Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2940/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1MMC, AR ƏMDK yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzili xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Üç övladı var. X2 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkir. Üç nəfər uşağa tək ana kimi validenlərinin köməkliyi ilə baxır. Yeganə əmlakı Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilidir. Qohumu (qaynı) Əliyev Etibar Balakişi oğlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əliyev Etibar Balakişi oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X2 on bildirmişdir ki, Etibar Əliyev Cavabdeh ASC-dən kredit götürür mülkiyyətində olan daşınmaz əmlakları yetərli deyil, bu səbəbdən o, da mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilini onun kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoysun, heç bir problem olmaz, krediti vaxtı-vaxtında ödəyəcəkdir, bundan başqa onsuz da o, öz əmlaklarını ipotekaya qoymuşdur. Öz əmlaklarını satsa, kredit borcunu artıqlaması ilə ödəyəcəkdir. İddiaçı da razılaşmış, fikirləşmişdir ki, həqiqətən Əliyev Etibar Balakişi oğluna istədiyi qaydada kredit verilsə, yaxşı sahibkardır, vaxtı-vaxtında da krediti ödəyəcəkdir. Həqiqətən də o, xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsi imzalayaraq mülkiyyətimdə olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzili kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC-nin qarşısında yüklü edilməsinə razılıq vermişdir. X12 Balakişi oğlunun həqiqətən də kredit götürməsini və yaxud da hansı məbləğdə kredit verilməsindən məlumatı olmamışdır. Mənzilinin veriləcək pulun təminatı olaraq xx xxx 2012-ci il tarixdək Cavabdeh ASC ilə öhdəlik qarşısında yüklü olacağını bilmişdir. Müqavilələr bağlandıqdan iki il sonra Əliyev Etibar Balakişi oğlu avtomobil qəzasında vəfat etmiş, eşitdiyinə görə onun sahibkarlıq fəaliyyəti dayanmışdır. Fəaliyyətini arvadı X8 «xxxx» MMC-nin direktoru kimi davam etdirmişdir. Əliyev Etibar Balakişi oğlunun kredit borcunun olub-olmaması və yaxud da kreditin tam ödənilib-ödənilməınisindən məlumatı olmayıb. 2013-cü ilin oktyabr ayının əvvəllərinə ona Mingəçevir Şəhər Məhkəməsindən bildiriş və iddia ərizəsi gəlmişdir. Bundan sonra uzun-uzadı məhkəmə çəkişmələri başlamışdır. İddiaçı Cavabdeh ASC cavabdehlər «xxxx» MMC-yə, İddiaçı, X4 qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 isə cavabdehlər Cavabdeh ASC-yə, «xxxx» MMC-yə və ona İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə «xxxx» MMC-nin direktoru Əliyev Etibar Balakişi oğlu arasında xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Əliyev Etibar Balakişi oğluna Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə un və un məmulatlarının istehsalı və yeni tipli un dəyirmanının tikintisi məqsədi ilə 60 ay müddətinə, illik 7 % olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixdə və xx.xx.2007-ci il tarixində ipoteka müqavilələri bağlanaraq, X4 tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsində yerləşən 27 saylı yaşayış binası, Əliyev Etibar Balakişi oğluna tam mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və İddiaçı qızma tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Nizami küçəsi bina 5 mənzil 42 ipoteka ilə yüklənmişdir. Bunlardan əlavə verilmiş kreditin təminatı kimi xx xxx 2007-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən PXS çörəkbişirmək üçün 10 tonluq soba girov qoyulmuşdur. Sonradan xx.xx.2009-cu il tarixdə Əliyev Etibar Balakişi oğlu rəhmətə getmiş və əmrlə MMC-nin işlərini rəhbər kimi X8 aparmşdır. X13 Balakişi oğlu və sonradan «xxxx» MMC-nin icraçı direktoru olan X8 xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddəalarını pozaraq, kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi də cavabdeh borcunu ödəməmişdir. Cavabdeh «xxxx» MMC-nin icraçı direktorunun xx.xx.2011-ci il tarixli 03 saylı ərizəsinə əsasən kreditə hesablanmış faizlər dayandırılmışdır. Buna baxmayaraq, «xxxx» MMC borcunu bağlamamışdır. Belə ki, xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən «xxxx» MMC-nin Cavabdeh ASC-nin Mingəçevir filialına əsas və gecikmə borcu 73.977 manat 15 qəpik təşkil edir. Bundan başqa ipoteka predmetinə tutmanın yönəldilməsi barədə DƏDRX-yə ərizə ilə müraciət olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Cavabdeh «xxxx» MMC-nin direktoru X8 məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasını və müstəqil tələb irəli sürən 3-cü şəxs Əliyev-Rəhman Balakişi oğlunun iddiasını qəbul etməyərək, məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin 150000 manat kreditin onun da baş mühasib olduğu müəssisəyə köçürülməsindən onun xəbəri olmamışdır. Əri vəfat etdikdən sonra müəssisənin direktoru kimi bank işçiləri ona hədə qorxu gəldiklərindən pul ödəməyə başlamışdır. Ancaq başa düşməmişdir ki, həmin pul əslində müəssisəyə köçürülməmişdir. Təkrar ekspertiza zamanı iddiaçı məxaric orderini təqdim etmədiyindən təkrar ekspertiza keçirilə bilməmişdir. Hazırki vaxtadək də bank məxaric orderini təqdim edə bilmir. Çünki əslində həmin kredit müəssisəyə verilməmişdir. O, da məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasının təmin edilməməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsi iddia tələblərini tam sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdi və 2(051)- 15/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər «xxxx» MMC-yə, İddiaçı, X4 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-eü şəxs X3 cavabdehlər Cavabdeh ASC-və, «xxxx» MMC - yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yükliilüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumunun iddiaçı Cavabdeh ASCyə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 ödədiyi dövlət rüsumu 3-eü şəxs X5 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manat 3-cü şəxs X1 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X6 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası OMDK-nm yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh «xxxx» MMC-nin direktoru X6 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya və kassasiya şikayətləri verdi. Sonda Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Bütün bu proseslərdən Cavabdeh ASC-nin «xxxx» MMC-yə kredit borcu verməsi sübut olunmamaışdır. Belə məlum olur ki, onun mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 savlı mənzili verilməyən kreditin təminatı kimi ipotekaya qoyulmuşdur. Qətnamənin qanuni qüvvəsini almağından dörd il müddət keçməsinə baxmayaraq Cavabdeh ASC onun mənzilini özünə qaytarmaq istəmir. Mülkiyyət hüquqlarını pozur. Qətnamədə göstərilən ekspertiza xərclərini özü ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ASC ilə onun, yəni İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, mülkiyyətində olan ünvan 3ənzil 42 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzilinə aid ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC ilə onun, yəni İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarış ləğv edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd dilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Xətti ilə 150.000 manat məbləğində aldığı vəsaitlə bağlı mübahisə davam etdiyi üçün qətnamə hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Bütün bunlarla yanaşı İpoteka müqaviləsi tərəflər arasında qanunda nəzərdə tutulmuş qaydada bağlanmış və müqavilənin etibarsız hesab edilməsinə dair AR Mülki Məcəlləsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Digər tərəfdən müqavilənin etibarsızlığı ilə həmin iddia ərizəsinin verilməsinə dair müəyyən olunmuş 1 il müddətində verilmədiyinə görə Məhkəmə iddianı rədd etməliydi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1 MMC, AR ƏMDK yanında DƏDRX-in Yevlax Ərazinin nümayəndəsi məhkəmə kollegiyasının iclаsınа gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər «xxxx» MMC-yə, İddiaçı, X4 qarşı kredit borcıı və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predınetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər Cavabdeh ASC-və, «xxxx» MMC-yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 ödədiyi dövlət rüsumunun 3-cü şəxs X5 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manatın 3cü şəxs X1 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X6 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh «xxxx» MMC-nin direktoru X6 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin məzmunundan görünüdüyü kimi, xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsi üzrə «xxxx» MMC-nə mədaxil edilməsini təsdiq edən kassa məxaric orderi bank tərəfindən təqdim edilə bilmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, pulun tutulmasına dair iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)- 15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-6161/2017 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-284/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)- 15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5402/2018 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(107)-284/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Əliyev Etibar Balakişi oğlu ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsinə əsasən Əliyev Etibar Balakişi oğluna sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 7% olmaqla, 5 il müddətinə, 150.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Əliyev Etibar Balakişi oğlu, İddiaçı və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzili İddiaçı tərəfindən öhdəliklərinin icrasının təmini üçün ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus olan Mingəçevir şəhəri, Nizami küçəsi, bina 5, mənzil 42 Cavabdeh ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində xx.xx.2007–ci il tarixdə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 10.1–ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 48.1-ci maddəsindən göründüyü kimi, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi və onun qüvvədə saxlanılması barədə apelyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarlarından göründüyü kimi, son nəticədə Cavabdeh ASC-nin hazırki iş üzrə iddiaçı və digər cavabdehlərə qarşı kreditin qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddiası təmin edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Məhkəmə kollegiyası hesab edir ki, əsas öhdəliyin icra edilməsi barədə iddia məhkəmə tərəfindən rədd edildiyindən, onun icrasının təmin edilməsi üsulu olaraq ipoteka əsas məqsədini itirmişdir və daşınmaz əmlak yüklülükdən azad edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya şikayətində cavabdeh tərəf iddia müddətinin ötülüdüyünü qeyd etsə də, bu halı ümumiyyətlə əsaslandırmamış, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2940/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2940/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver