Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2985/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin və əlavə xərclərin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 2819/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin və əlavə xərclərin tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 160 manat olmaqla, cəmi 320 manat alimentin və əlavə xərclərə görə hər ay hər birinə 100 manat - cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. xx.xx.2017-ci il təvəllüdlü X9 cavabdehin yanında qalır, xx.xx.2007-ci il təbvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 isə onun himayəsindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində alimentin və xx.xx.2017-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 2819/2019 saylı qətnaməsi ilə (hakim Anar Rzayev) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təbvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, məhkəmə iclasında iştirakının təmin olunmaması, birgə nikahdan 3 yetkinlik yaşına çatmayan uşaqlarının olması, onlardan ən balacası olan xx.xx.2017-ci il təvəllüdlü X5 onun yanında qalması, digər uşaqların isə faktiki olaraq iddiaçının yanında qalması, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən həmin uşaqların iddiaçıdan alınaraq ona verilməsinin qət olunması, eyni zamanda iddiaçıdan uşaqların saxlanılması üçün aliment tutulması, lakin iddiaçının qətnaməni icra etməkdən yayınması, bu səbəbdən də ona qarşı formal əsaslarla aliment tələbini irəli sürməsi, həmçinin iddiaçının işləyərək yüksək məbləğdə əmək haqqı alması, onun isə heç bir yerdə işləməməsi, maddi imkanının aşağı olması, ondan aliment tutulmasının qanunsuz olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki,Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş uşaqların iddiaçıdan alınaraq cavabdehə verilməsinin, həmçinin uşaqların saxlanılması üçün aliment tutulmasının qət olunmasına baxmayaraq, iddiaçı qətnaməni icra etməmiş, ondan apellyasiya və kassasiya şikayətləri vermiş, nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamışdır. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının yanında yalmış iki uşaq ondan alınıb cavabdehə verilməli, eyni zamanda iddiaçı həmin uşaqlara görə də aliment ödəməlidir. İddiaçının isə qətnaməni icra etməkdən yayınmasına baxmayaraq, hələ cavabdehdən aliment də tələb edir. Cavabdeh isə maddi cəhətdən əziyyət çəkməklə yanında qalan azyaşlı uşağına güclə baxır, heç bir yerdə işləmir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə cavabdehdən hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat aliment tutmuşdur. Bu hal həm qanunvericiliyə, həm də qanuni qüvvədə olan məhkəmə qərarlarına ziddir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o,əvvəllər işləsə və yüksək əmək haqqı alsa da, bir neçə ildir ki, işdən azad olunmuşdur. Hazırda rəsmi olaraq işləməsə də, faktiki əməklə məşğul olur, lakin qazancı çox deyildir. Bu səbəbdən də onun yanında qalan iki yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün cavabdehə qarşı hazırki aliment tələbini irəli sürmüşdür. Eyni zamanda, məhkəmə qərarlarına əsasən onunn yanında yalan uşaqların cavabdehə verilməsi qət olunsa da, uşaqlar anaya getmək istəmir, onun yanında qalırlar. Məhkəmə kollegiyasından qeyd edilənlərin nəzərə alınaraq, ədalətli qərar çıxarılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesab edirki,apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, nikahlarından üç yetkinlik yaşına çatmayan uşaqlarının (xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9) olması, nikahlarının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən pozulması, uşaqlardan xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdehin,xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 isə iddiaçının yanında qalması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıdan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul miqdarında 154 manat, həmin uşaq 3 yaşına çatanadək isə hər ay 50 manat alimentin tutularay cavabdehin xeyrinə verilməsinin qət edilməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan qanuni qüvvədə olan məhkəmə qərarlarından (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhekəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı)görünür ki,xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 iddiaçıdan alınaraq cavabdehə verilməsi, həmçinin iddiaçıdan hər ay hər uşaq üçün 140 manat sabit pul miqdarında alimentin tutularaq cavabdehin xeyrinə verilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment tutulur. Yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə hazırda iddianın yanında qalan iki yetkinlik yaşına çatmayan uşaqların ondan alınaraq cavabdehə verilməsi və iddiaçıdan həmin uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə işdə olan sübutlarla müəyyən olunur ki, cavabdeh iddiaçının yanında qalan uşaqlarını saxlamaqdan imtina etməmiş,əksinə məhkəməyə müraciət edərək uşaqlarının iddiaçıdan alınaraq ona verilməsini tələb etmiş, nəticədə tələbi təmin olunmuşdur. Belə olan halda isə, cavabdehdən iddiaçının xeyrinə həmin uşaqların saxlanılması üçün aliment tutulması istər qanunvericiliyin, istərsə də qanuni qüvvədə olan məhkəmə qərarlarının tələblərinə uyğun deyildir. Eyni zamanda, hətta yuxarıda qeyd edilənlər nəzərə alınmasa belə, iddiaçı cavabdehin maddi vəziyyətinin aliment ödənilməsinə yetərli olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin yanında qalan xx.xx.2017-ci il təvəllüdlü X53 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq cavabdehin xeyrinə verilməsi qət olunmuşdur. Yəni, həmin uşaq azyaşlı olduğundan cavabdeh işləmək imkanında olmamış, bu səbəbdən də müvafiq alimentin tutulması məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə qeyd edilənlər, həmçinin cavabdehin maddi vəziyyətinin aşağı olması, yanında bir azyaşlı uşağının olması və s. işin digər diqqətəlayiq halları nəzərə alınmaqla ondan iddiaçının xeyrinə alimentin tutulması əsaslı sayıla bilməz. Əks hal, həmçinin cavabdehin yanında qalan azyaşlı uşağının təminatının da xeyli azalmasına gətirib çıxarmaqla onun mənayelərinə birbaşa ziddir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissələrində ləğv olunmalı, iddia həmin hissələrdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2819/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2819/2019 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2985/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2985/2020
21.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver