Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2900/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh2 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ASC “xxxx” Sığorta Şirkətinə qarşı sığorta ödənişinin və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-436/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 436/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, vurulmuş 20093 manat maddi ziyanın, avtomobilin dəyər itirməsi nəticəsində vurulmuş 2000 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, 120 manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh2 sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, rayon məhkəməsi apellyasiya şikayətinin vaxtında verilmədiyini bildirərək xx xxxxxx 2020-ci il tarixli qərardadla apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qətnaməni xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada əldə etmiş, həmin qətnamədən xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. xx xxxxxx 2020-ci il tarixli qərardadla dövlət rüsumu ödənilməməsi səbəbindən şikayət geri qaytarılmış, sonradan xx xxxxxxx 2020-ci il tarixdə dövlət rüsumu barədə qəbz əlavə edilməklə yenidən apellyasiya şikayəti vermişdir. Qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində şikayət verdiyinə görə hesab edir ki, şikayət vermə müddəti buraxılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-436/20 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Cəlil Mahmudov şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdeh ASC “xxxx” Sığorta Şirkəti məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-436/20 saylı qərardadı ləğv edilməli, qətnamədən şikayət vermə müddəti buraxılmamış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 qətnaməni rəsmi olaraq xəbərnaməyə imza etməklə xx xxxx 2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə poçt vasitəsilə apellyasiya şikayətini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 436/2020 saylı qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmışdır. Həmin qərardadın surəti Cavabdeh2 nümayəndəsi X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmiş, (i.v.148) bundan sonra Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməklə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. İş materiallarından göründüyü kimi Cavabdeh2 apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ümumiyyətlə ötürməmişdir. Belə ki, Cavabdeh2 apellyasiya şikayətini xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərmiş, bu zaman prossesual müddətin axımı dayanmışdır. Sonradan cavabdeh apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı xx xxxxxxx 2020-ci il tarixdə əldə etdiyindən həmin qərardaddan şikayət vermə müddəti xx xxxxxx 2020-ci il tarixdə bitir. Bu halda apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin axımı xx xxxxxx 2020-ci il tarixdən başlayır. Cavabdeh2 apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə yenidən məhkəməyə daxil olmuşdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin qətnamədən şikayət vermə müddəti buraxılmamış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 436/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 436/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermə müddəti buraxılmamış hesab olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2900/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2900/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver