Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2922/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması” haqqında ilkin, Cavabdeh1 İddiaçı qarşı “alimentin artırılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-255/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilən alimentin miqdarının azaldılaraq onun hər ay qazancının yarısı miqdarında aliment tutularaq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, qarşılıqlı iddia verərək, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay İddiaçı qazancının ¼ hissəsi və 1000 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddia təmin edilərək, Nizami Rayon Məhkəməsinin 2(007)-255/2013 saylı, xx xxxxx 2013-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3056/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxxxx 2011-ci il təvəllüdlü Suada Bayramlı, xx.xx.2017-ci il təvəllüdlü Adnan Bayramlı və xx.xx.2019-cu il təvəllüdlü Ayan Bayramlının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirinin) yarısı miqdarında aliment Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulması, tutulan alimentin 1/3 hissəsi Suada Bayramlının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1, 2/3 hissəsi Adnan Bayramlı və Ayan Bayramlının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh2 verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək (dəyişiklik etməklə), qətnamənin tamamilə ləğv edilməsini, ilkin rədd, qarşılıqlı iddianın isə 1000 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı iddia ərizəsində hər iki cavabdehə ödənilən alimentin miqdarının azaldılmasını qeyd etsə də, qəbul edilmiş qətnaməyə əsasən, Cavabdeh1 xeyrinə ödənilən alimentin miqdarı əvvəlki ilə müqayisədə 16,7% azalmış, lakin Cavabdeh2 ödənilən alimentin miqdarı isə dəyişməz qalmışdır. Deməli, bu qətnamə Cavabdeh1 və onun azyaşlı övladının hüquq və mənafelərinə toxunmuşdur. Cavabdeh2 isə İddiaçıla nikahda olmaqla birlikdə yaşayıb, birgə təsərrüfat aparmaqla formal olaraq cavabdeh kimi qoyulmuşdur. Qarşılıqlı iddiaya münasibətdə isə qeyd olunur ki, işdə olan Mərkəzi Klinikanın xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramlı allergik rinit, allergik bronxit (bronxit astma-atopik forma) xəstəliyindən əziyyət çəkir, bronxial astma və allergik rinit diaqnozu ilə müalicə alır. Məhkəmə isə, bu sənədi əsaslı sübut hesab etməmişdir. Bundan əlavə, Suada Bayramlı onunla birlikdə 2011-ci ildən hazıra kimi 3 dəfə Naxçıvan MR-ə “Duzdağ” Hotelə müalicə olunmaq üçün getmiş və 17-xx.xx.2017-ci il tarixdə 144 manat, xx.xx.2018-ci il tarixdə 108 manat və 01-xx.xx.2019-cu il tarixdə 1080 manat ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, bu sübutlar da, uşağa sabit pul məbləğində əlavə alimentin ödənilməsi üçün yeterli deyil. Halbuki, iş materiallarına bununla bağlı kifayət qədər sübut əlavə edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı və Cavabdeh1 xx.xx.2010-cu ildə nikaha daxil olmuş və bu nkahdan xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramlı adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramovanın anası Cavabdeh1 yanında qalması, yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay aylıq gəlirinin (qazancının) ¼ hissəsi miqdarında aliment tutularaq, Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı ikini dəfə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü Adnan Bayramlı və xx.xx.2019-cu il təvəllüdlü Ayan Bayramlı adlı uşaqları doğlumuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllülü Adnan Bayramlı və xx.xx.2019-cü il təvəllüdlü Ayan Bayramlının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, İddiaçı hazırda Hesablama Palatasında şöbə müdiri vəzifəsifəsində işləyir və onun orta aylıq əmək haqqı əlavələrlə birlikdə 6491 manat təşkil edir. Qeyd olunanlar, ilkin və qarşılıqlı iddia ərizələri, doğum və nikahın pozulması haqqında şəhadətnamələr, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)255/2013 saylı qətnaməsinin surəti,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3056/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin surəti, Azərbaycan Respublikasının Hesablama Palatasının xx.xx.2019-cu il tarixli **********5 nömrəli arayışı və işdə olan digər sənədlərlə təsdqlənir. Eyni zamanda, Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tibbi arayışa əsasən, xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramlı barəsində Allergik Rinit, Allergik bronxit (Bronxit Astma-Atopik forma) diaqnozu qoyulmuşdur. O, 2015-ci ildən tərəflərindən izlənilir, Allergik dəri testi edilmiş, ev tozlarına, bitki pollenlərinə həssaslıq aşkarlanmışdır. Bronxial astma və allergik rinit diaqnozu ilə müalicə alır, izləmi davam edilir. “Duzdağ” Hotelə ödəniş etmə barədə sənədlərin ksero surətlərinə əsasən, Cavabdeh1, 17xx.xx.2017-ci il tarixlərdə 144 manat, xx.xx.2018-ci il tarixdə 108 manat və 01-xx.xx.2019cu il tarixlərdə 1080 manat ödəniş etmişdir. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin arayışından görünür ki, “Duzdağ” Hotelin standart otağının qiyməti iki nəfər üçün bir həftəlik müalicəvi turistik paktein qiyməti mövsümdən asılı olaraq 500-700 manat arası dəyişir (qiymətə daxildir: X7 otelə transfer, əsas binada standart otaq və müalicəvi dağ korpusunda otaq, otel və dağ arası transfer xidmətləri, gün ərzində 3 dəfə qidalanma və müalicə). Kollegiya, apellyasiya şikayətinin ilkin iddianın və qarşılıqlı iddianın həlli ilə bağlı dəlillərinə münasibətdə ayrı-ayrılıqda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını dəqiqləşdirmişdir. Bununla belə, alimentin müəyyənləşdirilməsi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəadan irəli gəldiyi üçün hər hansı obyektiv və ağlabatan əsas olmadan, yalnız formal mülahizələrə əsaslanmaqla valideynləri bu vəzifənin icrasından azad etmək və ya ödənilən alimentin miqdarını azaltmaq yolverilməzdir. Kollegiya, hazırkı mübahisəyə də göstərilən kontekstdən yanaşaraq bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Baxılan işdə ilkin iddia üzrə İddiaçı alimetin azaldılması tələbini hər iki nikahından olan uşaqlarının (birinci nikahdan-bir uşaq, ikinci nikahdan-iki uşaq) yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan alimentlərin miqdarının ümumilikdə qazancının 50%-dən çox olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də ilkin iddianı təmin edərkən, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə istinad etmişdir (hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında). İş materiallarından isə görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq onun ikinci nikahından olan xx.xx.2017-ci il təvəllülü Adnan Bayramlı və xx.xx.2019-cü il təvəllüdlü Ayan Bayramlının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh2 İddiaçı qarşı alimentin tutulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6ÜŞ-14299/20 saylı məktubuna əsasən, Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazırda İddiaçı qazancından yalnız xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramlının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 xeyrinə aliment tutulur. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Odur ki, məhkəmə kollegiyası, Ali Məhkəmənin yuxarıdakı mövqeyini də nəzərə almaqla birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, hesab edir ki, hazırkı işdə aliment ödəyən İddiaçı yalnız Cavabdeh1 ilə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramlı üçün aliment ödədiyini, dolayısı ilə aliment ödədiyi digər uşaqlarının olmadığını, eyni zamanda maddi vəziyyətində alimentin azaldılmasına səbəb ola biləcək hər hansı dəyişikliyin olmadığını nəzərə alaraq hesab edir ki, ilkin iddia rədd olunmalıdır. Qarşılıqlı iddia üzrə isə Cavabdeh1, onun xeyrinə İddiaçı qazancından ¼ hissədə tutulan alimentdən əlavə, həm də uşağın xəsətliyi nəzərə alınmaqla hər ay sabit pul məbləğində 1000 manatın tutulmasını tələb edir. Kollegiya, qarşılıqlı iddianın həlli ilə bağlı rayon məhkəməsinin qənaətini əsaslı hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşmır. Belə ki, Cavabdeh1 iddiasını xx.xx.2011-ci il təvəllüdlü Suada Bayramlının uzunmüddətli müalicə tələb edən xəstəlikdən əziyyət çəkməsi və mütəmadi olaraq onun müalicəsinə xeyli miqdarda vəsait sərf edildiyi ilə əsaslandırmağa çalışsa da, bu müalicənin davamlı olaraq alınmasını, hansı məbləğdə vəsait tələb etməsini kifayət qədər mötəbər sənədlərlə sübuta yetirə bilməmişdir. Belə ki, bununla bağlı iş materiallarına əlavə etdiyi ödəniş sənədləri ksero surət olmaqla, mötəbər hesab edilmir. Çünki Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv olunaraq, ilkin iddia rədd olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3077/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-255/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilən alimentin miqdarının azaldılaraq onun hər ay qazancının yarısı miqdarında aliment tutularaq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi barədə” ilkin iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2922/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2922/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver