Məhkəmə qərarları › İş №2(103)-2940/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2940/2022

27.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2940/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X1, Cavabdeh Firmasının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı X1 Cavabdeh Firmasına qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı X5 Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2019-cu il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş 4900 manat əmək haqqı məbləğinin, əmək haqqının gecikdirilməsinə görə 06.11.2020-ci il tarixdən hesablanmaqla hər gecikdirilmiş günə görə (101 gün) 49 manat olmaqla, cəmi 4949 manat faiz məbləğinin, ümumilikdə 9849 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18 fevral 2019-cu ildən (müqavilənin bitmə tarixi 17.02.2021-ci il) Cavabdeh Firmasında “menecer” vəzifəsində işə başlamışdır. İşinə daim məsuliyyətli yanaşmış və rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında icra etmişdir. İşlədiyi dövrdə əmək intizamını, əmək funksiyalarını qəti surətdə pozmamışdır. Bu şirkətdən əvvəl də o, müxtəlif iş yerlərində işləmiş və ona tapşırılan işləri vicdanla, lazımınca yerinə yetirmişdir və bir dəfə də olsun barəsində hər hansı intizam xarakterli tədbir görülməmiş, gördüyü işlərdən çox razı qalmışlar. Cavabdehlə aralarında olan əmək müqaviləsinə 06 noyabr 2020-ci il tarixdən xitam verilsə də, hazırki günədək ona ödənilməli olan 4900 əmək haqqı cavabdeh tərəfindən qəsdən ödənilməmişdir. Dəfələrlə cavabdehə bu məsələ ilə bağlı müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən 06 noyabr 2020-ci il tarixdən hər gün üçün 1 % hesablanmaqla iddia ərizəsini məhkəməyə təqdim etdiyi 15 fevral 2021-ci il tarixədək 49 manat tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2111 manat məbləğində pulun Cavabdeh Firmasından alınaraq iddiaçı X3 ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 6 manatın Cavabdeh Firmasından tutularaq dövlət gəlirinə alınması və iddianın digər hissədə rədd edilməsii qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Firması tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddianın qismən təmin edilən - 2111 manat məbləğində pulun Cavabdeh Firmasından alınaraq iddiaçı X3 ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 6 manatının Cavabdeh Firmasından tutularaq dövlət gəlirinə alınması hissəsində ləğv edilərək, iddiaçı X1 Cavabdeh Firmasına qarşı “əmək haqqı tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi belə bir qənaətə gələrkən Cavabdeh Firmasının turizm fəaliyyətilə məşğul olduğu, koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə fəaliyyəti məhdudlaşdırılmış ilk və əsas sahələrdən biri olduğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ciil tarixli 120 nömrəli Qərarının icrası ilə əlaqədar fəaliyyətinin tamamilə məhdudlaşdırıldığı, ofisin bağlandığı, iddiaçı X5 da daxil olmaqla heç birişçinin 01 aprel 2020-ci il tarixdən X1 işdən azad edildiyi 06 noyabr 2020-ci il tarixədək işə çıxmadıqları və heç bir iş yükü ilə yüklənmədikləri, bununla əlaqədar Cavabdeh Firmasının ödəmə qabiliyyətini onun risk dairəsinə daxil olmayan səsəblərdən itirdiyi, müqavilə bağlanarkən pandemiyanın baş verə biləcəyi halını nəzərə ala bilməyəcəyi, eyni zamanda ödəmə qabiliyyətinin itirilməsində heç bir təqsirinin olmaması kimi işin faktiki halları məhkəmə tərəfindən hərtərəfli araşdırılmamış, bu isə özlüyündə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının NazirlərKabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarına əsasən, pandemiya ilə əlaqədar olaraq karantin dövrü ərzində işçilərin işə çıxmaması barədə” Cavabdeh Firmasının 01 aprel 2020-ci il tarixli, 02 nömrəli Əmri ilə Firmada Azərbaycan Respublikasında elan olunmuş pandemiya şəraiti, karantin rejimi və Firmanın əsas fəaliyyəti olan turizm sektorunun fəaliyyətinin tamamilə dayandırılması ilə əlaqədar olaraq 01 aprel 2020-ci il tarixdən etibarən işçilərin işə çıxmaması təmin edilmiş və Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında dövlət tərəfindən veriləcək yardım hesabına yardımın daxil olduğu vaxtda işçilərin aylıq əmək haqlarının qismən ödənişinin təmin edilməsi mühasibatlığa tapşırılmışdır. Bu bardə Firmanın bütün işçiləri məlumatlandırılmışdır. Bundan başqa Cavabdeh Firmasının 01 aprel 2020-ciil tarixli, 02 nömrəli Əmri ilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında 04 aprel 2020-ci il tarixdən dövlət tərəfindən veriləcək yardım hesabına yardımın daxil olduğu vaxtda işçilərin aylıq əmək haqlarının qismən ödənişinin təmin edilməsi mühasibatlığa tapşırılmışdır. Bu barədə Firmanın bütün işçiləri məlumatlandırılmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında dövlət tərəfindən edilmiş yardım hesabına X52020-ci ilin aprel ayı üzrə 568,19 AZN, may ayı üzrə 568,26 AZN, iyun ayı üzrə 545,79 AZN və iyul ayı üzrə 545,79 AZN əmək haqqı ilə təmin edilmiş,növbəti aylarda isə Maliyyə Nazirliyi tərəfindən edilən yardımlar dayandırıldığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı iləfəaliyyəti tamamilə məhdudlaşdırılmış və heç bir gəliri olmayan Cavabdeh Firmasının ödəmə qabiliyyəti olmadığından əmək haqqının verilməsi Firmanın risk dairəsinə aid olmayan səbəblərdən mümkün olmamışdır. Beləliklə, dünyada davam edən Pandemiya şəraitində Cavabdeh Firması da ciddi maliyyə böhranı yaşadığından əmək haqqını ödəmək iqtidarında olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 169-cu maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, maddənin mətnindən aydın şəkildə görünür ki, bu maddə yalnız işçinin təqsirli olub-olmadığı hallarda boşdayanma vaxtı üçün ödənilən haqqının verilmə qaydasını tənzimləyir. Lakin maddədə boşdayanma vaxtı üçün ödənilən haqqın verilməsində işəgötürənin təqsirinin olubolmadığı ümumiyyətlə öz əksini tapmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işəgötürənin təqsirinin olmadığı hallarda boşdayanma vaxtı üçün əmək haqqının ödənilməsi qaydalarını tənzimləyən hər hansı maddi hüquq normasına istinad edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması haları ilə əlaqədar olaraq işçilərin qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilmələri halları nəzərə alınsa da, işəgötürənin təqsiri olmadığı hallarda boşdayanma vaxtı üçün əmək haqqının ödənilməsi qaydalarını müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qətnamə qəbul edilərkən, əmək haqqının ödənilməməsində işəgötürənin təqsininin olmadığı aydınlaşdırılmadan, işə iddia ərizəsinə etirazda istinad edilən Mülki Məcəllənin 2.3, 422.1, 422.2.1, 422.2.2, 422.2.3, 448.1, 448.2 və 448.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.4-cü bəndi deyil, ƏməkMəcəlləsinin hazırkı işə uyğun olmayan 169-cu maddəsi tətbiq edilmişdir. Belə ki, qətnamənin 7-ci vərəqinin birinci abzasında qeyd edilir ki, Əmək Məcəlləsinin qeyd edilən maddələrindən göründüyü kimi boşdayanma vaxtı əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəlikləri yerinə yetirə bilmir. Boşdayanma vaxtı işəgötürənin təqsiri və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Beləliklə, işçidən və işəgötürəndən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçi Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququnu itirmir. Bu hüquqi mövqe həmçinin cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarında öz əksini tapmışdır. Belə ki, həmin qərarda əmək haqlarının ödənilməsi mütləq tələb kimi qoyulmasa da, işə götürənlərə ciddi tövsiyyə edilmişdir. Qeyd olunalardan göründüyü kimi, birinci instansiya məhkəməsinin iş üzrə “işəgötürəndən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçi Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququnu itirmir” qənaətinə gəlməsi Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbinə uyğun deyil. Birinci instansiya Məhkəməsinin Azərbaycan Respubliasının Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə istinad edərək pandemiya zamanı işçini ödənişli, yaxud ödənişsiz əmək məzuniyyətinə buraxmaq hüququndan cavabdeh tərəfindən istifadə edilmədiyini nəzərə alaraq tarif (vəzifə) maaşının üçdə iki hissəsində, cəmi 2111 manat vəsaitin işəgötürən tərəindən ödənilməli olduğu qənaətinə gəlməsi ilə bağlı da qeyd edilməlidir ki, maddədə göstərilən hallarda işçilərin ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilməsi imperativ göstəriş kimi qeyd edilməmişdir. Bu səbəbdən də, işçilərin ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxılmaması məhkəmənin həmin hala istinad edilməklə, tarif (vəzifə) maaşının üçdə iki hissəsində, cəmi 2111 manat vəsaitin işəgötürən tərəfindən ödənilməli olduğu qənaətinə gəlməsinə əsas vermir. Bununla yanaşı qeyd edilməlidir ki, pandemiya dövründə müvafiq icra hakimiyyəti orqanları tərəfindən işçilərin ixtisarına və qrup halında ödənişsiz məzuniyyətə buraxılmasına münasibət birmənalı olmamışdır və dəfələrlə işəgötürənlərə belə hallara yol verməmək tövsiyyə edilmişdir. Eyni zamanda həmin dövrlərdə Azərbaycan Respublikası Prezidentinin 19mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının icrası ilə əlaqədar dövlət tərəfindən yardım ediləcəyi gözlənilirdi ki, həmin vəsait hesabına işçilərin aylıq əmək haqlarının qismən ödənişləri həyata keçirilməli idi. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ v ə əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. İşəgötürənin ödəmə qabiliyyətinin risk dairəsinə daxil olmayan səbəblərdən itirilməsi halında əmək haqqının ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmədiyindən hazırkı iş mülki qanunvericilik və başqa hüquqi aktlarla tənzimlənməlidir. birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə xüsusi karantin dövründə əmək haqlarının verilməsi qaydalarını tənzimləyən AzərbaycanRespublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.4-cü bəndinin tələblərini də pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə yalnız tövsiyə edilmiş və mütləq əsas kimi qoyulmamışdır. Edilmiş tövsiyyə isə yalnız Qərarın 1.5-ci maddəsinə uyğun olaraq imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilən işçilərin bunun müqabilində əmək haqlarının saxlanılmasını nəzərdə tutur ki, hazırkı iş üzrə cavabdehin belə bir imkanı olmamışdır. Cavabdeh Firması ödəmə qabiliyyətini risk dairəsinə daxil olmayan səbəblərdən itirmiş, müqavilə bağlanarkən pandemiyanın baş verə biləcəyi halını nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyi isə mümkün deyildi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə Cavabdeh Firmasının fəaliyyətinin tamamilə məhdudlaşdırılmasında, heç bir işçinin işə çıxmaması və iş yükü ilə yüklənməməsində, bununla əlaqədar ödəmə qabiliyyətinin onun risk dairəsinə daxil olmayan səbəblərdən itirilməsində, ödəmə qabiliyyətini itirdiyindən əmək haqlarını ödəmək imkanından məhrum olmasında onun təqsirinin olub-olmadığını aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iddianı qismən təmin edən qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinə istinad etsə də, həminmaddi hüquq normasında boşdayanma vaxtı üçün ödənilən haqqın verilməsində işəgötürənin təqsirinin olmadığı hallar ümumiyyətlə öz əksini tapmamışdır. Bu isə özlüyündə hazırkı işə Mülki Məcəllənin yuxarıda qeyd olunan müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.4-cü bəndinin tətbiq edilməli olduğunu şərtləndirir. Birinci instansiya məhkəməsinin iş üzrə “işəgötürəndən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçi Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququnu itirmir” qənaətinə gəlməsi Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbinə uyğun deyil. Belə ki, yuxarıda qeyd olunduğu kimi həmin normada işəgötürənin təqsirinin olmadığı halda işçinin müvafiq təminatları almaq hüququ öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh Firması nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 169-cu maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh Firması ödəmə qabiliyyətini risk dairəsinə daxil olmayan səbəblərdən itirmiş, müqavilə bağlanarkən pandemiyanın baş verə biləcəyi halını nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyi isə mümkün deyildi. Həmçinin istina edilən maddədə işəgötürənin təqsirinin olmadığı halda işçinin müvafiq təminatları almaq hüququ öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının əmək haqqı çıxılmalar nəzərə alınmaqla 912 manat təşkil etmişdir, birinci instansiya məhkəməsi isə hesablama aparan zaman iddiaçının əmək haqqını 1000 manat olmasını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona boşdayanma ilə bağlı əmək haqqı ödənilməmişdir, halbuki boşdayanma onun təqsiri olmadan baş vermişdir. Cavabdeh firmada işlədiyi müddətdə isə əmək haqqı 1000 manat olsa da, çıxılmalardan sonra əmək haqqı 912 manat olmuşdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, cavabdeh firma son haqq hesabı ödəmədiyi üçün barəsində inzibati tənbeh tətbiq edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı qətnamənin iddianın qismən təmin edilən “Cavabdeh Firmasından alınaraq iddiaçı X3 ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 6 manatının Cavabdeh Firmasından tutularaq dövlət gəlirinə alınması” hissəsi təşkil edir, belə ki, cavabdeh apellyasiya şikayətində qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə iddia tələbinin təmin edilməyən hissəsində qətnaməni mübahisələndirməmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan X5 və X9 arasında bağlanmış 18.02.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X5 Cavabdeh Firmasına menecer vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən, X1 02.09.2019-cu il tarixdən vəzifə tarif haqqının 280 manat kimi, 30.09.2019-cu il tarixdən isə vəzifə tarif haqqının 1000 manat kimi olması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh Firmasının direktoru X2 verdiyi 06N saylı, 06.11.2020-ci il tarixli Əmrin surətindən görünür ki, X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, ona istifadə edilməmiş məzuniyyətə görə 41 gün pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan 12.01.2008-ci il tarixli, ******* saylı əmək kitabçasından görünür ki, X5 18.02.2019-cu il tarixdə Cavabdeh Firmasının menecer vəzifəsi üzrə işə qəbul olunmuş, 06.11.2020-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Firmasının direktoru X10 tərəfindən 31.01.2020-ci il tarixdə verilmiş 3101 saylı əmrdən görünür ki, X5 Cəmiyyətdə menecer vəzifəsində çalışan, AR Əmək Məcəlləsinin 114 və 116-cı maddələrinə əsasən 18.02.2019- 18.02.2020-ci iş ili üçün, 03.02.2020-ci il tarixdən 17.02.2020-ci il tarixədək 14 təqvim günü əmək məzuniyyətinin verilməsi əmr edilmişdir. İşçi 17.02.2020-ci il tarixdə işə başlamalıdır. Əsas: işçinin məzuniyyət ərizəsi. İş materiallarında olan Cavabdeh Firmasının direktoru X6 tərəfindən 01.04.2020-ci il tarixdə verilmiş 02 saylı əmrdən görünür ki, 01.04.2020-ci il tarixdən etibarən işçilərin işə çıxmamasının təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı əsasında dövlət tərəfindən veriləcək yardım hesabına, yardımın daxil olduğu vaxtda işçilərin aylıq əmək haqlarının qismən ödənişinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Firmasının direktoru X6 tərəfindən 06.04.2020-ci il tarixdə verilmiş 03 saylı əmrdən görünür ki, 01.04.2020-ci il tarixindən etibarən işçilərin işə çıxmadığı dövr üçün 04.04.2020-ci il tarixindın qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı əsasında dövlət tərəfindən veriləcək yardım hesabına, yardımın daxil olduğu vaxtda işçilərin əmək haqlarının qismən ödənişinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan 06.11.2020-ci il tarixli, xxxxxxx0004X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Firmasının 06N saylı, 06.11.2020-ci il tarixli əmri ilə X5 ilə bağlanmış 18.02.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM–nin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 06.11.2020-ci il tarixli iş yerinə dair bildirişdən görünür ki, X5 Cavabdeh Firması arasında bağlanmış 18.02.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 1000 manat əmək haqqı almaqla menecer vəzifəsi üzrə işə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən 07 yanvar 2021-ci il tarixdə X3 ünvanlanmış məktubun surətindən görünür ki, müəssisənin direktoru K.V.Məmmədovun təqdim etdiyi məktub və sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (öz xahişi ilə) xitam verilərkən son haqq hesabın ödənilməsi zamanı bu məcəllənin 83-cü maddəsinin 2-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh Firmasının direktoru K.V.Məmmədov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən ******* nömrəli 08.12.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin son haqq-hesabın düzgün hesablanıb ödənilməsi ilə bağlı müəssisəyə rəsmi məktub ünvanlanmışdır. İş materiallarında olan 06.11.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh Firması tərəfindən X1 hesabına “son haqq hesab” olaraq 948,38 AZN məbləğ ödənilmişdir. Birinci instansiya məhkəməsi, tərəf olduğu əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli tarif (vəzifə) maaşının 30.09.2019-cu il tarixdən etibarən 1000 manat məbləğində müəyyən edildiyini, müxtəlif aylar üzrə əmək haqqının dövlət yardımı hesabına ödənildiyini, lakin avqust, sentyabr, oktyabr ayları üçün iddiaçıya əmək haqqının ümumiyyətlə ödənilmədiyini, pandemiya zamanı işçini ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxmaq hüququndan cavabdeh tərəfindən istifadə edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, bu aylar üzrə iddiaçıya işçinin təqsiri olmadan istehsalatda boşdayanma qaydalarına uyğun olaraq, yəni tarif (vəzifə) maaşının üçdə iki hissəsində (avqust, sentyabr, oktyabr ayları üçün 2000 manat (3*1000:3*2), noyabr ayı üçün isə, həmin ayda 4 iş günü ərzində fəaliyyət göstərdiyindən, 111 manat (1000:24*4:3*2), cəmi 2111 manat məbləğində pul) əmək haqqı Cavabdeh Firmasından alınaraq X3 ödənilməlidir. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Göründüyü kimi boşdayanma vaxtı - əmək münasibətləri prosesində təsadüf olunan elə bil haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəlikləri yerinə yetirə bilmir. Boşdayanma vaxtı işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işçidən və işəgötürəndən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçi Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququnu itirmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X5 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə eyni zamanda qeyd edir ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Göstərilən mövqe həmçinin Mülki Məcəllənin 2.3-cü maddəsində də təkrarlanır. Belə ki, bu maddənin tələblərinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Ümumi norma dedikdə əsas, ixtisaslaşdırılmış normativ müddəalar, həmçinin yüksək dərəcəli ümumişəşdirmə və sabitliklə səciyyələnən və xüsusi normaların istifadəsi üçün hüquqi əsas yaradan ilkin normativ müddəalar başa düşülür. Xüsusi normalar isə mümkün və lazımi davranışın (hüquq və vəzifələrin) növünü və ölçüsünü əks etdirir. Xüsusi normalar ümumi normaların fəaliyyət dairəsini məhdudlaşdırır. Əgər xüsusi norma varsa, ümumi norma tətbiq edilmir. Belə olan halda Əmək Məcəlləsinin 169-cu maddəsinin mövcudluğu Mülki Məcəllənin 448.4-cü maddəsindən istifadə edilməsini istisna etməklə yaranmış məsələnin əmək qanunvericiliyinə əsasən həll edilməsinə hüquqi əsas yaradır və hazırki mübahisə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə Əmək Məcəlləsinin 169-cu maddəsini tətbiq etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, qətnamə cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli tarif (vəzifə) maaşının 30.09.2019-cu il tarixdən etibarən 1000 manat məbləğində müəyyən edildiyini qeyd etsə də apellyasiya baxışı zamanı iddiaçının eləcə də cavabdehin nümayəndəsinin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının əmək haqqı çıxılmalar nəzərə alınmaqla 912 manat təşkil etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, avqust, sentyabr, oktyabr ayları üçün iddiaçıya əmək haqqının ümumiyyətlə ödənilmədiyindən eləcə də pandemiya zamanı işçini ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxmaq hüququndan cavabdeh tərəfindən istifadə edilmədiyindən qeyd olunan aylar üzrə iddiaçıya işçinin təqsiri olmadan istehsalatda boşdayanma qaydalarına uyğun olaraq, yəni tarif (vəzifə) maaşının üçdə iki hissəsində (avqust, sentyabr, oktyabr ayları üçün 1824 manat (912:3x2=608x3=1824), noyabr ayı üçün isə, həmin ayda 4 iş günü ərzində fəaliyyət göstərdiyindən, 81 manat (608:30=20,2x4=81,0), cəmi 1905 manat məbləğində pul) əmək haqqı Cavabdeh Firmasından alınaraq X3 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməklə, iddiaçıya ödənilməli əmək haqqının məbləği 1905 manat müəyyən edilməklə, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmçinin qeyd edilməlidir ki, iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2111 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz, belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – cavabdeh Cavabdeh Firmasından tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Firmasından 1905 (bir min doqquz yüz beş) manat məbləğində pul alınaraq iddiaçı X3 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh Firmasına aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar