Məhkəmə qərarları › İş №2(103)-2902/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2902/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2902/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4656/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəsarət aldığı üçün İİİ qrup əlillərə nəzərdə tutulmuş 4400 manat sığorta ödənişinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsini icraatı zamanı sığorta ödənişinin verilməsinin qeyrimümkün olmasına dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktub (səh.4), İddiaçı hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar üçüncü qrup müharibə əlil olması haqqında Dövlət Sosial Müdafiə Fondunun Şəki Rayon Şöbəsi tərəfindən verilmiş N° 001521 saylı, xx.xx.2016-cı il tarixli vəsiqənin surəti (səh.5), İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirərkən üçüncü qrup əlil olması haqqında xx.xx.1989-cu il tarixli arayış (səh.6) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4656/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı 1988-ci ildə Kazaxıstan Respublikasının, Qızılorda vilayətinin, Karmakşin rayonunun Toretam qəsəbəsinə hərbi xidmətdə xidmət etdiyi zaman baş vermiş hadisəyə görə sığorta ödənişini tələb edir. Qeyd olunan hadisə Azərbaycan SSR dövründə baş vermişdir və həmin hadisədə xəsarət almış iddiaçı ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında heç bir müqavilə olmamışdır. Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi deyil. İddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikasının "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə (Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması) istinad edərək hesab etmişdir ki, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Lakin həmin Qanunun 2-ci maddəsinə (Hərbi qulluqçu statusuna malik şəxslər) əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. İddiaçı apellyasiya şikayəti apellyasiya şikayətinə əlavə verərək, Nəsimi Rayon Məhkəməsinin 2-(006)-4656/2020 saylı işi üzrə xx xxxxxx 2020-cı il tarixli. qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını və maddi imkanı zəif olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyinin nəzərə alınmasını və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, keçmiş SSRİ-nm tərkibində olan 16 respublikalardan biri də Azərbaycan Respublikası olub, vahid Sovet Sosialist Respublikası İttifaqının tərkibində 1941- 945-ci ildə gedən Böyük Vətən Müharibəsində iştirak edərək, təxminən 600000-a yaxın əlil, şəhid və müharibə veteranı adlarını alan şəxslər olmuşdur. Bu günə qədər də həmin şəxslər və onların ailəsi Azərbaycan Respublikasının dövlət qayğısı ilə əhatə olunmuş və 1941-1945-ci ildə gedən Böyük Vətən Müharibəsində iştiraklarına görə laiq görüldükləri adlara uyğun olaraq müvafiq pensiya müavinət və təqaüdlərlə təmin olunmaqda davam edirlər. Eyni zamanda o da 1988-ci ildə Azərbaycan Respublikası SSRİ-nın tərkibində olduğu dövrdə) keçmiş SSRİ-nm tərkibində hərbi xidmətdə olmuş, hərbi xidməti vəzifəsini yerinə yetirərkən xəsarət aldığı üçün Azərbavcan Respublikasında əlillik təqaüdünə çıxmış, təqaüdə çıxmağı ilə bağlı dövlət tərəfindən əlillik pensiyası və Prezident təqaüdü alır. O, həmin əlillik pensiyasının və Prezident təqaüdünün alınması üçün müvafiq sənədləri hazırlayan zaman, heç bir qurum tərəfindən onun SSRİda xidmət etdiyini və buna görə də ona pensiya təyin olunmacacağı barədə bir söz deyilməmişdir.Göründüyü kimi SSRİ-da xidmət etdiyinə görə əlillik pensiyası və ən əsası da Prezident təqaüdü verdirsə, deməli İİİ qrup əlillərə nəzərdə tutulmuş 4400 manat sığorta ödənişinin də ona ödənilməsi qanuna müvafiqdir. Əvvəlki ərizəsində qeyd etdiyi kimi artıq gözünün biri kordur və bir gözündə görmə dərəcəsi get-gedə zəyifləməkdədir. Maddi imkanı çox zəyifdir və altı övladı var. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının Sovet qoşunlarında xidmət keçdiyini, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunun tələbinə əsasən sığorta ödənişinin Azərbaycan Respublikası ərazisində qulluq edənlərə verildiyini, iddiaçı qarşısında onların heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 7.1, 897, 911-913,922– 926, 933, 935, ; Mülki Prosesual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, ‘Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə və həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquqtətbiqetməyə dair dəllərinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), mülki qanunvericiliyin və mülki icraatın ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqlarının (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki munasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-in 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4656/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar