Məhkəmə qərarları › İş №2(103)-2989/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2989/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2989/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinə qarşı boşdayanma vaxtı üçün əmək haqqının və işdən çıxma müavinətinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: boşdayanma vaxtı üçün əmək haqqının və işdən çıxma müavinətinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı15 Əsəd oğlunun, İddiaçı7, İddiaçı10, İddiaçı13, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Tapdıq İlqar Məhərrəm oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2023 saylı 01 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt regional ərazi şöbəsinin İsmayılov Əslan Qərib oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli, 221301/9070 saylı məktubdan görünür ki, “Azmelsutəsərrüfat'’ ASC-nin sədrinin əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinə xitam verilmiş və onun hüquqi varisi qismində Sumqayıt Meloservis idarəsi elan edilmişdir. Fəaliyyətlərinə xitam verilmiş Meliorəsiya-mexanikı təmir zavodunun işçilərinin əmək müqavilələrinə xitam verilməsi və müvafiq ödəmələrin həyata keçirilməsi Sumqayıt Meloservis idarəsinin rəhbərliyinə tapşırılmışdır. Sumqayıt Meloservis idarəsinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubla təqdim etdiyi təsdiqləyici sənədlərə əsasən məlum oldu ki, ərizəçi və digər 25 nəfər 07 10.2016-cı il tarixdən yeni yaradılmış Meliorasiya mexaniki təmir zavoduna işə qəbul olumuş, xx.xx.2021-ci il tarixdən kollektiv şəkildə əsassız olaraq oz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar hamısı işdən azad olunmuşdur. İşdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində onların qazandığı əmək haqqından deyil, onların hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi gecikdirilmişdir Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq müəssisənin rəhbəri İmanlı Orxan Yafəs oğlu barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmiş və yol verilmiş, qanun pozuntularının qısa zamanda aradan qaldırılaraq, nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır.

2. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Meliorasiya Mexaniki Təmir Zavodunun Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, iclasda Meliorasiya Mexaniki Təmir Zavodunun fəaliyyətinin xx.xx.2021-ci ildən istehsal sifarişlərinin olmadığı səbəbindən məcburi olaraq dayandırılması, fəaliyyətin dayandırılması ilə bağlı işçilərin məlumatlandırılması; bununla əlaqədar olaraq zavodun rəhbərliyinin müvafiq əmr verməsi; işçilərə ödəniləcək müavinətlərin və digər borcların hesablanmasının təmin esilməsi, Zavodun fəaliyyətinin dayandırılması ilə əlaqədar aidiyyalı təşkilatların (DSMF, vergi orqanları və s.) məlumatlandırılması qərara alınmışdır.

3. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 056ü saylı, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, 1. Meliorasiya mexaniki təmir zavodunun maliyyə-təsərrüfat fəaliyyətində yaranmış problemləri nəzərə alaraq, 01 avqust 2021-ci il tarixdən müəssisənin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması və inventarizasiyanın aparılması, aktiv və passivinin müəyyənləşdirilməsinin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətin, Meliorasiya MTZ-nin və Şirvan şəhərində yerləşən Baş Şirvan Kollektorlarının istismarı idarəsinin əməkdaşlarından ibarət səlahiyyətli komissiyanın yaradılması; 2.Komissiyaya - Meliorasiya MTZ-nin balansında olan əsas vəsaitlərin, avadanlıqların, nəqliyyat vasitələri və digər akvitlərin inventarizasiyasının aparılmasının, debitor və kreditor borclarının siyahısının dəqiqləşdirilməsinin; dəqiqləşdirilmiş debitor borclarının alınmasını təmin etməklə, ilk növbədə işçilərin əmək haqlarının və digər kreditor borclarının ödənilməsinin həyata keçirilməsinin; -aparılmış inventarizasiyanın nəticələri barədə Səhmdar Cəmiyyətin Sədrinə məlumat və təkliflərin verilməsinin; -Əmək Məcəlləsinin 129-cu maddəsinə uyğun olaraq işçilərin ödənişsiz məzuniyyətə buräxılmasının; -fəaliyyəti müvəqqəti dayandırılmış Meliorasiya MTZ-nin işçiləri barədə qanunvericiliyin tələbİərinə uyğun olaraq tədbirlər görüİməsinin; -zavodun fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar aidiyyəti orqanlara məlumat verilməsinin; -əmrin icrası ilə bağlı digər məsələlərin həllinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İddiaçı10 ünvanladığı 09/3-455 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2021-ci il tarixli, 094ü nömrəli əmri ilə Şirvan şəhərində yerləşən MeliorasiyaMexaniki təmir zavodu ləğv edilərək Sumqayıt Melioservis İdarəsinə birləşdirilmişdir. Ləğv edilmiş Meliorasiya-Mexaniki Təmir Zavodunun sabiq əməkdaşlarına ödəniləcək son haqq-hesabın ayrı-ayrılıqda hesablanması, yekun məbləğin qanunamüvafiq qaydada müəyyənləşdirilməsi istiqamətində Sumqayıt Melioservis İdarəsi tərəfindən zəruri sənədlər toplanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq qaydada son haqq-hesablarının ödənilməsi təmin olunacaqdır.

4. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanladığı 192 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Melioservis İdarəsi Meliorasiya- Mexaniki Təmir Zavodunun ləğvi iləəlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işdən azad olmuş 77 nəfər əmək kollektivinə müvafiq olaraq 17030,45 manat son haqq-hesab, 28445,00 manat işdən çıxma müavinəti hesablamış və ödəmişdir. Bu hesablamalar İdarənin təhvil götürdüyü Meliorasiya-Mexaniki Təmir Zavodunun mühasibat və kadr sənədlərinə əsasən (müəyyən hissəsi təqdim olunmuş əmək haqqı cədvəlləri, kadr əmrləri, əmək müqavilələri və s.) hesablanmışdır. Ləğv prosesində olan Meliorasiya-mexaniki təmir zavodunda hal-hazırda səyyar vergi yoxlaması keçirilir. Sumqayıt Melioservis İdarəsi hüquqi varis kimi öhdəsinə düşən qanuni öhdəlikləri ödəməyə hazırdır və hal hazırda bu istiqamətdə işlər davam etdirilir.

5. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2018-ci il tarixli, 059ü nömrəli əmrdən görünür ki, Cəmiyyətin struktur vahidlərindən olan Sumqayıt sənaye kombinatının adı ilə təsərrüfat fəaliyyəti arasında uyğunsuzluq olduğu nəzərə alınaraq, adının dəyişdirilərək Sumqayıt melioservis idarəsi adlandırılması əmr edilmişdir.

6. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 094ü nömrəli xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Cəmiyyətin struktur vahidlərindən olan Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinin müvəqqəti dayandırılması barədə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 066ü nömrəli əmrinin qüvvədən düşmüş hesab edilməsi, xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilməsi, onun aktiv və passivinin varisinin Sumqayıt Melioservis İdarəsinin elan edilməsi, Sumqayıt Melioservis İdarəsinin rəhbərinə fəaliyyətinə xitam verilmiş Meliorasiya-mexaniki təmir zavodunun işçilərinin idarədə işlə təmin olunmasının, işlə təmin olunması mümkün olmayan işçilərlə bağlanmış Əmək müqavilələrinə AR Əmək Məəcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilməsi və ƏM-nin 77-ci maddəsinə nəzərdə tutulmuş tədbirlərin görülməsinin tapşırılması əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı10 İzətulla oğluna boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 440 manat, cəmi 1759,98 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 950 manat, cəmi 2374,97 manat, İddiaçı17 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı7 işdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinatı isə 1100 manat, cəmi 2500 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat, İsmayilov Əliəsgər İsmayıl oğluna boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinatı isə 1040 manat, cəmi 2600 manat, İddiaçı8 Adna oğluna boşdayanma vaxtı üçün 750 manat, idənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pulun cavabdehlərdən alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçıların işlədiyi Şirvan Meliorasiya Mexaniki Təmir Zavodu maliyyə təsərrüfat fəaliyyətində yaranmış problemlərlə əlaqədar 01 avqust 2021-ci il tarixdə fəaliyyətini müvəqqəti dayandırmış və həmin tarixdə işçilər kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilmiş, zavodun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar da işçilər işdən azad edilmişlər, iddiaçılar işdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandıqları əmək haqqından deyil, hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi də gecikdirilmişdir. Həmçinin işçilər xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kollektiv səkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və həmin müddətdə də işçilərə bosdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı da ödənilməmişdir. İddiaçılar hüquqlarının müdafiəsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişlər və Xidmətin Abşeron-Xızı regional şöbəsində araşdırma aparılaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-nin sədrinin əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinə xitam verilmiş və onun hüquqi varisi qismində Sumqayıt Meloservis idarəsi elan edilmişdir. Fəaliyyətlərinə xitam verilmiş Meliorasiya-mexaniki təmir zavodunun işçilərinin əmək müqavilələrinə xitam verilməsi və müvafiq ödəmələrin həyata keçirilməsi Sumqayıt Meloservis idarəsinin rəhbərinə tapşırılmışdır. Sumqayıt Meloservis idarəsinin xx.xx.2022ci il tarixli 15 nömrəli məktubla təqdim etdiyi təsdiqləyici sənədlərə əsasən də məlum olmuşdur ki, işçilər xx.xx.2016-cı il tarixdən yeni yaradılmış Meliorasiya-mexaniki təmir zavoduna işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdən kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilmiş və xitam verilməsi ilə əlaqədar işçilər hamısı işdən azad olunmuşlar. İşdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığıqları əmək haqqından deyil, hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi gecikdirilmişdir. Bununla da, qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq müəssisənin rəhbəri İmanlı Orxan Yafəs oğlu barədə inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmiş və yol verilmiş qanun pozuntularının qısa zamanda aradan qaldırılaraq, nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müəsissə tərəfindən iddiaçıların işdənçıxma müavinatları düzgün hesablanıb tam verilməmişdir. İşçilər işdən azad olunanda onların hər birinə minimum əmək haqqından hesablanmış 420 manat məbləğində işdənçıxma müavinəti verilmişdir. Halbuki müəssisə bağlandıqda işçi işdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişindən əvvəlki iki təqvim ayı ərzində qazandıqları əmək haqqından hesablanıb verilməlidir. İddiaçıların Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə etdikləri müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 094ü nömrəli əmri ilə Şirvan şəhərində yerləşən Meliorasiya-Mexaniki təmir zavodu ləğv edilərək, Sumqayıt Melioservis İdarəsinə birləşdirilmişdir. Ləğv edilmiş Meliorasiya- Mexaniki Təmir Zavodunun sabiq əməkdaşlarına ödəniləcək son haqq-hesabın ayrıayrılıqda hesablanması, yekun məbləğin qanunamüvafiq qaydada müəyyənləşdirilməsi istiqamətində Sumqayıt Melioservis idarəsi tərəfindən zəruri sənədlər toplanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq qaydada son haqqhesablarının ödənilməsi təmin olunacaqdır. Lakin bu vaxtacan son haqq-hesabın ödənilməsi təmin olunmamışdır. Belə ki, iddiaçılar İddiaçı10 İzətulla oğlu baş texnik işləmiş və 30 il iş stajı var, aylıq əmək haqqısı 550 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat pul verilməlidir. Bəbirov Mahir Babalar oğlu baş energetik işləmiş və 20 il iş stajı var, aylıq əmək haqqısı 550 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat pul verilməlidir. İddiaçı6 şöbə rəisi işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 550 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat pul verilməlidir. Fərəcov İsmail Vəzir oğlu iqtisadçı işləmiş və 6 il iş stajı var, aylıq əmək haqqısı 440 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 440 manat, cəmi 1759,98 manat pul verilməlidir. İddiaçı3 təhcizatçı işləmiş və 18 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı5 mühafizə rəisi işləmiş və 16 il iş stajı var, aylıq əmək haqqısı 400 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat pul verilməlidir. İddiaçı16 çilingər işləmiş və 12 il iş stajı var, aylıq əmək haqqısı 475 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı12 metal tökən işləmiş və 18 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı9 usta işləmiş və 12 il iş stajı var, aylıq əmək haqqısı 400 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat pul verilməlidir, İddiaçı7 çilingər işləmiş və 20 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat pul verilməlidir. İddiaçı4 sürücü işləmiş və 6 il iş stajı var, aylıq əmək haqqısı 430 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat pul verilməlidir. İddiaçı11 elektrik qaynaqçı işləmiş və 26 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı19 çilingər işləmiş və 14 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat pul verilməlidir. İddiaçı1 elektrik qaynaqçı işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 480 manat olmuşdur. İddiaçı19 çilingər işləmiş və 14 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat pul verilməlidir. İddiaçı1 elektrik qaynaqçı işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 480 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat pul verilməlidir. İddiaçı2 tornaçı işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 520 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinəti isə 1040 manat, cəmi 2600 manat pul verilməlidir. İddiaçı8 bağban işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 250 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 750 manat, işdənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat pul verilməlidir. İddiaçı15 metal tökən işləmiş və 16 il iş stajı var, aylıq əmək haqqısı 465 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat pul verilməlidir. İddiaçı13 çilingər işləmiş və 20 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı18 tornaçı işləmiş və 8 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pul verilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı10 İzətulla oğluna boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749.97 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749.97 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinatı isə 440 manat, cəmi 1759,98 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 950 manat, cəmi 2374,97 manat, İddiaçı17 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı7 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2500 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat, İsmayilov Əliəsgər İsmayıl oğluna boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinatı isə 1040 manat, cəmi 2600 manat, İddiaçı8 boşdayanma vaxtı üçün 750 manat, işdənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pulun cavabdehdən alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. 01.11.2023-cü il tarixdə iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçılara cavabdeh tərəfindən ümumilikdə 8275 manat işdən çıxarma müavinəti ödənilmişdir. Lakin müavinətinlərin hesablanmasında səhvə yol verilərək qanunvericiliyin tələbinə uyğun hesablanmamışdır. Məhkəmə mübahisəsi zamanı cavabdeh iddiaçılara ödənilməli olan müavinətlə bağlı yenidən hesablama aparmış və müəyyən etmişdir ki, iddiaçılara əlavə olaraq ümumilikdə 8679 manat müavinət ödənilməlidir. İddiaçılar da yenidən aparılmış hesablama ilə razılaşaraq hesablanıb veriləcək işdənçıxma müavinəti ilə razılaşmışlar. Ona görə də, iddia tələbinin həmin hissədə azaldılması zərurəti yaranmışdır. Həmçinin işçilərə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və həmin müddətdə də işçilərə boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı da ödənilməmişdir. İddiaçılar hüquqlarının müdafiəsi ilə əlaqədar Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişlər və Xidmətin Abşeron-Xızı regional şöbəsində araşdırma aparılaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-nin sədrinin əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinə xitam verilmiş və onun hüquqi varisi qismində Sumqayıt Melioservis idarəsi elan edilmişdir. Fəaliyyətlərinə xitam verilmiş Meliorasiya-mexaniki təmir zavodunun işçilərinin əmək müqavilələrinə xitam verilməsi və müvafiq ödəmələrin həyata keçirilməsi Sumqayıt Melioservis idarəsinin rəhbərinə tapşırılmışdır. Sumqayıt Melioservis idarəsinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubla təqdim etdiyi təsdiqləyici sənədlərə əsasən də məlum olmuşdur ki, işçilər xx.xx.2016-cı il tarixdən yeni yaradılmış Meliorasiya-mexaniki təmir zavoduna işə qəbul olmuş, xx.xx.2021-ci il tarixdən kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilmiş və xitam verilməsi ilə əlaqədar işçilər hamısı işdən azad olunmuşlar. İşdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində onların qazandıqları əmək haqqından deyil, onların hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi gecikdirilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq müəssisənin rəhbəri İmanlı Orxan Yafəs oğlu barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmiş və yol verilmiş qanun pozuntularının qısa zamanda aradan qaldırılaraq, nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müəssisə tərəfindən iddiaçıların işdənçıxma müavinətləri düzgün hesablanıb tam verilməmişdir. Həmçinin iddiaçılar əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və onların razılıq ərizələri də alınmamış, həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağının keçirilməsi barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli protokolda da iddiaçıların fikri öyrənilməmiş və onlar tərəfindən protokol imza edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar Pırquli Yavər İzətulla oğluna boşdayanma vaxtı üçün 1649,97 manat işdənçıxarma müavinəti isə 560.68 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 537.21 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 537.21 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 264.45 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 279.06 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 276.54 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 395.73 manat İddiaçı17, oğluna boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 438.93 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1363.30 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 78 85 manat, İddiaçı7 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 399 28 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat işdənçıxarma müavinəti isə 402.10 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 438.93 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 448 28 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat işdənçıxarma müavinəti isə 438.93 manat, İsmayilov Əliəsgər İsmayıl oğluna boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinəti isə 473.49 manat, İddiaçı8 boşdayanma vaxtı üçün 750 manat, işdənçıxarma müavinatı isə 12.37 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 368.66 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat işdənçıxarma müavinəti isə 543.17 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 421.65 manat pulun cavabdehlərdən alınıb verilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsi iddia tələbini qismən, yəni işdənçıxarma müavinətinin ödənilməsi hissəsində qəbul edərək, boşdayanma vaxtı üçün əmək haqqı tələbi hissəsində isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, Şirvan Meliorasiya Mexaniki Təmir Zavodu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin xx.xx.2021-ci il tarixli 056ü saylı əmri ilə xx.xx.2021-ci il tarixində fəaliyyətini dayandırmış və Cəmiyyətin sədrinin xx.xx.2021-ci il tarixli 094ü saylı əmri ilə xx.xx.2021-ci il tarixində Zavodun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilmişdir. Həmin əmrlə Zavodun hüquqi varisi Sumqayıt Melioservis İdarəsi müəyyən edilmişdir. Ləğv edilmiş Şirvan Meliorasiya Mexaniki Təmir Zavodunun işçiləri olmuş iddiaçılara cavabdeh varisi Sumqayıt Melioservis İdarəsi tərəfindən ümumilikdə 8275 manat işdən çıxarma müavinəti ödənilmişdir. Lakin müavinətlərin hesablanmasında səhvə yol verildiyindən müavinətlər qanunvericiliyin tələbinə uyğun hesablanmamışdır. Hazırda iddiaçılara ödənilməli olan müavinətlə bağlı əmək qanunvericiliyinə uyğun, onların əmək haqları və iş stajları nəzərə alınmaqla yenidən hesablama aparılmış və müəyyən edilmişdir ki, iddiaçılara əlavə olaraq ümumilikdə 8679 manat müavinət ödənilməlidir. Belə ki, onlara əmək haqları və iş stajları nəzərə alınmaqla ümumilikdə 16954 manat müavinət ödənilməli idi. Qeyd edilməlidir ki, Şirvan Meliorasiya Mexaniki Təmir Zavodu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin 07 oktyabr 2016-cı il tarixli, 061ü nömrəli əmrilə yaradılmış və xx.xx.2021-ci il tarixli 094ü saylı əmri ilə xx.xx.2021-ci il tarixində Zavodun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilmişdir. Göstərilənlərə əsasən bildirir ki, hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi tərəfindən iddiaçılara ümumilikdə 8679 manat müavinətin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Boşdayanma vaxına görə əmək haqqı tələbinə gəldikdə isə iddiaçılar əsassız olaraq öz hesablarına məzuniyyətə göndərildiklərini və AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 2ci hissəsinə istinad etməklə bu halın boşdayanma hesab edildiyini bildirirlər. Hesab edir ki, iddiaçıların bu tələbi əsassızdır. Belə ki, hazırki işdə istehsalın, axın xəttinin və işin işəgötürənin, yəni Zavodun təqsiri üzündən dayanması halı mövcud deyildir. Şirvan Meliorasiya Mexaniki Təmir Zavodu öz Nizamnaməsinə əsasən təsərrüfathesablı özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərmiş, digər təşkilatların sifarişləri əsasında onlarla birbaşa müqavilə bağlamaqla müxtəlif texniki avadanlıqların təmiri və ehtiyyat hissələrinin hazırlanması, quraşdırılması kimi işləri həyata keçirmişdir. Lakin sonradan 2021-ci il ərzində “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq Zavod qarşılıqlı müqavilə əsasında deyil, müsabiqə və tenderlərdə iştirak etməklə fəaliyyətini davam etdirməyə çalışmışdır. Həmin müsabiqə və tenderlərdə heç bir halda qalib gələ bilməyən Zavod təbii olaraq iş götürə, gəlir əldə edə bilməmişdir. Zaman keçdikcə isə həm işçilərin əmək haqqılarının, həm kommunal xərclərin ödənilməsində, Zavodun saxlanılmasında çətinlik meydana gəlmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixində Zavodun Həmkarlar təşkilatının sədrinin rəhbərliyi ilə iclas keçirilmiş və Zavodun fəaliyyətinin dayandırılması, işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi ilə bağlı məsələlər müzakirə edilmiş və iclasda ortaq qərar alınmışdır. Göründüyü kimi, Zavodun fəaliyyəti onun təqsiri üzündən deyil, məcburi digər səbəblərdən dayandırılmışdır. Bu halda işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına qanunvericiliklə mane olan hal yoxdur və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi burada tətbiq oluna bilməz. Qeyd olunmalıdır ki, ödənişsiz məzuniyyət Əmək Məcəlləsinin 112-ci maddəsində məzuniyyət növlərindən biri kimi qeyd olunmuşdur. Məcəllənin 129-cu maddəsində ödənişsiz məzuniyyətin işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilə bildiyi qeyd olunmuşdur. Qarşılıqlı razılıqlı halında ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox olmayan müddətə müəyyən edilə bilər. AR Əmək Məcəlləsinin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Eyni zamanda Məcəllənin 146-cı maddəsinin 1-ci hissəsinin məzmunundan aydın olur ki, operativ surətdə qarşısı alınmayan hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu zaman ödənişsiz məzuniyyətin müddəti əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Göründüyü kimi qanunvericilik maddənin məzmununda göstərilən şərtlər daxilində işin dayandırılması halında işəgötürənə işçiləri qrup halında ödənişsiz məzuniyyətə göndərmə hüququnu vermişdir. Ödənişsiz məzuniyyətə göndərilmə halı ilə bağlı yuxarıda qeyd olunan qanunvericilik müddəalarına ümumi nəzər saldıqda görünür ki, ödənişsiz məzuniyyətə göndərilməyə yalnız işəgötürənin təqsiri ucbatında işin dayandırılması halında yol verilmir və bu zaman ödənişsiz məzuniyyətə göndərilmə boşdayanma halı kimi qiymətləndirilir. Bu da Əmək Məcəlləsinin 146.2-ci maddəsində öz əksini tapır. Faktiki vəziyyətdə isə Zavodun fəaliyyətinin dayanması zavodun təqsiri üzündən baş verməmiş və işçilər qarşılıqlı razılıq əsasında ödənişsiz məzuniyyətə göndərilmişlər. Odur ki, burada boşdayanma halından söhbət gedə bilməz. Bir anlıq Zavodun öz təqsiri üzündən fəaliyyətinin dayanmasını və işçilərin onların razılığı olmadan ödənişsiz məzuniyyətə göndərilməsini, yəni iddiaçıların tələbini əsaslı hesab etsələr belə, Əmək Məcəlləsinin 169cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq iddiaçılar tərəfindən boşdayanma halı ilə bağlı işəgötürənə xəbərdarlıq edilməli idi. Lakin onlar tərəfindən belə bir xəbərdarlıq da edilməmişdir. Bu da özlüyündə yuxarıda qeyd edilən hissədə iddia tələblərinin əsassız olduğunu göstərir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2023 saylı 01 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" ASC və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsindən iddiaçılar İddiaçı1 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1330,62 (bir min üç yüz otuz manat altmış iki qəpik) manat, İddiaçı2 xeyrinə işdən çıxma müavinəti 473,49 (dörd yüz yetmiş üç manat qırx doqquz qəpik) manat və boşdayanma vaxtı üçün 1439,30 (bir min dörd yüz otuz doqquz manat otuz qəpik) manat, İddiaçı3 xeyrinə işdən çıxma müavinəti 279,06 (iki yüz yetmiş doqquz manat altı qəpik) manat və boşdayanma vaxtı üçün 1374,58 (bir min üç yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat, İddiaçı4 xeyrinə işdən çıxma müavinəti 402,10 (dörd yüz iki manat on qəpik) manat və boşdayanma vaxtı üçün 1190,72 (bir min yüz doxsan manat yetmiş iki qəpik) manat, İddiaçı5 xeyrinə işdən çıxma müavinəti 276,54 (iki yüz yetmiş altı manat əlli dörd qəpik) manat və boşdayanma vaxtı üçün 1107,76 (bir min yüz yeddi manat yetmiş altı qəpik) manat, İddiaçı6 xeyrinə işdən çıxma müavinəti 537,21 (beş yüz otuz yeddi manat iyirmi bir qəoik) manat və boşdayanma vaxtı üçün 1523,04 (bir min beş yüz iyirmi üç manat dörd qəpik) manat, İddiaçı7, xeyrinə işdən çıxma müavinəti 399,28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1301,62 (bir min üçyüz bir manat altmış iki qəpik) manat, İddiaçı8 xeyrinə işdən çıxma müavinəti 12,37 (on iki manat otuz yeddi qəpik) manat və boşdayanma vaxtı üçün 692,28 (altı yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat, İddiaçı9 xeyrinə işdən çıxma müavinəti 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat və boşdayanma vaxtı üçün 1096,18 (bir min doxsan altı manat on səkkiz qəpik) manat, İddiaçı10 xeyrinə işdən çıxma müavinəti 560,68 (beş yüz altmış manat altmış səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1524,42 (bir min beş yüz iyirmi dörd manat qırx iki qəpik) manat, İddiaçı11 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1383,94 (bir min üç yüz səksən üç manat doxsan dörd qəpik) manat, İddiaçı12 xeyrinə işdən çıxma müavinəti 1363,30 (bir min üç yüz altmış üç manat otuz qəpik) manat və boşdayanma vaxtı üçün 1438,1 (bir min dörd yüz otuz səkkiz manat on qəpik) manat, İddiaçı13 xeyrinə işdən çıxma müavinəti 543,17 (beş yüz qırx üç manat onyeddi qəpik) manat və boşdayanma vaxtı üçün 1385,66 (bir min üç yüz səksən beş manat altmış altı qəpik) manat, İddiaçı14 xeyrinə işdən çıxma müavinəti 537,21 (beş yüz otuz yeddi manat iyirmi bir qəpik) manat və boşdayanma vaxtı üçün 1523,04 (bir min beş yüz iyirmi üç manat dörd qəpik) manat, İddiaçı15 Əsəd oğlunun xeyrinə işdən çıxma müavinəti 368,66 (üç yüz altmış səkkiz manat altmış altı qəpik) manat və boşdayanma vaxtı üçün 1286,50 (bir min iki yüz səksən altı manat əlli qəpik) manat, İddiaçı16 xeyrinə işdən çıxma müavinəti 395,73 (üç yüz doxsan beş manat yetmiş üç qəpik) manat və boşdayanma vaxtı üçün 1362,82 (bir min üç yüz altmış iki manat səksən iki qəpik) manat, İddiaçı17 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1383,94 (bir min üç yüz səksən üç manat doxsan dörd qəpik) manat, İddiaçı18 xeyrinə işdən çıxma müavinəti 421,65 (dörd yüz iyirmi bir manat altmış beş qəpik) manat və boşdayanma vaxtı üçün 1302,92 (bir min üç yüz iki manat doxsan iki qəpik) manat, İddiaçı19 xeyrinə işdən çıxma müavinəti 448,28 (dörd yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1304,48 (bir min üç yüz dörd manat qırx səkkiz qəpik) manat, İddiaçı20 xeyrinə işdən çıxma müavinəti 264,45 (iki yüz altmış dörd manat qırx beş qəpik) manat və boşdayanma vaxtı üçün 1209,32 (bir min iki yüz doqquz manat otuz iki qəpik) manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə, 70-ci maddəsinin «a» bəndinə, 77-ci maddəsinin üçüncü hissəsinə, 146-cı maddəsinin 1 və 2-ci hissəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddiaçılara boşdayanma vaxtı üçün əmək haqqının hesablanması hissəsində iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə istehsalın, axın xəttinin və işin işəgötürənin yəni Zavodun təqsiri üzündən dayanması halı mövcud deyildir. Şirvan Meliorasiya Mexaniki Təmir Zavodu öz Nizamnaməsinə əsasən təsərrüfat hesablı özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərmiş, digər təşkilatların sifarişləri əsasında onlarla birbaşa müqavilə bağlamaqla müxtəlif texniki avadanlıqların təmiri və ehtiyat hissələrinin hazırlanması, quraşdırılması kimi işləri həyata keçirmişdir. Lakin sonradan 2021-ci il ərzində “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq Zavod qarşılıqlı müqavilə əsasında deyil, müsabiqə və tenderlərdə iştirak etməklə fəaliyyətini davam etdirməyə çalışmışdır. Həmin müsabiqə və tenderlərdə heç bir halda qalib gələ bilməyən Zavod təbii olaraq iş götürə, gəlir əldə edə bilməmişdir. Zaman keçdikcə isə həm işçilərin əmək haqlarının, həm kommunal xərclərin ödənilməsində, Zavodun saxlanılmasında çətinlik meydana gəlmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixində Zavodun Həmkarlar təşkilatının sədrinin rəhbərliyi ilə iclas keçirilmiş və Zavodun fəaliyyətinin dayandırılması, işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi ilə bağlı məsələlər müzakirə edilmiş və iclasda ortaq qərar alınmışdır. (protokol iş materiallarında mövcuddur) Göründüyü kimi Zavodun fəaliyyəti onun təqsiri üzündən deyil, məcburi digər səbəblərdən dayandırılmışdır. Bu halda işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına qanunvericiliklə mane olan hal yoxdur və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi burada tətbiq oluna bilməz. Qeyd olunmalıdır ki, ödənişsiz məzuniyyət Əmək Məcəlləsinin 112-ci maddəsində məzuniyyət növlərindən biri kimi qeyd olunmuşdur. Məcəllənin 129-cu maddəsində ödənişsiz məzuniyyətin işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilə bildiyi qeyd olunmuşdur. Qarşılıqlı razılıq halında ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox olmayan müddətə müəyyən edilə bilər. Eyni zamanda Məcəllənin 146-cı maddəsinin 1-ci hissəsinin məzmunundan aydın olur ki, operativ surətdə qarşısı alınmayan hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu zaman ödənişsiz məzuniyyətin müddəti əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Göründüyü kimi qanunvericilik işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması halında işəgötürənə işçiləri qrup halında ödənişsiz məzuniyyətə göndərmə hüququnu vermişdir. Ödənişsiz məzuniyyətə göndərilmə halı ilə bağlı yuxarıda qeyd olunan qanunvericilik müddəalarına ümumi nəzər saldıqda görürük ki, ödənişsiz məzuniyyətə göndərilməyə yalnız işəgötürənin təqsiri ucbatında işin dayandırılması halında yol verilmir və bu zaman ödənişsiz məzuniyyətə göndərilmə boşdayanma halı kimi qiymətləndirilir. Bu da Əmək Məcəlləsinin 146.2-cimaddəsində öz əksini tapır. Faktiki vəziyyətdə isə Zavodun fəaliyyətinin dayanması zavodun təqsiri üzündən baş verməmişdir. Həmçinin işçilər qarşılıqlı razılıq əsasında ödənişsiz məzuniyyətə göndərilmişlər. Odur ki, burada boşdayanma halından söhbət gedə bilməz. Bir anlıq Məhkəmənin gəldiyi qənaəti əsaslı hesab edib, Zavodun öz təqsiri üzündən fəaliyyətinin dayanmasını və işçilərin onların razılığı olmadan ödənişsiz məzuniyyətə göndərilməsini əsaslı hesab etsək belə, Əmək Məcəlləsinin 169.1-ci maddəsində qeyd olunur ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrərəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir. Lakin onlar tərəfindən belə bir xəbərdarlıq da edilməmişdir. Bu da özlüyündə iddia tələblərinin əsassız olduğunu göstərir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Tapdıq İlqar Məhərrəm oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

18. 146-cı maddəsinə əsasən, Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir

19. 233.5-ci maddəsinə əsasən, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsi apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən, qətnamə iddiaçı və digər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən qətnamə iddia tələbinin boşdayanma vaxtı üçün əmək haqqının hesablanması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2023 saylı 01 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iddiaçılar zavodun fəaliyyətinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən əsassız olaraq öz hesablarına məzuniyyətə göndərildiklərini və xx.xx.2021-ci il tarixdən isə zavodun fəaliyyətinə xitam verildiyi üçün AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə istinad edərək bu halın boşdayanma hesab edildiyini bildirərək, həmin müddət üçün əmək haqqının ödənilməsi barədə tələb irəli sürmüşlər.

32. Cavabdeh tərəfin nümayəndəsi və vəkili apellyasiya şikayətində bildirmişdir ki, hazırki halda işdə istehsalın, axın xəttinin və işin işəgötürənnin, yəni zavodun təqsiri üzündən dayanması halı mövcud deyildir. Zavodun fəaliyyəti onun təqsiri üzündən deyil, məcburi digər səbəblərdən dayandırılmışdır. Bu halda işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına qanunvericiliklə mane olan hal yoxdur və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi burada tətbiq oluna bilməz.

33. Kollegiya qeyd edir ki, tərəflər arasında müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin məzuniyyətə göndərilməsi ilə bağlı hüquq münasibətləri yaranmışdır. Müvafiq olaraq, göstərilən hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin qaydaları üzrə tənzimlənməlidir.

34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

36. Kollegiya bildirir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıların işlədiyi zavodun fəaliyyətinin dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulan qarşısı alınmayan hallar mövcud olmamış, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı halları mövcud olmuş və iddiaçılar əsassız olaraq ödənişsiz məzuniyyətə buraxılmışlar.

37. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsini əsas götürməklə boşdayanma vaxtı üçün əmək haqqının ödənilməsi hissəsində iddia tələbini təmin etmişdir. Belə ki, qeyd olunan maddəyə əsasən, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

38. Kollegiya apellyasiya şikayətinin boşdayanmanın başlanması ilə bağlı işçilərin işəgötürənə xəbərdarlıq etməməsi dəlilinə münasibətdə bildirir ki, hazırkı mülki iş üzrə boşdayanmanın başlama vaxtı işçilərin ödənişsiz məzuniyyətə buraxılması vaxtı kimi qəbul olunmuşdur, bu halda işçilərin boşdayanmanın başlaması ilə bağlı işəgötürənə hər hansı xəbərdarlıq etməsi öhdəliyi yaranmır.

39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, boşdayanma halının işçilərin təqsiri üzündən yaranmadığı, eyni zamanda zavodun fəaliyyətinin dayandırılmasının qarşısı alınmayan hallarla bağlı olmadığı iş materialları ilə müəyyən olunmuşdur.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2023 saylı 01 noyabr 2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar