Məhkəmə qərarları › İş №2(103)-2936/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2936/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2936/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının artırılması tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4124/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbi ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(005)-1478/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 50 manat cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(005)-1478/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər aya görə hər ay üçdə bir hissəyə əlavə olaraq hər uşağa görə 43 manat, ümumilikdə 86 məbləğində sabit məbləğdə alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-4124/2022 saylı qətnaməsini alimentin sabit məbləğdə, yəni hər ay hər uşaq üçün 43 manat tutulması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə etiraz etmədiyini bildirir. 2. İddiaçı hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirir. İddiaçı nümayəndəsi Vəkil ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4124/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Cavabdeh da buna etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.4, 261.0.5, 370-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370, 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4124/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı (nümayəndəsi Vəkil) və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: - Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə etiraz etmir. - İddiaçı hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment ödənilməsinə etiraz etmir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar