Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2971/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Fuad Vilayət oğlu X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(011)-6077/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı verilən iddialarda prosessual qanunvericilikdə ona verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından suiistifadə etməsinə 4000 manat pulun və dəymiş mənəvi zərərə görə 1000 manat – cəmi 5000 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(011)-6077/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş 2(011)-6077/2023 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnamənin ona göndərilməməsi və almamağı səbəbindən həmin qətnaməni xx.xx.2024-cü il tarixdə məhkəmədən qəbzlə almışdır. Hal-hazırda iddiaçı tərəfindən apellyasiya şikayəti verilir. Bununlа əlаqədаr оlаrаq məhkəmədən xahiş etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş № 2(011)-6077/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikаyəti vеrmək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edərək bərpa edilsin və işin аpеllyаsiyа məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(011)- 6077/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(011)-6077/2023 saylı qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə işə bахаrkən maddi və prоsеssuаl hüquq nоrmаlаrının pоzulmаsınа yоl vеrmişdir. Qəbul edilmiş qərardad iddiaçının mənafelərinə tamamilə ziddir, məhkəmə qərardadını əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının kompyuteri yoxdur, Asan imza nömrəni 20 fevralda aktivləşdirmişdir, ona qədər elektron poçtu işlək olmamışdır. İddiaçı özü dənizçidir, hüquqşünas kimi heç bir fəaliyyəti yoxdur, vəkil də deyildir, elektron poçtdan məlumatı yoxdur. Məhkəmə bildirişləri ona poçt vasitəsi ilə göndərildiyi ücün poçtdan qətnamənin gələcəyini gözləmişdir. Hüquqi savadsızlığı ucbatından elektron məhkəmə sistemindən istifadə edə bilmədiyindən və anlayışı olmadığından qətnaməni poçtdan gəlməsini gözləmişdir. Bundan sonra o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin dəftərxanasından rəsmi şəkildə qəbzlə qətnamənin surətini aldıqdan sonra apellyasiya şikayəti vermişdir. Məhkəmə qərardad qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 133.1, 10.- 1.3, 10-1.7, 10-1.8, 135.6-cı maddələrinə istinad etmişdir, lakin nəzərə almamışdır ki, iddiaçının hüquqi savadsızlığından və qətnaməni poçtdan gözlədiyindən üzürlü səbəbdən apellyasiya şikаyəti vеrmək üçün prosessual müddəti buraxmışdır. İddiaçı 19 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin surətini imza etməklə qəbul etmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən bu hallar araşdırılmamış, onlara hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki,iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(011)-6077/2023 saylı qətnaməsi 10 yanvar 2024-cü il tarixində İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı 19 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin surətini imza etməklə qəbul etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti 22 fevral 2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsaəsn “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(011)- 6077/2023 saylı qətnaməsi 10 yanvar 2024-cü il tarixində İddiaçı elektron kabinetinə yerləşdirilsə də, iddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliyin müəyyən etdiyi 1 aylıq müddəti ötürmüş, prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində veriləbilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, cavabdeh məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. İddiaçının dənizçi olması, hüquqi savadının olmaması, poçtdan qətnaməni gözləməsi ilə bağlı dəlilləri qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz. Kollegiya şikayətin dəlillərinin əsassız hesab edərək qeyd edir ki, iddiaçı şikayətində Asan imza nömrəni 20 fevralda aktivləşdirdiyini, ona qədər elektron poçtunun işlək olmadığını bildirsə də, “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilmişdir ki, iddiaçının elektron kabineti xx.xx.2021-ci il tarixdən aktivdir. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddət heç bir üzürlü səbəb olmadan ötürülmüş, iddiaçı tərəfindən ərizədə göstərilmişhallar müddətinin ötürülməməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin olunmamaqla düzgün nəticəyə gəlinmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur.Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(011)-6077/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2971/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2971/2024
24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver