Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3021/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli, 2(001)-304/2022 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC cavabdehlər "xxxx" Firmasına, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi, orada təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi və Cavabdeh4 cavabdeh İddiaçı QSC-yə qarşı “fərdi yaşayış evindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli, 2(001)-304/2022 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh4 işə cəlb edilməklə yeni çıxarışın və texniki pasportun verilməsi barədə e-2-1(112)-7773/2021 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, müvafiq rəy alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyəti, ölçüləri, mərtəbəliliyi, ayrı-ayrı otaqlarının yerləşmə vəziyyəti və s. texniki parametrlərinin iş materiallarında olan Cavabdeh4, başqalarının adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, 15.04.2020-ci il tarixli Texniki Pasporta uyğun olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, 17.04.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evidir, həmçinin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, **********84- 10301 reyestr nömrəli, 15.04.2020-ci il tarixli Texniki Pasportda göstərilən, ünvan 1 ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsi "xxxx" QSC tərəfindən istifadə edilir. Göründüyü kimi, tərəflər arasında olan mübahisəyə ekspert rəyi ilə aydınlıq gətirilmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin hazırkı mübahisəylə hər hansı bir bağlılığının olması, eləcə də həmin mübahisənin nəticəsinin hazırkı mülki işə təsiri müəyyən edilmir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətdə istinad edilən ekspert rəyində ekspert qarşısında qoyulmuş sualların bir qismi ilk iddia üzrə iddiaçı tərəfindən texniki pasportun təqdim edilməsinin mümkünsüzlüyü ilə əlaqədar cavablandırılmamışdır. İddiaçı "xxxx" QSC də öz növbəsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh4 işə cəlb edilməklə ünvan 1 ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.m yaşayış, 37.8 kv.m qeyriyaşayış, 43.2 kv.m köməkçi, 109 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı, 19/17 nömrəli fərdi yaşayış evinə "xxxx" QSC-nin mülkiyyət hüququnun düzgün qeydiyyata alınması, bununla bağlı, dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ekspert rəyinin verilməsi iş üzrə yekun qərar verilməsi üçün kifayət etməyə bilər, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hazırki mülki işə Bakı İnzibati Məhkəməsinin icraatında olan qeyd edilən mübahisə həll olunmayınca baxılmasının mümkün olmaması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1, 254.1.4.-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə görə, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılananadək iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlanadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə düzgün hüquqi nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 151, 152, 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)- 304/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3021/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3021/2022
31.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver