvət etsə də, iddiaçının gəlin gələrkən gətirdiyi cehiz əşyalarının da qaldığı mənzilə qayıtmaq istəmədiyini bildirmişdir. Üstəlik, məhkəmə qaydasında uşaqların saxlanılması üçün alimentin tələb edilməsini, qətiyyətlə məhkəmə ilə razılaşmadığını, ailəsinin dağılmasına qəti razı olmayacağını qeyd etmişdir. Qazancının dəyişmədiyini, gündəlik muzdlu işlərdə işlədiyini və 10-12 manat gündəlik əmək haqqı aldığını qeyd etmişdir. Müəyyən edilən alimenti ödəyə bilməyəcəyini, ailəsini güclə dolandırdığını, iddiaçının özünün də əmək qabiliyyətli olmasını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Bəyaz oğlu apellyasiya şikayətinin dəlillərinə istinad edərək, verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nünayəndəsi X3 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan AZ-İ 343995 nömrəli, xx xxxxxxx 2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətində görünür ki, Cavabdeh ilə X7 xx xxxxxxx 2007-ci ildə nikahlarını bağlamışlar. Arvada nikahdan sonra «Nəbiyeva» soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ 189462 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 xx xxxx 2008-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 831278 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X10 xx xxxxxx 2012-ci il tarixdə doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Məhkəmə bu qənaətə gələrkən uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların preyudusial əhəmiyyət kəsb etməsini nəzərə almışdır. Alimentin hansı qaydada tutulacağı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 170 manat müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə alır. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-2445/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2858/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2858/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver