Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2959/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X10 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e- 2(006)-437/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 mart 2022-ci il tarixli 2022/1913 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı illik 32% olmaq şərti ilə, 36 ay müddətinə 25000 manat kredit verilmişdir. İddiaçı krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7, mənzil 601 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsindəki, 202, M3, m1) 31 yanvar 2022-ci il tarixdə mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır.
3. 11 mart 2022-ci il tarixli 2022/1913 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5\7 saylı evin 601 nömrəli mənzil “Kəpəz BOKT" MMC-nin xeyrinə 11 mart 2022-ci il tarixli 2022/1913-İP nömrəli ipoteka müqaviləsinə əsasən yülkü edilmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakın qiyməti 200000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X3 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır.
4. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7, mənzil 601, (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsi, 202, M3, m1) 07 may 2022-ci il tarixdə "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir.
5. Tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 33616,66 AZN (24144,36 manat əsas borc, 4722,30 manat faiz borcu, 4750 manat dəbbə pulu olmaqla) borc məbləği üzrə ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə 23 sentyabr 2022-ci il tarixli 791 nömrəli bildiriş borc alan İddiaçı və ipoteka qoyan X4 göndərilmişdir.
6. “Kəpəz BOKT" MMC 30 sentyabr 2022-ci il tarixli, 838 nömrəli məktubla DƏDRXin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsin 10 oktyabr 2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7 saylı evin 601 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alındığı bildirilmişdir.
7. "xxxx" MMC-nin 21 oktyabr 2022-ci il tarixli 936 nömrəli ərizəsinə əsasən, MMC ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə notariat ofisinə müraciət etmişdir.
8. Bakı şəhəri 43 saylı notariat ofisində 25 oktyabr 2022-ci il tarixdə 8İ-12648 saylı 25 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan “X15 Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan X2 X4 məxsus ipoteka predmeti olan ünvan 1 ünvaninda yerləşən əmlaka tutma yönəldilməsi qeyd edilmişdir (öhdəliyi müəyyən edən 2022/1913 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 24144,36 manat əsas borc, 4722,30 manat faiz borcu, 4750 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 33616,66 manat təşkil edir.).
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 43 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən aparılmış 8İ-12648 nömrəli 25 oktyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ‘‘Kəpəz BOKT” MMC-nin Nəsimi rayon filialına borcunun bir hissəsini ödəmişdir. Lakin onun banka ödənişlərini nəzərə almadan icra qeydini vermişdir. Ödədiyi pullar da düzgün hesablanmayaraq borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Eyni zamanda hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Halbuki həmin mənzili o, təmirsiz şəkildə 240000 manat məbləğə almış, 100000 manata yaxın təmirinə pul xərcləmişdir. Mənzilin dəyəri 350000 manat dəyərindədir. Hazırda isə onun mənzili 220000 manata satışa çıxarılmaqdadır. Bunlara görə də icra qeydi ilə razı deyildir. Həmin icra qeydini Bakı şəhər Nəsimi rayon İcra şöbəsindən 10 iyul 2023-cü il tarixdə almışdır. Hazırki iddia üzrə müraciəti əsasında Nəsimi və Yasamal rayon məhkəmələri iki qərardad qəbul edərək aidiyyətin Nəsimi rayon məhkəməsi olduğu qənaətinə gəlmişlər. Bundan sonra Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, bir müddət sonra isə Məhkəmə tərəfindən 2(006)- 464/2024 nömrəli, 23 yanavar 2024-cü il tarixli qərardad qəbul edilərək mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə 14 saylı və 43 saylı notariat ofislərinin vermiş olduqları icra qeydlərinin ləğvi tələblərini bir-biri ilə əlaqəli olmayan tələb kimi qiymətləndirmişdir. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilsə də, qərardad qüvvəsində saxlanılmışdır. Odur ki, hazırda həmin icra qeydlərinin ayrı-ayrı mübahisələndirilməsi üçün müraciət etmək məcburiyyətindədir. Yenidən məhkəməyə müraciət etsə də bu dəfə məhkəmə işi baxılmamış saxlamışdır.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e- 2(006)- 437/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
12. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/1913 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 25000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli 2022/1913-İP nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5\7 saylı evin 601 nömrəli mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X3 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır. Müqavilə əsasında Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2022ci il tarixli icra qeydi verilmiş və həmin icra qeydi əsasında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Hazırda İddiaçı Bakı şəhər 43 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-12648 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, borcunun bir hissəsini ödəməyinə baxmayaraq, MMC ödənişləri nəzərə almadan icra qeydini vermişdir, borc düzgün hesablanmayaraq əsassız şişirdilmişdir. Bundan başqa hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı ilə "xxxx" MMC arasında borc münasibətləri olmuş, iddiaçı ödəniş cədvəlinə əsasən 2022-ci ilin aprel ayından başlayaraq 2025-ci ilin mart ayınadək hər ay 1088,86 manat ödəməyi öhdəsinə götürsə də, hesabdan çıxarışdan göründüyü kimi, o, yalnız 3 dəfə - xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü ildə müvafiq ödənişləri etmişdir. Digər aylar üzrə ödənişlərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, onlardan ikisi "xxxx" ASC tərəfindən xəzinəyə mədaxil-məxaric edilməsi ilə bağlıdır ki, onların "xxxx" MMC-yə olan ödənişlərə aidiyyəti müəyyən olunmur. xx.xx.2023-cü il tarixli 1401-********** nömrəli qəbzdəki ödəniş isə hesabdan çıxarışda əks olunan ödənişi özündə əks etdirir. Bu baxımdan tələb olunan borc məbləği mübahisəsiz olmuş və MMC həmin borc üzrə icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməkdə haqlı olmuşdur. Baxılan iş üzrə iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur ki, belə olan halda Qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmununda da iddiaçıya bu barədə xəbərdarlıq edilmiş, İpoteka haqqında Qanunun 36.1-ci maddəsinin tələbi izah olunmuşdur. İşdən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və həmin bildiriş qeydə alınmışdır. Məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz. Məhkəmə tərəfindən ipoteka qoyan X6 müstəqil tələb irəıi sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Elektron məhkəmə informasiya sistemində ipoteka qoyanın məhkəmə işləri nəzərdən keçirilərkən bildirişdən məhkəməyə şikayət verilməsi ilə bağlı iddia qaldırması müəyyən olunmamışdır. X1 rəsmi qeydə alındığı ünvana göndərilmişdir. İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıbçatdırılmamasını mübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmiş, verdiyi izahatında hazırkı iddianı qaldırmaqda əsas məqsədinin ödənişləri həyata keçirmək üçün müəyyən zaman qazanması olduğunu aşkar şəkildə ifadə etmişdir. İddiaçı eyni zamanda “Azəri Express” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Əksinə, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra artıq təqdim olunmuş sayılır. Təsadüfi deyildir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-12648 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
13. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 36, 38-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia ərizəsində də qeyd etdiyi kimi hazırkı mübahisə üzrə icra qeydinin verilməsi yanlış olmuşdur. Çünki borc mübahisəlidir. Məhkəmə tərəfindən isə mübahisəyə obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq etməsi qeyd ounmalıdır. Hazırki işdə isə belə bildiriş göndərilməmişdir. Bununla daiş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə ipoteka saxlayan tərəfindən iddiaçıya və ipoteka qoyana məlumat verilməməsi tələbin əsaslı olmasına dəlalət edir. Həm də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana təqdim edilməmişdir. Hazırki işdə ipoteka qoyan hər nə qədər məhkəmə iclasında iştirak etməsə də, məhkəmə icra qeydinin ləğvini araşdırarkən işi hərtərəfli araşdırmalı və bildirirşlərin ona çatdırılıbçatdırılmamasına da qiymət verməliidi. Qətnamədə qeyd edilmişdir ki, “məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlışəxs sayıla bilməz”. Məhkəmənin yuxarıda qeyd etdiyi mövqeyi ilə də razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə iddiaçının ipoteka predmetinin qiymətləndirilməsində marağı olmadığını qeyd etmişdir. Lakin məhkəmə unutmuşdur ki, əgər ipoteka qoyulmuş əmlak aşağı dəyərdən qiymətləndirilsə, ipoteka qoyan iddiaçıya qarşı iddia qaldıraraq reqres qaydada dəymiş zərəri tələb edəcəkdir. Buradan da aydındır ki, iddiaçının ipotekaya qoyulmuş əmlakın qiyməti barəsində birbaşa marağı və bunu mübahisələdnirməyə subyektiv hüququ vardır. Qeyd edilən səbəbdən məhkəmənin bu mövqeyi də yanlış olmuşdur. Nəsimi rayon Məhkəməsi isə qətnaməsində qeyd edir ki, “İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipotekapredmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıb-çatdırılmamasını mübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmişdir”. Halbuki məhkəmə yuxarıda qeyd etdiyi cümlələrində biri digərini təkzib edən ifadələrə yer vermişdir. Bildirişin ona çatdırıb-çatdırmamasını mübahisələndirməmiş deməklə iddia ərizəsində yazılanları təkzib etmişdir. Halbuki iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısından və orada bildirişdən bəhs olunmuşdur. Qeyd edilən halın iddia ərizəsinə yazılması elə bildirişin çatdırılıbçatdırılmamasının mübahisələndirildiyi məqsədi güdmüşdür. Həmçinin məhkəmə iclasında da iddiaçı ona bildiriş çatdırılmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “iddiaçı “Azəri Express” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir”. Yuxarıda qeyd edilən cümlənin də qətnaməyə salınması aydın deyildir. Məhkəmə mobil telefon nömrəsi və ünvana istinad etsə də, qəbzdəki hər hansı soyadın və imzanın olması məsələsinə toxunmamışdır. Ümumiyyətlə həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmasını ünvan və mobil telefon nömrəsi yox, əl yazısı ilə qeyd edilmiş ad soyad və imza təsdiq edə bilərdi. Göründüyü kimi bu xüsusatların araşdırılmaması həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmadığını və dolayısı ilə icra qeydinin qanunsuz olaraq verildiyini təsdiq edir. Lap fərz etsək ki, iddiaçı iddia ərizəsində bildirişi mübahisələndirməyib. Lakin yenə də məhkəmənin vəzifəsidir ki, icra qeydinin ləğvinə əsas olmuş bütün halları hərtərəfli araşdırsın. Çünki iddiaçının tələbi də elə icra qeydinin ləğv edilməsi olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-12648 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir”. Yuxarıdakı cümlələrdən də görünür ki, məhkəmə bildirişin iddiaçıya və ipoteka qoyana açtdırılıb çatdırılmamasını araşdırmamışdır. Məhkəmə yalnız göndərilmə hissəsi ilə maraqlanmış və bununla kifayətlənmişdir. Halbuki iddiaçı məhkəmə iclasında ona heç bir bildirişin çatdırılmadığını bildirmişdir. Həmçinin məhkəmə ipoteka qoyana münasibətdə ümumiyyətlə araşdırma aparmamışdır. Baxmayaraq ki, ipoteka qoyan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur, lakin məhkəmə ona münasibətdə ümumiyyətlə bildirişin çatdırılıb çatdırılmamasını araşdırmamışdır. İş üzrə cavabdeh tərəfindən və notariat ofisindən də bu cür sənəd təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə işin obyektiv həllinə nail olmaq üçün bu kimi hallara özü qiymət verməli idi. İpoteka qoyanın hər hansı iclasda iştirak etməməsi, məhkəməni öz araşdırma vəzifəsindən azad etməməkdədi. Həmin maddəyə əsasən, ipoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Nəsimi rayon Məhkəməsi isə qətnaməsində qeyd edir ki, “İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıbçatdırılmamasınımübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmişdir”. Halbuki məhkəmə yuxarıda qeyd etdiyim cümlələrində biri digərini təkzib edən ifadələrə yer vermişdir. Bildirişin ona çatdırıbçatdırmamasını mübahisələndirməmiş deməklə iddia ərizəsində yazılanları təkzib etmişdir. Halbuki iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısından və orada bildirişdən bəhs olunmuşdur. Qeyd edilən halın iddia ərizəsinə yazılması elə bildirişin çatdırılıb-çatdırılmamasının mübahisələndirildiyi məqsədi güdmüşdür. Həmçinin məhkəmə iclasında da iddiaçı ona bildiriş çatdırılmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “iddiaçı“Azəri Express” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir”. Yuxarıda qeyd edilən cümlənin də qətnaməyə salınması aydın deyildir. Məhkəmə mobil telefon nömrəsi və ünvana istinad etsə də, qəbzdəki hər hansı soyadın və imzanın olmasıməsələsinə toxunmamışdır. Ümumiyyətlə həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmasını ünvan və mobil telefon nömrəsi yox, əl yazısı ilə qeyd edilmiş ad soyad və imza təsdiq edə bilərdi. Göründüyü kimi bu xüsusatların araşdırılmaması həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmadığını və dolayısı ilə icra qeydinin qanunsuz olaraq verildiyini təsdiq edir. Lap fərz etsək ki, iddiaçı iddia ərizəsində bildirişi mübahisələndirməyib. Lakin yenə də məhkəmənin vəzifəsidir ki, icra qeydinin ləğvinə əsas olmuş bütün halları hərtərəfli araşdırsın. Çünki iddiaçının tələbi də elə icra qeydinin ləğv edilməsi olmuşdur. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakımünasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. İddia ərizəsində də qeyd etdiyimiz kimi hazırki mübahisə üzrə icra qeydinin verilməsi yanlış olmuşdur. Çünki borc mübahisəlidir. Məhkəmə tərəfindən isə mübahisəyə obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməmişdir. Belə ki, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq etməsi qeyd ounmalıdır. Hazırki işdə isə belə bildiriş göndərilməmişdir. Bununla da iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə ipoteka saxlayan tərəfindən iddiaçıya və ipoteka qoyana məlumat verilməməsi tələbin əsaslı olmasına dəlalət edir. Həm də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana təqdim edilməmişdir. Hazırki işdə ipoteka qoyan hər nə qədər məhkəmə iclasında iştirak etməsə də, məhkəmə icra qeydinin ləğvini araşdırarkən işi hərtərəfli araşdırmalı və bildirirşlərin ona çatdırılıbçatdırılmamasına da qiymət verməli idi. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Qətnamədə qeyd edilmişdir ki, “məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz”. Məhkəmənin yuxarıda qeyd etdiyi mövqeyi ilə də razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə iddiaçının ipoteka predmetinin qiymətləndirilməsində marağı olmadığını qeyd etmişdir. Lakin məhkəmə unutmuşdur ki, əgər ipoteka qoyulmuş əmlak aşağı dəyərdən qiymətləndirilsə, ipoteka qoyan iddiaçıya qarşı iddia qaldıraraq reqres qaydada dəymiş zərəri tələb edəcəkdir. Buradan da aydındır ki, iddiaçının ipotekaya qoyulmuş əmlakın qiyməti barəsində birbaşa marağı və bunu mübahisələdnirməyə subyektiv hüququ vardır. Qeyd edilən səbəbdən məhkəmənin bu mövqeyi də yanlış olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-12648 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir”. Yuxarıdakı cümlələrdən də görünür ki, məhkəmə bildirişin iddiaçıya və ipoteka qoyana açtdırılıb çatdırılmamasını araşdırmamışdır. Məhkəmə yalnız göndərilmə hissəsi ilə maraqlanmış və bununla kifayətlənmişdir. Halbuki iddiaçıməhkəmə iclasında ona heç bir bildirişin çatdırılmadığını bildirmişdir. Həmçinin məhkəmə ipoteka qoyana münasibətdə ümumiyyətlə araşdırma aparmamışdır. Baxmayaraq ki, ipoteka qoyan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur, lakin məhkəmə ona münasibətdə ümumiyyətlə bildirişin çatdırılıbçatdırılmamasını araşdırmamışdır. İş üzrə cavabdeh tərəfindən və notariat ofisindən də bu cür sənəd təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə işin obyektiv həllinə nail olmaq üçün bu kimi hallara özü qiymət verməli idi. İpoteka qoyanın hər hansı iclasda iştirak etməməsi, məhkəməni öz araşdırma vəzifəsindən azad etməməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onun nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
18. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hərhansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”: Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnutəsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin əsaslandırması ilə eyniyyət təşkil edir və bu dəlillərə əsasən iddia olunur ki, borcunun bir hissəsini ödəməsinə baxmayaraq, ödənişlər nəzərə alınmadan icra qeydi verilmişdir, hərraca yönəldilən zaman əmlakın dəyəri aşağı qiymətləndirilmişdir, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş ona təqdim olunmamışdır.
26. Borcun müəyyən olunması barədə məsələ ilə bağlı ümumi sübutetmə qaydası bundan ibarətdir ki, borcun verildiyini sübut etmək vəzifəsi borc verənin (hansı ki, müqavilə və digər müvafiq sənədlər əlavə edilmişdir), borcun qaytarıldığını sübut etmək vəzifəsi isə borc alanın üzərindədir. Nə qədər ki, borc verən tərəfindən borcun verildiyi müvafiq sənədlərlə təsdiq olunur, belə olan halda borcun qaytarıldığı sübut edilənədək borc həqiqi hesab olunur, buna uyğun olaraq da qanunvericiliyin imkan verdiyi müvafiq prosessual hərəkətlərin edilməsi mümkündür.
27. Eyni zamanda qeyd olunmalıdır ki, borcun mövcudluğu və həqiqiliyi məsələsi hazırkı mübahisənin predmeti deyil, yuxarıda qeyd olunduğu kimi bu xüsusatın mübahisələndirilməsi üçün ilk növbədə bildiriş mübahisələndirilməli idi. Bundan başqa, iddiaçı bildirişin ona çatdırılmasını dəlil kimi irəli sürsə də, bu da icra qeydinin ləğvi üçün əsas ola bilməz. Belə ki, qanunvericilik icra qeydinin verilməsi üçün bildirişin çatdırılması şərtini deyil, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində göndərilməsini nəzərdə tutur.
28. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan dəlillərlə bağlı düzgün araşdırılma aparılmış, işin hallarına hərtərəfli qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür və qeyd edir ki, icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət olunarkən bütün ödənişlər nəzərə alınmış, tələb olunan borc məbləği mübahisəsiz olmuşdur. Həmçinin, iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə 23 sentyabr 2022-ci il tarixdə təqdim olunmuşdur ki, qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmunu da qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yəni, icra qeydinin verilməsi zamanı qanunvericiliyin müddəalarının pozulması halı müəyyən edilmir.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e- 2(006)- 437/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e- 2(006)- 437/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.