Məhkəmə qərarları › İş №2(103)-287/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-287/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-287/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı ilkin; iddiaçı Cavabdeh X2 qarşı qarşılıqlı tələbinə dair iş üzrə (Açar sözlər: İlkin iddia: əmlak tələbi; Qarşılıqlı iddia: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “əmlak tələbinə dair” ilk və Cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(004)-740/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 13 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, AZ-İ № 370370 nömrəli nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2020-ci il tarixdə onların birgə ərizəsi əsasında pozulmuş və bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmişdir.

2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra aktına əlavədən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5722/2020 saylı müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərarı icra olunmuş, holl üzrə mebel əşyaları-1 ədəd böyük konsol (dəyəri 6035 manat olan), 1 ədəd kiçik konsol (dəyəri 4794 manat olan), 1 ədəd kreslo (dəyəri 4930 manat olan), 1 ədəd kiçik masa (dəyəri 2227 manat olan), 1 ədəd divan(dəyəri 5406 manat olan), 2 ədəd divana aid kiçik masalar (dəyəri 2754 manat olan), mətbəx üzrə- 1 ədəd masa (dəyəri 7514 manat olan), 12 ədəd stullar (dəyəri 5202 manat olan), yataq otağı üzrə- 1 ədəd çarpayı (dəyəri 11492 manat olan), 1 ədəd döşək “Hilton Otel” (dəyəri 3400 manat olan), 2 ədəd tumbalar (dəyəri 3876 manat olan), 1 ədəd benç (dəyəri 2380 manat olan), 1 ədəd komod (dəyəri 5270 manat olan), 1 ədəd güzgü (dəyəri 935 manat olan), 1 ədəd kreslo (dəyəri 2108 manat olan), 1 ədəd kiçik masa (dəyəri 1547 manat olan), Qonaq otağı üzrə-2 ədəd divan (dəyəri 14280 manat olan), 1 ədəd jurnal masası (dəyəri 3604 manat olan), 2 ədəd kreslo (dəyəri 9520 manat olan), 1 ədəd komod (dəyəri 10.608 manat olan), 1 ədəd konsol (dəyəri 4760 manat olan), 1 ədəd masa (dəyəri 8670 manat olan), 10 ədəd stullar (dəyəri 10.370 manat olan),2 ədəd kreslo-stullar (dəyəri 2312manat olan), 2 ədəd hündür tumbalar (dəyəri 3740 manat olan), 1 ədəd divan masası (dəyəri 2244 manat olan), 1 ədəd rəsm (dəyəri 1700 manat olan), qabqacaqlardan 2 ədəd ağ torşerlər (dəyəri 1530 manat olan), 2 ədəd qara torşerlər (dəyəri 1428 manat olan),10 ədəd “Collezione” çilçıraqlar (dəyəri 31450 manat olan), 11 ədəd “Collezione” braları (dəyəri 9945 manat olan), 2 ədəd ipək xalçalar (dəyəri 7140 manat olan), 1 ədəd “Baccarat” gümüş xrustal güldan (dəyəri 18.360 manat olan), 11 ədəd “De Greggio” gümüş vaza (dəyəri 18.870 manat olan), 1 ədəd “De Greggio” gümüş çay servisi (dəyəri 3910 manat olan), 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti (dəyəri 11.560 manat olan), 2 ədəd “Christofle” gümüş sous qabları (dəyəri 2380 manat olan), 2 ədəd “De Greggio” gümüş kürü qabları (dəyəri 1190 manat olan), 1 ədəd “De Greggio” gümüş sini (dəyəri 765 manat olan), 12 ədəd “De Greggio” gümüş salfet halqaları (dəyəri 775.2 manat olan), 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi(dəyəri 16.660 manat olan), 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi (dəyəri 30.940 manat olan), 12 ədəd gümüş stəkanaltılar(dəyəri 2652 manat olan), 12 ədəd gümüş qaşıqlar (dəyəri 425 manat olan), 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar (dəyəri 2380 manat olan), 6 ədəd “Versace” vazalar (dəyəri 5270 manat olan), 4 ədəd “Vera Wang” gümüş çərçivələr (dəyəri 952 manat olan), 2 ədəd “De Greggio” gümüş salfet qabları(dəyəri 408 manat olan), 23 ədəd “Tibon” qədəhlər (dəyəri 3672 manat olan), 36 ədəd “Tibon” qədəhlər (dəyəri 2448 manat olan), 4 ədəd “LLADRO/Rosental” heykəlciklər (dəyəri 5440 manat olan), 7 ədəd xrustal şamdanlar (dəyəri 2618 manat olan), 7 ədəd xrustal vazalar (dəyəri 4165 manat olan), mətbəx qab-qacağı, süfrə ləvazimatları (dəyəri 13.940 manat olan), Məişət texnikası- 1 ədəd “LG” soyuducu (dəyəri 4200 manat olan), 1 ədəd “Bosh” paltaryuyan maşın(dəyəri 1200 manat olan), 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba(dəyəri 600 manat olan), 1 ədəd 75" “Samsung” televizor (dəyəri 4200 manat olan), 1 ədəd 70" “Samsung” televizor(dəyəri 4100 manat olan), 1 ədəd 65" “Samsung” televizor (dəyəri 3800 manat olan), 1 ədəd 55" “Samsung” televizor (dəyəri 2600 manat olan), Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın və s) (dəyəri 2200 manat olan), “Geyim əşyaları- göy rəngli Norka (su samuru) şuba(dəyəri 5000 manat olan), ağ rəngli “Gucci” palto (dəyəri 5900 manat olan), qara rəngli “Lui Vuitton” palto (dəyəri 6100 manat olan), ağ rəngli palto (dəyəri 2040 manat olan), 8 ədəd ziyafət geyimləri (dəyəri 37500 manat olan), 12 ədəd ayaqqabı (dəyəri 15000 manat olan), 4 ədəd şərflər(dəyəri 4800 manat olan), müxtəlif geyimlərin (dəyəri 30000 manat olan) və 6 ədəd çantaların(dəyəri 18000 manat olan) üzərinə həbs qoyulmalı, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan olunmalıdır. Lakin siyahıda göstərilən qızıl-zinət əşyaları və dəyəri 20000 manat göstərilən qəhvəyi rəngli Sobol (samur) şuba mənzildə aşkar edilməmişdir.

3. İş materiallarında olan Cavabdeh təmsil edən Vəkil1 və C.Salayevanı təmsil edən K.Nəsibovun imzası ilə təsdiq olunan xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Mərdəkan qəsəbəsində yerləşən bağ evindəki əşyaların (qızıl-zinət əşyaları-GRAFF komlektinə aid 2 ədəd üzüklər və sair qızıl-zinət əşyaları) yerində olduğu təsdiq edilmiş və həmin əşyaların qaytarılmasına heç bir etiraz olmamışdır. Tərəflər razılaşmışlar ki, əmlakın verilməsi yalnız nikahın pozulması haqqında ərizələr müvafiq qaydada verildikdən sonra həyata keçiriləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X3 Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 6035 manat olan 1 ədəd böyük konsol, dəyəri 4794 manat olan 1 ədəd kiçik konsol, dəyəri 4930 manat olan 1 ədəd kreslo, dəyəri 2237 manat olan 1 ədəd kiçik masa, dəyəri 5406 manat olan 1 ədəd divan, dəyəri 2754 manat olan 2 ədəd divana aid kiçik masalar, dəyəri 7514 manat olan 1 ədəd masa, dəyəri 5202 manat olan 12 ədəd stullar, dəyəri 11492 manat olan 1 ədəd çarpayı, dəyəri 3400 manat olan 1 ədəd döşək “Hilton Otel”, dəyəri 3876 manat olan 2 ədəd tumba, dəyəri 380 manat olan 1 ədəd benç, dəyəri 5276 manat olan 1 ədəd komod, dəyəri 935 manat olan güzgü, dəyəri 2108 manat olan 1 ədəd kreslo, dəyəri 1547 manatolan ədəd kiçik masa, dəyəri 14280 manat olan 2 ədəd divan, dəyəri 3604 manat olan 1 ədəd jurnal masası, dəyəri 9520 manat olan 2 ədəd kreslo, dəyəri 10608 manat olan 1 ədəd komod, dəyəri 4760 manat olan 1 ədəd konsol, dəyəri 8670 manat olan 1 ədəd masa, dəyəri 10370 manat olan 10 ədəd stullar, dəyəri 2312 manat olan 2 ədəd kreslo-stullar, dəyəri 3740 manat olan 2 ədəd hündür tumbalar, dəyəri 2244 manat olan 1 ədəd divan masası, dəyəri 1700 manat olan 1 ədəd rəsmdən ibarət ümumi dəyəri 141.678 manat olan mebel əşyalarının, dəyəri 1530 manat olan 2 ədəd ağ torşerlər, dəyəri 1428 manat olan 2 ədəd qara torşerlər, dəyəri 31450 manat olan 11 ədəd “Collezione” çilçıraqlar, dəyəri 9945 manat olan 13 ədəd “Collezione” braları, dəyəri 7140 manat olan 2 ədəd ipək xalça, dəyəri 18360 manat olan 1 ədəd “Baccarat” gümüş xrustal güldan, dəyəri 18870 manat olan 11 ədəd “De Greggio” gümüş vaza, dəyəri 3910 manat olan 1 ədəd “De Greggio” gümüş çay servisi, dəyəri 11560 manat olan 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti, dəyəri 2380 manat olan 2 ədəd “Christofle” gümüş sous qabları, dəyəri 1190 manat olan 2 ədəd “De Greggio” gümüş kürü qabları, dəyəri 765 manat olan 1 ədəd “De Greggio” gümüş sini, dəyəri 775.2 manat olan 12 ədəd “De Greggio” gümüş salfet halqaları, dəyəri 166.600 manat olan 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi, dəyəri 30940 manat olan 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi, dəyəri 2652 manat olan 12 ədəd gümüş stəkanaltılar, dəyəri 425 manat olaxı 12 ədəd gümüş qaşıqlar, dəyəri 2380 manat olan 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar, dəyəri 5270 manat olan 6 ədəd “Versace” vazalar, dəyəri 952 manat olan 4 ədəd “Vera Wang” gümüş çərçivələr, dəyəri 408 manat olan 2 ədəd “De Greggio” gümüş salfet qabları, dəyəri 3672 manat olan 24 ədəd “Tibon” qədəhlər”, dəyəri 2448 manat olan 36 ədəd “Tibon” qədəhlər”, dəyəri 5440 manat olan 5 ədəd “LLADRO/Rosental” heykəlciklər, dəyəri 2618 manat olan 7 ədəd xrustal şamdanlar, dəyəri 4165 manat olan 7 ədəd xrustal vazalar, dəyəri 13940 manat olan mətbəx qabqacağı, süfrə ləvazimatlarından ibarət ümumi dəyəri 201.278 manat olan qab-qacaqların, dəyəri 4200 manat olan 1 ədəd “LG” soyuducu, dəyəri 1200 manat olan 1 ədəd “Bosh” paltaryuyan maşın, dəyəri 600 manat olan 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba, dəyəri 4200 manat olan 1 ədəd 75" “Samsung” televizor, dəyəri 4100 manat olan 1 ədəd 70" “Samsung” televizor, dəyəri 3800 manat olan 1 ədəd 65" “Samsung” televizor, dəyəri 2600 manat olan 1 ədəd 55" “Samsung” televizor, dəyəri 2200 manat olan kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın və s.) ibarət ümumi dəyəri 22.900 olan məişət texnikasının, dəyəri 136.000 manat olan “Graff’ markalı 1 brilyant 2 crt+20,5 crt-hq brilyantlarla nişan üzüyü, dəyəri 17.000 manat olan “Graff’markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü, dəyəri 54.400 manat olan “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük), dəyəri 51.000 manat olan “Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük), dəyəri 10200 manat olan “Dior” markalı qara brilyantlarla saat, dəyəri 10200 manat olan “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon, dəyəri 2550 manat olan sırğa və üzük, dəyəri 5950 manat olan qızıl quranqabı ilə boyunbağı, dəyəri 4760 manat olan “Chopard” markalı sarı qızıl brilyantlarla üzük, dəyəri 8500 manat olan “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük); dəyəri 8160 manat olan “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa, dəyəri 5100 manat olan “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər, dəyəri 12920 manat olan “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük, dəyəri 3570 manat olan “Roberto Coin” markalı sarı qızıl sırğa, dəyəri 5100 manat olan “Van Cleef”’ markalı sarı qızıl boyunbağı kulon ilə, dəyəri 15470 manat olan “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı, dəyəri 1700 manat olan “Apey” markalı ağ qızıl qolbaqdan ibarət ümumi dəyəri 352.580 manat olan zinət və bəzək əşyalarının, dəyəri 5000 manat olan göy rəngli Norka (su samuru) şuba, dəyəri 20000 manat olan qəhvəyi rəngli sobol (samur) şuba, dəyəri 5900 manat olan ağ rəngli “Gucci” palto, dəyəri 6100 manat olan qara rəngli “Lui Vuitton” palto, dəyəri 2000 manat olan ağ rəngli palto, dəyəri 37500 manat olan 8 ədəd ziyafət geyimləri, dəyəri 15000 manat olan 15 ədəd ayaqqabı, dəyəri 4800 manat olan 4 ədəd şərflər, dəyəri 30000 manat olan müxtəlif geyimlər, dəyəri 18000 manat olan 6 ədəd çantalardan ibarət ümumi dəyəri 144.340 manat olan geyimlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi, həmin əşyaların qaytarılması mümkün olmadıqda onların qiymətini təşkil edən məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, holl üzrə mebel əşyaları-1 ədəd böyük konsol (dəyəri 6035 manat olan), 1 ədəd kiçik konsol (dəyəri 4794 manat olan), 1 ədəd kreslo (dəyəri 4930 manat olan), 1 ədəd kiçik masa (dəyəri 2227 manat olan), 1 ədəd divan(dəyəri 5406 manat olan), 2 ədəd divana aid kiçik masalar (dəyəri 2754 manat olan), mətbəx üzrə- 1 ədəd masa (dəyəri 7514 manat olan), 12 ədəd stullar (dəyəri 5202 manat olan), yataq otağı üzrə- 1 ədəd çarpayı (dəyəri 11492 manat olan), 1 ədəd döşək “Hilton Otel” (dəyəri 3400 manat olan), 2 ədəd tumbalar (dəyəri 3876 manat olan), 1 ədəd benç (dəyəri 2380 manat olan), 1 ədəd komod (dəyəri 5270 manat olan), 1 ədəd güzgü (dəyəri 935 manat olan), 1 ədəd kreslo (dəyəri 2108 manat olan), 1 ədəd kiçik masa (dəyəri 1547 manat olan), Qonaq otağı üzrə-2 ədəd divan (dəyəri 14280 manat olan), 1 ədəd jurnal masası (dəyəri 3604 manat olan), 2 ədəd kreslo (dəyəri 9520 manat olan), 1 ədəd komod (dəyəri 10.608 manat olan), 1 ədəd konsol (dəyəri 4760 manat olan), 1 ədəd masa (dəyəri 8670 manat olan), 10 ədəd stullar (dəyəri 10.370 manat olan),2 ədəd kreslo-stullar (dəyəri 2312 manat olan), 2 ədəd hündür tumbalar (dəyəri 3740 manat olan), 1 ədəd divan masası (dəyəri 2244 manat olan), 1 ədəd rəsm (dəyəri 1700 manat olan), Bakı şəhəri, H.Abdullayev küçəsi 16/20 saylı evin 50 nömrəli mənzilində quraşdırılmış bütün pərdə və pərdə aksessuarları, Qab-qacaqlardan 2 ədəd ağ torşerlər (dəyəri 1530 manat olan), 2 ədəd qara torşerlər (dəyəri 1428 manat olan),10 ədəd “Collezione” çilçıraqlar (dəyəri 31450 manat olan), 11 ədəd “Collezione” braları (dəyəri 9945 manat olan), 2 ədəd ipək xalçalar (dəyəri 7140 manat olan), 1 ədəd “Baccarat” gümüş xrustal güldan (dəyəri 18.360 manat olan), 11 ədəd “De Greggio” gümüş vaza (dəyəri 18870 manat olan), 1 ədəd “De Greggio” gümüş çay servisi (dəyəri 3910 manat olan), 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti (dəyəri 11.560 manat olan), 2 ədəd “Christofle” gümüş sous qabları (dəyəri 2380 manat olan), 2 ədəd “De Greggio” gümüş kürü qabları (dəyəri 1190 manat olan), 1 ədəd “De Greggio” gümüş sini (dəyəri 765 manat olan), 12 ədəd “De Greggio” gümüş salfet halqaları (dəyəri 775.2 manat olan), 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi(dəyəri 16660 manat olan), 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi (dəyəri 30940 manat olan), 12 ədəd gümüş stəkanaltılar(dəyəri 2652 manat olan), 12 ədəd gümüş qaşıqlar(dəyəri 425 manat olan), 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar (dəyəri 2380 manat olan), 6 ədəd “Versace” vazalar (dəyəri 5270 manat olan), 4 ədəd “Vera Wang” gümüş çərçivələr (dəyəri 952 manat olan), 2 ədəd “De Greggio” gümüş salfet qabları(dəyəri 408 manat olan), 23 ədəd “Tibon” qədəhlər (dəyəri 3672 manat olan), 36 ədəd “Tibon” qədəhlər (dəyəri 2448 manat olan), 4 ədəd “LLADRO/Rosental” heykəlciklər (dəyəri 5440 manat olan), 7 ədəd xrustal şamdanlar (dəyəri 2618 manat olan), 7 ədəd xrustal vazalar (dəyəri 4165 manat olan), mətbəx qabqacağı, süfrə ləvazimatları (dəyəri 13.940 manat olan), Məişət texnikası- 1 ədəd “LG” soyuducu (dəyəri 4200 manat olan), 1 ədəd “Bosh” paltaryuyan maşın(dəyəri 1200 manat olan), 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba(dəyəri 600 manat olan), 1 ədəd 75" “Samsung” televizor (dəyəri 4200 manat olan), 1 ədəd 70" “Samsung” televizor(dəyəri 4100 manat olan), 1 ədəd 65" “Samsung” televizor (dəyəri 3800 manat olan), 1 ədəd 55" “Samsung” televizor (dəyəri 2600 manat olan), Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın və s) (dəyəri 2200 manat olan), “Graff” markalı 1 brilyant 2 crt+20,5 crt-lıq brilyantlarla nişan üzüyü (dəyəri 136000 manat olan), “Graff ’ markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü (dəyəri 17000 manat olan), “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük) (dəyəri 54.400 manat olan),“Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük) (dəyəri 51000 manat olan),“Dior” markalı qara brilyantlarla saat (dəyəri 10200 manat olan), “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon (dəyəri 10.200 manat olan), qızıl Quranqabı ilə boyunbağı( dəyəri 5950 manat olan) sırğa və üzük; (dəyəri 2250 manat olan), “Chopard” markalı sarı qızıl brilyantlarla üzük (dəyəri 4760 manat olan), “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük) (dəyəri 8500 manat olan), “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa(dəyəri 8160 manat olan), “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər(dəyəri 5100 manat olan), “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük (dəyəri 12920 manat olan), “Roberto Coin” markalı sarı qızıl sırğa(dəyəri 3570 manat olan), “Van Cleef’ markalı sarı qızıl boyunbağı kulon ilə (dəyəri 5100 manat olan), “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı (dəyəri 15.470 manat olan), “Apey” markalı ağ qızıl qolbaq ziynət və bəzək əşyaları(dəyəri 1700 manat olan),Geyim əşyaları- göy rəngli Norka (su samuru) şuba(dəyəri 5000 manat olan), qəhvəyi rəngli Sobol (samur) şuba, (dəyəri 20000 manat olan), ağ rəngli “Gucci” palto (dəyəri 5900 manat olan), qara rəngli “Lui Vuitton” palto (dəyəri 6100 manat olan), ağ rəngli palto (dəyəri 2040 manat olan), 8 ədəd ziyafət geyimləri (dəyəri 37500 manat olan), 12 ədəd ayaqqabı(dəyəri 15000 manat olan), 4 ədəd şərflər(dəyəri 4800 manat olan), müxtəlif geyimlərin (dəyəri 30000 manat olan) və 6 ədəd çantaların(dəyəri 18000 manat olan) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahda olmuş, nikahları 07 oktyabr 2020-ci il tarixdə pozulmuş, bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ № 370370 saylı “Nikahın pozulması haqqında Şəhadətnamə” verilmişdir. Cavabdehin yaşadığı Bakı şəhəri, Həsən Abdullayev küçəsi, 16/20 saylı evin 50 saylı mənzilində iddiaçıya məxsus əşyalar – ona hədiyyə kimi verilmiş qızıl-ziynət əşyaları, həmçinin cehiz kimi gətirdiyi əmlaklar, paltarlar və digər şəxsi əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının vəkili K.Nəsibovun iştirakı ilə tərtib edilmiş akta əsasən Bakı şəhəri, Həsən Abdullayev küçəsi, 16/20 saylı evin 50 saylı mənzildə və Mərdəkan qəsəbəsində yerləşən bağ evində qalmış qızıl-ziynət əşyalarının nikahın pozulmasına dair müvafiq qaydada ərizə məhkəməyə verildikdən sonra 7 təqvim günü ərzində iddiaçıya qaytarılmalıdır. Həmin akt tərtib edilən zaman iddiaçıya verilməli olan əmlakların tərəflərin razılığı ilə video çəkilişi edilmişdir. Buna baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya məxsus əmlakları qaytarmaqdan imtina edir.

7. Həmçinin, Cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, dəyəri 136000 manat kimi qeyd edilmiş “Graff’ markalı 1 brilyant 2 crt+20,5 crt-lıq brilyantlarla olan nişan üzüyünün, dəyəri 17000 manat kimi qeyd edilmiş "Graffmarkalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyünün, dəyəri 54400 manat kimi qeyd edilmiş "Leo Pizzza" markalı ağ qızıl brilyantlarla dəstin (kulon, qolbaq, sırğa, üzük), dəyəri 51000 manat kimi qeyd edilmiş "Apey" markalı ağ qızıl brilyantlarla dəstin (boyunbağı, qolbaq, sırğa, üziik), dəyəri 10200 manat olan "Dior" markalı qara brilyantlarla saatın, dəyəri 10200 manat kimi qeyd edilmiş "Tiffani" markalı ağ qızıl brilyantlarla saat kulonun, dəyəri 2550 manat kimi qeyd edilmiş sırğa və üzüyün, dəyəri 5950 manat kimi qeyd edilmiş boyunbağının, dəyəri 4760 manat kimi qeyd edilmiş "Chopard" markalı sarı qızıl brilyantlarla üzüyün, dəyəri 850 manat kimi qeyd edilmiş "Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəstin (sırğa, boyunbağı, üzük), dəyəri 8160 manat kimi qeyd edilmiş "Apey" markalı çəhrayı qızıl brilyantlarla sırğanın, dəyəri 5100 manat kimi qeyd edilmiş "Apey" markalı ağ qızıl brilyantlarla pusetlərin, dəyəri 12920 manat kimi qeyd edilmiş "Magerit" markalı ağ qızıl brilyantlarla təkqaş üzüyün, dəyəri 3570 manat kimi qeyd edilmiş "Roberto Coin" markalı sarı qızıl sırğanın, dəyəri 5100 manat kimi qeyd edilmiş "Van Cleef'' markalı sarı qızıl boyunbağı kulonun, dəyəri 15470 manat olan "Messika" markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı dəstinin, dəyəri 1700 manat kimi qeyd edilmiş "Apey" markalı ağ qızıl qolbağının birgə nikah dövründə əldə olunmuş əmlak kimi iddiaçı və cavabdeh arasında bərabər paylarda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, həqiqətən bəzi əşyalar ilkin iddiaçıya məxsusdur və ilkin iddia üzrə cavabdehin mənzilindədirlər. Lakin bəzi ədədlər və qiymətlər şişirdilmişlər, əmlak sayı artıq göstərilmişdir, siyahı üzrə bəzi əşyalar isə ümumiyyətlə ilkin iddiaçıya heç bir zaman məxsus olmamışdır. Qızıl-ziynət əşyalarının demək olar ki, hamısı ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya deyil, ilkin cavabdehin yaxın qohumları tərəfindən gənc ailə sərvəti kimi bağışlanmışdır. Belə ki, tərəflər xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar, bu nikah faktiki 5-6 ay sonra pozulmuş, rəsmi olaraq isə xx.xx.2020-ci il tarixdə boşanmışlar. Cəmi 5-6 ay birgə təsərrüfat idarə edən ailədə ərin arvadına 352580 manat dəyərində qızıl-ziynət əşyaları bağışlamağı qeyri-mümkündür.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(004)- 740/2021 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) ilkin iddia tələbi qismən təmin edilmiş, aşağıda adları göstərilən əşyaların - Holl üzrə mebel əşyaları: 1 ədəd böyük konsol, 1 ədəd kiçik konsol, 1 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd divan, 2 ədəd divana aid kiçik masalar. Mətbəx üzrə: 1 ədəd masa, 06 ədəd stullar. Yataq otağı üzrə:1 ədəd çarpayı, 1 ədəd döşək “Hilton Otel”, 2 ədəd tumbalar, 1 ədəd benç, 1 ədəd komod, 1 ədəd güzgü, 1 ədəd kreslo, 1 ədəd kiçik masa. Qonaq otağı üzrə: 2 ədəd divan, 1 ədəd jurnal masası, 2 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd konsol, 1 ədəd masa, 10 ədəd stullar, 2 ədəd kreslostullar, 2 ədəd hündür tumbalar, 1 ədəd divan masası, 1 ədəd rəsm Qab-qacaqlardan 2 ədəd ağ torşerlər; 2 ədəd qara torşerlər; 10 ədəd “Collezione” çilçıraqlar, 11 ədəd “Collezione” braları, 2 ədəd ipək xalçalar; 1 ədəd “Baccarat” gümüş xrustal güldan; 11 ədəd “De Greggio” gümüş vaza; 1 ədəd “De Greggio” gümüş çay servisi; 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti; 2 ədəd “Christofle” gümüş sous qabları; 2 ədəd “De Greggio” gümüş kürü qabları; 1 ədəd “De Greggio” gümüş sini; 12 ədəd “De Greggio” gümüş salfet halqaları; 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi, 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi; 12 ədəd gümüş stəkanaltılar, 12 ədəd gümüş qaşıqlar; 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar; 6 ədəd “Versace” vazalar; 4 ədəd “Vera Wang” gümüş çərçivələr; 2 ədəd “De Greggio” gümüş salfet qabları; 23 ədəd “Tibon” qədəhlər, 36 ədəd “Tibon” qədəhlər”, 4 ədəd “LLADRO/Rosental” heykəlciklər, 7 ədəd xrustal şamdanlar, 7 ədəd xrustal vazalar, mətbəx qab-qacağı, süfrə ləvazimatları; Məişət texnikası: 1 ədəd “LG” soyuducu; 1 ədəd “Bosh” paltaryuyan maşın; 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba; 1 ədəd 75" “Samsung” televizor; 1 ədəd 70" “Samsung” televizor; 1 ədəd 65" “Samsung” televizor; 1 ədəd 55" “Samsung” televizor; Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın); Geyimlər: qəhvəyi rəngli Sobol (samur) şuba, göy rəngli Norka (su samuru) şuba; ağ rəngli “Gucci” palto; qara rəngli “Lui Vuitton” palto; ağ rəngli palto; 8 ədəd ziyafət geyimləri; 12 ədəd ayaqqabı; 4 ədəd şərflər; müxtəlif geyimlər; 6 ədəd çantalar; Bakı şəhəri, H.Abdullayev küçəsi 16/20 saylı evin 50 nömrəli mənzilində quraşdırılmış bütün pərdə və pərdə aksessuarları; “Graff” markalı 1 brilyant 2 crt+20,5 crt-lıq brilyantlarla nişan üzüyü; “Graff’ markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü; “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük); “Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük); “Dior” markalı qara brilyantlarla saat; “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon; sırğa və üzük; “Chopard” markalı sarı qızıl brilyantlarla üzük; “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük); “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa; “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər; “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük; “Roberto Coin” markalı sarı qızıl sırğa; “Van Cleef’ markalı sarı qızıl boyunbağı kulon ilə; “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı; “Apey” markalı ağ qızıl qolbaq ziynət və bəzək əşyaları, qızıl Quranqabı ilə boyunbağının Cavabdeh alınıb iddiaçı X2 verilməsi, ilkin iddia tələbinin əşyaların qiyməti hissəsinin və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddianın təmin edilməyən – iddia tələbində sadalanan bütün əmlakların qiyməti - dəyəri hissəsində” ləğv edilməsini və həmin hissədə də ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İlkin iddia üzrə iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilkin iddia tələbini qismən qəbul etdiyini qarşılıqlı ərizəsində qeyd etmiş, həm də məhkəmə baxışı iclaslarında səlahiyyətli nümayəndəsi vasitəsi ilə verdiyi izahatlarda bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı Cavabdeh nümayəndəsi ilkin iddiaçı C.Salayevanın üç əşyadan (iddiada göstərilmiş “Graff” markalı 2 ədəd üzük,, qızıl Quranqabı ilə boyunbağı və Sobol (samur) suba) imtina etməsi müqabilində qalan bütün əşyaları verməyə hazır olduqlarını bildirməklə, ilkin iddiada sadalanmış bütün əmlakların, hətta qaytarmaqdan imtina etdikləri üç əşyanın da mövcudluğunu və onların (ilkin iddia üzrə cavabdehin) qanunsuz sahibliyində olduğunu qəbul və təsdiq etmişlər. İlkin iddia üzrə Cavabdeh ilkin iddia tələbini qismən qəbul etdiyini, yalnız qızıl-zinət əşyalarının birgə nikah dövründə əldə edilmiş əmlak olaraq bölgüsünü tələb etdiyini nəzərə alaraq, belə nəticə çıxır ki, Cavabdeh iddia ərizəsində sadalanmış və qiyməti-dəyəri qeyd edilən mebel əşyalarının, qab-qacaq, məişət əşyalarının, texniki avadanlıqların, geyim əşyalarının (dəyəri 20.000 manat olan qəhvəyi rəngli Sobol (samur) suba istisna olmaqla) qaytarılması hissəsində ilkin iddianı tam qəbul etmişdir. Çünki Cavabdeh iddianın bu hissələri ilə bağlı nə mübahisə qaldırmamış, nə də ki hər hansı yazılı tələb və ya etiraz irəli sürməmişdir. Cavabdeh ilkin iddia tələbini yuxarıda göstərilən hissələrdə qismən qəbul etdiyindən məhkəmə, ilkin iddia tələbi üzrə sadalanmış mebel əşyalarının, qab-qacaq, məişət əşyalarının, texniki avadanlıqların, geyim əşyalarının (dəyəri 20000 manat olan qəhvəyi rəngli sobol (samur) suba istisna olmaqla) qaytarılması ilə yanaşı, onların qiyməti-dəyəri hissəsində də ilkin iddia tələbini təmin etməli idi. Həmçinin, cavabdeh tərəf qeyd edir ki, C.Salayeva bəzi əşyaları (söhbət qızıllardan gedir) gedərkən özü ilə aparmışdır. Bu zaman, əgər C.Salayeva gedərkən özü ilə qızıl-zinət əşyalarını aparmışsa, o zaman aparılmış qızılların bölgüsünü Cavabdeh hansı əsasla tələb edir? Bu faktla cavabdeh tərəfin C.Salayevanm gedərkən özü ilə bəzi qızıl-zinət əşyaları aparması fikri də tam inkar olunur. Məhkəmə araşdırması zamanı sübut olundu ki, ilkin iddia ərizəsində sadalanmış bütün əmlaklar iddiaçı tərəfindən mübahisəli ünvan tərk edilərkən götürülməmiş və cavabdeh tərəfindən qanunsuz saxlanılır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddianın təmini tədbiri barədə ərizənin icrası ilə bağlı Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli aktla əmlakların demək olar hamısı mübahisəli ünvanda aşkar edilmişdir. Yalnız qızıl-zinət əşyaları və geyim əşyalarından Sobol (samur) şuba həmin ünvanda aşkar edilməmişdir. Lakin qeyd etmək istərdik ki, əvvəllər tərəflərin özlərinin və vəkillərinin iştirakı ilə həmin ünvanda keçirilmiş baxış zamanı sadalanan əmlakların həmin mənzildə olması təsdiq olunmuşdur. Bu həm fotoşəkillər, həm də videoçəkilis vasitəsi ilə də təsdiq olunmuşdur. Qızıl-zinət əşyalarının və Sobol şubanın Cavabdeh özündə saxladığını məhkəmə araşdırması zamanı inkar etməmişdir, sadəcə həmin əmlakları qanunsuz olaraq özündə saxlamasını və geri qaytarmaqdan imtina etməsini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışdır. Qarşılıqlı iddia tələbini irəli sürən Cavabdeh həm ərizəsində, həm ekspertiza təyin edilməsi barədə vəsatətində, həm də səlahiyyətli nümayəndəsi vasitəsi ilə məhkəmədəki çıxışlarında bildirmişdir ki, bütün qızıl-zinət əşyaları C.Salayevaya deyil, ailəyə hədiyyə şəklində sərmaye olaraq verilmişdir. Cavabdeh tərəf özü qəbul edir ki, həmin qızıl-zinət əşyaları onun və C.Salayeva tərəfindən alınmayıb, yəni birgə nikah dövründə birgə təsərrüfat hesabına əldə edilməyib. İlkin iddiaçı C.Salayeva öz tələbində qızıl-zinət əşyalarının birgə təsərrüfat hesabına əldə edilməsi barədə hər hansı xüsusatı qeyd etməmiş, belə bir məzmunda hər hansı cümlə belə işlədilməmişdir. Qızıl-zinət əşyalarının bir qismi C.Salayevanın özü tərəfindən alınıb, nikahdan sonra özü ilə gətirib, bir qismi nikahdan əvvəl, bir qismi nikahdan sonra hədiyyə şəklində ona verilmişdir. Bu zaman Cavabdeh həmin qızılların birgə nikah dövründə əldə edilməsi əsası ilə həmin əmlakların bölgüsünü tələb etməsi tamamilə absurd və cəfəngiyatdır. Cavabdeh olaraq Cavabdeh nümayəndəsi vasitəsi ilə bütün araşdırma boyu məhkəmə iclaslarında 3 qızıl-zinət əşyası istisna olmaqla (Graff markalı 2 ədəd üzüklər və qızıl Quranqabı boyunbağı ilə) qalan qızıl əşyalarını verməyə razı olduqlarını dəfələrlə bildirmişdir, yəni bu 3 qızıl əşyasından C.Salayeva imtina etdiyi təqdirdə cavabdeh tərəf qalan qızılları verməyə razı idilər. Bu faktın özü bir daha təsdiq edir ki, bütün qızıl-zinət əşyaları, hətta qeyd edilən 3 qızıl əşyası da cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılır və qəsdən ger qaytarılmır.

13. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin dəyişdirilərək, ilkin iddianın mübahisələndirilməyən hissəsində qismən təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı onun nümayəndəsi və vəkilinin verdiyi izahatlar ümumi konteksdən çıxarılmışdır, iddianı qəbul etmədiyi halda qətnamədə iddianın etirafı barədə fikir formalaşmışdır. İddianı qızıl-zinət əşyaları hissəsində qəbul etməmiş, bildirmişdir ki, qızıl-zinət əşyalarının bəziləri iddiaçıya məxsus deyildir, demək olar ki, bütün qızıl-zinət əşyalarının dəyəri dəfələrlə şişirdilmişdir, real qiymətə uyğun deyildir, bəzi əşyaları iddiaçı gedərkən özü ilə aparmışdır. İddianın təmin tədbiri kimi əşyaların üzərinə həbs qoyulmuş və onlar siyahıya alınmışdır. Beləliklə işə baxan hakim icraçının siyahısı üzrə tərtib etdiyi aktı iddianın sübutu kimi əsas götürərək həmin əmlakın cavabdehin mənzilində olması qənaətinə gəlmişdir. Halbuki icraçının həmin aktında qızıl-zinət əşyaları barədə hər hansı qeyd edilməmişdir. Vindikasiya iddiasında isə iddiaçı həmin əmlakın mövcudluğunu, həmin əmlak üzərində olan sahiblik hüququnun pozulduğunu və həmin əmlakın cavabdehdə olmasını sübut etməlidir. Bütün proses boyunca hər hansı sübut təqdim edilməmişdir, iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermişdir, daha sonra cavabdehin qarşılıqlı iddiası icraata qəbul edilib, cavabdehin nümayəndəsinin izahatı dinlənilmiş, bundan sonra qarşılıqlı etirazlar səsləndirilmiş, bununla da məhkəmə baxışı yekunlaşmışdır. İlkin iddia üzrə qəbul etmədiyi 3 mübahisəli məqam olmuşdur. Həmin mübahisə məhkəmə tərəfindən araşdırılmadan, hər hansı sübut toplanmadan qərar qəbul edilmişdir. Qızıl quranqabı boyunbağı ilə məhkəmədə izahat vermişdir ki, həmin əşya heç bir zaman ilkin iddiaçıya verilməmişdir. İddiaçı həmin əmlakı heç görməmişdir. Belə ki, ailədə söz olmuşdur ki, Cavabdeh mərhum nənəsinin Quranqabı şəklində qızıl əşyası var, ənənəyə görə əgər Sərxanın uşaqları olarsa, belə olan halda həmin qızıl əşya Sərxanın ailəsinə keçəcəkdir. Bu sözləri iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Ailədə nəinki uşaqlar olmadı, ümumiyyətlə ailə 5-6 aydan sonra dağılmışdır, nikah pozulmuşdur. İddiaçı həmin Quranqabının ona verilməsini, harada saxlanılmasını, ondan hansı şəkildə götürülməsini, Quranqabının çəkisini, qiymətini, əyarını, heç bir məlumatı verə bilməmişdir. Bu da bir daha sübut edir ki, həmin əşya heç zaman onun istifadəsində olmamışdır. Lakin, məhkəmə qətnamədə heç bir izah vermədən həmin əşyanın Sərxandan alınıb Cəmiləyə verilməsini qət etmişdir. Halbuki, həmin əşya heç Sərxana da aid deyildir, heş bir zaman onda olmamışdır. Qəhvəyi rəngli Sobol (samur) suba ilə bağlı məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, həmin əşya Cəmilə Salayevanın deyil, heç zaman da onun olmamışdır. Tərəflər arasında nikah qış aylarında (dekabrda) qeydə alınmışdır. Nikahdan qısa bir müddət sonra ailəvi olaraq Moskva şəhərinə getmişlər. Bildiyimiz kimi, həmin ay həmin ərazi çox soyuq olur. Ailə tərəfindən iddiaçı Cəmilə Salayevaya qış geyimi (şuba və ya palto) hələ alınmamışdır. Ona görə də Cəmilə Salayevanın qayınanası (Cavabdeh anası) özünə məxsus şubanı bir neçə gün geyinməsi məqsədi ilə gəlininə vermişdir. Bundan sonra X4 valideynlərinin yaşadığı mənzilə deyil, öz mənzillərinə qayıtmışlar və şubanı da həmin mənzildə saxlamışdır. Bundan sonra ölkədə sərt karantin başlamış, hər kəs evində qaldığı üçün həmin əşyanın geri götürülməsi müvəqqəti mümkün olmamışdır. Bundan sonra isə Cəmilə Salayeva boşanmaq istədiyini bildirmişdir. Məhkəmə iclası zamanı iddiaçı həmin əşyanın ona nə zaman hədiyyə edildiyini, haradan alınmasını, qiymətini, şubaya xas xüsusiyyətlərini və sair məlumatları təsdiq edən sübutları təqdim etməmişdir. Etiraz etməyinə baxmayaraq məhkəmə də öz növbəsində qətnamə çıxararkən həmin əşyanın iddiaçıya aid olması qənaətinə necə gəldiyini də izah etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, icra məmuru tərəfindən əşyalar siyahıya alınarkən, həmin əşya mübahisəli mənzildə olmamışdır. Ümumiyyətlə əşyanın mövcud olmasını sübuta yetirməyən iddiaçı iddia ərizəsində yazdığı özünə aid olmayan əşyanın ona verilməsinə qətnamə ilə nail olmuşdur. Qızıl-zinət əşyalarının qiymətləri göründüyü kimi, ilkin iddiada dəyəri böyük olan qızıl-zinət əşyaları tələb olunur, qarşılıqlı iddiada isə həmin əmlakın bölünməsi. Hesab edir ki, bir əşyanı digərindən fərqləndirən əsas amillərdən biri də onun qiymətidir. Məhkəmə iclasında bu barədə dediyi sözlər qətnaməyə təhrif edilmiş formada salınmışdır. İzahat verərkən bildirmişdir ki, eyni adlı eyni markalı, hətta eyni ölçülü 2 fərqli mal ola bilər (misal kimi əli ilə məhkəmə zalında quraşdırılmış monitoru göstərmiş) və izah etmişdir ki, qətnamə ilə ondan "monitorun alınması" qət edildiyi halda bu monitorun əvəzinə digərini verə bilər və qeyd olunacaq ki, "samsung" markalı qara monitor verildi. Halbuki həmin monitorlardan birinin dəyəri 100 manat, digərin ki isə 1000 manat ola bilər. Belə olan halda qətnamənin icrasında çətinlik yaranacaq. Çünki iddiaçı daha bahalı olan əşyanın ona aid olduğunu iddia edəcəkdir. Bu misalı birbaşa qızıl-zinət əşyalarına aid etmək olar. Bir qızıl-zinət əşyasını digərindən fərqləndirən ilk növbədə onun dəyəridir. Çünki iddiaçı tələb etdiyi əmlkaklara uydurma və cəfəng qiymətlər yazmışdır. Həmin qızılzinət əşyalarını nə iddiaçı, nə cavabdeh almamışlar, hamısı cavabdehin valideynləri və yaxın qohumları tərəfindən alınmışdır. Bütün əşyalar konkret Cəmilə Salayevaya deyil - Sərxan və Cəmilənin ailəsinə hədiyyə edilmiş, gələcəkdə ehtiyac olduğu halda sərmayə kimi istifadə edilməsi məqsədi ilə. İddiaçı qızıl-zinət əşyalarının yanında müxtəlif marka adları yazmışdır (məsələn Graff, Apey, Roberto Coin, Van Cliff, Messika və sair). Bu əşyaların bu markaya aid olması nə ilə sübut olundu? Ümumiyyətlə həmin markalar mövcuddurmu, ölkəmizdə satışda varmı? İddiaçı yazır ki, üzüyün üstündə 20 karat (!) brilliant daşlar var idi. Bəs bunu necə sübut etdi? Bəlkə brilliant deyildi, digər ona oxşar lakin daha ucuz daş-qaş idi? Məhkəmə bu məsələlərin heç birini araşdırmada qərar qəbul etmişdir. Tərəfindən əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə dair vəsatət verilmişdir. Lakin məhkəmə qətnamədə absurd səbəb göstərməklə həmin vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddianın təmin edilməməsi barədə isə məhkəmə qətnamədə sadəcə "həmin əşyaların birgə nikah dövründə əldə olunmasına dair sübut təqdim edilməmişdir" cümləsi ilə kifayətlənmişdir. Halbuki, ilkin iddiada da söhbət məhz həmin əşyalardan gedir. Yəni iddiaçının özü iddia qaldıraraq həmin əşyaların birgə nikah dövründə alındığını və ona hədiyyə edildiyini iddia edir. Necə olur ki, eyni əşya sübut təqdim etmədən iddiaçı üçün birgə nikah dövründə əldə olunmuş hesab edilir, lakin cavabdeh üçün hesab edilmir? Qətnamə bunun kimi bir çox ziddiyyətli məqamlarla diqqət çəkir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, hal-hazırda iddia ərizəsində qeyd edilən cehiz əşyaları və qəhvəyi rəngli Sobol (samur) şubadan başqa qeyd edilən geyim əşyaları ilə bağlı tərəflər arasında mübahisə olmadığından, qətnaməni yalnız iddia tələbində sadalanan qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti - dəyəri hissəsində” ləğv edilməsini və həmin hissədə ilkin iddia tələbinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

17. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, ilk iddia ərizəsində qeyd edilən sırğa və üzük, Quranqabı ilə boyunbağı, “Roberto Coin” markalı, sarı qızıl brilyantlarla olan dəst (sırğa, boyunbağı, üzük) ümumiyyətlə iddiaçıya təqdim edilməmiş, qəhvəyi rəngli Sobol (samur) şuba isə Cavabdeh anasına məxsus olmuş və Moskvaya gedərkən geyinmək üçün C.Salayevaya verilmişdir. İlk iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

21. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər.

22. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.

23. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir.

26. Həmin Məcəllənin 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci madəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

28. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

29. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən - ilk iddia tələbinin təmin edilən “qızıl-zinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsi” və ilk iddianın təmin edilməyən “iddia tələbində sadalanan qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti” hissələrində və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilk iddia tələbinin təmin edilən “qızıl-zinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsi” və ilk iddianın təmin edilməyən “iddia tələbində sadalanan qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti” hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi mübahisələndirilən həmin hissələrdə qismən təmin edilməli, ilk iddia tələbi “Sırğa və üzük, Qızıl Quran qabı ilə boyunbağı və “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəstin (sırğa, boyunbağı, üzük) cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsində təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya ilk iddia tələbində qeyd edilən cehiz əşyaları və qəhvəyi rəngli Sobol (samur) şubadan başqa digər geyim əşyaları ilə bağlı qeyd edir ki, həmin hissədə tərəflər arasında mübahisə artıq mövcud deyildir.

38. İlkin iddia tələbində sadalanan qızıl-zinət əşyaların və qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğundan onların qiymətinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyi alınmışdır.

39. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2021-ci il tarixli, 19- 1012/21 saylı rəyində qiymətləndirmə aşağıdakı kimi aparılmışdır: “Graff” markalı 750 əyarlı, 2.9 qram, 2.3 karat, 2 karat bütöv brilyant qaşlı üzük – 55000 manat; “Graff ’ markalı 950 əyarlı, 7.5 qram darojkaplatin brilyant qaşlı üzük – 15500 manat; “Leo Pizzza” markalı 750 əyarlı, 49.9 qram ağ qızıl briliyantlarla dəst (klon, sırğa, üzük, qolbaq) – 22000 manat; “Apey” markalı 750 əyarlı, 83.9 qram ağ qızıl bilyantlarla dəst (boyunbağı, sırğa, üzük, qolbaq) – 23500 manat; “Dior” markalı saat – 8000 manat, “Tiffani” markalı 950 əyarlı, 8.5 qram brilyantlarla açarın qiyməti – 8400 manat; Sırğa və üzük – mövcud deyil; Qızıl Quran qabı ilə boyunbağı – mövcud deyil; “Chopard” markalı 750 əyarlı, 5.7 qram sarı qızıl brilyantlarla üzük – 3250 manat; “Roberto Coin” markalı 750 əyarlı, 15.8 qram sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük) – mövcud deyil; “Apey” markalı 750 əyarlı, 15.8 qram çəhrayı qızıl brilyantlarla sırğa – 7900 manat; “Apey” markalı 750 əyarlı, 7.2 qram ağ qızıl brilyantlarla pusetlər – 5100 manat; “Magerit” markalı 6.3 qram ağ qızıl brilyantlarla təkqaş üzük – 4500 manat; “Roberto Coin” markalı 750 əyarlı, 5.5 qram sarı qızıl sırğa – 3300 manat; “Van Cleef’ markalı 750 əyarlı, 5.3 qram sarı qızıl boyunbağı kulon ilə - 5000 manat; “Messika” markalı 750 əyarlı, 10.6 qram çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı – 12000 manat; “Apey” markalı 750 əyarlı, 7.8 qram ağ qızıl qolbaq – 1700 manat; Təqdim edilmiş videotəsvirlərə əsasən təqdim edilmiş şubanın hansı materialdan (norka – su samuru, sobol – samur və s) və hansı brendə məxsus olduğunu müəyyən etmək mümkün olmadığından ehtimal olunan bazar dəyəri: 1500 – 2000 manat təşkil edir.

40. Həmçinin, "xxxx" QSC tərəfindən məhkəməyə tələb olunan məhsulların bazar qiyməti əks olunan sənəd təqdim edilmişdir.

41. Kollegiya iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyərini müəyyən edərkən, qeyd edir ki, “Graff” markalı 750 əyarlı, 2.9 qram, 2.3 karat, 2 karat bütöv brilyant qaşlı üzüyün qiyməti mütəxəssis rəyində aşağı (55000 manat), İtal – Dizayn tərəfindən məhkəməyə təqdim edilən sənəddə isə yüksək (221000 manat); “Graff ’ markalı, 950 əyarlı, 7.5 qram darojkaplatin brilyant qaşlı üzüyün qiyməti mütəxəssis rəyində aşağı (15500 manat), "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilən sənəddə isə yüksək (18200 manat) göstərilmişdir.

42. Kollegiya “Graff” markalı üzüklərlə bağlı iddia ərizəsində qeyd edilən qiymətləri, digər qızıl-zinət əşyaları - “Leo Pizzza” markalı ağ qızıl briliyantlarla dəstin (klon, sırğa, üzük, qolbaq), “Apey” markalı ağ qızıl bilyantlarla dəstin (boyunbağı, sırğa, üzük, qolbaq), “Dior” markalı saatın, “Chopard” markalı sarı qızıl brilyantlarla üzüyün, “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğanın, “Apey” markalı ağ qızıl brilyantlarla pusetlərin, “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzüyün, “Roberto Coin” markalı sarı qızıl sırğanın, “Van Cleef’ markalı sarı qızıl boyunbağı kulonun, “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağının, qolbaq, üzük, ayaq qolbağın, “Apey” markalı ağ qızıl qolbağın mütəxəssis rəyində qeyd edilən dəyərini ağlabatan hesab edir.

43. Kollegiya ilk iddia ərizəsində qeyd edilən digər qızıl-zinət əşyaları olan “Sırğa və üzük, Qızıl Quran qabı ilə boyunbağı” və “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük) ilə bağlı qeyd edir ki, həmin qızıl-zinət əşyaları mövcud olmadığından qiymətləndirmə üçün mütəxəssisə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı həmin qızıl-zinət əşyalarının ona hədiyyə edilməsini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən ilk iddia ərizəsi həmin hissədə təmin edilə bilməz.

44. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

46. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

47. Kollegiya ilk iddia ərizəsində qeyd edilən qəhvəyi rəngli Sobol (samur) şubanın dəyəri hissəsi ilə bağlı isə qeyd edir ki, mütəxəssis tərəfindən şubanın hansı materialdan (norka – su samuru, sobol – samur və s) və hansı brendə məxsus olduğunu müəyyən etmək mümkün olmadığından ehtimal olunan bazar dəyəri 2000 manat təşkil olunduğu müəyyən edildiyindən, kollegiya ekspert tərəfindən müəyyən edilmiş həmin bazar dəyərini əsas götürür.

48. Qarşılıqlı iddia tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bölünməsini tələb etdiyi əşyalar X2 nikah dövründə hədiyyə kimi verildiyindən birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilk iddia tələbinin təmin edilən “qızıl-zinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsi” və ilk iddianın təmin edilməyən “iddia tələbində sadalanan qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti” hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi mübahisələndirilən həmin hissələrdə qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh qiyməti 136000 manat olan “Graff” markalı, 750 əyarlı, 2.9 qram, 2.3 karat, 2 karat bütöv brilyant qaşlı üzük; qiyməti 17000 manat olan “Graff’ markalı, 950 əyarlı, 7.5 qram darojkaplatin brilyant qaşlı üzük; qiyməti 22000 manat olan “Leo Pizzza” markalı, 750 əyarlı, 49.9 qram ağ qızıl briliyantlarla dəst (klon, sırğa, üzük, qolbaq); qiyməti 23500 manat olan “Apey” markalı, 750 əyarlı, 83.9 qram ağ qızıl bilyantlarla dəst (boyunbağı, sırğa, üzük, qolbaq); qiyməti 8000 manat olan “Dior” markalı saat; qiyməti 8400 manat olan “Tiffani” markalı, 950 əyarlı, 8.5 qram brilyantlarla olan açar kulon; qiyməti 3250 manat; “Chopard” markalı, 750 əyarlı, 5.7 qram sarı qızıl brilyantlarla olan üzük; qiyməti 7900 manat olan “Apey” markalı, 750 əyarlı, 15.8 qram çəhrayı qızıl brilyantlarla olan sırğa; qiyməti 5100 manat olan “Apey” markalı, 750 əyarlı, 7.2 qram ağ qızıl brilyantlarla pusetlər; qiyməti 4500 manat olan “Magerit” markalı, 6.3 qram ağ qızıl brilyantlarla təkqaş üzük; qiyməti 3300 manat olan “Roberto Coin” markalı, 750 əyarlı, 5.5 qram sarı qızıl sırğa; qiyməti 5000 manat olan “Van Cleef’ markalı, 750 əyarlı, 5.3 qram sarı qızıl boyunbağı kulon; qiyməti 12000 manat olan “Messika” markalı, 750 əyarlı, 10.6 qram çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı; qiyməti 1700 manat olan “Apey” markalı, 750 əyarlı, 7.8 qram ağ qızıl qolbağ alınıb iddiaçı X2 verilməli, qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti 2000 (iki min) manat müəyyən edilməli, qeyd edilən qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın ilk iddiaçıya verilməsi mümkün olmadığı halda, həmin əşyaların dəyəri Cavabdeh tutularaq X2 ödənilməli, ilk iddia tələbi “Sırğa və üzük, Qızıl Quran qabı ilə boyunbağı və “Roberto Coin” markalı, sarı qızıl brilyantlarla dəstin (sırğa, boyunbağı, üzük) cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsində təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(004)- 740/2021 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilən “qızıl-zinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsi” və ilk iddianın təmin edilməyən “iddia tələbində sadalanan qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti” hissələrində ləğv olunsun. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi mübahisələndirilən həmin hissələrdə qismən təmin olunsun. İlk iddia üzrə Cavabdeh qiyməti 136000 manat olan “Graff” markalı, 750 əyarlı, 2.9 qram, 2.3 karat, 2 karat bütöv brilyant qaşlı üzük; qiyməti 17000 manat olan “Graff’ markalı, 950 əyarlı, 7.5 qram darojkaplatin brilyant qaşlı üzük; qiyməti 22000 manat olan “Leo Pizzza” markalı, 750 əyarlı, 49.9 qram ağ qızıl briliyantlarla dəst (klon, sırğa, üzük, qolbaq); qiyməti 23500 manat olan “Apey” markalı, 750 əyarlı, 83.9 qram ağ qızıl bilyantlarla dəst (boyunbağı, sırğa, üzük, qolbaq); qiyməti 8000 manat olan “Dior” markalı saat; qiyməti 8400 manat olan “Tiffani” markalı, 950 əyarlı, 8.5 qram brilyantlarla olan açar kulon; qiyməti 3250 manat; “Chopard” markalı, 750 əyarlı, 5.7 qram sarı qızıl brilyantlarla olan üzük; qiyməti 7900 manat olan “Apey” markalı, 750 əyarlı, 15.8 qram çəhrayı qızıl brilyantlarla olan sırğa; qiyməti 5100 manat olan “Apey” markalı, 750 əyarlı, 7.2 qram ağ qızıl brilyantlarla pusetlər; qiyməti 4500 manat olan “Magerit” markalı, 6.3 qram ağ qızıl brilyantlarla təkqaş üzük; qiyməti 3300 manat olan “Roberto Coin” markalı, 750 əyarlı, 5.5 qram sarı qızıl sırğa; qiyməti 5000 manat olan “Van Cleef’ markalı, 750 əyarlı, 5.3 qram sarı qızıl boyunbağı kulon; qiyməti 12000 manat olan “Messika” markalı, 750 əyarlı, 10.6 qram çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı; qiyməti 1700 manat olan “Apey” markalı, 750 əyarlı, 7.8 qram ağ qızıl qolbağ alınıb iddiaçı X2 verilsin. Qəhvəyi rəngli Sobol (samur) şubanın qiyməti 2000 (iki min) manat müəyyən edilsin. Qeyd edilən qızıl-zinət əşyalarının və qəhvəyi rəngli Sobol (samur) şubanın ilk iddiaçıya verilməsi mümkün olmadığı halda, həmin əşyaların dəyəri Cavabdeh tutularaq X2 ödənilsin. İlkin iddia tələbi “Sırğa və üzük, Qızıl Quran qabı ilə boyunbağı və “Roberto Coin” markalı, sarı qızıl brilyantlarla dəstin (sırğa, boyunbağı, üzük) cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar