Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2884/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4990/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi ziyanın əvəzi oaraq 1.000.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4990/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək “Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaitinin tutularaq X4 ödənilməsi qət edilmişdir. Qətnamədən X2 apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil dəftərxana vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsinin iclas protokoluna tərəflərindən qeydlər verildiyini bildirmiş və bu səbəblə mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi-vəkili Bakı şəhəri Xətai rayon Məhkəməsinə 2(011)-4990/2020 saylı mülki iş üzrə məhkəmə iclas protokoluna dair qeydlərlə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən qeydlərə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İş üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4990/2020 saylı mülki işi üzrə məhkəmə iclas protokoluna verilmiş qeydlərə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qeydlərə baxılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2884/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2884/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver