Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3028/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6546/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən etibarən cavabdehin hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-12886/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edərək onların arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması qət edilmişdir. Lakin nikahlarının pozulmasını ona 2020-ci ilin yayında məlum olmuşdur. Belə ki, Cavabdeh sözdə ona nikahlarının pozulmasını desə də, o, cavabdehin sözünə inanmamış, qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə bildirişlərini almamışdır. 2019-cu ilin mart ayınadək o, cavabdehlə birlikdə sonuncunun valideynlərinə məxsus evdə yaşamış, lakin təzyiq və təhqirlərə məruz qaldığından 2019-cu ilin mart ayında yaşadığı ünvanı tərk edib övladları ilə birlikdə atasının evinə köçmüşdür. Bundan sonra valideynləri onların ailə münasibətlərinin bərpa olunması üçün onlara ipoteka ilə yeni mənzil almaq barədə qərara gəlmişlər. Onun atasının köməkliyi ilə Cavabdeh adına ipoteka müqaviləsi bağlanmaqla Bakı şəhəri A.Kunanbayev küçəsi 1 saylı evin 11 saylı mənzili alınmış, onun atasının verdiyi pul vəsaiti hesabına mənzil tam təmir edilmiş, təmirə 35000 manat sərf olunmuşdur. 2020-ci ilin may ayında o, övladları ilə birlikdə Bakı şəhəri A.Kunanbayev küçəsi 1 saylı evin 11 saylı mənzilinə köçərək bu mənzildə yaşayır. Bundan sonra o, cavabdehlə övladlarının təminatı barədə danışmış, cavabdeh ona aliment tələbi ilə məhkəməyə müraciət etməsini demişdir. Onun ailəsində hüquqşünas qohumları olduğundan iki uşağa görə cavabdehin qazancının 1\3 hissəsi miqdarında aliment almaq, 3 il geriyə aliment tələb etmək hüququnun olmasını bildiyindən cavabdehdən 3 ilin pulunu tələb etmiş, cavabdeh isə həmin pulu verməyəcəyini ona demişdir. Bundan sonra cavabdehin qohumları tərəfindən ona barışmaq təklifi edilmişdir. O, övladlarına görə təkliflə razılaşsa da, barışıq baş tutmamışdır. Bundan sonra o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh sonuncu dəfə 2020-ci ilin may ayında 1-2 dəfə bazarlıq etmiş, 2020-ci ilin sentyabr, oktyabr, noyabr ayları üçün ona hər ay 300 manat olmaqla cəmi 900 manat pul vermişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İş üzrə İddiaçı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbnin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır, işin hallarına uyğun gəlmir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin edilməsini xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi qismən, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması hissəsində dəyişdirilməlidir, alimentin tutulması vaxtı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə İddiaçı apellyasiya şikayətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, o yalnız alimentin tutulması vaxtını mübahisələndir. Belə olan halda qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib cavabdehdən tutulması qət edilmiş alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmasını müəyən edərkən, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə cavabdehin noyabr ayı üçün övladlarının saxlanması üçün vəsait ödəməsinin öz təsdiqini tapdığını əsas göstərmidir. Məhkəmə kollegiyası qeyd edir ki, noyabr ayı üçün 300 manat məbləğində vəsaitin ödənilməsi cavabdehin əmək haqqının və digər qazancının 3/1 hissəsi kimi qiymətləndirilməməlidir. Ümumiyyətlə, qanunvericiliyin tələblərinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığını nəzərə alsaq, onda məhkəmənin öz mülahizəsinə əsasən cavabdehi 2020-ci ilin noyabr ayı üçün aliment öhdəliyindən azad etməsini kollegiya haqlı saymır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt xx xxxxxx 2020-ci il tarix hesab edilməlidir. Qeyd olunanlara əsasən kollegiya işin bütün hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə apellyasiya şikayəti qismən təmin olunmalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması hissəsində dəyişdirilməlidir, alimentin tutulması vaxtı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması hissəsində dəyişdirilsin. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3028/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3028/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver