Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-298/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(009)-18/2022 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa görə Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 saylı evin 62 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 sentyabr 2012-ci il tarixli, 588 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”yə əsasən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 ünvanında yerləşən binanın fasadının və dam örtüyünün əsaslı təmiri müvafiq qaydada təhvil verir, sifarişçi isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir.
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi tərəfindən Nüşabə Bağırovaya ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda yaşadığı ünvan 2 ünvandakı yaşayış binasının dam örtüyündə aparılan əsaslı təmir yenidənqurma işlərinin yubadılmasından və bu səbəbdən yağan yağışlar nəticəsində mənzilinə ziyan dəyməsindən iradlarına baxılmış və müraciətində qeyd olunan iradlar barədə həmin ünvanda təmir-yenidənqurma işlərinin icraçısı olan podrat təşkilatı məlumatlandırılmış və araşdırılaraq baxılması barədə tapşırıqlar verilmişdir.
4. Bakı şəhəri Səbail rayon 149 saylı MKİS-in mühəndisi R.Əzimov və sahə nəzarətçisi C.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Akta əsasən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 saylı binanın 62 saylı mənzilində yaşayan N.Bağırova və 61 saylı mənzilində yaşayan E.Talıbovanın müraciətləri əsasında mənzillərə baxış keçirilmiş, evin damı təmir edilərək mansard tipli düzəldilmiş, bu vaxt dam örtüyünə dəmir şiferlər vurulmuş və su yığan borular quraşdırılmışdır. Hazırda dam örtüyündə yaranan çatışmamazlıqlar səbəbindən hər iki 61 və 62 saylı mənzillərə yağış yağan zaman su axır. Qeyd edilən su axmaları zamanı mənzil 62-nin bir otağının tavanının suvağı və onun üzərinə vurulmuş alçipan qopub tökülmüş, mənzil 61-də də eynilə su axıdılmasından tavanda su axma işləri müşahidə edilir.
5. Bakı şəhəri Səbail rayon 149 saylı MKİS-in mühəndisi R.Əzimov və sahə nəzarətçisi C.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 saylı bina 3 mərtəbəlidir, 62 saylı mənzil 3-cü mərtəbədə yerləşir, dam mansard tipli düzəldilmiş, mansardın pəncərələri qoyulmamış, su yığan borular quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə yağan leysan yağış zamanı dam örtüyündə olan qüsurlar səbəbindən dama çoxlu su tökülmüş və həmin su mənzillərə axmışdır. Bu səbəbdən 62 saylı mənzilin şimal tərəfində yerləşən otağın tavanına vurulmuş alçipan islanmış, 6 kv.m qədəri tökülmüşdür. Döşəmədə qabarmalar müşahidə edilir, mənzildə nəmlik var.
6. "xxxx" X1 Ekspertiza şirkəti MMC tərəfindən verilmiş “yaşayış evinə dəymiş zərərin qiymətləndirilməsinə” dair xx.xx.2020-ci il tarixli ekspert rəyə əsasən ünvan 3 ünvanındakı 62 saylı mənzilinə dəymiş zərər 19720 manat məbləğində müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 4 ünvanda yerləşən bina Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən mövcud vəziyyətdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departament və struktur təşkilatlarının sifarişi ilə qeyd edilən ünvanda hər hansı tikinti və ya təmir işləri aparılmamışdır, Araşdırma zamanı əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, vaxtilə həmin binanın dam örtüyündə "xxxx" MMC tərəfindən tikinti işləri aparılmışdır.
8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamına əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 35 ünvanında yerləşən yaşayış binası mövcud vəziyyətdə balansa qəbul edilmişdir. Müəyyən edilmişdir ki, 2012-2013-cü illərdə qeyd edilən binanın dam örtüyündə təmir-tikinti işlərinin icrası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Hazırda həmin ünvanda təmir işləri aparılmır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən (reyestr nömrəsi- **********18-05101-083006) Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 35 ünvanında yerləşən yaşayış binasının mansard hissəsinin ümumi sahəsi 1619,2 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə 215 saylı reyestr kitabının 20247 nömrəli vərəqində "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. X5 Cavabdeh1 MMC-yə ünvanlanmış ərizədə Cavabdeh1 MMC tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanındakı 62 saylı mənzilə vurulmuş zərərə görə 50.000 məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı, 159825 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən elektron Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 saylı evin 62 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X6 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 4 evin 62 saylı mənzilinə su sızması nəticəsində vurulmuş (mənzilə dəymiş 19720 manat, kosmetik təmir işlərinə xərclənmiş 1600 manat, avadanlıqlara dəymiş 1270 manat) ümumilikdə 22590 manat məbləğində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, mansard mərtəbəsinin tikintisinin tam dayandırılması və binanın əvvəlki vəziyyətə gətirilərək binadakı mənzil mülkiyyətçilərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı X5 məhkəmə araşdırması dövründə vəfat etdiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə onun oğlu İddiaçı X3 hüquqi varisi kimi işə cəlb edilmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi üçüncü şəxs kimi cəlb edilən) qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 MMC əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir.
15. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək İddiaçı mülkiyyətində olan ünvan 4 evin 62 saylı mənzilinə su sızması nəticəsində vurulmuş (mənzilə dəymiş 19720 manat, kosmetik təmir işlərinə xərclənmiş 1600 manat, avadanlıqlara dəymiş 1270 manat) 22590 manat məbləğində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 4 evin 62 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş, RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə o, oğlunun ailəsi ilə (nəvələri ilə) birlikdə yaşayır. Bakı şəhərinin abadlaşdırılması layihəsi çərçivəsində qeyd edilən ünvanda - ünvan 7tüyü Cavabdeh1 MMC tərəfindən təmir olunmaq adı ilə sökülmüş, dam hissəsində şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olmayan, bir sıra normaların pozulması ilə həyata keçirilən qanunsuz mansard mərtəbəsi inşa edilmişdir. Mansard inşa edilənə qədər bir müddət binanın dam örtüyü açıq vəziyyətdə qalmış, sonrakı daha uzun bir müddət isə tikinti zamanı yol verilmiş qüsurların aradan qaldırılmasına sərf edilmişdir. Dam konstruksiyasındakı mövcud qüsurlarla bağlı o, hələ 2015-ci ildə həmin binanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin balansında olmasını nəzərə alaraq Dövlət Neft Şirkətinə müraciət etmişdir. Onun müraciətinə verilmiş 21 aprel 2015-ci il tarixli cavab məktubunda qeyd olunan iradlar barədə həmin ünvanda təmir-yenidənqurma işlərinin icraçısı olan podrat təşkilatın məlumatlandırıldığı və araşdırılaraq baxılması barədə tapşırıqlar verildiyi bildirilmişdir. Qeyd olunan ərizənin icrası ilə əlaqədar bir müddət sonra Cavabdeh1 MMC-nin işçiləri yaşadığı mənzilə gələrək problemlərin qısa müddət ərzində həll ediləcəyinə söz vermişlər. Sonradan onların yalandan boşboş gəlib getməklə zaman ötürdüklərini gördüklərindən cavabdeh müəssisənin direktoru Rafiq Həbibova müraciət edərək qəbuluna getməyə cəhd etmiş, lakin onu qəbula buraxmamışlar. Bundan sonra Cavabdeh1 MMC-nin hüquqşunası Mehman Zeynalova müraciət etmiş, lakin yenə də müraciətlərinin heç bir real faydası olmamış, müraciəti nə doğru dürüst araşdırılmamış, nə də ona cavab verilməmişdir. Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 35 saylı binanın damında Cavabdeh1 MMC tərəfindən qanunsuz mansard mərtəbəsinin tikilməsi ilə əlaqədar işlərin qüsurlu görülməsi nəticəsində keyfiyyətli materiallarla yeni təmir edilmiş mənzili dəfələrlə subasmaya məruz qalmış və nəticədə yararsız hala düşmüşdür. Belə ki, xx.xx.2018-ci il tarixdə dam örtüyündəki çatışmazlıqlar səbəbindən yağan yağış zamanı mənzili bərbad hala düşmüşdür. Suların axması nəticəsində otaqlardan birinin tavanı (binanın tavanı “dranka” adlanan konstruksiya ilə inşa olunub) mənzildə aparılmış təmir zamanı quraşdırılmış alçıpanla birlikdə tamamilə qopub düşmüşdür. Bu barədə 149 saylı MKİS tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan başqa, mənzilin elektrik sistemi sıradan çıxmış, mənzildəki əşyalara da ziyan dəymişdir. İstifadə etdiyi 1 ədəd stola 700 manat məbləğində ciddi ziyan dəymiş, mənzildə quraşdırılmış 250 və 320 manat, ümumilikdə 570 manat dəyərində 2 ədəd çilçıraq (fotoları əlavə edilir) isə qısaqapanma nəticəsində yararsız vəziyyətə düşmüşdür. Hadisədən sonra mənzildə yaşamaq mümkün olmadığından oğlu ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. O, isə orada yaşamanın qismən mümkün olması üçün əlavə 1600 manat xərc çəkməklə yataq otağı və mətbəxi kosmetik təmir etdirdikdən, elektrik sistemində müvəqqəti bərpa işləri həyata keçirdikdən sonra hazırkı vaxtadək orada yaşamağa davam edir. Lakin cavabdehin məsələyə son dərəcə etinasızlığı və qusurları vaxtında aradan qaldırmaması nəticəsində xx.xx.2019-cu il tarixdə yağan leysan yağışları binanın dam örtüyünün hələ də qüsurlu olması ilə əlaqədar təkrar mənzilə axmış, yenidən mənzilinin onsuz da pis olan vəziyyətinin daha da korlanmasına səbəb olmuşdur. Bu fakt da xx.xx.2019-cu il tarixdə 149 saylı MKİS tərəfindən aktlaşdırılmışdır. Nəticədə, əvvəlki su basmanın fəsadlarını aradan qaldırmaq üçün apardığı kosmetik təmir işləri yenidən daha da korlanaraq mənzil bir az daha bərbad hala düşmüş, yenidən əlavə ziyana məruz qalmışdır. Bundan başqa, mansardın tikilməsi zamanı mühəndistexniki tələblərə əməl edilmədiyindən vanna otağının və kombi sisteminin bacaları sıradan çıxmışdır. Ona görə də bu vəziyyət yanğın və insan sağlamlığının təhükəsizliyi baxımından həm vanna otağında, həm də ümumilikdə mənzildə qaz ilə işləyən istilik sistemlərinin işlədilməsini mümkünsüz etmişdir. Bu da ona həm birbaşa zərər vurmuş, həm də alternativ (elektrik enerjisi) istilik mənbələrindən istifadə etməyə məcbur olmaqla əlavə zərərə uğramağına səbəb olmuşdur. Mənzilə dəymiş maddi zərərin müəyyən edilməsi məqsədi ilə müstəqil ekspertiza şirkətinə müraciət edilmişdir. "xxxx" X2 və Ekspertiza Şirkəti MMC tərəfindən verilmiş mənzilinə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi üzrə ekspert rəyinə əsasən, maddi zərərin məbləği 19720 manat təşkil edir.
17. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4215 saylı, xx.xx.2021-ci il tarixli rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Qurban Abbasov küçəsi, 35 saylı evin dam örtüyünün keyfiyyətsiz (qüsurlu) təmiri nəticəsində 62 saylı mənzilə suyun axıdıldığı müəyyən edilir. Qeyd olunur ki, mülki iş materialından 149 saylı MKİS-in işçiləri tərəfindən xx.xx.2019-cu il tarixli Aktın məlumatlarına əsasən həqiqətən də binanın dam örtüyünün keyfiyyətsiz təmiri nəticəsində 62 saylı mənzilə su axıdıldığı və nəticədə mənzilin tikililərinə ziyan dəydiyi göstərilmişdir. ünvan 4 binada yerləşən 62 saylı mənzilə su axıdılması nəticəsində mənzilin qonaq və yataq otaqlarının divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatı və döşəməyə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 6031 (altı min otuz bir) manat müəyyən olunmuşdur.
18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2022-ci il tarixli 2(009)-18/2022 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 6031 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manatın 50 manat hissəsinin cavabdeh "xxxx" MMC-dən, 50 manat hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı barəsində mülki hüquq pozuntusu törətdiyi üçün ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuş həddə maddi məsuliyyət daşıyır.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 119.1, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə vurulmuş zərər üzrə iki aktın mövcudluğunu, ikinci aktın 10 ay sonra tərtib olunduğunu, yəni zərər vurmanın 10 ay sonra təkrarlandığını, bu müddət ərzində onun evini bir dəfə təmir etdirdiyini və həmin təmirin su sızması nəticəsində yenidən yararsız vəziyyətə düşdüyünü nəzərə almamışdır. Onun cavabdehin təqsiri üzündən maddi zərərə məruz qalması işin halları ilə tam sübut olunur. Kifayət qədər böyük məbləğdə maddi zərərə məruz qalan eyni zamanda zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə edilmiş nəticəsiz müraciətlərə, habelə məhkəməyə sərf edilmiş zaman müddətində insanların stress, narahatlıq, məyusluq və əsəb hissləri keçirməsi təbiidir. Məhkəmə isə əsassız olaraq mənəvi sarsıntı ilə bağlı əlavə sübut tələb edir. Məhkəmənin əsaslandığı ekspert rəyi qeyri-obyektiv olmaqla, yerinə yetirilməsi işlərin dəyəri xeyli azaldılaraq 6031 manat göstərilmişdir. Əlavə ekspertiza təyin edilməsi barədə vəsatət verilmiş, vəsatətin əsası olaraq ekspertizanın keçirilməsindən 1 ildən artıq müddətin keçməsi ilə bağlı tikinti materiallarının qiymətinin xeyli dərəcədə artdığı və digər hallar göstərilmişdir. Daha sonra iş üzrə yerinə yetirilməli olan təmir-tikinti işlərinin hazırki bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi üçün təkrar ekseprtiza keçirilməsi barədə verdikləri vəsatət də təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
27. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
38. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
39. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, 35 ünvanında yerləşən qeyri-yaşayış (mansard mərtəbəsində yerləşən) sahəsinin dam örtüyünün keyfiyyətsiz (qüsurlu) təmiri nəticəsində yağan yağışlar zamanı həmin ünvanda yerləşən iddiaçıya məxsus (35 saylı evin) 62 saylı mənzilinə su axıdılmaqla maddi ziyan vurulmuşdur. İddiaçının mənzilinə su axıdıldığı müvafiq aktlar, ekspertiza rəyi ilə təsdiqini tapır.
40. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 6031 manat müəyyən olunmuşdur.
41. İddiaçı apelyasiya şikayətində ekspert rəyini mübahisələndirmiş, həmçinin təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim etmişdir.
42. Apellyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1414 ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayonu Qurban Abbasov küçəsi 35 saylı evin 62 saylı mənzilinə su axıdılması nəticəsində yaşayış və yardımçı tikililərin divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatına, döşəməsinə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 7847,5 manat məbləğində müəyyən edilmişdir. İlkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərq tikinti işlərinin və tikinti materiallarının dəyərinin illər üzrə qalxması ilə izah olunmuşdur.
43. Su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyan dəydiyi işin mübahisəsiz halıdır.
44. Dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin dəyəri isə hazırda keçirilmiş ekspertiza nəticəsində bazar qiymətlərinə uyğun olaraq 7847,5 manat müəyyən edildiyindən, Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və iddiaçının xeyrinə tutulmalı olan maddi ziyan məbləği 7847,5 manat müəyyən edilməlidir.
45. Mübahisələndirilən qalan hissədə isə Kollegiya hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsinin yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, bunun nəticəsində onun sağlamlığının pozulmasını və fiziki əzab çəkməsinin nədən ibarət olduğu, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-18/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-dən tutulmalı olan maddi zərərin məbləğinə aid hissədə dəyişdirilsin və İddiaçı xeyrinə tutulmalı olan maddi zərərin məbləği 7847,5 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.