Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2981/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2-nin nümayəndəsi X2, cavabdeh - QSC "Bank Standart” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı ləğv prosesindəki QSC "Bank Standart” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2-yə qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, borcun olmaması barədə Mərkəzi Kredit Reyestrinə məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi və pulun tutulması" tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standart” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortanması Fonduna qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2-ni də cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə edilə məhkəməyə müraciət edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış 18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında ona məxsus olan “xxxx” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, 1099,05 manat kompensasiya məbləğinin Cavabdeh2-dən və QSC "Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən Cavabdeh2-yə xarici valyutada olan kredit borcu ilə əlaqədar ona 1099,05 manat kompensasiya məbləği hesablanmış, lakin bu məbləğ guya onun QSC "Bank Standart” KB-yə olan vaxtı keçmiş 5883 manat əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. Halbuki, QSC “Bank Standard” KB-yə heç bir borcu mövcud deyildir, 2008-ci ildə həmin bankla formal müqavilə bağlamış olsa da, ötən müddət ərzində ona qarşı tələb irəli sürülmədiyindən borcun müddəti keçmişdir. Buna görə də QSC “Bank Standard” KB qarşısındakı öhdəliklərinə xitam verilməli, bu barədə məlumatın xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, qanunsuz olaraq həmin banka ödənilmiş 1099,05 manat kompensasiya məbləği Cavabdeh2-dən və QSC "Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsini xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, QSC "Bank Standart” KB qarşısında yarandığı iddia olunan borc öhdəliyi üzrə icra müddətinin 05.03.2010-cu il tarixdə başladığını və beləliklə də öhdəliyə xitam verilmiş olduğunu nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Araz Yusifov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2-nin və ləğv prosesindəki QSC "Bank Standart” KB-nin ləğvedicisinin nümayəndələri şikayətin əsassız olduğunu bildirmiş, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının və “xxxx” MMC-nin nümayəndələri isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında ona məxsus olan “xxxx” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin tələblər təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən, iddiaçının Cavabdeh2 qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası qaydasında 1099,05 manat kompensasiya hesablanmış, həmin məbləğ onun ləğv prosesindəki QSC “Bank Standart” KB-yə olduğu irəli sürülən ödəniş müddəti keçmiş əsas kredit borclarına yönəldilmişdir. İddiaçının QSC "Bank Standart” KB ilə bağlamış olduğu kredit və ipoteka müqavilələri iş materiallarına əlavə olunmamışdır; bununla belə həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalnması Fondu tərəfindən iddiaçıya ünvanlanmış 05.11.2019-cu il tarixli məktubdan, həmçinin xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan aydın olur ki, Əlisurət Həsənovla QSC “Bank Standard” KB arasında 18.11.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən onun 21.10.2019-cu il tarixinə banka 4783,95 manat əsas, 2610,62 manat faiz borcu olmaqla ümumilikdə 7394,57 manat borcu yaranmışdır. İş materiallarından və verilən izahatlardan həmçinin aydın olur ki, sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində iddiaçıya məxsus “xxxx” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobil QSC “Bank Standard” KB qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin iddia müddəti ilə bağlı müddəalarına, həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına istinad etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin heç biri müqavilənin mətnini təqdim edəbilmədikləri üçün müqavilənin icrasının son müddətinin müəyyən edilməsi mümkün deyildir və buna görə də iddia müddətinin keçməsi ilə əlaqədar olaraq borc öhdəliyinə xitam verilə, habelə öhdəliklə bağlı nəticələr aradan qaldırıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, borcun olmaması barədə Mərkəzi Kredit Reyestrinə məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi” tələbləri üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normanı tətbiq etməmiş, işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının kredit borcunun olduğunu sübut etmə vəzifəsi kreditorun, yəni QSC “Bank Standard” KB-nin üzərinə düşür; lakin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi o (bank), bunu təsdiq edəcək başlıca sübut kimi müvafiq müqaviləni təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, kredit öhdəliyinin mövcudluğu ilə bağlı xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışda əks olunan məlumatlar məhz banklar tərəfindən ötürülülən informasiya əsasında formalaşır və düzgünlüyü başqa sübutlarla təsdiq olunmadığı halda mötəbər sübut qismində çıxış edə bilməz. Bununla yanaşı kollegiya hesab edir ki, Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışa əsasən iddiaçının QSC “Bank Standard” KB ilə 18.11.2008-ci il tarixdə kredit müqaviləsi bağladığı qəbul edilsə belə, bu halda həmin müqavilə üzrə öhdəliklərə icra müddətinin başa çatmasına görə xitam verilmiş olduğu nəticəsinə gəlinməlidir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra,depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsindəvə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və yaqismən xitam verilir; 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir; 552.1-ci maddəsinə görə isə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışda əks olunan məlumatlardan aydın olur ki, iddiaçının QSC “Bank Standard” KB ilə 18.11.2008-ci il tarixdə bağladığı irəli sürülən kredit müqaviləsinin müddəti 05.03.2010-cu il tarixdə başa çatmışdır; bu isə o deməkdir ki, həmin tarixdən 5 il keçdikdən sonra həmin müqavilədən yaranan öhdəliklərə müddətin keçməsinə görə xitam verilmişdir. Nəzərə alınmalıdır ki, QSC “Bank Standard” KB-nin ləğvedicisi tərəfindən məhkəməyə sözügedən kredit müqaviləsi üzrə müddətin axımının kəsildiyinə, yaxud dayandırıldığına dair də sübut təqdim olunmamışdır; eyni zamanda iddiaçının həmin müqavilə üzrə hər hansı ödəniş etdiyi də müəyyən olunmamaqdadır (Reyestr çıxarışından aydın olur ki, sonuncu ödəniş 19.04.2019-cu il tarixdə həyata keçirilmişdir ki, bu da Prezident Fərmanına görə hesablanmıış mübahisəsi gedən kompensasiya məbləğidir). Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının “onunla QSC “Bank Standard” KB arasında bağlanmış 18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında ona məxsus olan “xxxx” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbləri təmin olunmalıdır. Bununla belə kollegiya, iddiaçının “1099,05 manat kompensasiya məbləğinin Cavabdeh2-dən və QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan xeyrinə tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.2-ci bəndinə görə, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmış, Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 4.3.1-ci maddəsinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Göründüyü kimi, iddiaçının cavabdeh qismində göstərdiyi subyektlərin heç biri – nə Əmanətlərin Sığortalanması Fondu, nə də Cavabdeh2 - müvafiq kompensasiya məbləğinin hesablanmasında (köçürülməsində) iştirak etmirlər və iddiaçının qarşısında məsuliyyət daşıya bilməzlər. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının Cavabdeh2 qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında hesablanmış 1099,05 manat kompensasiya Əmanətlərin Sığortalanması Fonduna deyil, ləğvetmə prosesində olan QSC “Bank Standard” KB-yə ödənilmiş, lakin iddiaçı həmin banka qarşı tələb irəli sürməmişdir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Buna görə də kollegiya iddiaçının müvafiq tələbini əsassız sayır və ona izah edir ki, o, həmin tələbi “Banklar haqqında” Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada banka qarşı irəli sürə, bu tələbinin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 25,80 (iyirmi beş manat 80 qəpik) manat Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-842/2020 saylı iş üzrə 13 yanvar 2020-ci il tarixli qətnaməsi “18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında “xxxx” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbləri təmin edilsin. İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 18.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında İddiaçı məxsus “xxxx” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilsin, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair xxxxnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində (bank xidmət xərci ilə birlikdə) 25,80 (iyirmi beş manat 80 qəpik) Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2981/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2981/2020
12.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver