Məhkəmə qərarları › İş №2(103)-3003/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3003/2024

06.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3003/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: işçilərin və ştatların ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, həmkarlar ittifaqı, həmkarlar ittifaqının razılığı, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (oğlu) Nümayəndə, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı “ştat ixtisarının, ərizələrinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının, ərizələrinin araşdırılması üçün şikayət edilən şəxsə göndərilməsinin qanunsuz hesab edilməsi, xəbərdarlığın, iş təklifi barədə bildirişin və aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *8 fevral 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 1996-cı ilin fevral ayından "xxxx" QSC-nin Mühafizə Departamentində işləmiş, həmin təşkilatda müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirmiş, sonuncu vəzifəsi QSC-nin Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi vəzifəsi olmuşdur.

2. İddiaçı ali təhsillidir, Ağdam rayonundan məcburi köçkündür.

3. "xxxx" QSC-nin “Boş vəzifə üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında” *1.*3.2*23-cü il tarixli 13-1/3-17-13*1*/2*23 saylı əmrinə görə, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən *1.*3.2*23-cü il tarixdən *1.*6.2*23-cü il tarixədək boş olan Mühafizə Departamentinin rəis vəzifəsini müvəqqəti icra edən təyin edilmişdir.

4. "xxxx" QSC-nin “Boş vəzifə üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında” *3.*6.2*23-cü il tarixli 13-1/3-17-2*295/2*23 saylı əmrinə görə, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən *5.*6.2*23-cü il tarixdən *5.*9.2*23-cü il tarixədək boş olan Mühafizə Departamentinin rəis vəzifəsini müvəqqəti icra edən təyin edilmişdir.

5. "xxxx" QSC-nin Müşahidə Şurasının iclasının *3.*7.2*23-cü il tarixli 2 nömrəli protokolu ilə, QSC-nin Gürcüstan filialının Əsasnaməsinin təsdiq edilməsi, QSC ilə aidiyyəti şəxslər arasında əqdlərin təsdiq edilməsi, QSC-nin yeni korporativ strukturunun təsdiq edilməsinə razılıq verilməsi qərara alınmışdır.

6. "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırma”da göstərilmişdir ki, “QSC-nin korporativ strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinin layihəsi hazırlanmışdır. Hazırda ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarətdir. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filial daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4 931 658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Eyni zamanda ADY-nin Müşahidə Şurasının 2*21-ci il 11 iyun tarixli 2 nömrəli protokolu ilə təsdiq edilmiş "xxxx" QSC-nin Müşahidə şurasının Təyinat və mükafatlandırma komitəsi haqqında Əsasnamə”yə əsasən ADY-nin korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi adıçəkilən komitənin funksiyalarından biri kimi müəyyən olunmuşdur. Qeyd olunanlara uyğun olaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi üçün məsələyə Təyinat və mükafatlandırma komitəsinin iclasında baxılması məqsədəuyğun hesab olunur”.

7. "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən QSC-nin Mühafizə departamentinin “Yuklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı 18.*7.2*23-cü il tarixdə “əmək müqaviləsinin ləğv edilməsi barədə” 71 saylı xəbərdarlıq ünvanlanmış, xəbərdarlıqda aşağıdakılar göstərilmişdir: "xxxx" QSC-nin Mühafizə departamentində aparılmış struktur dəyişikliklərin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən sözügedən xəbərdarlıq müdddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Həmçinin qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırki xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Eyni zamanda ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2*23-2*25-ci illər üçün X23”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli miqdarında birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur”.

8. "xxxx" QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmrə əsasən, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturu təsdiq edilmiş, ADY- nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq olunmuşdur.

9. "xxxx" QSC-nin Mühafizə Departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı tərəfindən Mühafizə Departamentinin rəisi vəzifəsini icra edən Tikrar Quliyevə, surəti İnsan resursları İdarəsinin rəisi Ceyhun Nağıyevə 25.*7.2*23-cü il tarixdə məktub ünvanlanmış, məktubda, ADY-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliklərinə əsasən Mühafizə departamentinin bir sıra ştat vahidlərinin, həmçinin həmin departamentdə tutduğu “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi ştat vahidinin ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixdə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, həmin vaxtdan etibarən dəfələrlə müraciət etsə də, struktur dəyişikliklərinə uyğun təsdiq edilmiş yeni ştat cədvəlinin ona təqdim edilmədiyi vurğulanaraq, ADY-nin sədrinin QSC-nin yeni korporativ strukturunun və ştata cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 sayl əmri ilə təsdiq edilmiş Mühafizə departamentinin 2*23-cü il üzrə ştat cədvəli ilə tanış edilməsinin təmin olunması xahiş edilmişdir.

10. "xxxx" QSC-nin 28.*7.2*23-cü il tarixli 13-1/3-9-2281/2*23 saylı əmri ilə Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 31.*7.2*23-cü il tarixdən Mühafizə Departamentinin rəisi vəzifəsinə keçirilmiş, əmrə əsas kimi T.S.Quliyevin ərizəsi və onunla 3*.11.2*22-ci il tarixdə bağlanmış 139 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 2 nömrəli əlavə razılaşma göstərilmişdir.

11. "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən QSC-nin Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı ünvanlanmış “İş təklif edilməsi barədə” 26.*7.2*23-cü il tarixli 1*7 saylı məktubda aşağıdakılar göstərilmişdir: "xxxx" QSC-nin (ADY) Mühafizə departamentinin bir sıra ştat vahidləri, həmçinin tutduğunuz həmin departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi vəzifəsi üzrə mövcud olan ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş 19.*7.2*23-cü il tarixdə sizə təqdim olunmuşdur. Sizə hal-hazırda vakant olan ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilir. Xəbərdarlıq müddətli ərzində təklif olunan vəzifəyə münasibət bildirməyiniz xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək”.

12. "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X15, Mühafizə Departamentinin şəxsi heyətin fiziki hazırlığı üzrə departament rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən X6, İnsan resursları şöbəsinin rəisi X12, İnsan resursları şöbəsinin aparıcı mütəxəssis X9, Mühafizə Departamentinin X16 Komitəsinin sədri Əlizadə Mehman Vəkil oğlu tərəfindən tərtib edilmiş 26.*7.2*23-cü il tarixli aktda göstərilmişdir ki, departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı təqdim edilmiş 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etmişdir.

13. İddiaçı "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyevə ünvanladığı *1.*8.2*23-cü il tarixli ərizəsində aşağıdakıları göstərmişdir: “Məlum olduğu kimi "xxxx" QSC-nin sədrinin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı müvafiq əmri ilə Mühafizə Departamentinin 2*23-cü il üzrə yeni ştat cədvəli təsdiq edilmişdir. Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən “Yüklərin və obyktlərin mühafizəsi şöbəsi”nin yeni təsdiq edilmiş həmin ştat cədvəlində “Xidmətin təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, Mühafizə departamentinin xidmətin təşkili şöbəsinin rəisi vəzifəsinə uyğun yeni xidməti vəsiqənin mənə verilməsini və hazırda qüvvədə olan müqavilə tərəfi olduğum əmək müqaviləsində şöbənin adında müvafiq qeydlər edilməsinin və ya əgər Xidmətin təşkili şöbəsinin rəisi vəzifəsi adının fərqliliyi baxımından başqa iş hesab edilirsə, mənim vakant olan həmin vəzifəyə keçirilməyimin təmin olunmasını xahiş edirəm”.

14. İddiaçı "xxxx" QSC-nin sədrinə, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına ünvanladığı 1*.*8.2*23-cü il tarixli ərizədə göstərmişdir ki, “QSC-nin müvafiq əmri ilə təsdiq edilən struktur dəyişikliyindən sui-istifadə edərək Mühafizə departamentinin rəhbərliyi ixtisar adı altında onun əmək qanunvericiliyində və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarımı aşkar şəkildə pozur. Belə ki, təsdiq edilmiş struktur dəyişikliklərinə və ştat cədvəllərinə əsasən mənim departamentdə tutduğum müvafiq ştat vahidinin guya ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixdə mənə xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq təqdim edilən andan şifahi və rəsmi müraciətlərimə baxmayaraq hər bir vasitə ilə yeni təsdiq edilmiş ştat cədvəli məndən gizlədərək təqdim edilməmişdir. Lakin buna baxmayaraq məlum olmuşdur ki, əvvəlki ştat cədvəli ilə müqayisədə yeni təsdiq edilmiş ştat cədvəlində ümumilikdə departament üzrə 1**-ə yaxın ştat vahidi artmış, əvvəlki ştat cədvəlində nəzərdə tutulan 5 şöbədən biri istisna edilməklə digərlərinin adında dəyişiklik edilmiş, bir şöbə isə əlavə edilərək şöbələrin sayı 6-ya artırılmışdır. Hazırda tutduğum vəzifəyə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan “Xidmətin təşkili şöbəsinin rəisi” ştatı vakant olmasına baxmayaraq, rəhbərlik ixtisar adı ilə məni işsiz qoymaqla bərabər, həmin vəzifəyə və departament üzrə olan digər rəhbər vəzifələrə vakant vəzifə kimi kənardan, özünün şəxsi münasibətləri olan, bir çoxu pensiyaya çıxarılmış şəxsləri gətirməkdə davam edir, mənə isə tutduğum rəhbər kateqoriyasına aid vəzifədən 9 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu - atıcı ( səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini rəsmi şəkildə nümayiş etdirir. Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidməti təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, mənim tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən şöbə rəisi vəzifəsinə keçirilməyimin təmin olunmasına dair Departament rəisinə poçt vasitəsi ilə rəsmi ərizə təqdim etsəm də, həmin ərizə *3.*8.2*23cü il tarixdə, saat 1*.47-də poçt vasitəsi ilə Departamentə təqdim edilməsinə baxmayaraq hazırkı günə qədər ərizə qeydiyyata belə alınmamış və bununla da hüquqlarım bir daha əhəmiyyətli dərəcədə pozulmuşdur. Hazırda vəzifəmdə əmək fəaliyyətimi davam etdirməyimə baxmayaraq 31.*7.2*23-cü il tarixdən etibarən rəhbərlik “İddiaçı” adına açılmış “i.shukurov” loqinli e_Doc girişimi bağlatdırmış və mənim daxili elektron yazışma üzrə hüquq və vəzifələrimin həyata keçirilməsini tam şəkildə blokadaya aldırmışdır. ADY mühafizəsi sahəsində atıcı, böyük atıcı, bölmə rəisi, qarovul rəisi, komanda rəisinin müavini, komanda rəisi və şöbə rəisi olmaqla təkcə dəmiryolmühafizəsində 1996-cı ildən hazırkı vaxta qədər 27 ildən artıq əmək təcrübəm var. Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə, daha sonra aspiranturanı bitirmiş, 3 elmi əsərin müəllifiyəm. ADYnin mühafizə sahəsindəki əsasnamələrin, təlimatların, qaydaların və sair tənzimləyici aktların əksəriyyətinin tərtibi və təkmilləşdirilməsi istiqamətində də xidmətlərim çoxdur. Hazırda iki övladım tələbədir və dörd nəfərlik ailənin yeganə qazanc gətirəni kimi himayəmdə üç işləməyən ailə üzvüm var. Hər kəsə məlumdur ki, ölkəmizdə bütün sahələrdə gedən sürətli inkişaf möhtərəm prezidentin sərrast siyasətinin və qətiyyətli iradəsinin məntiqli nəticəsidir. Məhz bu inkişafın fonunda sosial istiqamətdə icrası uğurla davam etdirilən layihələrdən biri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması baxımından son dövrlərdə inşa edilmiş “Qobu Park” yaşayış kompleksinin istifadəyə verilməsidir ki, qayğıkeş prezidentimizn bu diqqət və qayğısından bizim ailəmizin də payına düşmüşdür və biz həmin kompleksdə evlə təmin edilmişik. “Məcburi köçkünlərə daim diqqət və qayğı göstərilməlidir” tələbini müxtəlif çıxışlarında dəfələrlə səsləndirən möhtərəm prezidentimizin məcburi köçkün ailəsinə göstərdiyi qayğı və diqqətini və qeyd edilən tələbinin əksinə olaraq, "xxxx" QSC-nin Mühafizə departamentinin rəhbərliyinin, işində hər hansı qüsuru olmayan, qeyd edilən göstəricilərə və sosial şəraitə malik bir ailə başçısının qərəzli şəkildə işsiz qoymaq istəməsi təəcüb doğurur. Sizdən xahiş edirəm ki, qeyd olunan ciddi neqativ hallar barədə qanunamüvafiq tədbirlər görülməsinə, heç bir ixtisar olmadığı halda məni məqsədli şəkildə işsiz qoymaq istəyən rəhbərliyin qərəzli və qanunsuz əməllərinə son qoyulmasına, hamının öz vəzifəsinə uyğun vəzifələrə keçirildiyi kimi mənim da vəzifəmə uyğun olan Xidmətin təşkili şöbəsinin rəisi vəzifəsinə keçirilməyimin (bərpa olunmağımın) təmin olunmasına göstəriş verəsiniz və məni şəxsən qəbul edəsiniz”.

15. Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyev tərəfindən İddiaçı ünvanlanmış 25.*8.2*23-cü il tarixli 13-1-18/2-Ş-3493/1-1/2*23 saylı məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, X5 Bakı şəhər idarəsinə ünvanlanmış 26.*7.2*23-cü il tarixli, "xxxx" QSC-yə ünvanlanmış 1*.*8.2*23-cü il tarixli müraciətinə aidiyyəti üzrə Mühafizə departamentində baxılmışdır. Qapalı Səhmdar Cəmiyyətin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu şöbə rəisi ştatı da ixtisar olunmuşdur. Həmçinin ona qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin o, iş təklifindən imtina etmişdir”.

16. "xxxx" QSC-nin Mühafizə departamentinin X16 Komitəsinin 96 nömrəli 13.*9.2*23-cü il tarixli iclas protokoluna əsasən, QSC-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliyinə uyğun olaraq Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatından və 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.

17. "xxxx" QSC-nin Mühafizə Departamentinin 2*.*9.2*23-cü il tarixli 13-1-18/3- 1*-6632/2*23 nömrəli əmri ilə, Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.

18. Əmrdə göstərilmişdir ki, "xxxx" QSC-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 nömrəli əmri ilə ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi ştatı ixtisar edilmişdir. Bununla əlaqədar “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin rəisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə 18.*7.2*23-cü il tarixli 71 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Mühafizə departamentinin X16 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir.

19. Əmrdə İddiaçıla son haqq-hesabın aparılması, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi dövrdə istifadə etmədiyi 42.4 təqvim günü (17.*9.2*21-17.*9.2*22-ci iş ili üçün 12 təqvim günü, 17.*9.2*22-17.*9.2*23-cü iş ili üçün 3* təqvim günü, 16.*9.2*23-21.*9.2*23-cü iş ili üçün *,4 təqvim günü) əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin, habelə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsini təmin etməsi Mühafizə departamentinin İnsan resursları şöbəsinə tapşırılmış, əmrə əsas kimi ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5- 22*11/2*23 nömrəli əmri, Mühafizə departamentinin X16 Komitəsinin 13.*9.2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarış göstərilmişdir.

20. "xxxx" QSC-nin İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev tərəfindən Hüquq departamentinin müdiri Nicat Quliyevə ünvanlanmış 21.12.2*23-cü il tarixli məktubda göstərilmişdir ki, Mühafizə departamentindən əldə olunan məlumatlara əsasən məhkəmənin tələb etdiyi tarixlər arasında 692 ştat ixtisar edilmişdir. 48 nəfər işçi əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsini qəbul edərək, 2 nəfər işçi öz xahişi ilə, İddiaçı da daxil olmaqla 2 nəfər işçinin müqaviləsinə isə ixtisarla bağlı xitam verilmişdir. Bundan əlavə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmişdir. İxtisara düşmüş ştatları tutan 3 işçi isə xəstəlik və sosial məzuniyyət məsələləri ilə bağlı bu proseslərə cəlb edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. İddiaçı (iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ştat cədvəlinin təqdim olunması ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58- 3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X3 göndərilməsinin, ona münasibətdə aparılmış ştat ixtisarının qanunsuz hesab olunması, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv olunması, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi”, hazırkı “Xidmətin təşkili” şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması, məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir.

23. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 1996-cı ilin fevral ayından indiki "xxxx" QSC-nin Mühafizə Departamentində işləmiş, həmin təşkilatda sıravi (atıcı) vəzifəsindən şöbə rəisinə qədər müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirərək 27 ildən artıq əmək təcrübəsi əldə etmişdir. Ali təhsillidir, hazırda iki övladı tələbədir, himayəsində üç işləməyən ailə üzvü var, dörd nəfərlik məcburi köçkün ailəsinin yeganə qazanc gətirənidir. ADY Mühafizə Departamenti rəhbərliyi ADY sədrinin “ADY-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə” 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı əmrindən sui-istifadə edərək ixtisar adı altında tutduğu müvafiq ştat vahidinin guya ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixində ona xəbərdarlıq təqdim etmiş, bundan sonra hüquqlarını qərəzli şəkildə dəfələrlə pozmuş, 2*.*9.2*23-cü il tarixdə isə 13-1-18/3-1*-6632/2*23 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Hesab edir ki, ona təqdim olunmuş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlıq etibarsız, əmək müqavilənin ləğv olunması haqqında əmr və həmin əmrə əsas kimi göstərilən ştat ixtisarı qanunsuz və əsassızdır. Bütün bunlar işəgötürənin ona qarşı aşkar qərəzli münasibətinin nəticəsidir və hüquqlarını kobud şəkildə pozur. Təqdim edilmiş xəbərdarlıqla bağlı bildirir ki, bu xəbərdarlığı imzalayaraq ona işəgötürən qismində təqdim etmiş Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq üzrə müavini X4 ADY sədrinin *1.*3.2*23-cü il tarixli 13-1/3-17-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən müvəqqəti icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.S.Quliyev isə işəgötürən qismində çıxış edərək qeyd edilən xəbərdarlığı 18.*7.2*23-cü il tarixdə, bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalamışdır. ADY sədrinin *3.*6.2*23-cü il tarixli 13-1/3-17- 2*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri *5.*9.2*23-cü il tarixədək uzadılsa da, düşünür ki, sonuncu əmr Azərbaycan Respublikası ƏM-nin 61.3-cü maddəsinin tələblərınə ziddir. Belə ki, həmin maddənin tələbinə görə boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Göründüyü kimi, T. S. Quliyevin göstərilən səlahiyyətlərinin uzadılması ilə bağlı ADY sədrinin *3.*6.2*23-cü il tarixli 13-1/3-17-2*295/2*23 saylı əmri qanunun normasının tələblərini aşkar şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, həmin əmr və əmrin verdiyi səlahiyyətlər qanuni hesab edilməməli, qeyd olunmuş səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanaraq təqdim edilmiş xəbərdarlıq məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Onu da qeyd etmək lazımdır ki, ona təqdim edilmiş xəbərdarlıqda “Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi” ştatının ixtisar olunması göstərilmiş və aparılmış ştat ixtisarının əsası kimi ADY sədrinin müvafiq əmrinə istinad edilmişdir. ADY sədrinin istinad edilən 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı əmrindən də göründüyü kimi həmin əmr korporativ strukturun və ştat cədvəllərinin təsdiq edilməsi haqqında olub hər hansı ştat ixtisarını özündə ehtiva etmir. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan müvafiq yüklərin mühafizə və müşayiəti, həmçinin oğurluq və digər qeyri-qanuni qəsdlərlə mübarizə üzrə Mühafizə Departamentinin yeganə xidmət şöbəsi olaraq mühafizə kontingentinin (yerlərdəki mühafizə bölmələrinin) təmin etdiyi mühafizə işlərində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən struktur vahididir (şəxsi işində olan vəzifə təlimatında əksini tapmışdır). Şöbənin adı 2**1-2**2-ci illərədək “Xidmətin Təşkili” şöbəsi, daha sonra bir müddət “Yüklərin və obyektlərin təhlükəsizliyi” şöbəsi, son ştat cədvəli təsdiq edilənə qədər “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsi, hazırkı - yeni ştat cədvəlində isə yenidən “Xidmətin Təşkili” şöbəsi adlandırılmışdır. Buna gorə də təbii ki, xidməti fəaliyyəti mühafizə işlərindən ibarət olan Mühafizə Departamentində yuxarıda qeyd edilmiş mühafizə fəaliyyətləri üzrə xidməti təşkil edən yeganə struktur vahidinin və onun alt struktur vahidlərinin ləğv edilməsi inandırıcı görünmədiyindən yeni ştat cədvəlinin təqdim olunması haqqında 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı ərizə ilə cavabdeh Mühafizə Departamentinə müraciət etmişdir. Lakin yeni ştat cədvəli ona təqdim olunmamış, həmin ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamı, bununla da cavabdeh Mühafizə Departamenti Azərbaycan Respublikası ƏMnin 12-ci maddəsinin “e” bəndinin tələblərini aşkar şəkildə pozmuşdur. Qanunun normasının tələbinə görə işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq işəgötürənin əsas vəzifələri və məsuliyyətlərindəndir. Düşünür ki, cavabdeh Departament tərəfindən yeni ştat cədvəlinin ona təqdim edilməməsi və bununla əlaqədar təqdim etdiyi 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58- 3868/2*23 saylı ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmaması qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda ştat cədvəlini hər bir vasitə ilə gizlədən cavabdeh Mühafizə Departamenti 26.*7.2*23-cü il tarixdə ona 1*7 saylı məktubla iş təklifi barədə bildiriş təqdim edərək vəzifəsinə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan bir neçə şöbə rəisi, bir neçə böyük mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştatları vakant olmasına baxmayaraq, tutduğu rəhbər kateqoriyasına aid vəzifədən 9 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu - atıcı (səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini bir daha nümayiş etdirmişdir. Həmin iş təklifi məktubunda xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməyi xahiş olunsa da, bununla bağlı qarşıda tam 8 həftə xəbərdarlıq müddətinin olmasına baxmayaraq, bir daha cavabdeh Mühafizə Departamentinin rəhbərliyi ona qarşı qərəzli addım ataraq təklif edilən vəzifədən imtina etməsi haqqında akt tərtib etmiş, bundan sonra isə xəbərdarlıq müddətinin gedişində Departament rəisi X4 ona təklif edilməmiş, yuxarıda göstərilən rəhbər və mütəxəssis kateqoriyasından olan vəzifələrə vakant vəzifə kimi kənardan özünün şəxsi münasibətləri olan, əksəriyyəti pensiyaya çıxarılmış şəxsləri işə qəbul etmişdir. Hesab edir ki, xəbərdarlıq müddəti dövründə Mühafizə Departamentində mövcud olan kifayət qədər rəhbər və mütəxəssis kateqoriyasına aid vakant ştat vəzifələrinə Departameni rəisi T. S. Quliyevin özünün əvvəllər işlədiyi təşkilatlardakı tanışlarını işə qəbul etdiyi halda ona həmin vəzifələrdən hər hansı birini deyil, yalnız struktur üzrə ən aşağı - fəhlə kateqoriyasından sonuncu vəzifənin təklif edilməsi qərəzli və qanunsuz hesab edilməlidir. Ştat cədvəli ilə bağlı sonradan ona məlum olmuşdur ki, yeni təsdiq edilmiş ştat cədvəlində nəinki vakant yerlər (boş vəzifələr) ləğv edilməmişdir, hətta əvvəlki ştat sayı ilə müqayisədə ümumilikdə Departament üzrə 1**-ə yaxın ştat vahidi artırılmış, şöbələrin sayı isə əksəriyyətinin adlarında dəyişikliklər edilməklə 5 şöbədən 6 şöbəyə çoxaldılmışdır. O cümlədən “Yüklərin və obyektlərin mühafizəsi şobəsi”nin adı dəyişdirilərək, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidmətin təşkili şöbəsi” kimi qeyd edilmişdir. Ona görə də cavabdeh Mühafizə Departamentinin rəhbərliyinə Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidmətin təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq onun tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən şöbə rəisi vəzifəsinə keçirilməsinin təmin olunmasına dair *1.*8.2*23-cü il tarixdə ərizə ilə rəsmi müraciət etmişdir. Lakin cavabdeh Mühafizə Departamenti bu müraciətinə də hər hansı cavab verməmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “e” bəndinin tələblərini bir daha aşkar şəkildə pozmuşdur. Hesab edir ki, bu müraciətinə də qanunvericilikdə nəzərdə tutulmuş muddətdə və qaydada baxılmaması qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda, hüquqlarının cavabdeh Mühafizə Departamentinin rəisi X4 tərəfindən dəfələrlə pozulması və onun qərəzli hərəkətlərı barədə 1*.*8.2*23-cü il tarixli ərizələrlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına və "xxxx" QSC-nin sədrinə müraciət etmiş, müvafiq müraciətlər baxılması üçün "xxxx" QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC müraciətində göstərdiyi xüsusatları araşdırmaq, hüquqlarının pozulmasının və ona qarşı qərəzli hərəkətlərin qarşısının alınması baxımından tədbirlər görmək əvəzinə, “X1” Azərbaycan Respublikası Qanununun 7.13-cü bəndinin tələblərinə zidd olaraq şikayətini araşdırılması üçün şikayət olunan şəxsə - Mühafizə Departamentinin rəisi X3 göndərmişdir. T.Quliyev isə ərizəsində göstərilmiş xüsusatların təbii olaraq hər hansı birini araşdırmadan tutduğu ştat vahidinin ixtisar olunması və ona bu barədə xəbərdarlıq təqdim edilməsi haqqında məlumat vermişdir. Hesab edir ki, şikayətini araşdırmaq əvəzinə onun haqqında şikayət etdiyi şəxsə göndərilməsi və ərizəsinin məzmununa uyğun olmayan, mənasız cavab verilməklə qərəzli münasibətə məruz qoyulması məhkəmə tərəfindən qanunsuz hesab edilməlidir. Nəhayət bildirir ki, əmək müqavilənin ləğv edilməsi barədə cavabdeh Departamentin 2*.*9.2*23-cü il tarixli 13-1- 18/3-1*-6632/2*23 saylı əmrinin hər hansı hüquqi əsası yoxdur və həmin əmr ləğv edilməlidir. Belə ki, müvafiq mübahisəli əmrin məzmunundan da görünür ki, əmrin yeganə əsası kimi ADY-nin müvafiq əmri ilə tutduğu ştat vahidinin guya ixtisar edilməsinə istinad olunmuşdur. Göründüyü kimi qanunun qeyd olunan tələbi işəgötürən üçün həmin Məcəllənin 7*-cı maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən 7*-ci maddənin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt qoymuşdur ki, bu əsasla işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Deməli ƏM-nin 7*-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsi ləğv edilərkən ilk olaraq işçilərin sayının azaldılması və ştatın ixtisarının zəruriliyinin əsaslandırılması qanunun işəgötürən qarşısında qoyduğu əsas şərt kimi çıxış edir. Lakin konkret olaraq “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”nin bir struktur vahidi və ya həmin şöbənin rəisi vəzifəsinin bir ştat vahidi kimi ixtisar edilməsinin zəruriliyini əsaslandıran hər hansı əmr və ya tənzimləyici akt yoxdur. Həmçinin mübahisəli əmrdə istinad edilən ADY-nın 13.*7.2*23-cü il tarixli əmri də yuxarıda qeyd edildiyi kimi hər hansı ştat vahidinin ləğv edilməsinin əsaslandırılması ilə əlaqədar deyildir. Mübahisəli əmrdən göründüyü kimi cavabdeh Departament qanunun normasının tələblərinə riayət etməmiş, ümumi sözlərə əsaslanaraq, sadə söz yığınından ibarət əmr vermiş və əsassız olaraq əmək müqaviləsini ləğv etmişdir. Göründüyü kimi işəgötürən qismində çıxış edən cavabdeh Departament heç bir ixtisar olmadığı halda ştat vahidlərinin adlarının dəyişməsini bəhanə etmiş, əmək hüquqlarını pozmuş, 16**-dən artıq kontingenti olan Departamentdə hamını öz vəzifəsinə uyğun vəzifələrə keçirdiyi halda, onun da vəzifəsinə uyğun olan və xəbərdarlıq müddətində vakant olan kifayət qədər vəzifə olmasına baxmayaraq, hər hansı uyğun vəzifəyə keçirilməsini təmin etməmiş, ayrı-seçkiliyə yol vermiş, məcburi köçkünlüyü kimi diqqətəlayiq halları qətiyyən nəzərə almamış və aşkar şəkildə qərəzli münasibət nümayiş etdirərək əmək müqaviləni ləğv etmək haqqında əmr vermişdir. 25.*9.2*23-cü il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərmiş, 19.1*.2*23-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır.

24. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, uzun illər cavabdeh qurumda çalışmış, 1996-2***-cı illərdə “atıcı” vəzifəsində, 2***-2**1-cı illərdə “böyuk atıcı” vəzifəsində, 2**1-2*17-cı illərdə indiki “növbə rəisi”, əvvəlki “qaravul bolmə rəisi” vəzifəsində, 2*17-ci ildə bir ay yarım əvvəlki “komanda rəisinin müavini” vəzifəsində, bundan sonra 4 ay müddətində həmin komandanın rəisi vəzifəsində, bundan sonra isə, yəni 2*18-ci ilin 2* fevral tarixindən 2*23cü ilə qədər “Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi” vəzifəsində işləyərək 27 ilə yaxın həmin qurumda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2*23-cü ilin iyul ayının 19da mühafizə departamentinin rəisi ona xəbərdarlıq təqdim etmiş, həmin xəbərdarlıqdan məlum olmuşdur ki, guya 13.*7.2*23-cü il tarixli əmrlə onun tutduğu vəzifə ləğv edilmişdir. İşdən çıxarılması yeni ştat cədvəli ilə bağlı olduğuna görə, onunla tanış olmasına şərait yaradılması üçün ərizə təqdim etmişdir. Həmin ərizə 25.*7.2*23-cü il tarixdə tərəfindən elektron kargüzarlığa yüklənmişdir. Lakin bu günə kimi ona cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Bununla da, cavabdeh ƏM-nin 12-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Daha sonra 26.*7.2*23-cü il tarixdə cavabdeh qurum tərəfindən ona iş təklif olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, xəbərdarlıq müddəti ərzində, yəni 2*.*9.2*23-cü il tarixinədək təklif olunmuş vəzifəyə razı olub-olmaması barədə məlumat verməlidir. Lakın həmin müddəti gözləmədən elə həmin gün akt tərtib edərək guya təklif olunan vəzifədən imtina etməsi rəsmiləşdirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, çalışdığı “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin əvəzinə sadəcə ad dəyişikliyi edilərək “Xidmətin təşkili” şöbəsi yaradılmışdır və onun tərkibində bu neçə mütəxəssis və aparıcı mütəxəssis vəzifələri mövcuddur. O, yeni yaradılmış olduğu bildirilən, lakin sadəcə ad dəyişikliyı olunan şöbənin rəisi təyin olunması barədə *1.*8.2*23-cü il tarixdə cavabdeh guruma müraciət etmiş, lakin həmin məktuba da bu günə kimi cavab verilməmişdir. Ona verilmiş xəbərdarlığa əsas kimi 13.*7.2*23-cü il tarixli ştat ixtisarı ilə bağlı əmr göstərilir. İlk öncə qeyd edir ki, xəbərdarlıq cavabdeh qurumun mühafizə departamentinin rəsmi blankında departamentin şəxsi heyətinin fiziki hazırlıq üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən imzalamışdır. Həmin xəbərdarlığın nə üçün etibarsız hesab olunmalı olduğunu bildirmələrinə gəlincə isə nəzərə çatdırır ki, adıçəkilən şəxs cavabdeh qurumun sədrinin *1.*3.2*23-cü il tarixli əmri ilə ƏMnin 61-ci maddəsinin tələblərini əsas gətirərək departament rəisinin vəzifələrinin müvəqqəti icra edilməsi barədə əmri əsasında işəgötürən qismində çıxış etmişdir. ƏM-nin 61-cı maddəsində bu müddətin üç ay olduğu nəzərdə tutulmuşdur, həmin müddət bitdikdən sonra isə əvəzedici işçi ya həmin vəzifəyə keçirilir, ya da hər iki vəzifə birləşdirilir, ya da həmin vəzifəyə başqa bir şəxs təyin olunur. Lakin cavabdeh qurum bu tələbləri pozaraq *3.*6.2*23-cü il tarixdə yenidən 3 ay müddətinə həmin müddəti uzatmışdır. Adıçəkilən xəbərdalıq da qeyd etdikləri ikinci 3 aylıqda verildiyindən hesab edirlər ki, etıbarsızdır. Xəbərdarlıqda istinad olunan əmrə gəlincə isə bildirir ki, həmin əmrdə ştatların ixtisarından ümumiyyətlə söhbət getmir. Həmin əmr adından da göründüyü kimi AR ADY-nın yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədədir. Orada qeyd olunub ki, AR ADY-nin yeni kooperativ strukturu təsdiq edilsin və əlavə 1-ə istinad edilib ki, onun nədən ibarət olması öz əksini tapmayıb. 2-i olaraq isə AR ADY-nın 2*23-cü il üçün ştat cədvəlləri təsdiq edilsin və orada da əlavə 2-yə istinad edilir ki, onun da nədən ibarət olması öz əksini tapmayıb. Orada qeyd edilən ştat cədvəlini uzun müddət əldə edə bilməmişlər. Yalnız sadəcə keçən məhkəmə iclasında qarşı tərəfin nümayəndələri onu təqdim etdilər. Digər bir məsələ aparılmış ştat ixtisarının ona münasibətdə qanunsuz hesab edilməsi ilə bağlıdır. Qarşı tərəf bildirir ki, guya müraciət olunub müşahidə şurasına ştat cədvəllərinin və kooperativ strukturun müəyyən olunması ilə bağlı, lakin bununla bağlı heç bir sübut təqdim edilməyib. Qarşı tərəf bir sənəd, hüquqi əsaslandırma təqdim edib ki, o heç bir imza möhür və s. ilə təsdiq edilməyib. Bundan başqa qarşı tərəfin təqdim etdiyi müşahidə şurasının protokoluna baxsalar görərlər ki, orada cəmi 3 dənə məsələyə baxılıb. Onlardan ikisi ümumiyyətlə ştat, struktur ilə bağlı deyil. Yalnız 3-cü məsələ AR ADY-nın yeni kooperativ strukturunun təsdiq edilməsinə razılıq verilməsi ilə bağlıdır ki, o du ştatların ixtisarını özündə ehtiva etmir. Bununla bağlı AR Prezidentinin 3*.*3.2*21-ci il tarixli sərəncamı vardır ki, burada AR ADY-nın kooperativ strukturu və ştat cədvəlinin ixtisarının müşahidə şurasının razılığı əsasında həyata keçirilməsini özündə ehtiva edir. Lakin müşahidə şurası sadəcə kooperativ strukturun təsdiq edilməsi məsələsinə baxmışdır. Orada ştatların ixtisarına toxunulmamışdır. Buradan da bu nəticəyə gəlmək olar ki, cavabdeh qurum bunu özbaşına etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdə kifayət qədər ziddiyyətlər vardır. Belə ki, cavabdehin nümayəndələri bir neçə məhkəmə iclasında bildirdi ki, 582 nəfər işçinin ümumi AR ADY üzrə ixtisarı nəzərdə tutulmuşdur. Bu məhkəməyə təqdim edilən ştat cədvəlinin ixtisarı ilə bağlı sənəddə də öz əksini tapmışdır. Lakin təqdim edilən 21.12.2*23-cü il tarixli sənəddə də qeyd edilir ki, mühafizə departamentindən əldə olunmuş məlumatlara əsasən qeyd edilən tarixlər arasında, yəni 19.*7.2*23-2*.*9.2*23-cü illər arasında 692 ştat ixtisar olunmuşdur. Necə ola bilər ki, AR ADY-nın tərkibində olan ümumi ixtisar sayından daha artıq olsun. Buradan bu qənaətə gəlmək olur ki, cavabdeh qurum məhkəməyə təhrif olunmuş, səhv məlumatlar təqdim edilmişdir. Bundan başqa qarşı tərəfin məhkəməyə təqdim etdiyi ştat cədvəlini mötəbər sübut hesab etmirlər. Belə ki, həmin sənəd hər hansı formada təsdiq edilməyib. Bundan başqa həmin sənəd təhrif olunmuşdur. Belə ki, 29.*9.2*23-cü il tarixli sənədə diqqət etsələr görərlər ki, mühafizə departamentini rəisi insan resursları şöbəsinə müraciət edərərək bildirir ki, məsləhətçi və s. vəzifələr üzrə yer vakantdır. Daha sonra işə qəbulla bağlı əmr verilib, lakin məhkəməyə təqdim edilmiş ştat cədvəlində həmin vəzifə qeyd edilməyib. Ona görə də hesab edirlər ki, təqdim olunan ştat cədvəli saxtadır. O, “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsi adlandırılmış struktur hissədə çalışırdı. Həmin şöbənin funksiyaları ADY-nın obyektərinin və daşınar yüklərinin mühafizə və muşahidəsindən ibarət idi. Hazırda da həmin funksiyalar həyata keçirildiyi halda həmin bölmənin adını dəyişdirərək “Xidmətin təşkili” qoymaqla 27 illik iş təcrübəsi olan onu iki il müddətinə gözləmə mövqeyində saxlamaqla, ümumiyyətlə AR ADY-yə aid olmayan orqanlardan yeni işçilər gətirmiş və onlarla əmək müqaviləsi bağlamışdır. Gətirilmiş işçilərin də bir neçəsi onun öz yaxın adamlarıdır. Odur ki, burada hər hansı ixtisardan söhbət gedə bilməz. Bundan başqa qarşı tərəf təqdim edib ki, ona verilən xəbərdarlıq müddəti ərzində 295 vəzifə vakant olmuşdur. Həmin siyahıda xidmətin təşkili şöbəsində olan vakant vəzifələrin sayı 5 dənə göstərilib. Lakın özlərinin təqdim etdiyi ştat cədvəlində xidmətin təşkili şöbəsinin 7 nəfərdən ibarət olduğu göstərilir. Vakant vəzifəyə çıxarılmayan yeni yaradılmış struktur hissədə o, iki nəfərin nə vaxt təyin edilməsi isə məlum deyildir. Ya ştat cədvəli təsdiq edilməmişdən öncə təyin olunub, ya da onlar məhkəməni aldadaraq o iki vakant vəzifəni gizlədiblər. Bundan başqa məsləhətçi vəzifəsinin vakant olması həmin cədvəldə də oz əksini tapmamışdır. Ümumi AR ADY ilə bağlı fikir söyləyə bilməz, lakin AR ADY-nin mühafizə departamentində ştatların sayı köhnə ştat cədvəli ilə 1547 nəfər olduğu halda, yeni stat cədvəli ilə 1623 nəfərə qaldırılıb. Belə olan halda hansı ixtisardan söhbət gedə bilər? Bundan başqa mühafizə departamentinin tabeliyində əvvəl 5 şöbə olduğu halda, yeni ştat cədvəlində şöbələrin sayı 6-ya qaldırılıb. Bundan başqa onun rəhbərlik etdiyi “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin adı dəyişdirilərək “Xidməti təşkili” şöbəsi adlandırılmışdır, hansı ki, eyni funksiyaları həyata keçirirlər. Orada işçilərin sayı 6 nəfərdən 7 nəfərə qaldırılıb. Yəni mühafizə departamentındə ixtisar aparılmayıb. Ona 17.*7.2*23-cü il tarixdə xəbərdarlıq olunub, əmr 2*.*9.2*23-cü il tarixdə verilib. ƏM-nin 2*18-ci il tarixli kommentariyasında olan AR ƏM-nin 7*-ci maddəsinin “b” bəndinə olan izahına baxsalar onun 9*% müddəaları hazırkı mülkı iş üzrə cavabdehin hərəkətlərinin qanunsuz olduğunu deməyə əsas verir. Bundan başqa hazırkı mübahisəli hallar üzrə yuxarı instansiya məhkəməsinin müvafiq qərarları mövcuddur. Bakı Apellyasıya Məhkəməsinin müvafiq hallarla bağlı 31.11.2*23-cü il tarixli məhkəmə aktı mövcuddur. Ali Məhkəmənin 17.1*.2*23-cü il tarixli qərarında da kifayət qədər məsələlərə aydınlıq gətirilir. Hesab edir ki, cavabdeh qurum ona qarşı qərəzlı münasibət bəsləmiş, onun tutduğu vəzifədən 9 dəfə aşağı vəzifəni təklif etmiş, kənar şəxsləri gətirərək yüksək vəzifələrə təyin etmiş və bununla da onun hüquqlarını kobudcasına pozmuşdur. O, bilavasitə yüklərin və obyektlərin rəisi vəzifəsini icra edirdi və həmin şöbə ölkə üzrə bu sahədə mühafizəni və bu sahədə sənədləşməni həyata keçirmişdir. Əgər həmin şöbə ixtisar olunurdusa, hesab edir ki, onunla oxşar funksiyaları həyata keçirən şöbə və ştat vahidləri də ixtisar olunmalı idi. Lakin T.Quliyev sırf öz ətrafını işlə təmin etməsinə ehtiyac olduğundan bu addımı atmışdır. ƏM-nin 71-ci maddəsində qeyd edilir ki, işəgötürən işçinin tutduğu vəzifənin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (oğlu) Nümayəndə da iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.

26. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazda aşağıdakıları göstərmişdir: “ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə Departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəis ştatı ixtisar edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nın mühafizə departamentinin 18.*7.2*23-cü il tarixli 71 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 19.*7.2*23-cü il tarixdə təqdim edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Xəbərdarlıq müddəti ərzində 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nın Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilmiş, lakin həmin tarixli akta əsasən iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 13.*9.2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarışa əsasən "xxxx" QSC Mühafizə departamentinin X16 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*- 6632/2*23 nömrəli əmrlə Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin rəisi İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Mühafizə departamentinin rəisi vəzifəsini X1* 26.*7.2*23-cü il tarixə kimi müvəqqəti icra etmiş, 31.*7.2*23-cü il tarixdən isə həmin vəzifəyə təyin olunmuşdur. Həm müvəqqəti icra zamanı, həm də həmin vəzifəyə təyin olunduğu müddətdə X7 ADY sədrinin əmrinə əsasən işəgötürən səlahiyyətinə malikdir. Bu hissədə də iddia tamamilə əsassızdır. ADY-nin aparatı və tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət idi. Korporativ strukturun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmrlə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Həmin ştat cədvəlinə əsasən yeni korporativ strukturda 12 struktur bölmə ləğv edilmiş, 7 struktur bölmə yaradılmış, hal-hazırda 26 struktur bölmə fəaliyyət göstərir. ADYdə struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidi azaldılmışdır. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4 931 658,44 manat (vergilər daxil) məbləğində qənaət olunmuşdur. Eyni zamanda, Mühafizə Departamentində 13.*7.2*23-cü il tarixli, 13- 1/3-5-22*11/2*23 nömrəli ştat cədvəlinə əsasən 692 ştat ixtisar edilmişdir. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi və həmin şöbədəki bütün ştat vahidləri ləğv edilmişdir. Müvafiq departamentdə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmişdir. İddiaçının çalışdığı şöbə və vəzifə ixtisara düşdüyündən ona həmin dövrdə vakant olan ştatlar üzrə iş təklifi edilmiş, iddiaçı isə həmin təklifi qəbul etməmişdir. Belə ki, o hesab etmişdir ki, ona öz vəzifəsinə uyğun, yəni şöbə rəisi vəzifəsinə uyğun analoji iş təklifi olunmalıdır. Lakin məhkəməyə təqdim etdikləri siyahıya uyğun olaraq məlum olur ki, həmin dövrdə vakant şöbə rəisi vəzifəsi olmamışdır. İddiaçıya uyğun vakant olan vəzifələr ona təklif edilmişdir. Həmçinin qeyd edirlər ki, Əmək Məcəlləsində işəgötürənin ştat ixtisarı zamanı işçini əvvəlki vəzifəsinə uyğun vəzifəylə təmin etmə öhdəliyi yoxdur. Hazırki mübahisədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Bundan sonra, qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nın mühafizə departamentinin 18.*7.2*23-cü il tarixli 71 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 19.*7.2*23-cü il tarixdə təqdim edilmiş, xəbərdarlıq müddəti ərzində 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nın Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilmiş, lakin həmin tarixli akta əsasən iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, əmək müqaviləsinin ləğv edilməsinə "xxxx" QSC Mühafizə departamentinın X16 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yəni, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütun tələblərinə riayət edildiyindən müvafiq xəbərdarlığın, iş təklifi barədə bildirişin və aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin qanunsuz hesab edilməsi barədə iddiaçının tələbi tamamilə əsassızdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi Xidmətin təşkili şöbəsi isə yeni yaradılmış şöbədir, fəaliyyət istiqamətləri, əsasnamələri ləğv edilmiş Yüklərin və obyektlərin mühafizəsi şöbəsi ilə tamamilə fərqlidir, həmçinin, həmin şöbədə şöbə rəisi vəzifəsi mövcud deyildir. Ümumiyyətlə, hal-hazırda iddiaçının tələbi üzrə əmək şəraitinin şərtləri əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun vakant vəzifə yoxdur. Əlavə olaraq bildirmək istəyirlər ki, iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavə edilmiş "xxxx"-nin Mühafizə Departamentinin əsasnaməsi və daxili yazışma sənədləri qeyri-qanuni yolla əldə edilmiş, iddiaçı cavabdehin kommersiya sirrini qanunsuz yaymışdır. Belə ki, «Kommersiya sirri haqqında» Qanuna əsasən kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. Qeyd olunan Qanunun 17.1-ci maddəsinə əsasən kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edilən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu səbəbdən İddiaçı təqdim etdiyi sənədlər qəbul edilməməlidir”.

27. "xxxx" QSC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, AR ADY-nın Mühafizə Departamentınə işə götürmək və işdən çıxarmaq səlahiyyəti verilib, lakin o ayrıca hüquqi şəxs deyil, buna görə cavabdeh kimi çıxış edə bilməz. Burada yeganə cavabdeh AR ADY ola bilər. İddiaçı iddia ərızəsinin tələb hissəsində bir çox hallara toxunub ki, onların hec birinin hüquqi əsası yoxdur. Belə ki, hazırkı məsələdə onların diqqət etməli olduqları nüans əmək qanunvericiliyinin tələbinin pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, ƏM-nin 7*-cı maddəsi ştatların ixtisarı ilə bağlı işçinin işdən çıxarılması ilə bağlı məsələləri tənzimləyir. Orada qeyd edilir ki, işçi ƏM-nin 7*-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılarkən bəzi qaydalara riayət olunmalıdır ki, həmin normalara da tərəflərindən tam riayət olunub. Belə ki, işçiyə xəbərdarlıq olunub, işdən çıxma ilə əlaqədar müavinət verilib, əmək məzuniyyəti ilə əlaqədar kompensasiya ödənilib, hətta işəgötürənin belə bir öhdəliyi olmadığı halda yeni iş təklifi belə edilib. Yəni əmrin qanunsuzluğundan söhbət gedə bilməz. Onlar əmrin zəruriliyini göstərən kifayət qədər sübutları məhkəməyə təqdim etmişlər. İddiaçı T.Quliyevin rəis səlahiyyətlərini icra etməsi müddətinin uzadılmasının qanunsuzluğunu bildirir, lakin bildirmək istəyirlər ki, onun belə bir hüququ yoxdur. Belə ki, T. Quliyevə bu səlahiyyətlər birbaşa AR ADY-nin sədri tərəfindən verilib. Onun qanuni olub-olmamasını mübahisələndirməyə iddiaçının subyektiv hüququ yoxdur. Yekun olaraq bildirmək istəyir ki, tərəflərindən bütün prosedurlar tam qanuni olaraq həyata keçirilib. ƏMnin 3**-cü maddəsində hansı qaydaların işəgötürən tərəfindən pozulması halında işçinin işə bərpa oluna biləcəyi müəyyənləşdirilib ki, hazırkı mübahisəli hallar həmin maddədə öz əksini tapmayıb. İddiaçı yuxarı instansiya məhkəmələrinin qərarlarına istinad edir, hansı ki, həmin qərarların aid olduğu mübahisədə işin faktiki halları tamamilə fərqlidir və hazırkı mübahisə ilə eyniləşdirilə bilməz. Orada mübahisə müharibə veteranı olan işçinin hər hansı vəzifə ilə təmin olunmaması ilə bağlıdır, həmçinin xəbərdarlıq müddəti ilə bağlı normalar işəgötürən tərəfindən pozulub. Bu səbəbdən iddia tələbini qəbul etmirlər və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

28. "xxxx" QSC-nin məhkəmə iclasında iştirak edən digər nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ixtisardan danışarkən tək mühafizə departamentinə yox, ümumi AR ADY üzrə baxmalıdırlar məsələyə. Belə ki, AR ADY-də optimallaşdırma, restrukturizasiya gedir. Yəni ola bilsin ki, hansısa şöbə, vəzifə ləğv olunsun və onun yerinə başqa şöbələrdə işçilərin sayı artırılsın. İddiaçını işdən azad edən mühafizə departamentinin rəisinin səlahiyyəti var. Onda olan məlumatlara əsasən iddiaçının bir sıra məktublarına cavab verilib. Lakin tələb etdiyi ştat cədvəli təqdim edilməyib. Hətta o bir sıra orqanlara da müraciətlər ünvanlayıb. Həmin müraciətlər AR ADY-yə göndərilib və ərizələrə münasibət bildirilməsi üçün aidiyyatı üzrə AR ADY-nın mühafizə departamentınə və onun rəisi T.Quliyevə göndərilir. Buna səbəb isə odur ki, mübahisəli məsələlər bilavasitə T. Quliyevin rəhbərlik etdiyi departamentlə bağlı olub. O, həmin məsələlərin bilavasitə içində olub, ondan məlumatlı olub. ADY-nin sədri də o qənaətə gəlib ki, ərizələrə T.Quliyev cavab verməlidir. ADY dövlət qurumudur, səhmlərinin 1**%-i dövlətə məxsusdur. Həmin qurumda restrukturizasiya və optimallaşma, müəyyən ştatların ixtisarı aparılmışdır. Bu birbaşa müşahidə şurasının qərarı əsasında aparılmışdır və iddiaçıya qarşı hər-hansı qərəzlilikdən söhbət gedə bilməz. Ümumilikdə 582 ştat vahidi ixtisar olunub. İddiaçının işlədiyi şöbədə 7 işçı işləyib, onların 7-si də ixtisara düsüb. Lakin onlardan 5-i onlara təklif olunan vəzifələri qəbul edib, buna görə də işləməyə davam edib. Lakin iddiaçı və digər bir işçi bundan imtina edib. Bu proseslər çərçivəsində tərəflərdən bütün qaydalara tam riayət olunub, heç bir pozuntuya yol verilməyib.

29. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış X14 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsini məhkəməyə göndərməmişdir.

30. Birinci instansiya məhkəməsinin *8 fevral 2*24-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

31. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

31.1. Əmək münasibətlərini tənzimləyən qanunvericiliyin normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan edən heç bir bənd müəyyən edilməmiş və içşilərin ixtisarı zamanı isə üstünlük hüququnu tanıyan normanın təsir dairəsinə də düşməmişdir. Bundan əlavə isə həmçinin işə götürən tərəfindən iddiaçıya mütləq işin təklif edilməsi (işçi tərəfindən seçilərək) qanunvericilikdə nəzərdə tutulmamışdır. 31.2. Göründüyü kimi ştat ixtisar edilərkən iddiaçıya "xxxx" QSC-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı vəzifəsi və səyyar atıcı vəzifəsi təklif edilmiş, lakin iddiaçı bu təklifdən imtina etmişdir. 31.3. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun 9 təqvim həftə əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. 31.4. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən səsləndirilən cavabdehin ixtisarlar aparmasının qanunsuz hesab edilməsi hissəsi tamamilə əsassız hesab edilməlidir. "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmasından görünür ki, QSC-nin korporativ strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinin layihəsi hazırlanmışdır. ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət olmuşdur. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filialı daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Həmçinin QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmrin surətindən görünür ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturu təsdiq edilmiş, ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qərəz aşkar edilməmiş, cavabdeh orqan tərəfindən 6** yaxın işçi ixtisarı nəzərdə tutularaq həyata keçirilmişdir. 31.5. Məhkəmə hesab edir ki, bu səbəbdən cavabdeh təşkilatı tərəfindən qəbul edilmiş 2*.*9.2*23-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. 31.6. Məhkəmə iddiaçının cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi ilə bağlı isə qeyd edir ki, mülki iş materiallarına, həmçinin tərəflərin izahatlarına əsasən ona edilmiş təklif cavabdehin humanizm prinsiplərindən irəli gəlmiş və əmək qanunvericiliyin bununla bağlı mütləq tələbinin olmadığı (ixtisar zamanı təklifin edilməsi) müəyyən edilmişdir. Bu halda iddiaçının bu hala istinad etməsi əsassız hesab edilməlidir. 31.7. İddia tələbi 2*.*9.2*23-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan, digər tələblər - onun "xxxx" QSC-nin Mühafizə Departamentinin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi”, hazırkı “Xidmətin təşkili” şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması və məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir. 31.8. Məhkəmə iddiaçının ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X3 göndərilməsinin qanunsuz hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi tərəfindən qanunauyğun qaydada cavab verilmişdir, iddiaçının həmin cavab məktubu ilə razı olmaması onun qanun pozuntusu olması mənasına gəlməməlidir.

32. Gəldiyi nəticəni məhkəmə, Əmək Məcəlləsinin 11-ci, 12-ci, 68-ci, 7*-ci, 77-ci, 78-ci, 79-cu, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.

33. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

34. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

35. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.

36. İddiaçı həmçinin bildirmişdir ki, ona edilən iş təklifini, vəzifəsinə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan bir neçə şöbə rəisi, bir neçə böyük mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştatları vakant olmasına baxmayaraq, tutduğu rəhbər kateqoriyasına aid vəzifədən 9 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu - atıcı (səyyar atıcı) vəzifəsi təklif olunduğu üçün qəbul etməmişdir.

37. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmiş X14 Xidmətinin Bakı şəhər nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

39. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

40. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

41. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

42. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

43. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 7*-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

44. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

45. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

46. Maddə 8* (1-ci hissəsi). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

47. Maddə 3** (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

56. İşçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə edir.

57. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.

58. Hazırkı iş üzrə müəyyən olunan odur ki, "xxxx" QSC-də ixtisar QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmr əsasında aparılmış, həmin əmrlə müəssissənin yeni ştat cədvəli təsdiq edilmiş, məqsədin ADY-də “işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırmasının təmin edilməsi” olduğu göstərilmişdir.

59. "xxxx" QSC-nin yeni ştat cədvəlinə əsasən, yeni korporativ strukturda 12 struktur bölmə ləğv edilmiş, 7 struktur bölmə yaradılmış, struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidi azaldılmış, Mühafizə Departamentində 13.*7.2*23-cü il tarixli 13-1/3-5- 22*11/2*23 nömrəli ştat cədvəlinə əsasən 692 ştat ixtisar edilmiş, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” və həmin şöbədəki bütün ştat vahidləri ləğv edilmişdir.

60. Başqa sözlə, iddiaçıya münasibətdə onun işlədiyi ştatın ixtisarı həyata keçirilmişdir.

61. İşin müəyyən olunan halına görə, müvafiq Departamentdə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmiş, iddiaçı isə ona təklif olunan işi qəbul etməmişdir.

62. İddiaçının, ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir (§ 44) və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

63. Kollegiya onu da qeyd edir ki, iddiaçı, Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır (§ 45).

64. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" QSC-də ixtisarın aparılmasına əsas təşkil edən 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*1/2*23 saylı əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

65. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə 692 nəfər ixtisar prosesinə cəlb edilmişdir və bu səbəblə də iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyi arqumenti əsaslı hesab oluna bilməz.

66. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

67. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-587/2*24 saylı iş üzrə *8 fevral 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar