Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2876/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(005)-1216/2020 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Nurəddin oğlu cəlb edilməklə) ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin, 36 saylı mənzilinin Cavabdeh2 veriməsi barədə Cavabdeh1 Ümumi Yığıncağının 13.01.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(005)-1216/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin, 36 saylı mənzilinin Cavabdeh2 verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 13.01.2020-ci il tarixli qərarının ləğv edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)- 2876/2021 saylı qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilərək, hazırki iş üzrə icraat iddiaçı Cavabdeh2 Bayram oğlunun Cavabdeh1 MTK-ya qarşı ümumi yığıncağın 19.04.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi tələbinə dair qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(103)- 2876/2021 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı üçün, iş üzrə icraat təzələnmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina edərək, həmin imtinanın qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarləq edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, Cavabdeh2 apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(005)-1216/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2876/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2876/2021
15.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver