Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3027/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: vəsatət təmin edilməmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdlərin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan Cavabdeh4 də cavabdeh qismində cəlb edilmiş, daha sonra isə digərləri cavabdehlər siyahısından çıxarılmış və İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz edilməmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, mülki iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlunun «mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair» vəsatətinin təmin edilməməsi qərara alınmış, qərardaddan şikayət vermə qaydası göstərilmişdir.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən (xx.xx.2023) görünür ki, Cavabdeh3 ünvanı xx.xx.2017-ci il tarixdə aldığı vəsiqədə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 156 ünvanında qeydiyyatda olmuşdur. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olarkən Cavabdeh3 Nəsimi rayonunda qeydiyyatda olmuş, buna görə də iş baxılmağa aidiyyəti üzrə düzgün qəbul edilmişdir. Sonradan Cavabdeh3 cavabdehlər siyahısından çıxarılsa da, məhkəmə işi aidiyyəti üzrə düzgün baxmağa qəbul etdiyindən, hazırda məhkəmə hesab etmişdir ki, mülki işin aidiyyəti üzrə göndərilməsinə lüzum yoxdur.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu şikayətlə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək, məhkəmə işinin Nərimanov Rayon Məhkəməsində baxılmağa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, aşağıda göstərilən hallar qərardadın maddi hüquq və prosessual normalara əməl etmədən qəbul edilməsini təsdiq edir. İş materialları ilə tanışlıq zamanı iddia tələbi cavabdeh olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göstərilirək, sonradan həm iddianın əsasını və predmetini, həm də cavabdehlər dəyişdirilərək yeganə cavabdeh olaraq Cavabdeh4 qarşı pul tələbi ilə dəqiqləşdirilmə verilmişdir. Cavabdehin rəsmi qeydiyyat ünvanının ünvan 2 məhkəmə aidiyyatı qaydalarının pozulması ilə baxılmışdır. Qərardad rəsmi olaraq xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək, məhkəmə işinin Nərimanov Rayon Məhkəməsində baxılmağa göndərilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1524/2023 tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
12. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məcəllənin 44.2-ci maddəsində qeyd edilir ki, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə.
13. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır
14. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Belə ki, iddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə müraciət etmişdir.
17. Cavabdeh3 qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 156 ünvanıdır. Cavabdeh2 qeydiyyat ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadiq Rəhimov küçəsi, cavabdeh Həsənov X1 rayonudur.
18. Birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərdən birinin - Cavabdeh3 qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu olduğu üçün iddia ərizəsini icraat götürmüşdür.
19. İddiaçı sonradan ərizə ilə müraciət edərək Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 cavabehlər siyahısından çıxarılmasını, Cavabdeh4 qarşı “pul” tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi və vəkilinin vəsatətinin, həmçinin şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh4 qeydiyyat ünvanı ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, ev 20A, mənzil 10 olduğu üçün iş materialları baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməli idi.
21. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq aidiyyat qaydalarına əməl edilməklə icraata götürüldüyündən iş materiallarının sonradan cavabdeh dəyişdiyi üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsi əsassızdır.
22. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev