Məhkəmə qərarları › İş №2(103)-2986/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2986/2020

13.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2986/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X7 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh İmranlı Cavabdeh qarşı qızıl zinət və cehiz əmlak əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi cehiz əmlak hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamə ilə razılaşmış onu mübahisələndirməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində əsassızdır. Belə ki, məhkəmə onun tərəfindən sübut verilmədiyi əsası ilə qızıl-zinət əşyasına münasibətdə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Halbuki, məhkəmədə bildirilmişdir ki, əri onu azyaşlı uşağı ilə birlikdə xx.xx.2018-ci il tarixdə atası evinə qonaq kimi aparmış, bir neçə gün sonra isə onu gəlib götürməyəcəyini, ondan ayrılmaq istədiyini bildirmişdir. Onun həmin evdə qızıl-zinət əşyasından başqa sənədləri, diplomu da qalmışdır. Bundan başqa, cehiz əmlak olan bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə də iddia tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində yəni, cehiz əmlak aid hissədə, bir ədəd podnos və bir ədəd üç mərtəbəli qab və qızıl-zinət əşyalarına aid hissədə ləğv edilib, həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, xx xxxxxxx 2016-cı il tarixdə cavabdehlə nikaha daxil olmuş, həmin nikahdan bir qızı olmuş, xx.xx.2019-cu il tarixdə isə nikahları pozulmuşdur. Ailə qurduğu ilk vaxtlardan qayınanası onu yola verməmiş, söz-söhbət yaratmışdır. Onun əri ilə münasibəti normal olmuşdur, xx.xx.2018-ci il tarixdə əri onu o, azyaşlı qızı ilə birlikdə şəhərə gəzməyə aparmış, sonra isə əri ona təkilf etmişdir ki, onları atasıgilə qonaq qoysun, axşam gəlib götürər, o da razılaşmış, axşam o, ərinə yazmışdır ki, nə vaxt gelib onları götürəcək, o da demişdir ki, işləri ilə əlaqədar hələ gələ bilmir, 3-4 gün sonra gəlib onları götürəcək. Daha sonra əri gəlməyəndə zəng edib nə vaxt gəlib onları götürəcəyini soruşmuş, lakin əri ona cavabında onları götürməyəcəyini, ondan ayrılmaq istədiyini bildirmişdir. O, evdən adi geyimdə evdən çıxdığından, onun bütün əşyaları, sənədləri, qızıl-zinət əşyaları da həmin evdə qalmışdır. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilərək, qızıl-zinət əşyaları-1 ədəd sep üstündə klon, 10-luq imperial ortalıq klon, 1 ədəd qızıl sep sırğa brilyant, tək qaş brilyant üzük, alyans üzük, boyunbağı və qolbaq dəst, versaci sırğa və xalqa qolbaq və cehiz əmlak bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba münasibətdə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasından yayınmışdır. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Sərxan Abasov tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan aydın olur ki, iddianı təmin tədbiri barədə xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 1 ünvanına baxış keçirilərkən müəyyən edilmişdir ki, 1 ədəd podnus, 1 ədəd 3 mərtəbəli qab, qızıllar: 1 ədəd sep üstündə klon, 10-luq imperial ortalıq klon, 1ədəd qızıl sep, sırğa brilyant, hədiyyə verilmiş versaçi sırğa və üzük, tək qaş brilyant hədiyyə verilən, alyans üzük, boyunbağı və qolbaq dəsti və halqa qolbaq istisna olmaqla, iddia ərizəsinə göstərilən əşyalar həmin ünvanda mövcuddur. Məhkəmə kollegiyasının iclaında şahid qismində dindirilmiş X6 (iddiaçının anası) qeyd etdi ki, toy vaxtı oğlan evi tərəfindən sep və qolbağ onun yanında 2200 manata alınmışdır, qayınanası toyda nalvari üzük və sırğa da gətirdi, o həmin dəstin çoxdan alınmış, bahalı olduğunu deyirdi. Sonra o, qızını qonaq çağıranda ona sep və üstündə “imperial” klon bağışlamış, nənəsi qonaq çağıranda qızına sep bağışlamışdır. Qızı gələndə adi geyimdə gəlmiş, üstündə heç bir qızıl olmamışdır. Təkcə qızıl və geyim əşyaları yox, sənədlər, qızının diplomu da orada qalmışdır. Rayon məhkəməsində hakim uşağın doğum haqqında şəhadətnaməsini də onlardan zorla almışdır. Məhkəmə kollegiyası tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən qızıl-zinət əşyalarının dəyəri hesablanmış, mütəxəssis N.Əliyev tərəfindən təqdim olunmuş xx xxxx 2019-cu il tarixli rəydən məlum olur ki, qızılların dəyəri: 1.Boyunbağı kulon, 585 əyar, 9-10 qram, 720-800 manat; 2.Onluq klon, 875 əyar, 8.6 qram, 800-850 manat; 3.1 ədəd boyunbağı, 583 əyar, 10 qram, 650-700 manat; 4.Sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram, 1400-1500 manat; 5.Tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram, 550-600 manat;

6. Alyans üzük, 585 əyar, 150-180 manat;

7. Boyunbağı və qolbaq, 585 əyar, 19-21 qram, 1700-1800 manat;

8. “Versace” sırğa, 585 əyar, 7-8 qram, 600-650 manat;

9. “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram, 850-900 manat olmaqla, cəmi 7420-7980 (yeddi min dörd yüz iyirmi – yeddi min doqquz yüz səksən) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnamə qızıl-zinət və cehiz əmlak olan bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə mübahisələndirdiyindən, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə həmin hissədə, yəni qızılzinət və cehiz əmlak olan bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli, iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə təmin edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyalarına aid hissədə təmin edilməməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı həmin qızılın əşyalarının cavabdehdə olmasına dair heç bir sübut təqdim etməmişdir, eyni zamanda icra məmuru xx.xx.2019-cu il tarixdə tərtib etdiyi aktda həmin qızıl-zinət əşyaları qeyd edilməmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Birincisi, iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olduğunu qeyd edir, cavabdeh isə buna etiraz edir. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Demək ki, iddiaya etiraz edən cavabdeh etirazının əsasıyla bağlı bu halı- yəni qızılzinət əşyalarını iddiaçının aparmasını sübut etməlidir, lakin cavabdeh məhkəməyə belə bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İkincisi, kollegiya rayon məhkəməsinin icra məmurunun xx.xx.2019-cu il tarixdə tərtib etdiyi aktda həmin qızıl-zinət əşyalarını qeyd etməməsi dəlili ilə razılaşmır və bildirir ki, qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə hər kəsin görə biləcəyi bir yerdə olmaması təbii bir haldır. Belə olan halda, məhkəmə qızıl-zinət əşyalarına aid hissədə iddia tələbini rədd edərkən həmin əşyaların aktda qeyd edilməməsinə istinad etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçınin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birınə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsin əəsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə kollegiyası tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən qızıl-zinət əşyalarının dəyəri hesablanmış, mütəxəssis N.Əliyev tərəfindən təqdim olunmuş xx xxxx 2019-cu il tarixli rəydən məlum olur ki, qızılların dəyəri: 1.Boyunbağı kulon, 585 əyar, 9-10 qram, 720-800 manat; 2.Onluq klon, 875 əyar, 8.6 qram, 800-850 manat; 3.Bir ədəd boyunbağı, 583 əyar, 10 qram, 650-700 manat; 4.Sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram, 1400-1500 manat; 5.Tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram, 550-600 manat;

6. Alyans üzük, 585 əyar, 150-180 manat;

7. Boyunbağı və qolbaq, 585 əyar, 19-21 qram, 1700-1800 manat;

8. “Versace” sırğa, 585 əyar, 7-8 qram, 600-650 manat;

9. “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram, 850-900 manat olmaqla, cəmi 7420-7980 (yeddi min dörd yüz iyirmi – yeddi min doqquz yüz səksən) manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qızıl zinət əşyalarına münasibətdə ekspertin müəyyən etdiyi qiymətləndirmənin aşağı həddinə müvafiq olaraq təmin edilməli, həmin qızıl zinət əşyaları, onlar olmadıqda isə dəyəri- yəni, boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-xx xxxx 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 əyar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19-xx xxxx 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi cehiz əmlak, yəni bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə isə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən həmin əşyaların cavabdehdə olmasına dair əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin əşyalara, bir ədəd podnos və bir ədəd üç mərtəbəli qaba aid hissədə təmin ediləməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən, qızıl zinət əşyalarına aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qızıl zinət əşyalarına münasibətdə təmin edilməli, həmin qızıl zinət əşyaları, onlar olmadıqda isə dəyəri- yəni, boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-xx xxxx 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 əyar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19-xx xxxx 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi) manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, qızıl-zinət əşyalarına aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə təmin edilsin, boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-xx xxxx 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 əyar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19-xx xxxx 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi) manat cavabdeh İmranlı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə onun apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar