Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2997/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-80/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-597/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon VVADQ şöbəsində bağlanmış 370 nömrəli akt üzrə nikahın pozulması qət edilmişdir.
2. 585421 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 ilə alıcı Cavabdeh arasında satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 72 H saylı sahədə yerləşən 0.03 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 72 H nömrəli ünvanda yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin vermiş olduğu sorğuya xx.xx.2023-cü il tarixdə vermiş olduğu cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 72 H saylı sahədə yerləşən 0.03 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şuşa küçəsi 9 sayl fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
6. Nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-DK-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobili X9 1300 manata satmışdır.
7. Nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-DN-*** dövlət qeydiyyat nişanlı Touota Prius minik markalı avtomobil X6 10.000 manata satmışdır.
8. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-2101619/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, **-HA-*** dövlət qeydiyyat nişanlı VAZ2107 minik markalı nəqliyyat vaistəsi xx.xx.1998-ci il tarixdə X4 mülkiyyətində olmuş, mülkiyyətçi Cavabdeh xx.xx.2008-ci il tarixdən xx.xx.2038-ci il tarixədək sözügedən nəqliyyat vaistəsinə dair etibarnamə vermişdir.
9. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, VAZ 21074 markalı **-KD-*** və VAZ 21063 minik markalı **-UP- *** dövlət qediyyat nişanlı nəqliyyat vaistələrinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin saxlama mddəti bitdiyi üçün məhv edilmişdir. Odur ki, VAZ 21074 markalı **-KD-*** və VAZ 21063 minik markalı **-UP-*** dövlət qediyyat nişanlı nəqliyyat vaistələri barədə məlumatların kompüter çıxarışı təqdim edilmişdir.
10. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görüner ki, **-KD-*** dövlət qeydiyyat nişanlı nişanlı VAZ 21074 minik markalı avtomobil xx.xx.2014-cü il tarixli alqı satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçmişdir.
11. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, **-DN-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobil, xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi vaistəsi ilə Cavabdeh mülkiyyətinə keçmişdir.
12. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görüner ki, **-UP-*** dövlət qeydiyyat nişanlı nişanlı VAZ 21063 minik markalı avtomobil xx.xx.2007-ci il tarixli hesab arayışı əsasında Cavabdeh mülkiyyətinə keçmişdir.
13. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-137468/2023 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, ** VG *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C180 markalı avtomobil xx.xx.2007-ci il tarixdə gömrük vəsiqəsi əsasında Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqavləsi əsasında qeydiyyatdan çıxmışdır.
14. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-183497/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, 2007-ci il buraxlışlı, göy metalik rəngli **-DK-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobil, xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi vaistəsi ilə Cavabdeh mülkiyyətinə keçmişdir.
15. Turbo.az İnternet saytından əldə edilmiş məlumatlardan görünür ki, 2007-ci il buraxlışlı Toyota Prius minik markalı avtomobilin 10.000 manat ilə 13.000 manat arasında dəyişir.
16. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-182299/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, Mercedes Benz C 180 minik markalı **-VG-*** dövlət qediyyat nişanlı nəqliyyat vaistələrinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin saxlama mddəti bitdiyi üçün məhv edilmişdir.
17. Azərbaycan Respublikasının Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/71xx-xx/6858/2024 nömrəli rəydəən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şuşa küçəsində yerləşən, 9 nömrəli fərdi yaşayış evinin orta bazar qiymətlətinə uyğun ümumi dəyəri təqribən 88592,40 manat 10 % azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 79733,16 manat məbləğində müəyyən edilir. Qeyd olunur ki, qiymətləndirmə zamanı fərdi yaşayış evinin torpaq sahəsi nəzərə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 2010-cu il buraxılışlı, T.Albalı Metal “VAZ 21074” MİNİK markalı **-KD-*** dövlət nömrə nişanlı avtomobilin (şəhadətnamə AC 044283) (qeydiyyatda), 2007-ci il buraxılışlı, Açıq yaşıl metalik “X15 Minik” markalı **-DN-*** dövlət nömrə nişanlı (şəhadətnamə BB 180429) (qeydiyyatda) avtomobilin, 1985-ci il buraxılışlı, Ağ “VAZ 21063 MİNİK” markalı **-UP-*** dövlət nömrə nişanlı (şəhadətnamə AA971935) (qeydiyyatda) avtomobilin, 1987-ci il buraxılışlı, qırmızı rəngli “VAZ 2107 MİNİK” markalı 10-HA467 dövlət nömrə nişanlı (şəhadətnamə AE 174326) (qeydiyyatda) avtomobilin ½ hissəsinə pay hüququnun tanınması, 2007-ci il buraxılışlı, Göy Metalik “X15 Minik” markalı, **-DK-*** dövlət nömrə nişanlı (şəhadətnamə BB 174257) (cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb) avtomobilin, 1997-ci il buraxılışlı, ** VG *** dövlət nömrə nişanlı tünd göy metalik “Mercedes Benz C 180” minik markalı (şəhadətnamə AA 982146) (cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb) avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia onunla əsaslandırılmışdır ki, o iş üzrə Cavabdeh Mehralı oğlu ilə 2006-cı ildə ailə qurmuşdur. Nikahları 25.04.206-cı il tarixində rəsmiləşdirilmişdir. Faktiki nikahından uşağı olmamışdır. Cavabdehlə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ona amansız davranışı, onu aldatması, etibarından istifadə edərək, yalalnlarla əmlakını mənimsəməsi münasibətlərnin pozulmasına gətirib çıxardı və faktiki olaraq 2022-ci ildən ayrı yaşamaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ailəli olduğu müddətdə birgə nikah dövründə Cavabdeh Mehralı oğlunun adına 2010-cu il buraxılışlı, ** KD *** dövlət nömrə nişanlı, T.Albalı Metal, VAZ 21074 MİNİK markalı avtomobil (şəhadətnamə AC 044283) qeydiyyatda), 2007-ci il buraxılışlı, **-DN-*** dövlət nömrə nişanlı, Açıq yaşıl metalik, X15 Minik markalı avtomobil (şəhadətnamə BB 429) (qeydiyyatda), 1985-ci il buraxılışlı, ** UP *** dövlət nömrə nişanlı, AG, VAZ 21063 MİNİK markalı avtomobil (şəhadətnamə AA 971935) (qeydiyyatda), 1987-ci il buraxılışlı, **-HA-*** dövlət nömrə nişanlı, qırmızı rəngli, VAZ 2107 MİNİK markalı avtomobil (şəhadətnamə AE 174326) ydiyyatda), 2007-ci il buraxılışlı, **-DK-*** dövlət nömrə nişanlı, Göy Metalik, X15 Minik markalı avtomobil (şəhadətnamə BB 174257) cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb), 1997-ci il buraxılışlı, ** VG *** dövlət nömrə nişanlı, tünd göy metalik, Mercedes Bens C180 minik markalı avtomobil (şəhadətnamə AA 982146) vabdeh tərəfindən qeydiyyatdam çıxarılıb), Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi alaraq həmin ünvanda 72H yaşayış evi, həmin əmlaklar cavabdehin qanunsuz istifadəsində olmaqla onun hüquqlarını pozur və birgə nikah dövründə əldə edilmiş əmlakı ilə bağlı sərəncam verə bilmir.
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-80/2025 saylı 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları Cavabdeh mülkiyyətində olan VAZ 21074 minik markalı, **-KD-*** dövlət nömrə nişanlı və VAZ 21063 minik markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobillərin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması; tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları **-DK-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobilin satışından əldə edilmiş pulun 5.000 manat olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
21. Məhkəmə ilk olaraq iddia tələbinin “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır, ilk öncə iddiaçının həmin evə və torpaq sahəsinə payı müəyyən edilməli, bundan sonra evin və torpaq sahəsinin dəyəri tutulmasına dair qanunvericilik ilə müəyyən edilmiş ardıcıllığa uyğun olan tələbləri həyata keçirilə bilər.
22. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikah dövründə əldə etmiş olduğu 2010-cu il buraxılışlı, T.Albalı Metal “VAZ 21074 MİNİK” markalı **-KD-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən nəqliyyat vaistəsi cavabdehin mülkiyyətinə tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2014-cü il tarixində alqı-satqı müqaviləsi əsasında keçmiş olduğundan, tərəflərin birgə gəlirləri hesabına alınmış hesab edilməli və iddiaçının “VAZ 21074 minik” markalı **-KD-*** dövlət nömrə nişanlı avtomobilinin ½ hissəsinə pay hüququ tanınmalıdır.
23. İddia tələbinin “X15 Minik” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən avtomobil xx.xx.2021-ci il tarixdə gömrük sənədi əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış rəsmi nikah pozulduqdan sonra cavabdeh tərəflərin birgə mülkiyyətində olan avtomobili alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddaçının pay hüququnun tanınmasını tələb etmiş olduğu nəqliyyat vaistəsi nə qədərki üçüncü şəxsin mülkiyyətindədir və həmin avtomobilin özgəninkiləşdirilməsinə əsas olmuş müqavilə etibarsız hesab edilməmişdir, iddiaçının həmin avtomobilə pay hüququ tanına bilməz.
24. Məhkəmə iddia tələbinin “VAZ 21063 minik” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin əmlakın alınması üçün zəruri olan vəsatinin birgə nikah dövründə əldə edilmiş hesab edilməli və iddiaçının cavabdehin müülkiyyətində olan “VAZ 21063 minik” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə pay hüququ tanınmalıdır.
25. Məhkəmə iddia tələbinin 1987-ci il buraxılışlı, qırmızı rəngli “VAZ 2107” minik markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, sözügedən avtomobil cavabdehin deyil də üçüncü bir şəxsin mülkiyyətində olmuş, cavabdehin isə yalnız həmin avtomobilə dair etibarnaməsi olmuşdur. Buna görə də iddia tələbi bu hissədə təmin edilməmişdir.
26. “X15 Minik” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə məhkəmə qeyd etmişdir ki, satış dəyəri 10.000 manat müəyyən edilməli və həmin məbləğin ½ hissəsi iddiaçıdan alınaraq cavabdehə qaytarılmalıdır.
27. Məhkəmə iddia tələbinin 1997-ci il buraxılışlı, ** VG *** dövlət nömrə nişanlı, tünd göy metalik “Mercedes Benz C 180 minik” markalı avtomobilin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, əmlakın birgə nikah dövründə satılsa da həmin əmlakın satışından gələn vəsaitin birgə xərclərə sərf edilməməsini bilrdisə də, bu halı sübut edə bilməmişdir. Belə olan halda, ** VG *** dövlət nömrə nişanlı, tünd göy metalik “Mercedes Benz C 180 minik” markalı avtomobil birgə nikah dövründə satılmış olduğundan, əldə edilmiş gəlir birgə xərclərə sərf edilmiş hesab edilməli və idda tələbi həmin hissədə təmin edilməməlidir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1, 37.3 və 41.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
29. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
30. İddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-80/2025 saylı, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixində prossesual pozuntu ilə təqdim edilmiş qətnaməsinin ləğv edilərək, birgə nikah dövründə əldə edilmiş 2010-cu il buraxılışlı, **-KD- *** dövlət nömrə nişanlı, T.Albalı Metal, “VAZ 21074 minik” markalı avtomobilin (şəhadətnamə AC 044283) (qeydiyyatda), 2007-ci il buraxılışlı **-DN-*** dövlət nömrə nişanlı, Açıq yaşıl metalik, “X15 minik” markalı avtomobilin (şəhadətnamə BB 180429) (qeydiyyatda), 1985-ci il buraxılışlı, **-UP-*** dövlət nömrə nişanlı, ağ “VAZ 21063 minik” markalı avtomobilin (şəhadətnamə AA 971935) (qeydiyyatda), 1987-ci il buraxılışlı, **-HA- *** dövlət nömrə nişanlı qırmızı rəngli “VAZ 2107 minik” markalı avtomobilin (şəhadətnamə AE 174326) (qeydiyyatda) ½ hissə olmaqla paylarının tanınması, 2007-ci il buraxılışlı, **- DK-*** dövlət nömrə nişanlı Göy Metalik “X15 minik” markalı avtomobilin (şəhadətnamə BB 174257) ( cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb), 1997-ci il buraxılışlı, **-VG-*** dövlət nömrə nişanlı tünd göy metalik “Mercedes Benz C180 minik” avtomobilinin (şəhadətnamə AA 982146) ( cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb), Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində 0.03 ha torpaq sahəsivə üzərində tikilmiş yaşayış evinin bazar qiymətinin müəyyən edilərək satışdan əldə edilmiş vəsaitin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəyə təsir edən amillərdən biri də odur ki, məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Verilmədiyi üçün də faktiki hallara qiymət verilməmiş və iş üçün bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Məhkəmə tərəfindən artıq ilk mərhələdən sübutların gizlədilməsi, faktiki halların araşdırılamaması həyata keçirilmişdir. Belə ki, MTT üzrə qərardad qəbul ediləsə də ilk vaxtlarda həmin qərardadı hissə-hissə ləğv edərək yuxarıda da qeyd etdiyi kimi hüquqlarına toxunan maraqlı şəxsləri (faktları) gizlətməyə çalışmışdır. Eyni zamanda yuxarıda da qeyd etdiyi kimi məhkəmədə mübahisə predmeti olan əmlaklar satılaraq hüququ kobud şəkildə pozulmuşdur. Əgər birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlakların üzərinə qoyulmuş həbslər götürülmüş, məhkəmə tərəfindən şərait yaradılmış və cavabdeh bunu fürsət kimi istifadə edərək əmlakları özgəninkiləşdirmiş, satmış və məhkəmə tərəfindən faktlar üzrə araşdırma davam etdirilməmişdir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Bu hallar ona dəlalət edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam vəobyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmişhallaravə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
32. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-80/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin “VAZ 21063 minik” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması və tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları **-DK-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobilin satışından əldə edilmiş pulun 5000 manat olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin qismən yəni “VAZ 21074 minik” markalı, **-KD-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə İddiaçı pay hüququ tanınması hissəsində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “VAZ 21063 minik” markalı **-UP- *** dövlət nömrə nişanlı avtomobili birgə nikah dövründə satılmış, əldə olunan pula qayınatasının oğlunun toyu zamanı istifadə edilmişdir. Bundan başqa məhkəmə iclasında verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, o, “Toyota Prius minik” markalı avtomobilləri ümumiyyətlə görməmiş, rənglərinin fərqini bilmir, Bayram usta kimi ev tikintilərində işlədiyini və birgə nikah dövründə həmin avtomobillərdən xəbəri olmamışdır. Bundan başqa cavabdeh tərəf 2007-ci il buraxılışlı, **-DN-*** dövlət nömrə nişanlı, açıq yaşıl metalik, “X15 minik” markalı avtomobilin və 2007-ci il buraxılışlı, **-DK-*** dövlət nömrə nişanlı, Göy Metalik “X15 minik” markalı avtomobilin faktiki olaraq kim tərəfindən alınmasına dair məhkəmə iclasında şahidlərin dindirilməsi barədə vəsatət təqdim etsə də məhkəmə həmin vəsatəti təmin etməmiş, bu hal düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi həmin avtomobillər eyni ildə eyni ayda yəni xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə gömrük bəyənnaməsi ilə mülkiyyətinə alınmışdır. Həmin avtomobillər faktiki olaraq digər şəxslər tərəfindən alınmış, lakin o Bakı şəhərində qeydiyyatda olduğuna görə onun şəxsiyyət vəsiqəsindən istifadə olunmuşdur. Məhkəmə tərəfindən həmin avtomobillərin özgəninkiləşdirilməsi qadağan olunmuş, daha sonra isə həmin qadağa aradan qaldırılmışıdır. Müvvəqəti təminat tədbiri barədə qərardadın ləğv olunmasına dair şikayətlərdən də göründüyü kimi avtomobil başqa şəxslərin istifadəsindədir. Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.5-ci bəndində göstərilmişdir ki, prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir.
34. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, apellyasiya şikayətində avtomobilləri yenidən ümumi olaraq qeyd etmişdir. 582 nömrəli maşınla bağlı da pulun tutulmasını istəyir, çünki avtomobil onlar boşandıqdan sonra satılmışdır. Avtomobilin təqribi qiyməti 10-12 min manatdır. Eyni vaxtda alınmış maşınların biri tanınır, digəri isə tanımır. Evin də ½ hissəsinin ona verilməsini xahiş edir. “Toyota” markalı, 946 nömrəli avtomobil nikahları ləğv olunandan sonra satılmışdır. Onlar yanvar ayında boşanmışlar. Yoldaşı onun xəbəri olmadan maşınları almışdır, onun istifadəsində olan maşından xəbərdar idi, digər maşınlardan məlumatı yox idi. Bu proseslərdən sonra digər maşınlardan xəbəri olmuşdur. Hal-hazırda 414 nömrəli maşın cavabdehin istifadəsindədir. VAZ 519 nömrəli avtomobil birgə nikah dövründə satılmışdır, kimə satılmasından məlumatı yoxdur. 519, 414 və 467 nömrəli avtomobillərdən məlumatı var idi. İki - “Toyota” və “Mercedes” markalı maşınlardan məlumatı yox idi. Daha sonra qeyd etmişdir ki, cavabdeh fəhlədir. Münasibətləri 2022-ci ilin aprel ayında pozulmuşdur. Maşın isə 2023-cü ilin mart-aprel ayında satılmışdır. Qarşı tərəfin apellyasiya şikayəti əsassız olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. 36.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin minik avtomobillər ilə bağlı olan hissə ilə razılaşsalar da “Toyota prius” markalı avtomobilləri bağlı olan hissə ilə razı deyillər. Birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi ilə bağlı vəsatət qaldırmışdılar. Apellyasiya şikayətində də qeyd edildiyi kimi bu avtomobillər bir neçə gün ərzində əldə olunmuşdur. Cavabdeh tərəf fəhlədir, iddiaçı da bunu etiraf edir. Burada məsələ ondan ibarətdir ki, cavabdeh Bakı şəhərində qeydiyyatdadır və uzun illərdir ki, eyni yerdə işləyir və işlədiyi yerdəki şəxslər ilə uzun müddətdir ki, münasibətləri vardır. Həmin şəxslər ev tikintisindən başqa ev tikintisi ilə məşğuldurlar və cavabdeh Bakı qeydiyyatı olduğu üçün şəxsiyyət vəsiqəsini onlara vermişdir. Bir neçə gün ərzində “Toyota prius” markalı avtomobillər gömrükdə qeydiyyata alınmışdır. İş materiallarında olan avtomobillərə MTT qoyulduqdan sonra birinci instansiya məhkəməsi MTT-ni ləğv etmişdir. Avtomobilləri idarə edən şəxslər şikayət vermişlər. Ümumiyyətlə nə avtomobili idarə edən şəxslər, nə də cavabdeh biri-birilərini görməmişlər. Nikah pozulduqdan sonra avtomobillərin satılması o demək deyildir ki, doğrudan da mübahisəli avtomobillər onundur. Məhkəmə həmin avtomobillərin birgə nikah dövrüdə birgə vəsait hesabına alınıb-alınmamasını araşdırmalıdır. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı etiraf edir ki, həmin avtomobilləri görməmişdi və cavabdeh özü fəhlədir. 10–UP-519; **-DN-*** və **-DK-*** qeydiyyat nişanlı avtomobillər ilə bağlı olan hissədə qətnaməni mübahisələndirirlər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin qismən müvafiq olaraq iddiaların təmin olunmayan və olunan hissələrində xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
41.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 42.144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 43.144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 44.157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 45.225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
46. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 47.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır. 48.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığınınayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 49.340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 50.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 51.647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 52.668.1.2-ci və 668.1.5-ci maddələrinin tələblərinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi və ya gələcəkdə bağışlama vədi, bu müqavilə və ya vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
53.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 54.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
55. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 56.34.1-ci maddəsinin tələblərinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 57.36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 58.37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 59.37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 60.41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il № 1/2024 saylı Qərarının
61.3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 62.3.7-ci və 3.9-cü bəndlərinə əsasən, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 63.3.13-ci və 3.14-cü bəndlərinə əsasən, əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 64.6.26-cı bəndinə əsasən, istinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyri-bərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır. 65.6.39-cu bəndinə əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 66.7.2-7.4-cü bəndlərinə əsasən, bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Beləliklə, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. 67.7.7-ci bəndinə əsasən, reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
68.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
69. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 70.81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
71.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından İddiaçı şikayəti qismən təmin edilməli, qətnamə, tərəfindən mübahisələndirilən hissədə qismən ləğv edilməlidir; Cavabdeh verdiyi şikayətində göstərilənlər isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.
72. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixində rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-597/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə münasibətlərindən ümumi uşaqları yoxdur.
73. İlkin olaraq iddiaçının və cavabdehin verdiyi apellyasiya şikayətlərinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, 2010-cu il buraxılışlı “VAZ 21074” minik markalı **-KD- *** dövlət nömrə nişanlı avtomobilin və 1985-ci il buraxılışlı “VAZ 21063 MİNİK” markalı **- UP-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması; 2007-ci il buraxılışlı “X15 Minik” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun ½ hissəsinin (5.000 manatın) cavabdehdən iddiaçının xeyrinə tutulması; iddianın 1987-ci il buraxılışlı “VAZ 2107 MİNİK” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilə, 1997-ci il buraxılışlı “Mercedes Benz C 180” minik markalı ** VG *** dövlət nömrə nişanlı avtomobilə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinə aid hissələrdə isə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
74. Bununla belə, məhkəmə kollegiyası 2007-ci il buraxılışlı “X15 Minik” markalı, **-DN- *** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.
75. Belə ki, işdə olan materiallardan göründüyü kimi xx.xx.2021-ci il tarixində Cavabdeh adına rəsmiləşdirilmiş “X15 Minik” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş, bunun müqabilində isə sonuncu tərəfindən Cavabdeh 10.000 manat məbləğində pul ödənilmişdir. DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən “X15 Minik” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən X5 adında qeydiyyatdadır.
76. Qeyd edilməlidir ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.
77. Mübahisəli avtomobilin xx.xx.2021-ci il tarixində, yəni tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisələndirilməyən halıdır. İddiaçı bu avtomobilin birgə vəsait hesabına əldə edildiyini, cavabdeh isə sözügedən avtomobilin birgə nikah dövründə onun adına rəsmiləşdirilməsinə baxmayaraq, nə iddiaçıya, nə də ki ona məxsus olmuş vəsait hesabına alındığını, həmin avtomobilin əldə edilməsinin başqa şəxsin vəsaiti hesabına həyata keçirildiyini qeyd edərək, iddianın bu hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
78. Yuxarıda qeyd edildiyi kimi ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.
79. Hazırkı halda da mübahisəli əşya üzərində hər iki tərəfin ümumi mülkiyyətçi olaraq hüquqlu olması prezumpsiyasının əksini iddia edən cavabdeh mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, başqa şəxsin əmlakı hesabına əldə etdiyini sübuta yetirməlidir.
80. Halbuki cavabdehin istinad etdiyi halların təsdiqi kimi mübahisəli avtomobilə dair aparılmış ilkin sənədləşmələrə də baxılsa gömrük bəyannaməsinin Cavabdeh adına tərtib edildiyi, ödənişlərin onun adından həyata keçirilməsinin qeyd edildiyi görülər.
81. Cavabdeh məhkəmənin prezumpsiya olaraq nəzərə aldığı halları təkzib edə biləcək hər hansı digər sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
82. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, reyestrdə qeydə alınmalı olan ərarvadın birgə mülkiyyəti sayılan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür.
83. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Bu halda əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür.
84. İş materiallarına əsasən mübahisəli avtomobilin Cavabdeh tərəfindən onunla iddiaçı arasında nikah münasibətləri pozulduqdan sonra X1 müəyyən edilmişdir. İddiaçının həmin avtomobilin mövcudluğundan xəbərsiz olması, cavabdehin isə iddiaçının bu avtomobilə hər hansı aidiyyəti olmadığını bildirməsi barəsində sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan iddiaçının razılığının olmadığını təsdiq edir.
85. Bununla belə, Cavabdeh nikah münasibətləri faktiki pozulduqdan sonra mübahisəli avtomobili iddiaçının razılığı olmadan satdığı qənaətinə gəlmək mümkün olsa da, sonuncu öz növbəsində sözügedən avtomobili əldə edənin müvafiq razılığının alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirə bilməmişdir. Belə olan halda mübahisə predmetinin üçüncü şəxs-X5 vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün deyildir.
86. Məhkəmə kollegiyası üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən iddia tələbinin təmin edilməsinin mümkün olmadığını, həmçinin apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman iddiaçı tərəfin avtomobilin satış dəyərindən onun payına uyğun olan hissəsinin pul şəklində cavabdehdən tutularaq ona ödənilməsinə razı olduğunu nəzərə alaraq hesab edir ki, bu tələbin - xx.xx.2023-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən “X15 Minik” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş 10.000 manatın 5.000 manatı Cavabdeh İddiaçı xeyrinə tutulması formasında təmin edilməsi qanunazidd deyildir.
87. Yuxarıda qeyd edilənlərə baxmayaraq mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi, iddaçının pay hüququnun tanınmasını tələb etdiyi nəqliyyat vaistəsinin tərəflərin birgə mülkiyyəti olmasını qəbul etsə də, bu avtomobilin üçüncü şəxsin mülkiyyətində olduğunu, həmin daşınar əşyanın özgəninkiləşdirilməsinə əsas olmuş müqavilənin etibarsız hesab edilmədiyini nəzərə alaraq iddiaçının həmin avtomobilə pay hüququnun tanınmalı olmadığı qənaətinə gəlmişdir.
88. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlakın üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən (və ya satış dəyərindən) iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər-arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
89. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
90. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
91. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki,tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
92. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
93. Məhkəmə kollegiyasının qənaətinə görə də yuxarıda sadalanalara əsasən cavabdehin öz apellyasiya şikayətində istinad etdiyi dəlillər əsaslı olmadığı səbəbindən tərəfindən verilmiş şikayət ilə qətnamənin mübahisələndirdiyi hissəsinin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi qətnamənin bu hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
94. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-80/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsi – “X15 minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh ilə X8 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən “X15 minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 10.000 manatın 5.000 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev