Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-294/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-413/2021 saylı işi üzrə 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış öhdəliyin icrası təmin edilərək bir günü 50 manatdan ayda 3000 olmaqla 15000 manatı, iddiaçı tərəfindən ödənilmiş 8540 manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manatı və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manatı cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-413/2021 saylı işi üzrə 29.04.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh 2500 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: cavabdeh iddiaçıya ümumilikdə 5000 manat olmaqla pul vəsaitini bir il ərzində bərabər aylara bölünmək şərti ilə hissə-hissə ödəməyi üzərinə öhdəlik götürür və gələcəkdə tərəflərin hazırki məsələ ilə bağlı bir-birinə qarşı hər hansı bir tələbləri olmayacaq. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.4, 261.0.5, 370, 391-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməli, məhkəmə tərəfindən təyin edilən ekspertiza xərcləri üzrə isə bərabər qaydada hər iki tərəfə aid edilməlidir. İş materiallarından görünür ki, apellyasiya instansiyasında məhkəmə icraatı zamanı ekspertiza xərci 100 manat təşkil etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-124, 191, 261, 262, 370, 384.0.5, 400, 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-413/2021 saylı işi üzrə 29.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: -Tərəflər razılığa gələrək təsdiq edirlərki, Cavabdeh İddiaçı ümumilikdə 5000 manat olmaqla pul vəsaitini bir il ərzində bərabər aylara bölünmək şərti ilə hissə-hissə ödəməyi üzərinə öhdəlik götürür və gələcəkdə tərəflərin hazırki məsələ ilə bağlı bir-birinə qarşı hər hansı bir tələbləri olmayacaq. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğdə pul vəsaiti bərabər payda – İddiaçı və Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-294/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-294/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver