Məhkəmə qərarları › İş №2(103)-2926/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2926/2022

02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2926/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-263/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı X9 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla “gəlirin bölüşdürülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bərabər paylı mülkiyyətdə olan ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinin icarəyə verilməsindən cavabdehin əldə etdiyi 92800 manat məbləğində gəlirin Cavabdeh ilə iddiaçı arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşıdır. Onunla 19 noyabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 26.12.2006-cı il təvəllüdlü Abel adlı, 25.06.2011-ci il təvəllüdlü Məhəmməd adlı va 23.07.2014-cü il təvəllüdlü Əli adlı oğulları var. Nikah dövründə - ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərini də əldə etmişlər. 39 saylı mənzil cavabdehin, 40 saylı mənzil iddiaçının adına rəsmiləşdirilmişdir. 26.09.2018-ci il tarixdə o, nikahlarının pozulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı 25.02.2019-cu il tarixli qətnamasi ilə nikahıları pozulmuşdur və 3 uşağın nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli qatnaməsi ilə Bakı şahəri, Yasamal rayonu ,İ.Qutqaşınlı küçasi 507 saylı evin 39 və 40 saylı mənzillərinin üzarində 1/2 (ikidə bir) hissədə iddiaçının 1/2 hissəda Cavabdeh pay hüququ müəyyən edilmişdir.Baxmayaraq ki, göstərilən mənzillər ümumi əmlak idi, iddiaçıda həmin mənzillarin açarı olmamışdır. Həmin mənzillər yeni mənzillərdir va yaşayış üçün təmir edilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, hətta yaşadıqları ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə belə məhkəmə qətnaməsi ila köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Təmin edilen iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilmirdi. Bunları məhkəməyə ona görə bildirir ki, cavabdeh ümumi əmlakda olan hüququnu daima məhdudlaşdırıb. Cavabdeh ayrı yaşadıqları müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından ümumi əmlaklara — yuxarıda göstərdiyii Bakı şahəri, Yasamal rayonu ,İ.Qutqaşınlı küçasi 507 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib, gəlir götürüb. Həmin mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdan sonra, 2021-ci ilin aprel ayının 29-da o böyük maneələrə qalib gələrək mənzillərə daxil ola bilmişdir və o vaxt müəyyən etmişdir ki, cavabdeh 2 mənzili birlləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir. Bu fakt Yasamal rayon Məhkəməsinin icraatında olan payın natura qaydasında bölgüsü barəda tələbi ilə bağlı iş üzrə məhkəmə ekspertizası keçirilarkən də yuxarıda göstərilən mənzillərə baxış zamanı bir daha təsdiqini tapmışdır. Paylı mülkiyyətimdə olan mənzillər cavabdeh tərəfiindən X4 icarəyə verilmişdir, icarə müddəti 05 yanvar 2022-ci il tarixədək va icarə haqqı ayda icarə müqaviləsinə əsasən 2320 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh ümumi əmlakda olan pay hüququnu- mülkiyyət hüququnu pozur, onun xəbəri və razılığı olmadan hal-haziradək paylı ümumi mülkiyyətdə olan mənzilləri icarəyə verərək uzun müddətdir ki iddiaçıdan gizli gəlir əldə edir. Bu cavabdehə xas olan əməldir, çünki yüksək gəlir sahibi, yüksək maddi vaziyyəti olduğu halda 3 uşağa görə cəmi 397 manat aliment ödəyir. Son 4 ayda isə heç bir aliment ödəmir. Beləliklə cavabdeh iddiaçının razılığı olmadan paylı ümumi mülkiyyətdə olan mənzillərə dair sərəncam verərək 2018-ci ilin sentyabr ayından gəlir əldə edir. İddiaçı isə onun qanunsuz hərəkətləri nəticəsində həmin gəlirdə olan payından məhrum edilmidir. Pozulmuş hüququnun bərpa edilməsi məqsədilə hazırki tələb ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onlar cavabdehlə ümumi əmlakda bərabər pay sahibi olduqları üçün gəlirdə də payları bərabər bölünməlidir. Cavabdeh 2018-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qadar hər ay əldə etdiyi 2320 manat pulun ½ hissəsi iddiaçıya aid edildiyindən ona ödənilməlidir. 2018-ci il üzrə - 4 ay, 2019-ci il üzrə 12 ay, 2020-ci il üzrə 12 ay, 2021-ci il üzrə 12 ayın icarə haqqı, cəmi — 40 ay üçün 92.800 manat gəlir əldə etmişdir. Həmin məbləğin ½ hissəsi 46.400 manat iddiaçının payına düşən məbləğ olduğu üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 107 saylı evin 39 və 40 saylı mənzillər üzərində Cavabdeh özbaşına sahiblik edib, sərəncam verərək əldə etdiyi 92.800 manat məbləğində gəlirin Cavabdeh ilə iddiaçının arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı paylı mülkiyyətdə olan ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərindən cavabdehin gizli sahiblik edərək gəlir götürməsini, həmin mənzilləri X4 icarəyə verməsini və icarə müddəti 05 yanvar 2020-ci il tarixədək aylıq icarə haqqı 2320 manat olmaqla icarəyə verilməsini və 92800 manat pul əldə etməsini iddia edərək həmin məbləğin paya uyğun olaraq 46400 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh bu iddiası ilə bağlı həmin evlərdən fotoşəkillər və naməlum şəxs tərəfindən imzalanmış, cavabdehin adı olmayan, fotokopiya olan və 09.01.2021-ci il tarixli qaralama kağıza istinad etmişdir. Həmin müqavilə adlandırılan kağızda “Altes Plaza” yaşayış kompleksinin 11-ci mərtəbəsində 39 saylı mənzilin aylıq 2320 manata naməlum şəxs tərəfindən icarəyə verilməsi qeyd edilmişdir. Bildirir ki, tərəflərindən X4 hər hansı bir mənzil icarəyə verilməmiş, həmin mənzilin açarı həmişə MTK-da olmuş, bir nüsxəsi də iddiaçının özündə olmuş, bu səbəbdən də, iddiaçı sərbəst olaraq həmin mənzilə giriş-çıxış edə bilmiş, eləcə də, təqdim edilmiş fotoşəkillər və yerində baxış zamanı fotostudiya üçün avadanlıqların mənzilin birində 39 saylı mənzildə aşkar edilməsinə baxmayaraq, cavabdeh X5 tanımır və heç bir kəslə icarə müqaviləsi bağlamamışdır. 92800 manat gəlir əldə etməyə dair hər hansı bir sübut işdə yoxdur. Müqavilənin cavabdehə hər hansı bir aidiyyəti yoxdur. 01 yanvar 2021-ci ildən məhz cavabdeh tərəfindən həmin mənzilin icarəyə verilməsi faktı özü də iddiaçı tərəfindən sübuta yetirilə bilmir. X13 deyilən şəxs Cavabdehla müqavilə bağlayıb icarə haqqı vermişdirsə, bu barədə müvafiq sübut olmalıdır. Mənzildən hər hansı bir fotoqraf tərəfindən reklam niyyəti ilə istifadə edilməsi ilə və müvəqqəti olaraq saxlanc yeri kimi əşyaların saxlanılması heç də bu mənzildən Cavabdeh faktiki sahiblik etməsi və ya gəlir əldə etməsi anlamına gəlmir. Onu da qeyd edir ki, Cavabdeh, ümumiyyətlə, Azərbaycanda 2021-ci ildə olmamışdır və səfir olaraq əvvəl İspaniyada, hazırda Estoniyada dövlət qulluğunu yerinə yetirir və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Eləcə də, icarə müqavilələsi müvafiq qaydada notarial qaydada təsdiq edilməli, gəlir qismində icarə haqqı Azərbaycanda olmayan şəxsə hər hansı bir şəkildə ödənilməli idi. Bu isə iş materialları ilə öz əksini tapmır. Eləcə də, nəzərə almağı xahiş edir ki, iddiaçının özü 40 aylıq icarə haqqının yarı hissə məbləğini tələb etməsi özü də absurddur. Belə ki, iddiaçı özü, ümumiyyətlə, həmin mənzilə pay hüququnu 2021-ci ilin yanvar ayında əldə edib. 3 il 4 aylıq icarə haqqı məbləğini 2021-ci ilin yanvar ayından bağlanmış qaralama kağıza istinadən tələb etmək, hüquq anlayışına ziddir. Tələb tamamilə əsassızdır. Subyektiv hüquq olaraq, iddiaçı yalnız mülkiyyət hüququ əldə etdiyi andan, əgər gəlir olması barədə mötəbər sübut olarsa, pul tələb edə bilər və bu səbəbdən də məhkəmədən xahiş edir ki, iddia tələbi üzrə cavabdeh olmalı şəxs Cavabdeh olmadığı, gəlir sübuta yetirilmədiyi, iddiaçının mülkiyyətçi olmadığı dövr üzrə də pul tələb etdiyi, mülkiyyətçi olduğu dövrdə isə şahid sübut olmadığı üçün hesab edirlər ki, iddia tələbi rədd edilməlidir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü üçün, iş üzrə mötəbər sübut olarsa, qanuni qətnamə qəbu edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkilini sualına cavab olaraq cavabdehin gəlir əldə etməsinə dair sübutunun mülki iş materiallarına əlavə olunan müqavilə və Şəfiqənin instaqram hesabında olan şəkillər olduğunu, cavabdehin müqaviləni imzalaması ilə bağlı əlavə sübutunun olmadığını, Şəfiqə xanımın cavabdehin və Abel Məhərrəmovun göstərişi ilə oranı tərk etdiyini, cavabdehin gəlir əldə etməsi ilə bağlı təqdim olunan müqavilənin əslini, əlavə müqavilənin əgər varsa, başqa müqavilələrin əslini məhkəməyə təqdim edə bilmdədiyini, mənzilin açarlarının komendatda olduğunu, ora gedəndə Şəfiqə xanımı gördüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzilin fotostudio kimi fəaliyyət göstərməsi iş materialları ilə tam sübut olunur. Yerli baxış zamanı mənzilin ortasında yellencəyin olduğu müəyyən edilmişdir. Hansı mənzilin ortasında yellencək quraşdırılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili idida ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin 06.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, mənzillər üzərində iddiaçı və cavabdehin bərabər pay hüquqları tanındıqdan sonra qətnamə icraya yönəldilmiş, onlar da mülkiyyətçi hüquqlarından istifadə edərək mənzilə daxil olmuş, bu zaman mənzildə Şəfiqə adlı icarədarın olduğunu və mənzilin fotostudio kimi fəaliyyət göstərdiyini görmüşdürlər. Daha sonra Şəfiqədən hansı əsasla mənzildə fəaliyyət göstərdiyini soruşduqda onlara müqavilə təqdim etmiş, onlar da müqavilənin şəklini çəkərək iş materiallarına əlavə etmişdirlər. Daha sonra instaqram səhifəsinə daxil olaraq həmin mənzilin 2016-ci ildən bu yana fotoşəkilləri çıxartmışdırlar. Şəkillər yerli baxış zamanı müəyyən edilən hallara uyğun gəlir. Cüzi dəyişiklik olmuşdur. Yerli baxış keçirilməmişdən qabaq Şəfiqə orda olmuş, lakin cavabdehin təzyiqi nəticəsində ordan çıxmışdır. Sübut etmə qeyd edilən halda cavabdehin üzərinə düşür. Cavabdehin gəlir əldə etməsinə dair sübut mülki ş materiallarına əlavə edilmiş müqavilə və Şəfiqənin instaqram hesabında olan şəkillər və yerli baxış zamanı müəyyən edilən hallardır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahi şetmişdir. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzildəki avadanlıqlar cavabdehin dostuna aiddir, ora boş idi, cavabdehdin dostu xahiş edib ki, onları saxlasın. Şəfiqə xanıma heç bir hədə-qorxu gəlməyiblər. Birinci instansiya məhkəməsinin 24.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsində şəxslərin kimlər olması və oranın foto studio olması müəyyən olnumur. Qarşı tərəfin müqaviləni və ora aid şəkilləri məhkəməyə təqdim etməsini xahiş etmişdir. 06.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim olunan müqaviləni cavabdeh imzalamayıb. Onun kim tərəfindən imzalandığını iddiaçı tərəf sübut etməlidir. Cavabdeh həmin vaxt Azərbaycanda olmayıb. Orada olan studio avadanlıqları işlənməyən əşyalardır. Onları cavabdehin tanışı xahiş edib ki, orada saxlasın. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-263/2022 saylı, 12.01.2022-ci il tarixli Qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-263/2022 saylı, 12.01.2022-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh qarşı tələbi “ ümumi əmlaklar, daha sonra paylarının müəyyən edildiyi əmlaklar üzərində özbaşına sahiblik edib, sərəncam verərək, götürülən gəlirin bölüşdürülməsi, pul tələbi”nə dairdir. Cavabdeh keçmiş həyat yoldaşıdır. Onunla 19 noyabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 26.12.2006-cı il təvəllüdlü Abel adlı, 25.06.2011-ci il təvəllüdlü Məhəmməd adlı və 23.07.2014-cü il təvəllüdlü Əli adlı oğulları var. Nikah dövründə əldə etdikləri əmlaklar siyahısına ünvan 107 saylı evin 39 və 40 saylı mənzilləri də daxildir. 3 9 saylı mənzil cavabdehin, 40 saylı mənzil onun özünün adına rəsmiləşdirilmişdir.Həmin mənzillər yeni inşa edilmiş binada yerləşir və təmirsiz olmuşdur. 26.09.2018-ci il tarixdə o nikahn pozulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı 25.02.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və 3 uşağın nikah pozulduqdan sonra onun yanında saxlanılması qət edilmişdir.Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərin üzərində ½ (ikidə bir) hissədə onun, ½ hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir. Baxmayaraq ki, göstərilən mənzillər ümumi əmlak idi, məndə həmin mənzillərin açarı olmamışdır. Həmin mənzillər yeni mənzillərdir və yaşayış üçün təmir edilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, hətta yaşadığı ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə belə məhkəmə qətnaməsi ilə köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır.Təmin edilən iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilmirdi. Bunları məhkəməyə ona görə bildirir ki, cavabdeh ümumi əmlakda olan mülkiyyət hüququnu daima məhdudlaşdırıb.Cavabdeh ayrı yaşadığı müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından ümumi birgə əmlaklara– yuxarıda göstərdiyi ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib, özbaşına, onun razılığı olmadan sərəncam verərək gəlir götürüb. Ümumi əmlak hesab edilən mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, 2021-ci ilin aprel ayının 29 -da o, böyük maneələrə qalib gələrək mənzillərə daxil ola bilmişdir və o vaxt müəyyən etmişdir ki, cavabdeh yuxarıda göstərilən ünvanda yerləşən 39 və 40 saylı mənzilləri birləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir. Mənzillərin birləşdirilərək bir giriş qoyulması, orada fotostudiyanın fəaliyyət göstərməsi Yasamal Rayon Məhkəməsinin icraatında olan payın natura qaydasında bölgüsü barədə tələbi ilə bağlı iş üzrə keçirilən məhkəmə ekspertizası, həmçinin hazırkı iş üzrə yuxarıda göstərilən mənzillərə baxış zamanı bir daha təsdiqini tapmışdır.Göstərilən mənzillər cavabdeh tərəfindən X4 icarəyə verilmişdir, iş materialllarında olan icarə müqaviləsinə əsasən icarə müddəti 05 yanvar 2022-ci il tarixədək və icarə haqqı ayda 2.320,0 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh ümumi əmlaklar üzərində sərəncam vermək hüququnu pozud, onun xəbəri və razılığı olmadan ümumi mülkiyyətdə olan mənzilləri icarəyə verərək uzun müddət ondan gizli gəlir əldə etmişdir. Bu cavabdehə xas olan əməldir, çünki yüksək gəlir sahibi, yüksək maddi vəziyyəti olduğu halda 3 uşağa görə cəmi 397 manat aliment ödəyir.Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddia tələbimi qəbul etməyərək qeyd etmişdir onun tərəfindən X4 hər hansı bir mənzil icarəyə verilməmişdir,mənzilin açarı həmişə MTK-da olmuşdur. Təqdim edilmiş fotoşəkillər və yerində baxış zamanı fotostudiyada olan avadanlıqların mənzilin birində 39 saylı mənzildə aşkar edilməsinə baxmayaraq,cavabdeh X5 tanımır.Cavabdehin əsassız mövqeyinə cavab olaraq bildirir ki, nikah müddətində əldə etdiyi Qutqaşınlı küçəsində yerləşən 507 saylı evin 39 və 40 saylı mənzillərin açarı heç bir vaxt onda olmamışdır. Həmin mənzillərin açarları da Cavabdeh olmuşdur. Həmin mənzillər yeni mənzillərdir və yaşayış üçün təmir edilməmişdir.Həmçinin qeyd etmək istəyir ki, hətta yaşadıqları ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə belə məhkəmə qətnaməsi ilə köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Təmin edilən iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilmirdi.Bunları məhkəməyə ona görə bildirir ki, cavabdeh ümumi əmlakda olan mülkiyyət hüququnu daima məhdudlaşdırıb. Cavabdeh ayrı yaşadığı müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından ümumi əmlaklara – yuxarıda göstərdiyi ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib, özbaşına sərəncam verərək gəlir götürüb. Məhz həmin mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, 2021-ci ilin aprel ayının 29-da o, böyük maneələrə qalib gələrək mənzillərə daxil ola bilmişdir və o vaxt müəyyən etmişdir ki, cavabdeh 2 mənzili birləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir. X9 ekspertiza keçirilərkən ona icarə müqaviləsini təqdim etmiş və bildirmişdir ki, bundan əvvəlki icarə müqaviləsini Cavabdeh ondan alaraq cırmışdır və ona təqdim edilən müqavilə ikinci müqavilədir.Bunu etməkdə cavabdehin məqsədi 2017-ci ildən icarəyə verdiyi mənzillərə görə əldə etdiyi gəliri mənimsəməkdir. Cavabdeh etirazda yazdıqları yalandır. Əgər onun bu faktdan xəbəri yox idisə nə səbəbə görə mənzillərdə ona məlum olmayan kənar şəxsin fəaliyyəti ilə bağlı heç bir tədbir görməmişdir.Şəfiqə Bağırova həmin mənzillərdən icarə müqaviləsi əsasında istifadə edib gəlir götürur, Cavabdeh isə onun mənzilindən istifadə edən şəxs barədə tədbir görmür.Təbii ki bu ağlabatan deyildir və inandırıcı deyildir. Məhkəməyə tərdim edilən icarə müqaviləsindən görünür ki, daşınmaz əmlakın icarə müqaviləsi 5 yanvar 2021-ci il tarixdə bağlanmışdır. İcarə obyekti icarədara ofis kimi verilmiş və icarə müddəti 05 yanvar 2022-ci il tarixə qədərdir.Müqavilənin 4.1.-ci maddəsinə göstərilir ki, “bu müqaviləyə əsasən icarədar 05.01.2021-ci il tarixdən 05.01.2022-ci il tarixə qədər ayda 2320 manat məbləğində olmaqla aylıq icraə haqqını “İcarəyə verənə” birdəfəlik ödəməyi öz öhdəsinə götürür.Hörmətli məhkəmə, məhz bu səbəbdən də Cavabdeh Şəfiqə Bağırova barədə heç bir tədbir görməmişdir. Çünki Cavabdeh illik icarə haqqını əvvəlcədən almışdır. Əvvəlki illlər üzrə isə gəliri gizlətmək üçün o, əvvəlki müqaviləni Bağırovadan tələb edərək məhv etmişdir.Bu məlumatı ona Şəfiqə Bağırova bildirmişdir.Müqaviləni də ona Şəfiqə Bağırova vermişdir.Həmin mənzillərin həqiqətən də 2017-ci il tarixdən Cavabdeh tərəfindən Şəfiqə Bağırovaya icarəyə verməsi və oradan Bağırovanın fotostudiya kimi istifadə etməsi məhkəməyə təqdim etdiyi Şəfiqə Bağırovanın instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir. 2017-ci ildən Şəfiqə Bağırova onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir və icarə haqqını Anar Məhərrrəmova ödəyir.Onun İnstaqramında 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fötoşəkillərdən görünür ki, eyni məkandır, fəsillərə və bayramlara uyğun olaraq dekoprasiyalar dəyişilir. Həmin mənzillərdə tez-tez fəsillərə uyğun dizaynın dəyişikliyi onun ekspertiza zamanı, mənzilə baxış zamanı çəkdiyi təqdim video, fotoşəkillərlə də müəyyən edilir.O. ilk dəfə təqdim etdiyi fotoşəkillərdən sonra,məhkəmə baxışı zamanı olan dizyn və məhkəmədə digər bir iş üzrə aralarında payın real bölgüsü ilə bağlı ekspertiza keçirilərkən mənzillərdə olan dekoprasiyalar fəsillərə və bayramlara uyğun dəyişdirilməsi sübut olunur. Video və fotoşəkillərdən də görünür ki, dekorasiya dəyişikliyi eyni məkanda yerləşən mənzillərdə baş verir, eyni əşyalardan istifadə olunur. Məhkəmə mübahisələndirdiyi qətnamədə qeyd edir ki,müqavilə notariat qaydada təsdiq edilməyib. Bununla bağlı qeyd etmək istəyir ki, müqavilənin notariat qaydasında təsdiq etmək Cavabdeh lazım deyildir, ona görə də təsdiq etməyib. Əvvəla vergi ödəməmək üçün, gəlirini ondan gizlətmək üçün, nəhayət həmin mənzillər üzrə müqavilə bağlamaq üçün iddiaçının onun həyat yoldaşı kimi razılığı tələb olunmalı idi.Göründüyü kimi, ümumi daha sonra isə payları müəyyən edilən mülkiyyətdən özabaşına istifadə edib, sərəncam verərək əldə etdiyi gəliri mənimsəyən Cavabdeh icarə müqaviləsinin notariat təsdiqi sərf etmirdi. Müqavilənin notariat qaydasında təsdiq edilməməsi o demək deyildir ki. belə bir müqavilə bağlanılmayıb, mənzillər icarəyə verilməyib və Cavabdeh gəlir götürməyibdir. Göründüyü kimi, məhkəmə işin həqiqi hallarına uyğun düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin digər arqumenti onunla bağlıdır ki, o, həmin mənzilə pay hüququnu 2021-ilin yanvar ayında əldə etdiyi üçün 3 il 4 aylıq icarə haqqı məbləğini 2021-ci ilin yanvar ayından bağlanmış qaralama kağıza istinadan tələb etməyi hüquq anlayışına ziddir.Əvvəla hansı hüququ anlayışına zidd olmasını göstərməyib.Bu mövqeyi ilə cavabdeh bildirmək istəyir ki, iddiaçının mənzillərə pay hüququ 2021-ci ilin yanvar ayında əldə etdiyindən onun 3 il 4 aylıq icarə haqqını tələb etmək hüququm yoxdur.Faktiki cavabdeh bu mövqeyi ilə ümumi mülkiyyətdə, daha sonra isə payları müəyyən edilən mülkiyyətə olan mənzillərin icarəyə verməsini qəbul edir.Amma o hesab edir ki, bir halda ki, mənzillərə pay hüququ 2021-ci ilin yanvar ayından yaranıbsa, onun məntiqi ilə o dövrdən icarə haqqını tələb edə bilər. Məhkəmə iş materiallarında olan sübutlara əsasən Cavabdeh onun razılığı olmadan ümumi əmlak üzərində sərəncam verərək gəlir əldə etmişdir.Artıq məhkəmə qətnaməsi ilə də ümumi əmlakda payları müəyyən edilmişdir.İddiaçı da həmin gəlirin ona düşən yarısını ondan ayrı yaşadıqları dövrdən tələb edir.Onların 2018-ci ilin sentyabr ayından ayrı yaşamağı Cavabdeh iddiaçıya qarşı uşaqla ünsiyyətdə olmaq tələbinə dair iş üzrə iddia tələbində də göstərmişdir ki, artıq 2018-ci ilin sentyabr ayından onlar ayrı yaşayırlar və bu fakt Yasamal Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli 2(004)-1653/2019 saylı iş üzrə cıxardığı məhkəmə qətnamə ilə müəyyən edilmişdir. Ona görə də gəlirin 2018-ci ilin sentyabr ayından tutulması ilə bağlı MPM-nin 82.3-ci maddəsinə əsasən sübut etmədən azaddır.Həmin maddədə göstərilir: bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Bundan əlavə nikahın pozulması və aliment tələbi üzrə çıxarılan 25.02.2019-cu il tarixli 2(0040387/2019 saylı icra vərəqəsindən görünür ki, aliment 26.09.2018-ci il tarixdən tutulur.Bu tarix də bir daha sübut edir ki, 2018-ci ilin sentyabr ayından iddiaçı cavabdən ayrı yaşamışdır.Hesab edir ki, tələbi qanuni olmaqla, əsaslıdır və məhkəməyə kifayət qədər sübut təqsdi etmişdir. İş materialllarında olan video, fotoşəkillər, icarə müqaviləsi,məhkəmə baxışı zamanı müəyyən edilən hallar iddia tələbimin əsaslı olmasını sübut edir. Mübahisəli mənzillər nikah müddətində əldə ediidiyindən cavabdehlə ümumi əmlaklarıdır. Beləliklə cavabdeh onun razılığı olmadan ümumi əmlaklar olan Qutqaşınlı kücəsi 507 saylı evin 39 və 40 saylı mənzillərə dair, daha sonra paylı ümumi mülkiyyətdə olan həmin mənzillərə dair özbaşına sahiblik edib, sərəncam verərək 2018-ci ilin sentyabr ayından gəlir əldə edir.İddiaçı isə həmin gəlirdən məhrum edilmişdir.Pozulmuş hüququmun bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edir.Hesab edir ki, iddiaçı cavabdehlə ümumi əmlakda bərabər pay sahibi olduğu üçün gəlirdə də payı bərabər bölünməlidir. Cavabdeh 2018-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər hər ay əldə etdiyi 2320 manat pulun ½ hissəsi iddiaçıya aid edildiyindən ona ödənilməlidir. 2018-ci il üzrə - 4 ay, 2019-ci il üzrə 12 ay, 2020-ci il üzrə 12 ay, 2021-ci il üzrə 12 ayın icarə haqqı, cəmi – 40 ay üçün 92.800 manat gəlir əldə etmişdir. Həmin məbləğin ½ hissəsi 46.400 manat iddiaçının payına düşən məbləğ olduğu üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Həmçinin, mülki prosessual qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi tərəfindən kobud pozulmuş, nəticədə əsassız qətnamə çıxarılmışdır. Onu da qeyd etmək istəyir ki, Şəfiqə Bağırovanın 3-cü şəxs qismində məhkəmədə iştirak etməsində məhkəmə maraqlı olmamışdır və məhkəmə iclasında iştirak etməsi üçün hec bir tədbir görməmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-263/2022 saylı, 12.01.2022ci il tarixli Qətnaməsinin ləğv olunaraq iiddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq apellyasiya şikayətinin dəlilləri baxımından mübahisəli mənzillərə yerində yerində baxış keçirilməsini Kollegiyadan xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmmaasını, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 263/2022 saylı, 12.01.2022-ci il tarixli Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.Həmçinin, cavabdehin vəkili və nümayəndəsi iddiaçının vəkili və nümayəndəsinin yerli baxış keçirilməsi barədə vəsatətinə etiraz edərək bildirmişdir ki, baxış keçirilməsinə lüzum yoxdur, belə ki, mənzillərdə heç bit təmir işləri aparılmayıb, dəyişiklik edilməyib, belə ki, mənzillərdən heç vaxt fotostudio kimi istifadə edilməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 263/2022 saylı, 12.01.2022-ci il tarixli Qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli icra vərəqəsinə əsasən müəyyən olunur ki, Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilinin, ünvan 107 saylı evin 39 saylı və 40 saylı mənzillərinin, ünvan 2 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahənin, Mersedes-Benz markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, Mersedes 220 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ (ikidə bir) hissədə iddiaçı X1 və ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun müəyyən edilməsi, iddiaçı X1 adına qeydiyyatdan keçən “Volkswagen Tiguan” markalı, 90-HT005 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində üzərində ½ (ikidə bir) hissədə iddiaçı X1 və ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun müəyyən edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC (inşaatçı) ilə X10 və İddiaçı (sərmayəçi) arasında bağlanmış 30.12.2020-ci il tarixli yaşayış evinin sərmayələşdilrilməsi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, inşaatçı Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin 2(004)- 2192/2019 saylı 13.09.2019cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 212,6 kv m, o cümlədən 4 otaqlı 39 saylı mənzilin ½ pay hüququ X6, digər ½ pay hüququ İddiaçı verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı iddia edir ki, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillər üzərində Cavabdeh özbaşına sahiblik edib, sərəncam verərək əldə etdiyi 92.800 manat məbləğində gəlirin Cavabdeh ilə iddiaçının arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində, cavabdehin 2018-ci ilin sentyabrından, ümumi əmlaka, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib özbaşına iddiaçının razılığı olmadan, sərəncam verərək, gəlir götürdüyünü bildirsə də, iş materialları ilə cavabdehin əmlakı 2018-ci ildən icarəyə verməsi, ondan gəlir götürüməsi mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin sübutu kimi istinad etdiyi müqavilənin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Digər istinad etdiyi 2 dəlil isə (fotoşəkillər və yerli baxış zamanı fotoşəkillərdə olanların üst-üstə düşməsi) məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət deyildir. Yəni, bu dəlillər, cavabdehin oranı icarəyə verərək gəlir götürməsi halını müəyyən etməyə kifayət etmir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci, 32.2.2-ci, 36.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Cavabdeh qarşı tələbi “ ümumi əmlaklar, daha sonra paylarının müəyyən edildiyi əmlaklar üzərində özbaşına sahiblik edib, sərəncam verərək, götürülən gəlirin bölüşdürülməsi, pul tələbi”nə dairdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh iddiaçının keçmiş əridir.Onunla 19 noyabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 26.12.2006-cı il təvəllüdlü Abel adlı, 25.06.2011-ci il təvəllüdlü Məhəmməd adlı və 23.07.2014-cü il təvəllüdlü Əli adlı oğulları var. Nikah dövründə əldə etdikləri əmlaklar siyahısına ünvan 107 saylı evin 39 və 40 saylı mənzilləri də daxildir, 39 saylı mənzil cavabdehin, 40 saylı mənzil iddiaçının özünün adına rəsmiləşdirilmişdir.Həmin mənzillər yeni inşa edilmiş binada yerləşir və təmirsiz olmuşdur. İş materiallarından (i/vərəqi-61) müəyyən olunur ki, iddiaçı 26.09.2018-ci il tarixdə nikahn pozulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı 25.02.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur və 3 uşağın nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılması, cavabdehdən iddiaçının xeyinə uşaqların saxlanması üçün 26.09.2018-ci il tarixdən aliment tutulması qət edilmişdir. Həmçinin, iş materiallarından (i/vərəqi-6-7) aydın olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərin üzərində ½ (ikidə bir) hissədə onun, ½ hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir.Qətnamə üzrə icra vərəqi 1 oktyabr 2020-ci il tarixdə verilmişdir. Göstərilən mənzillər ümumi əmlak olsa da, iddiaçıda həmin mənzillərin açarı olmamışdır.Bu onunla sübut olunur ki, həmin mənzillər yeni mənzillərdir və yaşayış üçün təmir edilməmişdir.İş materiallarından və tərəflərin izahatından göründüyü kimi, hətta yaşadığı ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə də İddiaçı məhkəmə qətnaməsi ilə köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır.Təmin edilən iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilməmişdir. Beləlikə, müəyyən olunduğu kimi, tərəflər faktiki ayrıldıqdan sonra aralarında gərgin münasibət olmuş, hətta tərəflərin ümumi əmlakı olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzillə də bağlı tərəflər arasında razılaşma olmamış, İddiaçı məhkəmə qətnaməsi ilə köçürülmüşdür. İddiaçı iddia edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərin üzərində ½ (ikidə bir) hissədə onun, ½ hissədə Cavabdeh pay hüququ müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən X4 icarəyə verilmişdir, iş materialllarında olan icarə müqaviləsinə əsasən icarə müddəti 05 yanvar 2022-ci il tarixədək və icarə haqqı ayda 2.320,0 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh ümumi əmlaklar üzərində sərəncam vermək hüququnu pozub, iddiaçının məlumatı olmadan sahiblik edib, özbaşına, iddiaçının razılığı olmadan sərəncam verərək iddiaçının xəbəri və razılığı olmadan ümumi mülkiyyətdə olan mənzilləri icarəyə verərək uzun müddət ondan gizli gəlir əldə etmişdir.Belə ki, ümumi əmlak hesab edilən mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, 2021-ci ilin aprel ayının 29 -da iddiaçı mənzillərə daxil ola bilmişdir və o vaxt müəyyən etmişdir ki, cavabdeh yuxarıda göstərilən ünvanda yerləşən 39 və 40 saylı mənzilləri birləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir.Mənzillərin birləşdirilərək bir giriş qoyulması, orada fotostudiyanın fəaliyyət göstərməsi Yasamal Rayon Məhkəməsinin icraatında olan payın natura qaydasında bölgüsü barədə tələbi ilə bağlı iş üzrə keçirilən məhkəmə ekspertizası, həmçinin hazırkı iş üzrə yuxarıda göstərilən mənzillərə baxış zamanı bir daha təsdiqini tapmışdır. Cavabdeh vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazında iddia tələbini qəbul etməyərək qeyd etmişdir onun tərəfindən X4 hər hansı bir mənzil icarəyə verilməmişdir, mənzilin açarı həmişə MTK-da olmuşdur.Təqdim edilmiş fotoşəkillər və yerində baxış zamanı fotostudiyada olan avadanlıqların mənzilin birində 39 saylı mənzildə aşkar edilməsinə baxmayaraq, cavabdeh X5 tanımır. İddiaçı isə cavabdehin mövqeyini əsassız hesab edərək cavab olaraq bildirir ki, nikah müddətində əldə etdiyi Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 507 saylı evin 39 və 40 saylı mənzillərin açarı heç bir vaxt onda olmamışdır. Həmin mənzillərin açarları da Cavabdeh olmuşdur.Həmin mənzillər yeni mənzillərdir və yaşayış üçün təmir edilməmişdir.Həmçinin qeyd etmək istəyir ki, hətta yaşadıqları ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə belə məhkəmə qətnaməsi ilə köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Təmin edilən iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilmirdi.Bunları məhkəməyə ona görə bildirir ki, cavabdeh ümumi əmlakda olan mülkiyyət hüququnu daima məhdudlaşdırıb. Cavabdeh ayrı yaşadığı müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından ümumi əmlaklara – yuxarıda göstərdiyi ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib, özbaşına sərəncam verərək gəlir götürüb. Məhz həmin mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, 2021-ci ilin aprel ayının 29-da o, böyük maneələrə qalib gələrək mənzillərə daxil ola bilmişdir və o vaxt müəyyən etmişdir ki, cavabdeh 2 mənzili birləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir. X9 ekspertiza keçirilərkən ona icarə müqaviləsini təqdim etmiş və bildirmişdir ki, bundan əvvəlki icarə müqaviləsini Cavabdeh ondan alaraq cırmışdır və ona təqdim edilən müqavilə ikinci müqavilədir.Bunu etməkdə cavabdehin məqsədi 2017-ci ildən icarəyə verdiyi mənzillərə görə əldə etdiyi gəliri mənimsəməkdir. Cavabdeh etirazda yazdıqları yalandır. Əgər onun bu faktdan xəbəri yox idisə nə səbəbə görə mənzillərdə ona məlum olmayan kənar şəxsin fəaliyyəti ilə bağlı heç bir tədbir görməmişdir.Şəfiqə Bağırova həmin mənzillərdən icarə müqaviləsi əsasında istifadə edib gəlir götürur, Cavabdeh isə onun mənzilindən istifadə edən şəxs barədə tədbir görmür.Təbii ki bu ağlabatan deyildir və inandırıcı deyildir. Məhkəməyə tərdim edilən icarə müqaviləsindən görünür ki, daşınmaz əmlakın icarə müqaviləsi 5 yanvar 2021-ci il tarixdə bağlanmışdır. İcarə obyekti icarədara ofis kimi verilmiş və icarə müddəti 05 yanvar 2022-ci il tarixə qədərdir.Müqavilənin 4.1.-ci maddəsinə göstərilir ki, “bu müqaviləyə əsasən icarədar 05.01.2021-ci il tarixdən 05.01.2022-ci il tarixə qədər ayda 2320 manat məbləğində olmaqla aylıq icraə haqqını “İcarəyə verənə” birdəfəlik ödəməyi öz öhdəsinə götürür.Məhz bu səbəbdən də Cavabdeh Şəfiqə Bağırova barədə heç bir tədbir görməmişdir. Çünki Cavabdeh illik icarə haqqını əvvəlcədən almışdır. Əvvəlki illlər üzrə isə gəliri gizlətmək üçün o, əvvəlki müqaviləni Bağırovadan tələb edərək məhv etmişdir.Bu məlumatı ona Şəfiqə Bağırova bildirmişdir.Müqaviləni də ona Şəfiqə Bağırova vermişdir.Həmin mənzillərin həqiqətən də 2017-ci il tarixdən Cavabdeh tərəfindən Şəfiqə Bağırovaya icarəyə verməsi və oradan Bağırovanın fotostudiya kimi istifadə etməsi məhkəməyə təqdim etdiyi Şəfiqə Bağırovanın instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir.2017-ci ildən Şəfiqə Bağırova onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir və icarə haqqını Anar Məhərrrəmova ödəyir.Onun İnstaqramında 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fötoşəkillərdən görünür ki, eyni məkandır, fəsillərə və bayramlara uyğun olaraq dekoprasiyalar dəyişilir.Həmin mənzillərdə tez-tez fəsillərə uyğun dizaynın dəyişikliyi onun ekspertiza zamanı, mənzilə baxış zamanı çəkdiyi təqdim video, fotoşəkillərlə də müəyyən edilir.O. ilk dəfə təqdim etdiyi fotoşəkillərdən sonra, məhkəmə baxışı zamanı olan dizyn və məhkəmədə digər bir iş üzrə aralarında payın real bölgüsü ilə bağlı ekspertiza keçirilərkən mənzillərdə olan dekoprasiyalar fəsillərə və bayramlara uyğun dəyişdirilməsi sübut olunur. Video və fotoşəkillərdən də görünür ki, dekorasiya dəyişikliyi eyni məkanda yerləşən mənzillərdə baş verir, eyni əşyalardan istifadə olunur. Məhkəmə mübahisələndirdiyi qətnamədə qeyd edir ki,müqavilə notariat qaydada təsdiq edilməyib. Bununla bağlı qeyd etmək istəyir ki, müqavilənin notariat qaydasında təsdiq etmək Cavabdeh lazım deyildir, ona görə də təsdiq etməyib. Əvvəla vergi ödəməmək üçün, gəlirini ondan gizlətmək üçün, nəhayət həmin mənzillər üzrə müqavilə bağlamaq üçün iddiaçının onun həyat yoldaşı kimi razılığı tələb olunmalı idi.Göründüyü kimi, ümumi daha sonra isə payları müəyyən edilən mülkiyyətdən özabaşına istifadə edib, sərəncam verərək əldə etdiyi gəliri mənimsəyən cavabdeh Cavabdeh icarə müqaviləsinin notariat təsdiqi sərf etmirdi. Müqavilənin notariat qaydasında təsdiq edilməməsi o demək deyildir ki, belə bir müqavilə bağlanılmayıb, mənzillər icarəyə verilməyib və Cavabdeh gəlir götürməyibdir. Məhkəmə kollegiyası hesab edir ki, nikah müddətində əldə edilmiş Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 507 saylı evin 39 və 40 saylı mənzillərin icarəyə verilməsi barədə iddiaçının təqdim etdiyi Müqavilənin lazımı qaydada imzalanıb, notariat qaydasında təsdiq edilməməsi iddiaçının iddia tələbin rədd olunması nəticəsinə gəlməyə əsas deyildir. Belə ki, iddiaçının tələbi işin aşağıdakı halları və iş materialları ilə sübuta yetirilir.Əvvəla yuxarıda müəyyən olunduğu kimi, tərəflər 2018-ci ilin sentyabr ayından faktiki ayrılmışlar və iddiaçı 26.09.2018-ci il tarixdə nikahn pozulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Tərəflər faktiki ayrıldıqdan sonra aralarında gərgin münasibət olmuş, hətta tərəflərin ümumi əmlakı olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzillə də bağlı tərəflər arasında razılaşma olmamış, İddiaçı məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Tərəflərin ümumi əmlakı olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə İddiaçı məhkəmə qətnaməsi ilə gərgin münasibət şəraitində köçürüldüyü halda, nikah müddətində əldə edilmiş Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 507 saylı evin 39 və 40 saylı mənzillərin isə yeni mənzillər olmaqla və yaşayış üçün təmir edilməmiş vəziyyətdə olmasına baxmayaraq mənzillərin açarının iddiaçıda olması ilə bağlı cavabdehin dəlilinə dair iş materiallarında sübutlar müəyyən edilməməklə bərabər, həm də bu dəlillər ağlabatan deyildir. Bunun qarşılığında Kollegiya nəzərə alır ki, iddiaçı iddiasını yalnız Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 507 saylı evin 39 və 40 saylı mənzillərin icarəyə verilməsi barədə məhkəmə icraatına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş Şəfiqə Bağırova ilə bağlandığı iddia olunan iddiaçının təqdim etdiyi lazımı qaydada imzalanıb, notariat qaydasında təsdiq edilməmiş icarə müqaviləsi ilə sübut etmir.İddiaçının mübahisəli mənzilləri cavabdehin iddiaçının xəbəri olmadan Şəfiqə Bağırovaya icarəyə verməsi iddiaçının digər dəlilləri ilə- mənzilin icarədə olması məlumatını iddiaçıya Şəfiqə Bağırovanın bildirməsi, Müqaviləni də iddiaçıya Şəfiqə Bağırova verməsi, həmin mənzillərdən Şəfiqə Bağırovanın fotostudiya kimi istifadə etməsi iddiaçının məhkəməyə təqdim etdiyi Şəfiqə Bağırovanın instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir.İddiaçının məhkəməyə təqdim etdiyi Şəfiqə Bağırovanın instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir ki, 2017-ci ildən Şəfiqə Bağırova onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir və icarə haqqını Anar Məhərrrəmova ödəyir.Belə ki, X3 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fötoşəkillərdən görünür ki, eyni məkandır, fəsillərə və bayramlara uyğun olaraq dekoprasiyalar dəyişilir.Həmin mənzillərdə tez-tez fəsillərə uyğun dizaynın dəyişikliyi əksini tapmışdır.Birinci instansiya və apellyasiya baxışı mərhələsində mənzilə baxış zamanı təsdiq olunmuşdur ki, Şəfiqə Bağırovanın instaqram səhifəsindən əldə olunaraq təqdim edilmiş video və fotoşəkillərdən də görünür ki, dekoprasiya dəyişikliyi eyni məkanda yerləşən mənzillərdə baş verir, eyni əşyalardan istifadə olunur. İş materiallarının 48-ci vərəqində olan hazırkı iş üzrə 05 noyabr 2021-ci il tarixli Yerli baxış iclasının Protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mənzillərə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərin giriş qapıları birdir. Həmin sahədə iş materiallarına əlavə edilmiş flaş kartda olan şəkillərdə göstərilənlər ilə eyni olması məlum olur.İçəridə yelləncək, divan və foto studio olması üçün gərəkli avadanlıqlar ilə təchiz olunmuşdur. Apellyasiya baxışı zamanı 27.may 2022-ci il tarixdə məhkəmə tərkibi tərəfindən Yerində baxış zamanı müəyyən edildi ki, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərin-“Altes Plaza” yaşayış kompleksinin 11-ci mərtəbəsində yerləşən 39 və 40 saylı mənzillərin giriş qapıları birdir. 2 mənzili birləşdirərək, 1 giriş qapısı qoymuşdur.İş materiallarında mövcud olan Şəfiqə Bağırovanın 2017-2021-ci il tarixlərdə instagram hesabında paylaşdığı fotoşəkillərlə müqayisədə görünür ki, eyni məkandır və oradan fotostudio kimi istifadə olunmuşdur. Məkana baxış keçirilərkən, mənzilin müəyyən bir hissəsinin təmirli olması, fotoşəkillərdə əks olunmuş dəniz mənzərəsinin, yer örtüyünün, ag divar örtüyünün, tavanın, divarların, qara dəmir barmaqlıqların eyni olması, məkanın fotostudio kimi fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Çarpayının olduğu fotoşəkilə isə nəzər salanda həmin şəkildəki yer örtüyünün baxış məkanındakı yer örtüyü ilə eyni olması təsdir olunmuşdur. Mənzilin bir hissəsi tamamilə təmirsizdir.İçəridə yelləncək mövcud olmasa da, lakin yelləncəyin başlıqları və ipləri mövcud idi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə “Etiraz”ından görünür ki, (i/v 59- 60) mübahisəli mənzillərin içərisində yelləncək, divan və foto studio olması üçün gərəkli avadanlıqlar ilə təchiz olunmasını cavabdeh “mənzillərdən hər hansı bir fotoqraf tərəfindən reklam niyyəti ilə istifadə edilməsi ilə və müvəqqəti olaraq saxlanc yeri kimi əşyaların saxlanması, bunun isə heç də mənzillərdən Cavabdeh faktiki sahiblik etməsi və ya gəlir əldə etməsi anlamına gəlməməsi kimi izah etmişdir. Lakin, cavabdeh tərəfindən X4 hər hansı bir mənzil icarəyə verilmədiyi və mənzillərdən hər hansı bir fotoqraf tərəfindən reklam niyyəti ilə istifadə edilməsi ilə və müvəqqəti olaraq saxlanc yeri kimi əşyaların saxlanması bildirildiyi halda, iddiaçının məhkəməyə təqdim etdiyi Şəfiqə Bağırovanın instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir ki, 2017-ci ildən Şəfiqə Bağırova onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir.Belə ki, X3 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fötoşəkillərdən görünür ki, eyni məkandır, fəsillərə və bayramlara uyğun olaraq dekoprasiyalar dəyişilir.Həmin mənzillərdə tez-tez fəsillərə uyğun dizaynın dəyişikliyi əksini tapmışdır.Birinci instansiya və apellyasiya baxışı mərhələsində mənzilə baxış zamanı təsdiq olunmuşdur ki, Şəfiqə Bağırovanın instaqram səhifəsindən əldə olunaraq təqdim edilmiş video və fotoşəkillərdən də görünür ki, dekoprasiya dəyişikliyi eyni məkanda yerləşən mənzillərdə baş verir, eyni əşyalardan istifadə olunur. Apellyasiya baxışı zamanı isə cavabdehin vəkili və nümayəndəsi iddiaçının vəkili və nümayəndəsinin yerli baxış keçirilməsi barədə vəsatətinə etiraz edərək bildirmişdir ki, baxış keçirilməsinə lüzum yoxdur, belə ki, mənzillərdə heç bit təmir işləri aparılmayıb, dəyişiklik edilməyib, belə ki, mənzillərdən heç vaxt fotostudio kimi istifadə edilməyib. Kollegiya qeyd edir ki, cavabdehin vəkili və nümayəndəsinin mənzillərdən heç vaxt fotostudio kimi istifadə edilməməsi dəlili həm birinci instansiya məhkəməsi tərəfindən mənzillərə yerli baxış keçirilərkən müəyyən edilənlərlə, həm də Apellyasiya baxışı zamanı 27 may 2022-ci il tarixdə məhkəmə tərkibi tərəfindən Yerində baxış zamanı müəyyən edilənlərlə tam təkzib olunmuşdur. Beləliklə, həm birinci instansiya məhkəməsi tərəfindən mənzillərə yerli baxış keçirilərkən müəyyən edilənlərlə, həm də Apellyasiya baxışı zamanı 27 may 2022-ci il tarixdə məhkəmə tərkibi tərəfindən Yerində baxış zamanı müəyyən edilənlərlə mübahisəli mənzillərdən fotostudio kimi istifadə edilməsi təsdiq olunur. Həmçinin, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərdə Yerində baxış zamanı müəyyən edilənlər iş materiallarına əlavə edilmiş flaş kartda olan şəkillərdə göstərilənlər ilə eyni olması müəyyən olunur. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi Şəfiqə Bağırovanın instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir ki, 2017-ci ildən Şəfiqə Bağırova onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir.Belə ki, X3 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fötoşəkillərdən görünür ki, eyni məkandır, fəsillərə və bayramlara uyğun olaraq dekoprasiyalar dəyişilir.Həmin mənzillərdə tez-tez fəsillərə uyğun dizaynın dəyişikliyi əksini tapmışdır.Birinci instansiya və apellyasiya baxışı mərhələsində mənzilə baxış zamanı təsdiq olunmuşdur ki, Şəfiqə Bağırovanın instaqram səhifəsindən əldə olunaraq təqdim edilmiş fotoşəkillərdən də görünür ki, dekoprasiya dəyişikliyi eyni məkanda yerləşən mənzillərdə baş verir, eyni əşyalardan istifadə olunur. Beləliklə, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərin cavabdeh tərəfindən Şəfiqə Bağırovaya icarəyə verilməsi məhkəmə zamanı təsdiqini tapmışdır.Cavabdeh isə qeyd edilənləri təkzib edəcək hər hansı dəlil və sübutu təqdim edə bilməmiş, yuxarıda qeyd edilənlərə münasibəti ziddiyyətli mövqeylərlə əsaslandırılmışdır. İcarədən cavabdehin gördüyü gəlirin məbləği ilə bağlı isə Kollegiya qeyd edir ki, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinin cavabdeh tərəfindən Şəfiqə Bağırovaya icarəyə verilməsi məhkəmə zamanı təsdiqini tapmış, icarə haqqının ayda 2.320,0 manatdan az olması barədə isə iş materiallarında hər hansı sübut müəyyən edilməmişdir.Əksinə iddiaçının vəkili və nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC QİYMƏTLƏNDİRMƏ ŞİRKƏTİNİN №MB 15/0551, “25” may 2022-ci il tarixli Arayışına əsasən iddiaçının vəkilinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınh küçəsi 507 saviı evin-”Altes Plaza”nın binasının 11-ci mərtəbəsində yerləşən, dəniz mənzərəli ümumi sahəsi 323.48 kv.m olan mənzilin qeyri-yaşayış sahəsi kimi (fotostudiya) istifadəsi üçün bazar qiymətinə uyğun olaraq 2018-ci ilin sentyabrdekabr aylarında. 2019, 2020 və 2021-ci illərdə icarə haqqı dəyəri barədə müvafiq rəyin verilməsinə sorğu əsasında mütəxəssisləri (qiymətləndiriciləri) tərəfindən AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (daşınmaz əmlak bazan üzrə fəaliyyət göstərən şəxslərdən və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə aşağıdakılar müəyyən edilmişdir:Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınh küçəsi 507 saylı evin-‘Altes Plaza”nın binasının 11-ci mərtəbəsində yerləşən, dəniz mənzərəli ümumi sahəsi 323.48 kv.m olan mənzilin qeyriyaşayış sahəsi kimi (fotostudiva) istifadəsi üçün bazar qiymətinə uyğun olaraq 2018-ci ilin sentyabr-dekabr aylarında, 2019, 2020 və 2021-ci illərdə icarə bazar dəyəri aşağıdakı kimi təşkil edir: 2018 (sentyabr- dekabr ayları) - 4529 AZN, 2019-cu il- 4852 AZN, 2020-ci il- 4529 AZN, 2021-ci il -5176 AZN.Yuxanda göstərilən qiymət “MBA LTD’' MMC qiymətləndirmə şirkətinin ofis satış bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb. Beləliklə, göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən icarə haqqlarından daha az, yəni ayda 2.320,0 manat olmaqla icarə haqqından ona düşən payı tələb edir. Cavabdehin digər arqumenti onunla bağlıdır ki, o, həmin mənzilə pay hüququnu 2021ci ilin yanvar ayında əldə etdiyi üçün onun 3 il 4 aylıq icarə haqqını tələb etmək hüququ yoxdur.Faktiki cavabdeh bu mövqeyi ilə ümumi mülkiyyətdə, daha sonra isə payları müəyyən edilən mülkiyyətə olan mənzillərin icarəyə verməsini qəbul edir.Amma o hesab edir ki, bir halda ki, mənzillərə pay hüququ 2021-ci ilin yanvar ayından yaranıbsa, həmin dövrdən icarə haqqını tələb edə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlara əsasən Cavabdeh iddiaçının razılığı olmadan ümumi əmlak üzərində sərəncam verərək gəlir əldə etmişdir.Artıq məhkəmə qətnaməsi ilə də ümumi əmlakda iddiaçının və cavabdehin payları müəyyən edilmişdir.İddiaçı da həmin gəlirin ona düşən yarısını ondan ayrı yaşadıqları dövrdən tələb edir.Tərəflərin 2018-ci ilin sentyabr ayından ayrı yaşamağı onunla da təsdiq olunur ki, Cavabdeh iddiaçıya qarşı uşaqla ünsiyyətdə olmaq tələbinə dair iş üzrə iddia tələbində də göstərmişdir ki, artıq 2018-ci ilin sentyabr ayından onlar ayrı yaşayırlar və bu fakt Yasamal Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli 2(004)-1653/2019 saylı iş üzrə cıxardığı məhkəmə qətnamə ilə müəyyən edilmişdir. Ona görə də gəlirin 2018-ci ilin sentyabr ayından tutulması ilə bağlı MPM-nin 82.3-ci maddəsinə əsasən iddiaçı sübut etmədən azaddır. Həmin maddədə göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə nikahın pozulması və aliment tələbi üzrə çıxarılan 25.02.2019-cu il tarixli 2(0040387/2019 saylı icra vərəqəsindən görünür ki, aliment 26.09.2018-ci il tarixdən tutulur.Bu tarix də bir daha sübut edir ki, 2018-ci ilin sentyabr ayından iddiaçı cavabdən ayrı yaşamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, iddiaçı məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialllarında olan video, fotoşəkillər, icarə müqaviləsi, məhkəmə baxışı zamanı müəyyən edilən hallar iddia tələbinin əsaslı olmasını sübut edir. Kollegiya qeyd edir ki, mübahisəli mənzillər nikah müddətində əldə ediidiyindən cavabdehlə ümumi əmlaklarıdır.Beləliklə cavabdeh onun razılığı olmadan ümumi əmlaklar olan Qutqaşınlı kücəsi 507 saylı evin 39 və 40 saylı mənzillərə dair, daha sonra paylı ümumi mülkiyyətdə olan həmin mənzillərə dair özbaşına sahiblik edib, sərəncam verərək 2018-ci ilin sentyabr ayından gəlir əldə edir.İddiaçı isə həmin gəlirdən məhrum edilmişdir.Pozulmuş hüququmun bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edir.Hesab edir ki, iddiaçı cavabdehlə ümumi əmlakda bərabər pay sahibi olduğu üçün gəlirdə də payı bərabər bölünməlidir. Cavabdeh 2018-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər hər ay əldə etdiyi 2.320,0 manat pulun ½ hissəsi iddiaçıya aid edildiyindən ona ödənilməlidir. 2018-ci il üzrə - 4 ay, 2019-ci il üzrə 12 ay, 2020-ci il üzrə 12 ay, 2021-ci il üzrə 12 ayın icarə haqqı, cəmi – 40 ay üçün 92.800 manat gəlir əldə etmişdir. Həmin məbləğin ½ hissəsi 46.400 manat iddiaçının payına düşən məbləğ olduğu üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci, maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Həmin məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-263/2022 saylı, 12.01.2022-ci il tarixli Qətnaməsinin ləğv edilsin. İddia təmin olunsun. ünvan 107 saylı evin 39 və 40 saylı mənzilləri üzərində Cavabdeh özbaşına sahiblik edib, sərəncam verərək əldə etdiyi 92.800 manat məbləğində gəlir Cavabdeh ilə İddiaçı arasında bərabər bölünsün və 46.400,0 (qırx altı min dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar