Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2968/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-3119/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X2 Komitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən 43,0 kv.m. qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 6706 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X2 Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 3125 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.G.Hüseynov məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikası X2 Komitəsinin onun hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-3119/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası X2 Komitəsi ilə Cavabdeh arasında bağlanmış, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin alğı-satqısına dair xx.xx.2017-ci il tarixli, 6706 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə təhvil verilməsi, alğısatqı müqaviləsi əsasında ödənilmiş 3125 manat məbləğində pul vəsaitindən 2002 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş zərərin əvəzi kimi qəbul olunması, 1123 manatın Cavabdeh qaytarılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X3 və Cavabdeh məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, tərəflər hazırkı sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Satıcı (iddiaçı) alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin alıcı tərəfindən tam ödənildiyini nəzərə alaraq, cavabdehə (alıcıya) qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” barədə iddia tələbindən imtina edir və bu Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qüvvəyə mindikdən sonra cavabdehə özəlləşdirdiyi əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilməsini öhdəsinə götürür. - Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 3119/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alqı-satqı müqaviləsi əsasında ödənilmiş 3125 manat pul vəsaitindən 1123 manatın Cavabdeh qaytarılması ilə bağlı hissədə qeyd olunan pul tələbindən imtina edir, gələcəkdə 1123 manat pul vəsaitinin ona qaytarılması ilə bağlı X2 Xidmətinə və digər dövlət orqanlarına qarşı məhkəmədə iddia tələbləri ilə çıxış etməyəcəyinə dair öhdəlik götürür. - Tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin müddəaların tətbiqi nəticəsində baş verəcək hüquqi nəticələri qəbul edirlər. - Tərəflər öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. - Bu sazişin şərtləri Tərəflərin könüllü iradələrini əks etdirir. - Bu sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. - Bu saziş Azərbaycan dilində və Tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. - Bu saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-3119/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X3 və Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Satıcı (iddiaçı) alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin alıcı tərəfindən tam ödənildiyini nəzərə alaraq, cavabdehə (alıcıya) qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” barədə iddia tələbindən imtina edir və bu Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qüvvəyə mindikdən sonra cavabdehə özəlləşdirdiyi əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilməsini öhdəsinə götürür. - Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 3119/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alqı-satqı müqaviləsi əsasında ödənilmiş 3125 manat pul vəsaitindən 1123 manatın Cavabdeh qaytarılması ilə bağlı hissədə qeyd olunan pul tələbindən imtina edir, gələcəkdə 1123 manat pul vəsaitinin ona qaytarılması ilə bağlı X2 Xidmətinə və digər dövlət orqanlarına qarşı məhkəmədə iddia tələbləri ilə çıxış etməyəcəyinə dair öhdəlik götürür. - Tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin müddəaların tətbiqi nəticəsində baş verəcək hüquqi nəticələri qəbul edirlər. - Tərəflər öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. - Bu sazişin şərtləri Tərəflərin könüllü iradələrini əks etdirir. - Bu sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. - Bu saziş Azərbaycan dilində və Tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. - Bu saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-3119/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Anar Tanrıverdiyev Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2968/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2968/2021
30.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver