Məhkəmə qərarları › İş №2(103)-2989/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2989/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2989/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)-5609/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 28.04.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh Barkuşad qızı ilə 2004-cü ildə faktiki ailə münasibətlərinə girmiş, 26 mart 2008-ci il tarixda nikahlarını rəsmiləşdirmişləər. Onların birgə nikahlarından 28 aprel 2006-ci il təvəllüdlü X6 və 11 may 2008-ci il təvəllüdlü X9 adında övladları dünyaya gəlmişdir. Onların arasında ailə münasibətləri pozulduğuna görə Cavabdeh ona qarşı “nikahın pozulmasi, uşaqların yanında saxlanılması va aliment” tələbi barədə iddia ərizəsi ilə Baki şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, aralarında olan nikahın pozulması, uşaqların onun yanında saxlanılmasi, eyni zamanda ondan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(010)-114/2021 saylı qətnaməsi ila iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 ilə onun arasında 26 mart 2008ci il tarixdə Rusiya Federasiyasının Voronej Vilayəti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Olxotavka rayon VVAQ şöbəsində qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 28 aprel 2006-ci il təvəllüdlü X4 onun, 11 may 2008-ciil təvəllüdlü X8 isa anası X1 yanında qalması, ondan Cavabdeh xeyrinə 11 may 2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin tutulması, aliment tutulmasının əvvəlinin 19 fevral 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Halbuki, X2 ilə münasibətləri pozulduğu andan 28 aprel 2006-ci il təvəllüdlü X6 onun himayəsində qalmış va bu hal məhkəmə araşdırması zamanı da sübuta yetmişdir. Belə olduqda isə məhkəmə uşağın birinin onun, digərinin isə X1 yanında qalmasını qarara aldığı zaman uşagin biri üçün aliment tutulduğu barədə qətnamə qəbul edərkən, digar uşağın da mənafeyini nəzərə almalı idi. Lakin məhkəmə iddia ərizəsinə iddia tələbi çərçivəsində baxmış, uşağın biri üçün aliment tutulmasını qət etsə də, həmin alimentin ödənilməsinin digər uşağın mənafeyinə necə təsir edəcəyini araşdırmamışdır. Halbuki, onun tək başına bir uşağı saxlamaq və digəri üçün isə aliment ödəməyə kifayət qədər maddi imkanı yoxdur və uşağın biri üçün aliment ödəmək məcburiyyətində qoyulmağı, onun himayəsində olan uşağın həyat üçün zəruri olan bütün maddi vəsaitlərdən məhrum etmiş, buna görə də o, da cavabdehdən himayəsində olan uşaq üçün aliment tələb etmək məcburiyyətində qalmışdır. Ona görə də belə hesab edir ki, məhkəmə hər bir halda aliment tələbinə baxan zaman uşaqların hər ikisinin mənafeyini nəzərə almalı, uşağın birinin onun yanımda qalması qət edildiyi üçün uşaqlara dair maddi yüklərinin bərabər olmasını rəhbər tutub onun himayəsində qalan uşaq üçün cavabdehdən onun xeyrimə aliment tutulmalıdır. Belə ki, onun maddi vəziyyəti pis olduğundan onun himayəsində olan uşaq həyat üçün zəruri olan bütün nemətlərdən məhrum olmuş, uşağın saxlanması hər iki valideynin vəzifəsi olmasına baxmayaraq, cavabdehin öz vəzifəsini həyata keçirməkdən imtina etməsi isə uşağın sağlam inkişafını sual altında qoymuşdur. Uşağın saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, ondan 28.04.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)-5609/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)-5609/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, iddiaçı ilə cavabdehin münasibətlərinin pozulduğu andan 28 aprel 2006-cı il təvəllüdlü X6 iddiaçının himayəsində qalmış və bu hal məhkəmə araşdırması zamanı da sübuta yetirilmişdir. Belə olduqda isə məhkəmə uşağın birinin iddiaçının, digərinin isə cavabdehin yanında qalmasını qərara aldığı zaman uşağın biri üçün aliment tutulduğu barədə qətnamə qəbul edərkən, digər uşağın da mənafeyini nəzərə almalı idi. Lakin məhkəmə iddia ərizəsinə iddia tələbi çərçivəsində baxmış, uşağın biri üçün aliment tutulmasını qət etsə də, həmin alimentin ödənilməsinin digər uşağın mənafeyinə necə təsir edəcəyini araşdırmamışdır. Halbuki, iddiaçının tək başına bir uşağı saxlamaq və digəri üçün isə aliment ödəməyə kifayət qədər maddi imkanı yoxdur. Uşağın biri üçün aliment ödəmək məcburiyyətində olması, iddiaçının himayəsində olan uşağı həyat üçün zəruri olan bütün maddi vəsaitlərdən məhrum etmiş, bu səbəbdən iddiaçı da cavabdehdən himayəsində olan uşaq üçün aliment tələb etmək məcburiyyətində qalmışdır. Əlbəttə ki, əgər məhkəmə bir valideynin gəlirinin digərindən daha çox olmasını müəyyən edərsə, bu zaman məhkəmə həmin valideyn üzərinə digər valideynə münasibətdə uşaqların saxlanması üçün daha çox vəsait ödəmək öhdəliyi qoya bilərdi. Hazırki halda isə iddiaçının belə bir imkana malik olmağı sübuta yetmədiyi üçün məhkəmə belə qənaətə gəlməkdə səhvə yol vermişdir. Məhkəmə heç bir sübut olmadığı halda cavabdehin aztəminatlı olmasına əsaslanmışdır. Halbuki, iddiaçının cavabdehdən daha artıq təminatlı olması barədə məhkəmənin qarşısında sübut olmamış, buna baxmayaraq məhkəmə heç bir sübuta əsaslanmadan belə qənaətə gəlmişdir. O, hazırda peyvənd olunmadığı üçün işləmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)-5609/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından 28.04.2006-cı il təvəllüdlü X6 və 11.05.2008-ci il təvəllüdlü X9 adlı iki uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(010)- 114/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra 28.04.2006-cı il təvəllüdlü X4 atası İddiaçı, 11.05.2008-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında qalması, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 11.05.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutulması, aliment tutulmasının əvvəlinin 19.02.2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Sabit pul məbləğində alimentin tutulması növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, qanunverici tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ tərəflərdən hansının digərindən daha az təminatlı olmasının müəyyən edilməsidir. Lakin bu zaman nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmasına dair bundan cəmi beş ay əvvəl məhkəmə qətnaməsi çıxmışdır. Belə olan halda İddiaçı aliment tələbinə dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edirsə, Cavabdeh daha az təminatlı olduğunu sübut etmək iddiaçının üzərinə düşür. Lakin hazırkı işdə bunun əksi müəyyən edilmişdir. Belə ki, İddiaçı birinci instansiya məhkəməsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur və aylıq sabit gəliri yoxdur. Eyni zamanda, əlavə etmişdir ki, cavabdeh gözəllik salonunda işləyir və günlük gəliri olur. İddiaçı öz taksi fəaliyyətindən əldə etdiyi gəliri qeyri-sabit gəlir hesab etsə də, cavabdehin gözəllik salonundan gündəlik işə görə əldə etdiyi gəliri qeyri-sabit gəlir kimi qiymətləndirməmişdir. Digər tərəfdən, iddiaçı izahatında bildirmişdir ki, hazırda qızı ilə birlikdə atasının mülkiyyətində olan üç otaqlı mənzildə yaşayır, cavabdeh isə oğlu ilə birlikdə kirayədə qalır. Yəni, cavabdeh aylıq gəlirinin müəyyən hissəsini kirayənin ödənilməsinə xərcləyir, iddiaçının isə belə bir xərci yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı münasibətdə daha az təminatlı olduğu aşkardır. Odur ki, daha az təminatlı valideyn olan cavabdehin xeyrinə aliment tutulması qanuni və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)-5609/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar