Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2973/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X1rşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-146/2019 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində QSC “Bank Standard” KB-nın ləğvedicisi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X1rşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, ********** nömrəli kredit müqaviləsinə və xx xxxxxx 2007-ci il tarixli, ********** nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və girov qoyulmuş mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 146/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinə və xx xxxxxx 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə xitam verilməsi, girov qoyulmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat pulun cavabdehdən tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Ləğv prosesində olan “Bank Standard” KB-nin ləğvedicisi X3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, Bankın təqdim etdiyi maliyə arayışına və borc hesabında çıxarışlara heş bir hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə ekspert rəyini əsas gətirərək işə obyektiv yanaşmamış və rəydən iddiaçının xeyrinə istifadə etmişdir. Belə ki, cavabdeh qeyd edir ki, qətnamənin müəyyən etdi hissəsindən aydın olur ki, iddiaçı kredit müqaviləsi üzrə ödənişləri vaxtı-vaxtında ödəmədiyi səbəbindən müqavilənin sonuna yəni xx.xx.2009-cu il tarixinə sözügedən müqavilə üzrə borc qalmışdır. Həmin borc əsas, faiz və hesablanmış dəbbə pulundan ibarətdir. Bundan başqa, iddiaçı iddia ərizəsində və məhkəmə baxışlarında banka olan borcunu tam bağladığını və heç bir borcunun olmamasını dəfələrlə və israrla bildirmişdir. Lakin məhkəmə mühasibatlıq ekspertizasının yekun rəyindən sonra, məhkəmənin yekun qərarını bilmədən Banka həmin kredit müqaviləsi üzrə 1201 manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, QSC «Bank Standard» KB ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 17300 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi eyni tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən Bank qarşısında yüklü edilmiş, ipoteka predmeti 88.760 manat məbləğində qiymətləndirilmişdir. Ləğv prosesində olan QSC «Bank Standard» KB tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən iddiaçının Banka 11983,62 manat əsas, 16409,9 manat faiz, 19573,06 manat cərimə borcu, cəmi 47966,58 manat məbləğində borcu olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı əsasında ekspertiza keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 883 saylı, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə 11.200 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablama tarixi xx.xx.2009-cu il tarixə göstərildiyindən 11200 manat məbləğində ödənişlər nəzərə alınmamışdır. İddiaçı QSC «Bank Standard» KB-yə xx.xx.2009-cu il tarixədək borcunun- əsas borc üzrə 12.301,15 manat məbləğində olması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin hesabına 1201 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Banka edilmiş ödənişləri nəzərə alınmalı və bank qarşısında olan əsas öhdəlik icra edildiyindən, həmin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 48.1-ci maddəsinə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir:(1) ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; (2) əsas öhdəliyə xitam verildikdə; (3) tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; (4) ipoteka predmeti məhv olduqda; (5) bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. İddianın əsassız olduğunu bildirən cavabdeh, İddiaçı banka əsas borcdan əlavə, xx.xx.2009-cu il tarixə, yəni müqavilənin sonuna faiz və cərimə borcunun olmasına istinad edərək hazırkı iş üzrə ipotekaya xitam verilməsinin hüquqi əsasının olmadığını qeyd edir. Kollegiya, cavabdehin bu mövqeyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Hazırki işin hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrin müddəti xx.xx.2009-cu ildə başa çatmış, ondan sonrakı 10 ildən artıq müddətdə Bank tərəfindən ipoteka qoyana qarşı iddia qaldırılmamış, kredit müqaviləsi üzrə borcun ödənilməsi məhkəmə qaydasında tələb edilməmişdir. Eləcə də, kredit müqaviləsi üzrə əsas borcun məbləği məhkəmənin təyin etdiyi ekspertizanın nəticəsinə əsasən müəyyən edilmiş, cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliyini şübhə altına salan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə ipotekaya xitam verilməsi üçün əsas mövcud olmuş, lakin iddiaçının ipoteka predmetinin ipotekadan azad edilməsi barədə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun bu tələbi yerinə yetirilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair “1 saylı Protokolu”nun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməkə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 146/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2973/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2973/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver