Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2942/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızının, onun nümayəndəsi və vəkili X4, Üçüncü şəxslər X26inın və X14, Maraqlı şəxslərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızının cavabdeh Əziz (Dəmirçi) Qafar Aydın oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Şəki rayon 2 saylı dövlət notariat kontoru, X26i, X29, X30, X18 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” 2(006)-91/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxslər X19 və X20 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində yerləşən 14 hektar torpaq sahəsi X3. Həmin alqı-satqı müqaviləsi X31 və onun ailə üzvlərinin adından imzalanmışdır. Lakin nə onun, nə də digər ailə üzvlərinin qeyd olunan müqavilədən xəbərləri yoxdur. Sonradan onlara məlum olmuşdur ki, onların torpaq sahələri satılmışdır. Onun və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, mübahisələndirilən əqd hüquq normalarının pozulması nəticəsində həyata keçirilmişdir və buna görə də etibarsız hesab edilməlidir. Hüquq, vəzifə və öhdəliklərin yaranmasından ötrü tərəfin iradə ifadəsini əks etdirən əqdlərdə vacib şərt kimi tərəfin özünün və ya səlahiyyətli nümayəndəsinin imzası tələb olunur. Müqavilədə imza olmadıqda və ya müqavilədəki imza ona məxsus olmadığı zaman həmin müqavilə heç bir hüquq, vəzifə və öhdəlik yaratmır. Göründüyü kimi, mübahisələndirilən müqavilədə onun və ailə üzvlərinin imzası olmadan saxta imza ilə həyata keçirildiyi üçün həmin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Sonradan iddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X31 və onun ailə üzvləri ilə Əziz (Dəmirçi) Qafar Aydın oğlu arasında bağlanmış 28 dekabr 2004-cü il tarixli, 235829 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən X19 və X20 tərəfindən apellyasiya şikayətləri verilmiş, şikayətlərdə qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, (006)-91/2020 saylı qərardadı ilə X5 və X6 məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizələri təmin edilmiş, X19 və X20 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi ilə maraqlarına toxunan şəxs qismində tanınmış, X19 və X20 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Elşad Qurbanov tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə 14,89 ha torpaq sahəsi X15 və onun ailə üzvləri X16, X7, X17, X8, İddiaçı birgə mülkiyyətinə verilmişdir. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini İddiaçı onun ailə üzvləri X32 və digərləri X37na satmışdır. X37 isə 20.08.2008-ci il tarixdə 4-Ə 372 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Elşad Qurbanova satmışdır və tərəfindən torpaq sahəsinin dəyəri ödənilmişdir. Alqı-satqı müqaviləsi əsasında 14,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 16 yanvar 2019-cu il tarixdə X38 ilə aralarında 4Ə-88 saylı alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan 14,89 ha torpaq sahəsinin 0,8625 ha. hissəsini X2. X38 da torpağın dəyərini ödəmişdir. 14,022 ha torpaq sahəsi isə mülkiyyət hüququ əsasında E.Qrubanova məxsusdur. Alqı-satqı müqaviləsi üzrə Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin alıcısı olaraq E.Qurbanov vicdanlı əldə edən olduğundan, mübahisəli torpaq sahəsinə dair Nəsimi Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ hissələrində, Mülki Məcəllənin 152 və 182-ci maddəsində təsbit olunmuş mülkiyyət və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi onun mənafeyini də əhatə etməkdədir. Çünki torpaq sahəsinə dair həmin alqı satqı müqaviləsindən sonra X37 ilə arasında bağlanmış 28 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsi doğurmaqla, onunla 16 yanvar 2019-cu il tarixdə X27 əmlak (əşya) hüquqlarının pozulması ilə nəticələnir. 20.08.2008-ci il tarixdə Əziz (Dəmirçi) Qafar Aydın oğlundan Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha torpaq sahəsi aldığı zaman əkinçilik üçün çox yarasız halda idi. İlkin olaraq torpaq sahəsinin münbitləşdirilməsi və əkinçilik üçün yararlı vəziyyətə gətirilməsi üçün xeyli miqdarda pul vəsaiti sərf etmişdir. 12 ildir torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olmuşdur və bu illər ərzində torpaq sahəsinə dair hər hansı bir şəxsin iddiası olmamışdır. X37 ilə alqı-satqı müqaviləsi bağlayarkən torpaq sahəsi üzərində həbs və ya məhdudiyyət olmamışdır və iddiaçının göstərdiyi halları bilməmişdir. Buna görə də onunla bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdi. Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vicdanlı alıcısıdır və həmin əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün dispozitiv şərtlər mövcud deyildir. Hətta, X37 ilə iddiaçı və (digər torpaq mülkiyyətçiləri) arasında 2004-ci il tarixdə müqavilə bağlanması anında iddiaçının iddia etdiyi hər hansı halların müəyyən olunması belə E.Qurbanovun vicdanlı alıcı olaraq əmlak hüquqlarının pozulmasının səbəbini təşkil etməməlidir. X28 adına aparılmış qeydiyyat əsassız olsa belə iddiaçının pozulmuş mülkiyyət hüquqları həmin torpaq sahibinin vicdanlı əldə etmiş şəxs olaraq onun və torpaq sahəsinin satıldığı digər vicdanlı alıcıların hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən X37 ilə iddiaçı və onun digər ailə üzvləri arasında imzalanmış alqı-satqı müqaviləsinin qüvvədə olmamasını və torpaq sahəsinin hüquqi vəziyyətini, digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi halını müəyyən etməmiş, iş üzrə işin nəticəsində maraqlı olan fiziki şəxslərin dairəsini müəyyən etməyərək hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırma aparmamışdır. Bununla da məhkəmə qətnaməsi çıxarılarən iddianın predmetini təşkil edən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mükiyyətçisi və vicdanlı alıcısı olaraq E.Qurbanovu işə cəlb etməmişdir. Halbuki, məhkəmə iddianın predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi və hüquqi statusu müəyyən etməli, mülkiyyətçi olan və digər maraqlı şəxslər işə cəlb edilməklə, iddia tələblərinə həmin şəxslərin də qanunla qorunan mənafeləri, o cümlədən daşınmaz əşyanı vicdanlı əldə etmə ilə bağlı qaydalar nəzərə alınmaqla bütövlükdə hüquqi qiymət verilməli idi. İddiaçı 14 il ərzində torpaq sahəsinin hüquqi vəziyyəti və faktiki vəziyyəti ilə maraqlanamaması inandırıcı deyil. Bu müddət ərzində iddiaçı hərəkətsiz qalmışdır və subyektiv hüququndan istifadə etməmişdir. İddia ərizəsinə diqqət etdikdə görünür ki, İddiaçı torpağın nə vaxt başqa şəxslərə satılmasından xəbərdar olmasını dəqiq qeyd etməmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə isə qətnamə çıxararkən bu hala da diqqət yetirməmişdir. Cavanşir Qurbanov tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 59 nömrəli qərarı ilə 14,89 ha torpaq sahəsi X15 və onun ailə üzvləri X16, X7, X17, X8, İddiaçı birgə mülkiyyətinə verilmişdir. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini İddiaçı onun ailə üzvləri X32 və digərləri X37na satmışdır. X37 isə 20.08.2008-ci il tarixdə 4-Ə 372 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X1 və 14,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X20 14,022 ha torpaq sahəsini Cavanşir Qurbanova bağışlamışdır. Alqı-satqı müqaviləsi üzrə Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olaraq C.Qurbanov vicdanlı əldə edən olduğundan, mübahisəli torpaq sahəsinə dair Nəsimi Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddəsinin İ və İİ hissələrində, Mülki Məcəllənin 152 və 182-ci maddəsində təsbit olunmuş mülkiyyət və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi C.Qurbanovun mənafeyini də əhatə etməkdədir. Çünki torpaq sahəsinə dair həmin alqı satqı müqaviləsindən sonra X37 ilə X20 arasında bağlanmış 28 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 14,89 ha torpaq sahəsinin ona satmışdır. 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X20 14,022 ha torpaq sahəsini C.Qurbanova bağışlamış, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. 20.08.2008-ci il tarixdə Əziz (Dəmirçi) Qafar Aydın oğlundan Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha torpaq sahəsi apellyatorun oğlu Elşad Qurbanov aldığı zaman əkinçilik üçün çox yarasız halda idi. İlkin olaraq torpaq sahəsinin münbitləşdirilməsi və əkinçilik üçün yararlı vəziyyətə gətirilməsi üçün xeyli miqdarda pul vəsaiti sərf etmişlər. Daimi olaraq torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olmuşlat və bu illər ərzində torpaq sahəsinə dair hər hansı bir şəxsin iddiası olmamışdır. Qurbanov Elşad ilə X37 arasında alqı-satqı müqaviləsi bağlanılarkən torpaq sahəsi üzərində həbs və ya məhdudiyyət olmamışdır və iddiaçının göstərdiyi halları bilməmişlər. Buna görə də onunla bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdilər. Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsızlığı üçün dispozitiv şərtlər mövcud deyildir. X13 ilə iddiaçı və (digər torpaq mülkiyyətçiləri) arasında 2004-ci il tarixdə müqavilə bağlanması anında iddiaçının iddia etdiyi hər hansı halların müəyyən olunması belə onun vicdanlı alıcı olaraq əmlak hüquqlarının pozulmasının səbəbini təşkil etməməlidir. X28 adına aparılmış qeydiyyat əsassız olsa belə iddiaçının pozulmuş mülkiyyət hüquqları həmin torpaq sahibinin vicdanlı əldə etmiş şəxs olaraq onun hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən X37 ilə iddiaçı və onun digər ailə üzvləri arasında imzalanmış alqı-satqı müqaviləsinin qüvvədə olmamasını və torpaq sahəsinin hüquqi vəziyyətini, digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi halını müəyyən etməmiş, iş üzrə işin nəticəsində maraqlı olan fiziki şəxslərin dairəsini müəyyən etməyərək hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırma aparmamışdır. Bununla da məhkəmə qətnaməsi çıxararkən iddianın predmetini təşkil edən Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mükiyyətçisi və vicdanlı alıcılarını işə cəlb etməmişdir. Halbuki, məhkəmə iddianın predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi və hüquqi statusu müəyyən etməli, mülkiyyətçi olan və digər maraqlı şəxslər işə cəlb edilməklə, iddia tələblərinə həmin şəxslərin də qanunla qorunan mənafeləri, o cümlədən daşınmaz əşyanı vicdanlı əldə etmə ilə bağlı qaydalar nəzərə alınmaqla bütövlükdə hüquqi qiymət verilməli idi. İddiaçı 14 il ərzində torpaq sahəsinin hüquqi vəziyyəti və faktiki vəziyyəti ilə maraqlanmaması inandırıcı deyil. Bu müddət ərzində iddiaçı hərəkətsiz qalmışdır və subyektiv hüququndan istifadə etməmişdir. İddia ərizəsinə diqqət etdikdə görünür ki, İddiaçı torpağın nə vaxt başqa şəxslərə satılmasından xəbərdar olmasını dəqiq qeyd etməmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə isə qətnamə çıxararkən bu hala da diqqət yetirməmişdir. Apellyasiya baxışı zamanı maraqlı şəxslərin vəkili apellyasiya şikayətlərini müdafiə etdi və əlavə olaraq məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızı və onun vəkili apellyasiya şikayətlərini qəbul etməyərək bildirdilər ki, iddiaçının və onun ailə üzvlərinin mübahisələndirilən alqı-satqı müqaviləsindən xəbəri olmamışdır, iddiaçı həmin müqaviləni imza etməmişdir. İddiaçının anasının adı rəsmi sənədlərdə Rəsta Şəmsiyeva olduğu halda həmin alqı-satqı müqaviləsində səhvən Püstə kimi qeyd olunmuşdur. İddiaçının atası Xanlar Şəmsiyev 14.01.2021-ci ildə vəfat etmişdir. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X21 və X30 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüququ normalarına riayət etməsini yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşdə olan Torpağa mülkiyyət hüququna dair 12 aprel 1999-cu il tarixli, 225 nömrəli Dövlət Aktından görünür ki, X22, X23, X11, X24, X12 və İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998ci il tarixli, 59 nömrəli qərarı ilə 14,89 ha torpaq sahəsi verilmişdir. İşdə olan 28.12.2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsindən görünür ki, X31 və onun ailə üzvləri Şəki rayon Torpaq Şöbəsinin 12.04.1999-cu il tarixli, 8412 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Şəki rayonu, M.Əsədov qəsəbəsində yerləşən 14,89 ha torpaq sahəsini X44 14700000 manata (AZM) satmış və X31 və onun ailə üzvləri və X50 tərəfindən müqavilə imzalanmışdır. Həmin müqavilə Şəki rayonu 2 saylı dövlət notariat kontorunun notariusu X25 tərəfindən notarial qaydada təsdiq edilmiş və 4Ə-373 saylı reyestrdə qeyd edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 21.04.2017-ci il tarixli, 6296 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4Ə-373 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 28 dekabr 2004-cü il tarixli, 235829 nömrəli müqavilədə (kserosurəti mülki işin 10-cu vərəqəsindədir) “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Jeкaнə” yazısı - Mirzəyeva (Şəmsiyeva) Yeganə Xanlar qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edimişdir. İşdə olan Ekspertizaya təqdim edilmiş, 4Ə-373 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 28 dekabr 2004-cü il tarixli 235829 nömrəli müqavilədə (kserosurəti mülki işin 10-cu vərəqəsindədir) “İmzalar” qrafasında “5” rəqəmi qarşısındakı imza və “Eлнapə” yazısı - X18 tərəfindən yox, başqa şəxs tərəfindən icra edimişdir. İşdə olan Ekspertizaya təqdim edilmiş, 4Ə-373 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 28 dekabr 2004-cü il tarixli, 235829 nömrəli müqavilədə (kserosurəti mülki işin 10-cu vərəqəsindədir) “İmzalar” qrafasında “6” rəqəmi qarşısındakı imza və “Məтaнət” yazısı - İddiaçı tərifindən yox, başqa şəxs tərəfindən icra edimişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2019-cu il tarixli, 18720 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X31, X34, X21, X29, X18, İddiaçı ilə X50 aralarında bağlanmış 235829 nömrəli 28 dekabr 2004-cü il tarixli müqavilədə “İmzalar:” qrafasında “мəтaнət” sözünün önündəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olumuşdur. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən hallara əsasən doğru nəticəyə gəlmiş olsa da, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmiş olduğundan maraqlı şəxslərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin hüquqi vəziyyəti, digər şəxslərin xeyrinə özgəninkiləşdirilməsi müəyyən edilmədiyindən işin nəticəsində maraqlı olan şəxslər (mülkiyyətçilər) məhkəmə prosesinə cəlb olunmamış, həmin şəxslərin hüquq və vəzifələrinə toxunan məsələyə onların iştirakı olmadan baxılmışdır. Apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 21.04.2022-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Turan qəsəbəsində (M.Əsədov adına qəsəbə) yerləşən 14,89 ha (14,022 ha və 0,8625 ha) əkin torpaq sahəsinin 14,022 ha sahəsi X5, 0,8625 ha sahəsi isə X27 mülkiyyətindədir. Məhkəmə kollegiyası tərəfindən X38 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, ona məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilmiş, o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2-ci və 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən, Şəki rayonu, M.Əsədov qəsəbəsində yerləşən 14,89 ha torpaq sahəsi əvvəllər ümumi mülkiyyət hüququ əsasında X22, X23, X11, X24, X12 və İddiaçı məxsus olmuşdur. Şəki rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş 28.12.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X31, X34, X21, X29, X18 və İddiaçı tərəfindən həmin torpaq sahəsi X3. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq eksperizasının rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair həmin alqı-satqısı müqaviləsi İddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və ya məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, yuxarıda qeyd edilən ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçının mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına daxili iradəsinin olmamasına və beləliklə də həmin müqavilənin etibarsızlığına dəlalət edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, qeyd edilən əqdin etibarsızlığı nəticələri tətbiq edilə bilməz. Belə ki, iddiaçı ilə bağlanmış müqavilədə mübahisəli torpaq sahəsinin dəyəri 14700000 manata (AZM) məbləğində müəyyən olunmuş, lakin bu məbləğin ödənildiyi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konctitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən edilməsidir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən 1 illik müddətin ötürülməsi barədə apellyasiya şikayətlərinin dəlili ilə razılaşmır və qeyd edir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. X31 və onun ailə üzvləri ilə Əziz (Dəmirçi) Qafar Aydın oğlu arasında bağlanmış 28 dekabr 2004-cü il tarixli, 235829 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdeh Əziz (Dəmirçi) Qafar Aydın oğlundan tutularaq iddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat məbləğində pul cavabdeh X36 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2942/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2942/2022
24.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver