Məhkəmə qərarları › İş №2(103)-2932/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2932/2022

28.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2932/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Rəşad Məhəmməd oğlu Həsənov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilənin ləğv edilməsinə və sair” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(001)- 303/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Etibarlı MTK-ya qarşı müqavilənin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(001)- 303/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, sifarişçi İddiaçı ilə icraçı Etibarlı MTK arasında 02.03.2019-cu il tarixdə bağlanmış müqavilə ləğv edilməsi, "xxxx" MTK-dan maddi ziyana görə 91950 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 92980 manat İddiaçı xeyrinə tutulması, "xxxx" MTK tərəfindən hazırkı qətnamə tam icra olunanadək kirayə haqqına görə hər ay 300 manat Etibarlı MTKdan İddiaçı xeyrinə tutulması və qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdeh "xxxx" MTK-ya 26 yanvar 2021-ci il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti 01 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə baxmayaraq işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Bu səbəbdən də, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş şikayətin prosessual müddətin tələblərinə uyğun verilib-verilməməsi barədə hər hansı sübut mövcud olmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(001)- 303/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən vermiş olduğu apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən ediməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar