Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2919/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6715/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək haqqınsa şamil olunmamış vəsaitlərin və əlavə işlədiyi saat və günlər üçün almadığı əmək haqqının ona qaytarılması üçün tələb kimi “xxxx” ASC-nin Baş ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə “xxxx” ASC-nin Laçın rayonu üzrə filialında 2014-cü il mart ayının 5-də əməliyyatçı kimi başlamışdır. Əlavə işlədiyi saat və günlər üçün isə heç bir əmək haqqı almamışdır. xx.xx.2019-cu il tarixində öz ərizəsi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il № 137 qərarının 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1; 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2; 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2006-cı il tarixli, 461nömrəli Fərmanının 1-ci bəndində də eyni göstəriş öz əksini tapmışdır. Bundan əlavə, Fərmanın 2ci bəndində “Fərmanın 1-ci bəndi ilə təyin edilən əmək haqqlarına artımlar (əmsallar) Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə büdcə vəsaiti hesabına, başqa müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə isə onların öz vəsaitləri hesabına ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 nömrəli qərarındakı 1 nömrəli əlavədə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin, 2 nömrəli əlavədə isə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı əlavə edilmişdir. Adı çəkilən qərara Nazirlər Kabinetinin xx xxxxx 2003-cü il tarixli, 54 nömrəli qərarı ilə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı yeni redaksiyada qeyd əlavə edilmişdir. Həmin qeydə görə “Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır”. Nəzərinizə çatdırıram ki, Laçın şəhəri 1,2 əmsalı olan yaşayış məntəqələrinin siyahısında qeyd edilmiş və 2014-cü ilin may, iyun və iyul ayları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2006-cı il 26 sentyabr 461 nömrəli fərmanı əsas götürülərək onun əmək haqqıma yüksəkliklə bağlı artım (əmsal) tətbiq olunmuş, üç ay əmək haqqıma tətbiq olunmuş, lakin təəssüflər olsun ki, bilinməyən naməlum səbəblərdən artım (əmsal) üç ay sonra dayandırılmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "Cavabdeh" ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Laçın Rayonu İcra Hakimiyyəti başçısının Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 259 №-li arayışından görünür ki, Laçın rayon Qayğı qəsəbə sakini İddiaçı 1992-ci ildən məcburi köçkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxxxxx 2006-cı il tarixli, 461 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək haqlarına 1.1 artım (əmsal), dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək haqlarına 1.2 artım (əmsal) tətbiq edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 137 nömrəli Qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. Həmin qərarın “qeyd” hissəsinə əsasən əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrində və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır. İşin hallarından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla Cavabdeh ASC-nin “Laçın” filialında çalışmış, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü hissəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 137 nömrəli Qərarına və “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxxxxx 2006-cı il tarixli, 461 nömrəli Fərmanına istinad edərək Bankın “Laçın” filialında işlədiyinə və Laçın rayonunun adı çəkilən Qərarın 2 nömrəli əlavəsində qeyd olunduğuna görə onun əmək haqqına əlavələrin müəyyən edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 137 nömrəli Qərarında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında artımın (əmsalın) təqbiqi nəzərdə tutulsa da, həmin qərarın qeyd hissəsindən görünür ki, bu qayda büdcədən maliyyələşən müəssisə və təşkilatlara şamil olunur. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh ASC büdcədən maliyyələşən təşkilat olmadığından Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 137 nömrəli Qərarının Qeyd hissəsi sözügedən Banka şamil oluna bilməz Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X1 hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə, birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2919/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2919/2020
27.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver