Məhkəmə qərarları › İş №2(103)-2896/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2896/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2896/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 MMC qarşı iş üzrə Açar sözlər: (“müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı “müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-978/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdehlər "Hom-Paş Prestil” MTK-ya, İnter MMC-yə, İnter MCC-nin rəhbəri X15 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri-yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarmasını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneələrə görə X10 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh2 MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, əlavə edilmiş müqavilədən və audit aktından görünür ki, iddiaçının müqaviləsi sonradan tərtib olunmuş müqavilədir. Belə ki, 2018-ci il tarixdə "X19" MTK-nın sədri Hikmət Yigitdölün cinayətkar əməlləri araşdırılarkən, qeyd etdikləri audit aktı tərtib olunmuş və orada bütün yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı müqavilələr öz əksini tapmışdır. Həmin aktın 17-ci səhifəsindən görünür ki, iddiaçıya 250 kv.m sahəsi olan qeyri- yaşayış sahəsi verilmişdir. Deməli, iddiaçının hal-hazırki iddia tələbində qeyd etdiyi 300 kv.m sahə ilə bağlı müqavilə saxtadır. Həmçinin, qeyd olunan audit aktından da müəyyən olunur ki, iddiaçı ilə audit aktında olan X5 məxsus olan sahə üst-üstə düşür.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-978/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 149.2, 139.1, 157.2, 157.4, 157.8, 182.1, 560.1, 560.2, 560.3, 567, 568.1, 575.2, 646.1; Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə, iddia tələbinin “"xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh1 MTK və ya digər şəxslər tərəfidən iddiaçıya Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahələrindən istifadə edilməsinə hər hansı maneələrin yaradılması müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinin “Cavabdeh2 MMC və onun rəhbəri X15 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki,Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi nəzərdə tutulmuş, qeyd edilən X1 250 kv.m sahə ilə bağlı zərərçəkdiyi göstərilmişdir, hazırda 250 kv.m sahəyə dair iddiaçının hər hansı bir tələbi yoxdur. Bununla belə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş vəzifələrin icrasına Cavabdeh2 MMC və Cavabdeh3 tərəfindən hər hansı bir maneənin olması hallarda müəyyən deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin “zərərin ödənilməsi və X15 barədə xüsusi qərardad çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, bu hallar, mübahisəli sahələrdən istifadə edilməsinə maneələrin yaradılması ilə bağlı olduğundan, cavabdehlərin hər hansı hüquqazidd əməlləri müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də əsaslı deyil və təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı X6 cavabdehlər "Hom-Paş Prestij” MTK və "İnter” MMCə qarşı "cavabdehlər "xxxx" MTK-ya, İnter MMC-yə, İnter MCC-nin rəhbəri X15 və digər şəxslərə Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 manat pulun alınıb ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı sübut kimi təqdim edilmişdir: - Hom-Paş Prestij” MTK (Hikmət Yigitdöl şəxsində) və X12 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 51 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə "Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən "Hom-Paş Prestij” MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 4-cü mərtəbəsində yerləşən və sahəsi 250 kv.m təşkil edən qeyri-yaşayış "Kooperativ” "Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər; - xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri-yaşayış sahəsi X8 məxsusdur. Bu binanın 2-ci mərtəbəsində ümumi sahəsi 250 kv.m olan, 1 №-li qeyri-yaşayış sahəsinin pay dəyəri 250000 AZN tam ödənilmişdir; - "Hom-Paş Prestij” MTK (Hikmət Yigitdöl şəxsində) və X12 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.3-ci bəndinə görə "Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən "Hom-Paş Prestij” MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12*25=300 m2 təşkil edən 21 və 22 nömrəli ofislər "Kooperativ” "Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər; - xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X8 məxsusdur, pay dəyəri tam ödənilmişdir, borcu yoxdur. Bu binanın A1 və A2 girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.m olan ofisin pay dəyəri 300000 AZN məbləğində müəyyən edilir. Qeyd olunan məbləğ MTK-ya tam ödənilmişdir, borcu yoxdur; - Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, 02 fevral 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "Hom-Paş Prestij” MTK-nın üzərinə qoyulmuşdur. Həmin qətnamə ilə işin hallarından görünür ki, tərəflər arasında 02 fevral 2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən "Hom-Paş Prestij” MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində -4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofisləri İddiaçı verməyi, iddiaçı da öz növbəsində həmin qeyri-yaşayış sahələrinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş 02 fevral 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 və A2 girişi, -4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan ofisin pay dəyəri 300000 manat müəyyən edilmiş və həmin məbləğ MTK-ya ödənilmişdir və iddiaçının borcu yoxdur. 02 mart 2023-cü il tarixdə tərəflər arasında tərtib edilmiş aktda Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofislər İddiaçı təhvil verildiyi qeyd edilmişdir. Lakin hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 21 nömrəli ofis təhvil verilsə də, 22 nömrəli ofis təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı həmin qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 300 kv.metr təşkil etmədiyini qeyd edərək "AZ- Ekspertiza” MMC-yə müraciət edərək mütəxəssis rəyi almış, rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektin ümumi sahəsinin 180.28 kv.metr olduğu müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A” bloklarının orta hissəsində 4cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 və 22 nömrəli ofislərin faktiki ümumi sahəsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 185.2 kv.metr, 22 nömrəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 121.5 kv.metr təşkil edir; - Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsinə xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2016-cı il tarixdə 348 kv.m, xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2017-ci il tarixdə 137 kv.m sahəyə dair digər müqavilələr də bağlanmışdır; - xx.xx.2018-ci il tarixli Müqavilədən görünür ki, tərəflər Bakı Şəhər İcra "Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli, Sərancamına əsasən "Hom- Paş Prestij” MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 sayli xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən "İnter” MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181 -ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması barədə razılığa gəlmişlər; - xx.xx.2019-cu il tarixli Auditor rəyindən görünür ki, ... "xxxx" MTK və İnter"MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyri-yaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yə mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal materialların miqdarının(ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyri yaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasında 250 kv.m sahənin xx.xx.2007-ci il tarixli müqavilə əsasında iddiaçı X6 adına rəsmiləşdirilməsi, həmin 250 kv.m sahə üzrə X12 yerləşdirilməsi və probleminin həll edilməli olan şəxs kimi göstərilmişdir; - Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh3 və avabdehin nümayəndəsi Yiğitdöl Hikmətin iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr ev 32 ünvanında yerləşən A1 və A bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən əraziyə baxış keçirilir. Baxış zamanı müəyyən olunur ki həmin ərazi boşdur, təmirsizdir, qapısı yoxdur. Baxış zamanı Cavabdeh3 bildirir ki, İddiaçı adına 2 müqavilə var. Onlar bir gün fərqlə imzalanıbdır biri 250 kv/m biri isə 300 kv/m. Yiğitdöl Hikmətin barədə cinayət işi gedəndə iddiaçı onlara 250 kv/m-lə bağlı sənəd təqdim etdi və onun adı audit aktında öz əksini tapdı. Həmin aktda onun 250 kv/m yeri tanınıb. 300 kvm nə zaman gəlir ortaya çıxıb bəlli deyil. Rəsmi sənədlə satışa çıxan bütün sahə 625 kvm dir, lakin müqavilələrlə satılan yerin cəmi sahəsi 1350 kvm-dir. Bütün zərərçəkmişlərin yerləri təmin olunub. Hazırda yenə də Yiğitdöl Hikmətin yaratdığı problemlər bitmir. Bir gün fərqlə formal müqavilələr bağlayıb. Birində qeyd edilib ki, 250 kvm sadəcə 4-cü mərtəbədə digərində isə 300 kv.m yer yazılır də o konkretləşdirilir. əgər 300 kv/m var idisə, niyə istintaq zamanı təqdim edilmədi? Bu gün qərarla ona verilməli olan yer 250 kvm dir hansı ki o da 200 kv/mdir. 300 kv/m isə formaldır, sonradan bağlanılıb, saxtadır. Digər müqavilələr də iş materiallarına əlavə edilə bilər. Mən öz yerimdən biraz yer verdim ki, Hompaşla mübahisə biraz sönsün. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddianın təmin olunması barədə qətnamə çıxarmaq və Cavabdeh3 İddiaçı istifadəsində olan 21 saylı qeyri-yaşayış sahəsinin giriş qapısını hörərək həmin sahəyə dəhlizdən girişi məhdudlaşdırmasına və dəhlizi özünə məlum olan şəxsə satmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası 14.1, 16.1, 149.2, 139.1, 157.2, 157.4, 157.8, 182.1, 560.1, 560.2, 560.3.1, 567, 568.1, 575.2, 646.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsi onunla əsaslandırılıb ki, xx.xx.2007-cı ildə “Hom-Paş Prestij MTK ilə ilə (bundan sonra cavabdeh) müqavilə bağlayaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 12x25=300 kvm ölçüdə 21 və 22 nömrəli ofislərin tikintisi haqqında müqavilə bağlanıb. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq bir kvm üçün 1000 manat olmaq şərti ilə cəmi 300000 manat ödənilib. 02 mart 2023-cü ildə cavabdeh müqavilə öhdəliyinə qismən əməl edərək nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Lakin təhvil verilən qeyri-yaşayış sahəsi aktda 300 kvm göstərilsə də, faktiki 160 kv.m olmuşdur. Yəni müqavilədə nəzərdə tutlduğundan 140 kv.m az sahə verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar Xətai Rayon Məhkəməsində qaldırdırılan iddia xx.xx.2024-cü ildə təmin edilib. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilib. Lakin Cavabdeh1 MTK-nın hüquqi varisi “İnter “MMC-nin işçiləri və rəhbər Qalib Əliyev iddiaçıya mülkiyyətində olan tikilidən istifadə etməyə maneə olurlar. Binanın girişində quraşdırılmış keçiddən tikinti materiallarını keçirib təmir işləri aparmağa imkan vermirlər. Səbəbini soruşduqda müdiriyyətin göstərişidir deyə cavab verirlər. Hansı ki, təhvil verilən hissədə tamamlama işləri aparilmalıdır. Yaradılan maneəçilik nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulub və vurulmaqda da davam edilir. Qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə olma inzibati və cinayət məsuliyyət yaradır və buna görə müvafiq cəzalar nəzərdə tutulur. Lakin icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına maneə olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirirlər. Hazırda Cavabdeh1 MTK-ya faktiki sahibliyi İnter MMC-nin rəhbəri Cavabdeh3 həyata keçirir və qətnamənin icrasına maneə əsasən Cavabdeh3 və onun tabeleyində olan digər işçilər tərəfindən törədilir. Məhkəmə araşdırmaları və mübahisəli əraziyə yerli baxışla sübut olundu ki, iddia ərizəsində göstərilən İddiaçı məxsus olan qeyri yaşayış sahəsi iki hissədən ibarət olmaqla 4-cü mərtəbənin liftindən sol tərəfində yerləşir. Həmin qeyriyaşayış sahəsinin dəhlizin solunda yerləşən hissəsinin qapısı Cavabdeh3 tərəfindən hörülərək həmin hissəyə dəhlizdən girişi məhdudlaşdırıb və dəhlizin həmin hissəsini özünə məlum olan şəxsə qanunsuz sataraq istifadəçilərin ümumi mülkiyyətində olan qeyri-yaşayış sahəsini faktiki olaraq özgəninkiləşdirib. Bu işin mübahisəsiz halıdır. Lakin hakim Şəhriyar Əliyev yerli baxışın bu hissəsini qəsdən qətnaməyə daxil etməyib. Daxil etməyib ona görə ki, artıq yerli baxışla Cavabdeh3 iddiaçıya məxsus qeyri yaşayış sahəsindən istifadə etməsini qeyri-mümkün etməsi təsdiqini tapmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ikinci hissəsi birinci hissəyə paralel yerləşir və hər iki hissənin ölçüləri təqribən eynidir. Yerli baxış zamanı ikinci hissəyə yaratdığı maneəni onunla izah etdi ki, mübahisələrin həlli məqsədi ilə xx.xx.2019-cu ildə tərtib edilmiş auditor rəyində İddiaçı ayrılan qeyri-yaşayış sahəsinin ölçüsü 250 kv.m göstərilmişdir. Yəni iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən istifadə edilməsinə maneə yaratması Cavabdeh3 tərəfindən etiraf edilmişdir. İş materialları ilə İddiaçı "xxxx" MTK ilə xx.xx.2007-cildə bağlanmış müqavilə ilə iddiaçıya 300 kvm qeyri-yaşayış şahəsi, xx.xx.2007-ci il tarixli müqavilə ilə isə 250 kvm qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulan müqavilələr mövcuddur. "xxxx" MTK-nın nümayəndəsi eyni sahəyə 2 müqavilə bağlanmasını qeyri-yaşayış sahəsinin ölçüsü ilə izah etdi. Cavabdeh3 isə bu günə kimi 300 kvadrat metrə bağlanan müqaviləni mübahisələndirməmişdir. Mübahisələndirməyə ehtiyac da yoxdur ona görə ki, İddiaçı artıq ödədiyi 50000 manatı tələb etməmişdir. xx.xx.2007-ci ildə bağlanmış müqavilə xx.xx.2007-ci ildə bağlanmış müqavilədə buraxılmış qüsurların aradan qaldırılması məqsədi ilə bağlanmışdır. Müqavilələrdəki tarixlər bir gün fərqlə müxtəlif olmasına baxmayaraq, İddiaçı verilməsi nəzərdə tutulan sahə eynidir. Yəni hər iki müqavilədə verilməsi nəzərdə tutulan sahə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri-yaşayış sahələridir. Göstərilən nömrələr altında olan qeyri-yaşayış sahəsi İddiaçı istifadəsinə verilib. Lakin Cavabdeh2 MMC-nin rəhbəri X15 şəxsi maraqları səbəbindən həmin sahələrdən İddiaçı istifadəsinə imkan vermir və bu işin mübahisəsiz halıdır. Buna görə də məhkəmənin Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən İddiaçı ona məxsus sahələrdən istifadəsinə əngəl törətməsi halının müəyyən olunmaması barədə gəldiyi nəticənin faktiki əsası yoxdur. Qəribə təzad yaranır. Qalib Əliyev qeyri-yaşayış sahəsindən istifadə edilməsinə əngəl törətdiyini etiraf edir. Lakin məhkəmə bu halın müəyyən olunmadığı nəticəsinə gəlib. Cavabdeh İnter MMC-nin rəhbəri Cavabdeh3 məhkəməyə ünvanlandığı yazılı etirazda İddiaçı 250 kv.m qeyri-yaşayış sahəsi verilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Yerli baxış zamanı iddiaçıya 250 kv.m sahədən istifadə etməsinə nə üçün maneə törətməsinin səbəbi soruşulduqda o, suala cavab verməkdən yayınaraq həmin mərtəbədəki qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olduğunu bildirmişdir. Başqa sözlə, iddiaçıya istifadəsində olan sahədən istifadə etməsinə maneə olmasını etiraf etmişdir. Yazılı etirazda iddiaçıya verilən sahə ilə X4 məxsus olan sahələrin üst- üstə düşməsi göstərilib. Hansı ki, məhkəməyə belə bir sübut təqdim olunmayıb. Audit aktında 17-ci səhifədəki cədvəldən görünür ki, X7 ilə müqavilə iddiaçı ilə bağlananan müqavilədən 10 il sonra bağlanıb. Belə bir vəziyyətdə qeyri-yaşayış sahələrinin üst-üstə düşməsi Cavabdeh3 uydurmasından başqa bir şey deyil. Cavabdeh3 istifadəçilər arasında münaqişə yaradaraq vəzifəsindən sui-istifadə etməsi faktıdır bu, bu şəxsin barəsində tədbir görülməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinine-2(011)-178/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, qətnaməsi ilə Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi qərara alınıb və qətnamə qanunu qüvvəsini aldığına görə icra edilib. Qeyri-yaşayış sahəsinin ölçüsü 121,5 kv.m müəyyən olunub. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə qanunu qüvvəsini almış qətnamə ilə İddiaçı təhvil verilmiş qeyriyaşayış sahəsindən istifadəsinə yönələn əngəlləri qanuni hesab etmişdir ki, bunun adı qəsdən qanunsuz qətnamə çıxarmaqdır. Məhkəmə gəldiyi nəticəni həm də onunla əsaslandırıb ki, Cavabdeh2 MMC və Qalib Əliyevin müqavilə üzrə hər hansı bir öhdəliyi yoxdur və həmin mərtəbədə boş yer yoxdur. Məhkəmənin gəldiyi bu nəticə istinad etdiyi Audit aktına ziddir. Audit akı ilə binanın idarəçiliyi Cavabdeh2 MMC-yə verilib. Sözü gedən mərtəbədə İddiaçı verilən qeyri-yaşayış sahələrinin boş olması yerli baxışla təstiq olunub. Başqa sözlə məhkəmənin qəsdən qanunsuz və əsassız qətnamə çıxarması tədqiq olunan sübutlarla təsdiqini tapıb. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Hüququdan sui-istifadə edən Cavabdeh2 MMC və onun rəhbəri Cavabdeh3dir. Malik olduqları vəzifədən sui-istifadə edərək iddiaçını mülkiyyətindən istifadəsinə imkan vermirlər. Alqı-satqının müddəalarının mübahisə ilə əlaqəsi yoxdur. Mübahisənin predmetini mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılmasıdır. Məhkəmə istinad etdiyi normaların tələblərinə əməl etməyərək iddiaçının istinad etdiyi halları sübut etməsini nəzərə almayaraq məhkəmə iclasında tədqiq olunan sübutlara deyil, arzuladığı qətnaməni çıxarmışdır. İşin halları iddianın təmin olunmasını zəruri etdiyi halda məhkəmə tədqiq olunan sübutlara qəsdən düzgün qiymət verməmişdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadəsinə yaradılan maneələr tamamilə sübut olunmasına baxmayaraq işin hallarına uyğun olmayan qətnamə çıxarılmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Apellyasiya icraatı zamanı xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə dəqiqləşmə vermiş və qeyd etmişdir ki, xx.xx.2007-cı ildə "Hom-Paş Prestij MTK ilə ilə (bundan sonra cavabdeh) müqavilə bağlayaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın Al və A2 bloklarının orta hissəsində 4- cü mərtəbədə liftin sol tərəfində yerləşən 12x25=300 kv.m ölçüdə 21 və 22 nömrəli ofislərin tikintisi haqqında müqavilə bağlamışlar. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq bir kv.m üçün 1000 manat olmaq şərti ilə cəmi 300000 manat ödəmişdir. 02 mart 2023-cü ildə cavabdeh müqavilə öhdəliyinə qismən əməl edərək nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona təhvil vermişdir. Lakin təhvil verilən qeyri-yaşayış sahəsi aktda 300 kv.m göstərilsə də, faktiki 60 kv.m olmuşdur. Yəni müqavilədə nəzərdə tutlduğundan 140 kv.m az sahə verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar Xətai Rayon Məhkəməsində qaldırdığı iddia xx.xx.2024-cü ildə təmin edildi. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə ona təhvil verildi. Lakin cavabdeh "xxxx" MTK-nın hüquqi varisi İnter MMC-nin işçiləri və rəhbəri Qalib Əliyev ona mülkiyyətində olan tikilidən istifadə etməyə maneə olurlar. Binanın girişində quraşdırılmış keçiddən tikinti materiallarını keçirib təmir işləri aparmağa imkan vermirlər. Səbəbini soruşduqda müdiriyyətin göstərişidir deyə cavab verirlər. Hansı ki, ona təhvil verilən hissədə tamamlama işləri aparmalıdır. Yerli baxışla müəyyən olunmuşdur ki, 21 saylı qeyri yaşayış sahəsinin dəhlizə açılan qapisı İnter MMC tərəfindən kərpiclə hörülərək dəhlizə çıxış bağlanmışdır. Eyni zamanda 21 saylı qeyri-yaşayış sahəsinin 22 saylı qeyri yaşayış sahəsinin arasındakı divarın istiqamətində dəhliz tikinti materialları ilə hörülərək ayrısa qeyri yaşayış sahəsi yaradılaraq dəhlizdən istifadə məhdudlaşdırılmaqla 21 saylı qeyriyaşayış sahəsinə dəhlizdən giriş tamamilə mümkünsüz edilib. Dəhliz payçıların ümumi istifadəsində olan qeyri yaşayış sahəsidir. Dəhlizin böllünərək başqa səxslərin istifadəsinə verilməsi layihə sənədlərində nəzərdə tutulmur və tikinti norma və qaydalarına ziddir. Sadalanan hallar İnter MMC-nin rəhbəri Qalib Əliyevin özbaşına hərəkətlərinin nəticəsidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 35.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Yaradılan maneəçilik nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulub və vurulmaqda da davam edilir. Qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə olma inzibati və cinayət məsuliyyət yaradır və buna görə müvafiq cəzalar nəzərdə tutulur. Lakin icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına maneə olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirirlər. Hazırda"xxxx" MTK-ya faktiki sahibliyi İnter MMC-nin rəhbəri Cavabdeh3 həyata keçirir və qətnamənin icrasına maneə əsasən Cavabdeh3 və onun tabeleyində olan digər işçilər tərəfindən törədilir. xx.xx.2024-cü ildə "xxxx" MMC ilə icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsini istifadəyə yararlı hala salaraq "xxxx" MMC-yə təhvil verməli idi. Yaranmış vəziyyətdə xx.xx.2025-ci ildən etibarən hər ay ona 15000 manat maddi zərər vurulacaq. Belə ki, mülkiyyətində olan ərazi Xətai metrosunun yaxınlığında yerləşməklə biznes üşün əlverişli yer hesab olunur. 300 kv/m qeyri yaşayış sahəsini icrayə verməklə (bir kv.m üçün 50 manat olmaqla) hər ay 15000 manat gəlir əldə edəcəkdi. Belə ki, Qalib Əliyev qətnamənin icrasına maneə olmaqla təkcə ona qarşı deyil, eyni zamanda dövlətə qarşı hörmətsizlik edir. Qalib Əliyevin özbaşına hərəkətləri nəticəsində müqavilə öhdəliklərinə əməl edə bilmədiyi üçün (müqavilənin 7.1 maddəsinə əsasən hər ay 500 manat cərimə olunacaq. Digər tərəfdən obyektin yaralı hala salınıb "xxxx" MMC-yə təhfil verilənədək hər ay üçün 15000 manat, hər gün üçün isə 500 manat gəlir götürməkdən məhrum edilmişdir. Buna görə də obyektdən istifadəyə yaradılan maneyə görə hər gün üçün "xxxx" MTK-dan, Cavabdeh2 MMC-dən və X9 hər gün üçün 500 manat müştərək qaydada alınıb ona ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutub cavabdehlər "xxxx" MTK-ya, “İnter “MMC-yə, Cavabdeh2 MMC-nin rəhbəri X15 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın Al və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, 21 saylı qeyri-yaşayış sahəsinin dəhlizə açılan qapısının və 21 saylı yaşayış sahəsinin qarşısındakı dəhlizin ümumi dəhlizdən təcrid edilmiş divarının Cavabdeh2 MMC-nin vəsaiti hesabına sökülməsi, obyektdən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneələrə görə X10 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixində yenidən iddia ərizəsinə dəqiqləşmə vermiş və qeyd etmişdir ki, xx.xx.2007-cı ildə 'Hom-Paş Prestij MTK ilə ilə (bundan sonra cavabdeh) müqavilə bağlayaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 12x25=300 kvm ölçüdə 21 və 22 nömrəli ofislərin tikintisi haqqında müqavilə bağlamışlar. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq bir kv.m üçün 1000 manat olmaq şərti ilə cəmi 300000 manat ödəmişdir. 02 mart 2023-cü ildə cavabdeh müqavilə öhdəliyinə qismən əməl edərək nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona təhvil vermişdir. Lakin təhvil verilən qeyri-yaşayış sahəsi aktda 300 kv.m göstərilsə də, faktiki 60 kv.m olmuşdur. Yəni müqavilədə nəzərdə tutulduğundan 140 kv.m az sahə verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar Xətai Rayon Məhkəməsində qaldırdığı iddia xx.xx.2024-cü ildə təmin edildi. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə ona təhvil verildi. Lakin cavabdeh "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh2 MMC-nin işçiləri və rəhbəri Qalib Əliyev ona mülkiyyətimdə olan tikilidən istifadə etməyə maneə olurlar. Binanın girişində quraşdırılmış keçiddən tikinti materiallarını keçirib təmir işləri aparmağa imkan vermirlər. Səbəbini soruşduqda müdiriyyətin göstərişdir deyə cavab verirlər. Hansı ki, ona təhvil verilən hissədə tamamlama işləri aparmalıdır. Yerli baxışla müəyyən olunmuşdur ki, 21 saylı qeyri yaşayış sahəsinin dəhlizə açılan qapisı Cavabdeh2 MMC tərəfindən kərpiclə hörülərək dəhlizə çıxış bağlanmışdır. Eyni zamanda 21 saylı qeyri-yaşayış sahəsinin 22 saylı qeyri yaşayış sahəsinin arasındakı divarın istiqamətində dəhliz tikinti materialları ilə hörülərək ayrısa qeyri-yaşayış sahəsi yaradılaraq dəhlizdən istifadə məhdudlaşdırılmaqla 21 saylı qeyri- yaşayış sahəsinə dəhlizdən giriş tamamilə mümkünsüz edilib. Dəhliz payçıların ümumi istifadəsində olan qeyri yaşayış sahəsidir. Dəhlizin bölünərək başqa səxslərin istifadəsinə verilməsi layihə sənədlərində nəzərdə tutulmur və tikinti norma və qaydalarına ziddir. Sadalanan hallar Cavabdeh2 MMC-nin rəhbəri Qalib Əliyevin özbaşına hərəkətlərinin nəticəsidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 35.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Yaradılan maneəçilik nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulub və vurulmaqda da davam edilir. Qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə olma inzibati və cinayət məsuliyyət yaradır və buna görə müvafiq cəzalar nəzərdə tutulur. Lakin icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına maneə olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirirlər. "xxxx" MTK-ya faktiki sahibliyi Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh3 həyata keçirir və qətnamənin icrasına maneə əsasən Cavabdeh3 və onun tabeleyində olan digər işçilər tərəfindən törədilir. Cavabdeh2 MMC-nin rəhbərinin dəyişdirilərək oğlu Tahir Əliyevin Cavabdeh2 MMC-nin rəhbərliyinə gətirilməsi Qalib Əliyevin cinayət məsuliyyətindən azad edilməsinə hesablanıb. Hazırda "xxxx" MTK üzərinə düşən öhdəliyi yerinə yetirdiyi üçün iddianın "xxxx" MTK-ya dair hissəsindən imtina edir. xx.xx.2024-cü ildə "xxxx" MMC ilə icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən mülkiyyətimdə olan qeyri-yaşayış sahəsini istifadəyə yararlı hala salaraq "xxxx" MMC-yə təhvil verməli idi. Yaranmış vəziyyətdə xx.xx.2025-ci ildən etibarən hər ay ona 15000 manat maddi zərər vurulacaq. Belə ki, mülkiyyətində olan ərazi Xətai metrosunun yaxınlığında yerləşməklə biznes üşün əlverişli yer hesab olunur. 300 kv.m qeyri-yaşayış sahəsini icrayə verməklə (bir kv.m üçün 50 manat olmaqla) hər ay 15000 manat gəlir əldə edəcəkdi. Belə ki, Qalib Əliyev qətnamənin icrasına maneə olmaqla təkcə ona qarşı deyil, eyni zamanda dövlətə qarşı hörmətsizlik edir. Qalib Əliyevin özbaşına hərəkətləri nəticəsində müqavilə öhdəliklərinə əməl edə bilmədiyi üçün müqavilənin 7.1 maddəsinə əsasən hər ay 500 manat cərimə olunacaq. Digər tərəfdən obyektin yaralı hala salınıb "xxxx" MMC-yə təhvil verilənədək hər ay üçün 15000 manat, hər gün üçün isə 500 manat gəlir götürməkdən məhrum edilmişdir. Buna görə də obyektdən istifadəyə yaradılan maneyə görə hər gün üçün "xxxx" MTK-dan, Cavabdeh2 MMC-dən və X9 hər gün üçün 500 manat müştərək qaydada alınıb ona ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 maddələrini rəhbər tutub cavabdehlər İnter MMC-yə; Cavabdeh2 MMC-nin rəhbəri X13 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın Al və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektdən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneələrə görə X10 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi Vəkil1 eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, yaradılan maneələrin aradan qaldırılması və maddi ziyanın "xxxx" MTK ilə əlaqəsi olmadığı üçün iddianın həmin hissəsindən imtina etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 sonuncu iddia tələbinin dəqiqləşmə ərizəsini müdafiə etdiyini və xx.xx.2007-ci il tarixli müqaviləni qüvvədə olan müqavilə hesab etdiklərini bildirməklə, Hom-Paş Prestij” MTK-ya qarşı heç bir tələbləri olmadığını, maneələrin “İnter“ MMC tərəfindən yaradıldığını, müqavilə üzrə onlara 300 kv.mdən ibarət sahə verilməli olduğunu, onlara verilən qeyri-yaşayış sahəsinin ölçüsünün isə 180 kv.m olduğunu, 250 kv.m-dən ibarət sahə verilərsə, bununla razı olduqlarını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 qeyd etmişdir ki, problem iddiaçının əlavə sahələri tələb etməsindədir, iddiaçı ona verilən qeyriyaşayış sahəsinin yanındakı əmlakı da istəyir ki, bu da mümkün deyildir, çünki həmin əmlak başqa bir şəxsə məxsusdur, audit aktı ilə də müəyyən edilmişdir ki, həmin əmlak başqa bir şəxsə məxsusdur və bundan əlavə həmin aktla iddiaçı hüquqları pozulmuş şəxslər siyahısında qeyd edilməmiş, müqavilə üzrə qeyd edilən sahə ona təhvil verilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya verilən əmlakın ölçünün az olması ilə bağlı onlar hər hansı şəkildə hərəkət edə bilməzlər, 250 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini iddiaçıya Cavabdeh1 MTK verməli idi, indi isə belə bir ölçüdə əmlak mövcud deyildir.

11. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MTK iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya icraatı zamanı iddia həcminin dəyişməsi ("xxxx" MTK-nın cavabdehlikdən çıxarılması) barədə iddiaçının müraciəti mülkiprosessual qanunvericiliyin tələbləri baxımından nəticə üzrə yolverilməz olsa da, qeyd edilən müraciətlərdə sərgilənən mövqe iddiaçı tərəfin iddiasına (apellyasiya şikayətinə) aydınlıq gətirilməsinə yönəlik mülahizə kimi qəbul ediləndir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

14. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 391. Tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır:420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar;420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. 567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 575.2. satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

17. Məhkəmə kollegiyası qeyd edilənlərə, apellyasiya şikayətinin dəlillərinə, Mülki Prosesual Məcəlləsinin 14, 76, 77, 80-88, 119, 216-218, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və hüquqdan sui-istifadəyə şərait yaradan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə xüsusatlar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

18. Kollegiya bildirir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, 02 fevral 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "Hom-Paş Prestij” MTK-nın üzərinə qoyulmuşdur. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilmiş, sonradan icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına maneə olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirdiklərini əsas gətirərək iddiaçı hazırki iddianı irəli sürmüşdür. İddiaçı özü həmin qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 300 kv.metr təşkil etmədiyini qeyd edərək "AZ- Ekspertiza” MMC-yə müraciət edərək mütəxəssis rəyi almış, rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektin ümumi sahəsinin 180.28 kv.metr olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir iddiaçı (nümayəndəsi) özü şikayətində (əlavədə) qeyd edir ki, “xx.xx.2007-ci ildə bağlanmış müqavilə xx.xx.2007-ci ildə bağlanmış müqavilədə buraxılmış qüsurların aradan qaldırılması məqsədi ilə bağlanmışdır. Müqavilələrdəki tarixlər bir gün fərqlə müxtəlif olmasına baxmayaraq İddiaçı verilməsi nəzərdə tutulan sahə eynidir”.

19. Beləliklə, eyni sahə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı qəbul edilmişsə, bu halların ümumiyyətlə müzakirəsi mülki prosessual mənada yolverilməzdir. İşin halların və tərəflərin mövqelərini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı maneələrin aradan qaldırmaq iddiası pərdəsi altında əslində hüquqlardan sui-istifadə meyllərini nümayiş etdirir. Belə ki, şəxs özü bəyan edir ki, formal olaraq iki müqavilə mövcud olsa da, əslində bu müqavilələr üzrə İddiaçı verilməsi nəzərdə tutulan sahə eynidir. Əgər bu yer eynidirsə və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də ölçüsü 121.5 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "Hom-Paş Prestij” MTK-nın üzərinə qoyulması müəyyən edilmişdirsə, əlavə sahələrdə hüquqların təsdiqi müəyyən edilmirsə və hazırki iddia tələbinin əsası hüquqların təsbiti ilə bağlı olsa da, belə tələb mövcud olan hüquqlara qarşı maneələrin aradan qaldırılması barədədir, sahələrin təsbit edilməsi barədə tələb irəli sürülmədiyindən, iddiaçıya əlavə sahənin verilməsi əsasında iddianın təmin edilməsi, prosessual mənada məhkəmənin vəzifə səlahiyyətlərinin aşması kimi hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Tərəflər arasında iddiaçının sahibliyinə verilməli olan sahənin həcmi ilə bağlı mübahisə olsa da, hazırda iddiaçı (nümayəndəsi) müqavilə öhdəlikləri üzrə vəzifələri müəyyən edilən "Hom-Paş Prestij” MTK-ya qarşı tələbinin müdafiə etmədiyini bəyan edir, digər Cavabdeh2 MMC-nin nümayəndəsi isə problemlərin iddiaçının əlavə sahələri tələb etməkdə olduğunu bildirir, mövcud vəziyyətlə bağlı heç bir maneə törədilmədiyini bildirir. Ona görə birinci instansiya məhkəməsinin, iddiaçının tələbləri üzrə dəlillərinin sübuta yetirilməməsi əsası ilə təsbit etdiyi qənaəti düzgün olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 978/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar