Məhkəmə qərarları › İş №2(103)-303/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-303/2021

16.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-303/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 31-ci Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “barışıq sazişinin iddiaçıya aid hissəsinin və aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilərək ləğv edilməsi tələbi barədə” iddiasına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 eyni cavabdehlərə və Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 dekabr 2019-cu il tarixli qətnamədən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Aytən Muradovanın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərinə, İddiaçı cavabdehlər (Cavabdeh6 MTK-nın hüquqi varisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2020-ci il tarixli qətnamədən İddiaçı və cavabdeh MMC-nin ayrıayrılıqda verdikləri apelyasiya şikayətlərinə əsasən işə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 birgə vəkili (nümayəndəsi) Vəkil4, cavabdeh Bakı şəhəri 31 saylı Notariat Ofisinin vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh4 nümayəndəsi (övladı) Nümayəndə, cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi X11, Cavabdeh2 özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci mülki iş barədə məlumat: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, A.Baxışıov, F.Baxışov, Nümayəndə, N.Kazımov, Cavabdeh4, A.İsayev, T.İsayeva, M.Kazımovanın onunla və övladı Yadigar Hüseynov ilə bağladıqları və 31-ci DNK tərəfindən rəsmiləşdirilərək qeydə alınmış 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” ona (iddiaçıya) aid olan hissəsinin və bununla bağlı aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında Rayon Məhkəməsində mülki iş başlanmışdır. Bundan sonra müstəqil tələb irəli sürən iş üzrə üçüncü şəxs olan A.Muradova cavabdehlər "xxxx" MMC (Cavabdeh6 MTK-nın hüquqi varisi), Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia irəli sürməklə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qarışmışdır. Həmin iddia ilə o, bir tərəfdən İddiaçı və Y.Hüseynov, digər tərəfdən Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, A.Baxışıov, F.Baxışov, Nümayəndə, N.Kazımov, Cavabdeh4, A.İsayev, T.İsayeva və M.Kazımova arasında bağlanmış və 31-ci DNK-da təsdiq olunmuş 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Bu iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək İddiaçı iddiası ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 25.12.2019-cu il tarixli qətnamə ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın iddialarını təmin etməmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onların iddialarının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətində ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, səhhətindəki ağır xəstəliklərin olmasından istifadə edərək ona imzalatdırılan 30.12.2016-cı il tarixli “Barışıq sazişi” qanunsuz olduğu üçün ləğv olunmalıdır. O, 29.11.2016-cı il tarixdə övladı (iş üzrə üçüncü şəxs) A.Muradova ilə birlikdə İsveçrədə işləyən və yaşayan oğlu Yadigarın dəvəti ilə İsveçrəyə getmiş, Jenolye şəhərində onun səhhəti qəfildən kəskin pisləşmiş, "xxxx" Tibb Müəssisəsində müayinə olunarkən onun qanında çox ağır formalı mikrob olması aşkar olunmuş, səhhətinin də pisləşməsi həmin bu mikrobların onun qanını zəhərləməsi ilə bağlı olmuşdur. 15 gün stasionar müalicə olunduqdan sonra Bakı şəhərinə qayıtmış, “Mərkəzi Klinikada” müalicəsini davam etdirmişdir. Onun səhhətində olan problemlərdən istifadə edən cavabdehlər oğlu Yadigarı aldatmış və barışıq üçün onun razılığını almış, özləri barışıq sazişini hazırlamış, 30.12.2016-cı il tarixdə barışıq sazişini ona imzaladan şəxs notarius deyil, şəxsiyyətini bilmədiyi kənar şəxs olmuşdur. Həmin şəxs ona imzalatdırdığı sənədlər barəsində heç bir məlumat verməmişdir. O, notariat kontoruna ərizə ilə müraciət etməmiş, nə də ona notariat kontorundan kənarda xidmət göstərilməsi ilə bağlı rüsum ödəməmişdir. 31.12.2016-cı il tarixdə onun səhhəti pisləşdiyindən “Mərkəzi Klinikaya” müalicəyə götürülmüş, 2 gün ağır vəziyyətdə koma vəziyyətində orada qalmış, 02.01.2017-cı il tarixdə o, həkim müşayiəti ilə İstanbul şəhərinin “Memorial Xəstəxanasına” göndərilmişdir. Həmin xəstəxanada onun ürəyində açıq əməliyyat aparılmış, bir aya yaxın həmin xəstəxanada müalicə olunmuşdur. “Barışıq sazişi” bağlanarkən xəstəliyinin kəskin olması onu doğru düşünməsinin qarşısını almış, onun sağlam olması barədə heç bir həkim rəyi olmamışdır. Beləliklə də “Saziş” bağlanarkən onun bütün hüquqları pozulmuşdur. Son 2 il müddətində o, 2 dəfə, 2017-ci ilin yanvar ayında və 2018-ci ilin yanvar ayında, İstanbul şəhərində “Memorial Xəxtəxanasında” əməliyyat olunmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış “Saziş” ona aid hissədə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın iddiası və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası olan İddiaçı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” etibarsız hesab edilərək ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 21.07.2015-ci il tarixli qətnaməsi (İş № 2(001)-1341/2015) ilə İddiaçı və başqalarının cavabdehlər Cavabdeh6 MTK və başqalarına qarşı qarşılıqlı iddiaları qismən təmin edilmiş, MTK-dan 2.983.775,58 manat məbləğində pulun tutularaq ilk iddia üzrə iddiaçılara verilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak barədə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qeyd edilən işə baxılarkən cavabdehlərin verdiyi qarşılıqlı iddia ərizəsinə əsasən, A.Muradova iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə qərarları ilə onun bütün əmlakları üzərinə həbs qoyulmuşdur. A.Muradova uzun müddət əmlakları üzərində sərəncam verə bilməmiş, nəticədə konstitusion hüquqları pozulmuş, ona maddi və mənəvi ziyan vurulmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunur ki, A.Muradova 2(001)-1341/2015 №-li mülki iş üzrə tərəf olmuş, iddia ərizəsi üzrə A.Muradovadan əmlaklar tələb edilmiş, o, 3 il ərzində məhkəmə çəkişmələrinə cəlb edilmişdir. Lakin tərəflər “Saziş” bağlayarkən A.Muradovanı nəzərə almamış, onun adı “Sazişə” daxil olunmamışdır. Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli qətnaməsi (İş № 2(001)-1341/2015) ilə Cavabdeh3, Cavabdeh2, A.İsayev və Cavabdeh4 Cavabdeh6 MTK-nın öhdəliklərinə görə cavabdeh olmadıqlarına görə cavabdeh kimi statusları ləğv edilmişdir. Məhkəmə aktından verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, A.Muradova proses iştirakçısı, maraqlı şəxs olduğu halda, “Sazişə” onun adı daxil edilməmiş, işdə tərəf olmayan şəxslər isə əksinə “Saziş” üzrə ikinci tərəf kimi iştirak etmiş, məsələni mənafelərinə uyğun başa çatdırmış, qanunsuz akta imza etmişlər. Belə olan halda A.Muradova hesab edir ki, “Barışıq sazişi” məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İkinci mülki iş barədə məlumat: İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, əsas borcun əvəzi olaraq 170.000 manat, əsas borca görə 1 ilə əlavə 10% hesablanmaqla əlavə vəsaitin əvəzi olaraq 17.000 manat, mənəvi zərərin əvəzi olaraq 500.000 manat, cəmi isə 687.000 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 tutularaq ona (iddiaçıya) ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər İddiaçı və iddiaçının övladı Y.Hüseynovun ümumi paylı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən “Zeytun” mağazasını sökmüş və həmin sahədə Cavabdeh6 MTK tərəfindən çoxmənzilli bina inşa edilmişdir. İş üzrə tərəflər həmin binanın satışından əldə edilən xüsusi gəlirin 4 hissəyə bölünərək, hər bir şərikə 25% ödənilməsi barədə şifahi razılığa gəlmişlər. Lakin cavabdehlər mənzil satışından əldə olunan gəliri iddiaçıya verməmiş, bununla bağlı onlar arasında mübahisə yaranmışdır. Bu səbəbdən İddiaçı 2013-cü ilə qədər satılmış mənzillərdən və qeyri-yaşayış sahələrindən əldə olunmuş gəlirin onlara (iddiaçı və iddiaçının övladına) çatmalı olan hissəsinin verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehlərdən 2.983.577 manat pulun iddiaçıya ödənilməsi qət edilmişdir. 2013-cü ildə həmin binadan satılmamış 4-cü blokda yerləşən, sahəsi 146 kv.m olan 336 №-li mənzil, 5ci blokda yerləşən sahəsi 149 kv.m olan 488 №-li mənzil və 3-cü blokda yerləşən sahəsi 119 kv.m olan mənzil olmaqla, ümumilikdə cəmi sahəsi 411 kv.m təşkil edən mənzillər satılmadığından bu əmlaklara münasibət bildirilməmişdir. Sonradan mübahisənin həlli ilə bağlı tərəflər arasında 30.12.2016-cı il tarixdə “Barışıq sazişi” imzalanmışdır. Daha sonra tərəflər arasında münasibətlər yenidən korlanmış və İddiaçı “Barışıq sazişinin” ləğvi ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, 2013-cü ilə qədər satılmayan mənzillər 2018-2019-cu illərdə satılmış və mənzillərin satışından ona verilməli olan 100.000 ABŞ dolları ona verməyərək cavabdehlər arasında bölünmüşdür. Qeyd olunanlara əsasən İddiaçı ona çatacaq pulun ödənilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 07.02.2020-ci il tarixli qətnamə ilə İddiaçı iddiasının qismən təmin edilməsini, 54.403 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddiasının tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC də həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçının xeyrinə tutulmalı olan pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 deyil, heç bir fəaliyyəti, əmlakı və hazırki mübahisəyə aidiyyəti olmayan "xxxx" MMC-dən tutulması barədə nəticəyə gəlmişdir. İddiaçı hesab edir ki, bu hissədə Rayon Məhkəməsinin mövqeyi səhvdir. Çünki, ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən mənzillərin satışından əldə ediləcək xalis gəlirinin şəriklər arasında bölünməsi barədə iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 arasında razılıq əldə olunmuşdur. Bu razılıq Cavabdeh6 MTK-nın təsis olunmasından əvvəl əldə olunmuşdur. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış “Barışıq sazişinin” şərtlərinə görə də, sonuncular üzələrinə götürdükləri öhdəliyin icrası olaraq 400.000 ABŞ dolları məbləğində pulun İddiaçı verilməsi barədə razılığa gəlmişlər. Təkcə bu fakt Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 hazırki mübahisəyə aidiyyətini və tərəflərin qarşılıqlı münasibətlərini birbaşa təsdiq edir. Bundan başqa, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 bildirirlər ki, mənzillərin satışından əldə olunmuş pulu, yaşayış binasının tamamlanma və abadlaşdırma işlərinə sərf edildiyini bildirirlər. Halbuki, çəxmənzilli yaşayış binası 2011-ci ildə istismara qəbul edilmiş, binanın idarəçisi olan "xxxx" MMMC təsis edilmişdir. Belə olan halda bu günlərdə təsis edilmiş "xxxx" MMC-nin üzərinə hər hansı məsuliyyət qoyula bilməz.Pul, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 tutulmalıdır. Cavabdeh MMC-nin apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” 2.1.1-ci maddəsinə görə, İddiaçı və onun övladı Y.Hüseynov öz üzərinə öhdəlik götürmüşlər ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” Ticarət Mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində inşa edilmiş 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarının tikintisindən əldə ediləcək xalis gəlirin bölgüsü ilə bağlı, “Zeytun” Ticarət Mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə bağlı, eyni zamanda bu mübahisələrlə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı “Barışıq sazişinin” digər tərəflərinə qarşı bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və iddianın təmini tədbiri kimi əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi üçün müvafiq ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edirlər. Tərəflər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişi” Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadı (İş № 2(001)-1484/2017) ilə təsdiq edilmişdir. Məhkəmə qərardadı qanuni qüvvəsini almışdır. “Barışıq sazişinin” yuxarıda qeyd olunan 2.1.1-ci maddəsindən də aydın olur ki, hazırda mübahisəsi gedən mənzillərə dair münasibətlər tərəflər arasında bağlanmış “Barışıq sazişi” ilə tam şəkildə tənzimlənmişdir. Barışıq sazişinin şərtləri də tam şəkildə icra edilmişdir. Bunlardan başqa, 2016-cı ildə məhkəmə baxışı zamanı hazırda mübahisəsi gedən mənzillər üzərinə həbs qoyulmuşdur. Əgər sözügedən mənzillər həmin məhkəmə mübahisəsinin predmeti olmasaydı, onların üzərinə həbsin qoyulması da mümkün olmazdı. Eyni zamanda barışıq sazişi təsdiq edilən zaman, mübahisəli mənzillərə görə iddiaçının pul tələbi nəzərə alınmamış olsaydı, iddiaçı, bu mənzillər üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı ərizələr ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etməzdi. Lakin Rayon Məhkəməsi tərəflər arasındakı mübahisənin həlli zamanı bu ərizələrə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, ərizələrin mahiyyətindən də bəlli olur ki, iddiaçının həmin mənzillərə dair pay bölgüsü barədə tələbi “Barışıq sazişi” ilə iddiaçıya 400.000 ABŞ dolları ödənilməklə tənzimlənmişdir. Həmin məbləğin iddiaçıya ödənilməsini işin mübahisə doğurmayan halı kimi iddiaçı özü də təkzib etməmişdir. Bunlardan əlavə, işə baxaraq iddianı qismən təmin etmiş Rayon Məhkəməsi, özünün mövqeyini kortəbii üsulla mübahisəli mənzillərin satış qiymətinin 4-ə bölünməsi nəticəsində alınmış məbləğlə əsaslandırmışdır. Lakin Rayon Məhkəməsinin bu mövqeyi əsassız və qanunsuzdur. Çünki, əmlakın satış qiyməti xalis gəlir kimi qəbul edilməməlidir. Əmlakın satış qiymətindən mənzillərin qalan vəsait xalis gəlir hesab edilir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC hesab edir ki, tərəflər arasında əldə olunmuş razılaşmanın şərtləri Cavabdeh6 MTK və onun təsisçiləri tərəfindən tam yerinə yetirildiyinə görə, hazırda mənzillərin (336 №-li və 438 №-li) satışından əldə olunmuş pulun bölünməsi barədə İddiaçı iddiasının təmin edilməsi üçün hüquqi əsas yoxdur, iddia rədd edilməlidir. İşlərin bir icraatda birləşdirilməsi məsələsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki MPM-nin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Apellyasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın vəkili (nümayəndəsi) Vəkil4, təmsil etdiyi şəxslərin verdikləri apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, apelyasiya şikayətlərinin məzmununa uyğun izahat verdi. Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi R.İbrahimov, cavabdeh Notariat Ofisinin vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh4 nümayəndəsi (övladı) Nümayəndə, Cavabdeh2 cavabdeh "xxxx" MMC-nin verdiyi apelyasiya şikayətinin dəlillərini müdafiə etdilər və bildirdilər ki, İddiaçı və onun övladı Y.Hüseynova hər birinə “Barışıq sazişi” üzrə 200.000 manat olmaqla pul ödənilib. Bunun müqabilində İddiaçı və Y.Hüseynov öhdəlik götürmüşlər ki, bütün tələblərindən və iddialarından imtina edəcəklər. Y.Hüseynov öhdəliyinə əməl edir, lakin göründüyü kimi İddiaçı öhdəliklərini pozaraq mübahisədən əl çəkmir və əlavə qazanc əldə etmək niyyəti ilə yeni əsassız iddialar irəli sürür. Müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın da iddiası əsassızdır, çünki “Barışıq sazişinin” bağlanmasına əsas olmuş 2(001)-1341/2015 iş üzrə qəbul edilmiş qətnamə onun maraqlarına toxunmur. Cavabdeh 31 saylı Notariat Ofisinin vəkili (nümayəndəsi) Vəkil1 əlavə bildirdi ki, mübahisəli “Barışıq sazişinin” bağlanması zamanı notarius tərəfindən qanun pozuntusuna yol verilməmiş, notarius bütün qaydalara və təlimatlara əməl etmişdir. İş üzrə digər tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin 25.12.2019-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməməli, cavabdeh "xxxx" MMC-nin verdiyi apelyasiya şikayəti isə təmin edilməli, həmin qətnamə qismən, yəni iddianın bir qismin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə də iddia rədd edilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli qətnaməsindən (İş №-li 2(001)- 1341/2015) görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə iddiaçının övladı) iddiaçı Y.Hüseynovun və (hazırki iş üzrə iddiaçı) müstəqil tələb irəli sürən İddiaçı birgə iddiaları qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə Cavabdeh6 MTK tərəfindən tikilmiş 5 girişli çoxmənzilli yaşayış binasının tikintisindən əldə edilən xalis gəlirin 25%-dən ödənilməli olan qalıq məbləğ, 2.983.775,58 manatın cavabdeh MTK-dan tutularaq Y.Hüseynov və İddiaçı ödənilməsi, MTK-nın qarşılıqlı iddiasının qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 21.602 kv.m torpaq sahəsi barəsində "xxxx" bir tərəfdən İddiaçı və Y.Hüseynov, digər tərəfdən isə MTK arasında bağlanmış hesab edilməsi, qeyd edilən ünvanda yerləşən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan “Zeytun” mağazanın İddiaçı və Y.Hüseynova məxsus olmasına dair 010762 nömrəli şəhadətnamənin və həmin mağazanın yerləşdiyi 2.160 kv.m torpaq sahəsi ilə bağlı 04.11.2004-cü il tarixli 000257 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin ləğv edilməsi, qeyd olunan torpaq sahəsinə MTK-nın mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun qeydiyyata alınmasının DƏDRX-nin Ərazi İdarəsinə həvalə edilməsi, icra hərəkətlərinin eyni vaxtda icra edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.02.2016-cı il tarixli qətnaməsindən (İş № 2(103)-1702/2016) görünür ki, həmin qətnamə ilə Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli qətnaməsindən Y.Hüseynov, İddiaçı və MTK-nın ayrıayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının 20.09.2016-cı il tarixli qərarından (İş № 2(102)-3713/2016) görünür ki, həmin qərarla Y.Hüseynov, İddiaçı və Cavabdeh6 MTK-nın ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadından (İş № 2(001)- 1484/2017) görünür ki, İddiaçı cavabdehlər F.Baxışov, N.Kazımov və başqalarına qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə İddiaçı və Y.Hüseyn ilə Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, F.Baxışov, Nümayəndə, N.Kazımov, Cavabdeh4, A.İsayev, T.İsayeva və M.Kazımova arasında bağlanmış aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir: “Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı məzmunda barışıq sazişini imzalamaq barədə razılaşmışlar: Barışıq sazişinin bağlanması üçün əsaslar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və ilk iddia üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birgə iddiası qismən təmin edilərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 Mənzil Tikinti Kooperativindən Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 3246-cı məhəllədə 1410-cu keçiddə həmin kooperativ tərəfindən tikilmiş 5 girişli çoxmərtəbəli binanın tikintisindən əldə edilən xalis gəlirin 25%-dən ödənilməli olan qalıq məbləğ 2983775.58 manat tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və ilk iddia üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə birgə qaydada ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmənin eyni qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 Mənzil Tikinti Kooperativinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 və ilk iddia üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, natura şəklində verilmiş əmlakların, mümkün olmadıqda dəyərinin geri qaytarılması barədə” qarşılıqlı iddiası qismən təmin edilərək, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 2160 kv.m torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin İddiaçı və X8 ilə Cavabdeh6 MTK arasında bağlanmış hesab edilməklə, ünvan 5 ünvanında yerləsən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan “Zeytun” mağazasının X20 oğlu və X5 məxsus olmasına dair 010762 nömrəli (reyestr kitabı 26, səhifə 25, qeydiyyat nömrəsi10762) şəhadətnamə və həmin mağazanın yerləşdiyi 2160 kv.m torpaq sahəsi ilə bağlı 04.11.2004-cü il tarixli 000257 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ləğv edilərək, qeyd olunan torpaq sahəsinə Cavabdeh6 Mənzil Tikinti Kooperativinin mülkiyyət hüququ tanınaraq, mülkiyyət hüququnun qeydiyyata alınması Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmış və hal-hazırda Binəqədi Rayon İcra şöbəsində icra mərhələsindədir.

1. Ümumi müddəalar: 1.1. Tərəflər, aralarında yaranmış mübahisələrin barışıq yolu ilə həll edilməsini bəyan edirlər. 1.2. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri bütün tərəflər üçün tam və aydın şəkildə izah edilmişdir.

2. Tərəflərin öhdəlikləri: 2.1.1. İddiaçı və X8 Cavabdeh6 MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin yerləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində tikilmiş 5 girişli və 1 girişli çoxmərtəbəli binaların tikintisindən əldə edilən xalis gəlirin bölgüsü ilə bağlı, Zeytun ticarət mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə bağlı, eyni zamanda bu mübahisələrlə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı barışıq sazişinin digər tərəflərinə qarşı Azərbaycan Respublikası ərazisindəki bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və bu mübahisələrlə bağlı gələcəkdə heç bir məhkəmə orqanlarına müraciət etməməyi öhdəsinə götürürlər. Həmçinin öhdələrinə götürürlər ki, digər tərəflərin əmlaklarının üzərinə qoyulmuş həbslərin götürülməsi üçün Binəqədi Rayon Məhkəməsinə ərizə verirlər. 2.1.2. İddiaçı və X8 öz öhdələrinə götürürlər ki, Azərbaycan Respublikasında olan bütün hüquq mühafizə orqanlarına yuxarıda qeyd edilən mübahisə ilə bağlı digər tərəflərə qarşı verdiyi şikayətlərdən imtina edirlər. 2.1.3. İddiaçı və X8 Bakı şəhər Binəqədi Rayonu Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsi ilə onların xeyrinə Cavabdeh6 Mənzil Tikinti Kooperativi tərəfindən ödənilməli olan 2.983.775,58 manat hissəsi ilə bağlı həmin qətnamənin icrasından imtina edirlər. 2.1.4. İddiaçı və X1 Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsinin “ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 2160 kv.m torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin İddiaçı və X8 ilə Cavabdeh6 MTK arasında bağlanmış hesab edilsin, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan “Zeytun” mağazasının X10 və X5 məxsus olmasına dair 010762 nömrəli (reyestr kitabı 26, səhifə 25, qeydiyyat nömrəsi 10762) şəhadətnamə və həmin mağazanın yerləşdiyi 2160 kv.m torpaq sahəsi ilə bağlı 04.11.2004-cü il tarixli 000257 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ləğv edilsin, qeyd olunan torpaq sahəsinə Cavabdeh6 MTK-nın mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququnun qeydiyyata alınması Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilsin” hissəsində qəbul edir və qətnamənin həmin hissə üzrə icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət etməyi öz öhdələrinə götürürlər. 2.2.1. Digər tərəf olan Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, X12, X19, X22, Nümayəndə, X13 öz öhdələrinə götürürlər ki, İddiaçı və X5 qarşı Cavabdeh6 MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin yerləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində tikilmiş 5 girişli və 1 girişli çox mərtəbəli binaların tikintisindən əldə edilən xalis gəlirin bölgüsü ilə bağlı, Zeytun ticarət mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə əlaqədar, eyni zamanda bu mübahisələrlə bağlı vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı barışıq sazişinin digər tərəflərinə qarşı Azərbaycan Respublikası ərazisindəki bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və bu mübahisələrlə bağlı gələcəkdə heç bir məhkəmə orqanlarına müraciət etməyəcəklər. 2.2.2. Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, X12, X19, X22, Nümayəndə, X13 öz öhdələrinə götürürlər ki, İddiaçı və X5 qarşı Azərbaycan Respublikasında olan bütün hüquq mühafizə orqanlarına yuxarıda qeyd edilən mübahisə ilə bağlı verdiyi şikayətlərdən imtina edirlər. 2.2.3. Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, X12, X19, X22, Nümayəndə, X13 öz öhdələrinə götürürlər ki, İddiaçı və X4 hər birinə nağd şəkildə və ya hər birinin adına açılacaq bank hesabına müştərək qaydada 200.000 ABŞ dollarının həmin günə Azərbaycan manatına nisbətində olan məbləği 06.01.2017-ci il tarixədək ödəməyi təmin edəcəklər, əks halda saziş etibarsızdır.

3. Digər şərtlər: 3.1. Tərəflər götürdükləri öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə qarşı tərəfə dəyən maddi və mənəvi zərərə görə qanunla müəyyən edilən məsuliyyət daşıyır.

4. Barışıq sazişinin müddəti: 4.1. Bu barışıq sazişi notariat kontoru tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Tərəflər arasındakı gələcək münasibətlər yalnız bu saziş ilə tənzimlənir. 5.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri: 5.1. Barışıq sazişi Azərbaycan dilində, 22 nüsxədə tərtib olunmuşdur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və tərəflərin imzaladığı andan qüvvəyə minir. Barışıq sazişinin müddəaları tərəflər tərəfindən dəyişdirilə bilməz. Sazişin nüsxələri tərəflərin hər birində 1 nüsxə saxlanılır, 1 nüsxə notariat kontorunda saxlanılır, digər 3 nüsxə Binəqədi Rayon Məhkəməsinə, 1 nüsxə Səbail Rayon Məhkəməsinə, 1 nüsxə Azərbaycan Respublikası Ali Məhkəməsinə, 1 nüsxə Binəqədi rayon İcra şöbəsinə, 1 nüsxə Binəqədi rayon polis idarəsinə, 1 nüsxə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə təqdim ediləcəkdir. Azərbaycan Respublikası məhkəmələrinə, hüquq mühafizə orqanlarına, Binəqədi rayon İcra şöbəsinə təqdim ediləcək nüsxələr Cavabdeh6 MTK-da saxlanılır və Cavabdeh6 MTK tərəfindən təqdim edilir”. “Barışıq sazişinin” son səhifəsində aparılan qeyddən görünür ki, Y.Hüseynov bu sazişin şərti kimi 200.000 ABŞ dolları məbləğində pulu rəsmi olaraq 05.01.2017-ci il tarixdə qəbul etmişdir. "xxxx" ASC-nin Yasamal filialının bank əməliyyat sənədindən görünür ki, tərəflər arasındakı 30.12.2016-cı il tarixli “Barışıq sazişinə” əsasən 200.000 ABŞ dolları İddiaçı şəxsi hesabına köçürülmüşdür. Məhkəməyə təqdim olunmuş 31-ci DNK-nın notariat hərəkətlərinin qeyd edilməsinə dair 3M və 7E reyestirindən çıxarışların surətindən görünür ki, “Barışıq sazişi” və ərizələr İddiaçı tərəfindən imzalanmışdır. “Barışıq sazişi” imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra İddiaçı və övladı Y.Hüseynov notarial qaydada təsdiq olunmuş ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək qarşı tərəflə aralarında olan mülki mübahisələrini barışıq yolu ilə həll etdiklərinə və barışıq sazişi imzaladıqlarına əsaslanaraq cavabdehlərə məxsus əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişlər. Sonradan İddiaçı “Barışıq sazişinin” təsdiq edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadını apelyasiya qaydasında mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə apellyasiya (qərardaddan şikayət vermək üçün prosessual müddətin üzürlü səbəb olmadan ötürülməsi əsası ilə) qeyri-mümkün hesab edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərardadından İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.12.2019-cu il tarixli qərardadı (İş № 2(102)-7035/19) ilə təmin edilməmişdir. 31-ci NK-nun xüsusi notariusu R.Hümbətovun Rayon Məhkəməsinə ünvanladığı 21.10.2019-cu il tarixli 548 №-li məktubundan görünür ki, 30.12.2016-cı il tarixdə İddiaçı oğlu Y.Hüseyn və Cavabdeh6 MTK-nın təsisçiləri Cavabdeh2, N.Kazımov, Nümayəndə, F.Baxışov, Cavabdeh3, Cavabdeh3 və E.Xıdırov 31-ci NK-a gələrək aralarında olan mülki mübahisənin həlli ilə bağlı barışıq sazişinin bağlanması və İddiaçı ərizəsində imzasının təsdiqi ilə bağlı notarius R.Hümbətova müraciət etmişlər. Y.Hüseyn atasının xəstəliyi ilə bağlı notariat kontoruna gələ bilmədiyinə görə, ofisdən kənar atasının yaşadığı ünvan 8 ünvanında ona imza etdirilməsini notariusdan xahiş etmişdir. Notarius R.Hümbətovun İddiaçı böyük hörmətinin olmasını, C.Hüsenynovu Abşeron rayonunda polis rəisi işlədiyi, millət vəkili olduğu vaxtan tanıdığını nəzərə alaraq, tərəflərin şəxsiyyət vəsiqələri əsasında şəxsiyyətlərini müəyyən edib, fəaliyyət qabiliyyətləri yoxlanılmışdır. Bundan sonra R.Hümbətov barışıq sazişin hazırlanmasına göstəriş vermiş, İddiaçı və Y.Hüseynin ərizələri hazırlandıqdan sonra “Barışıq Sazişi” 3M-241 nömrə ilə, ərizələr isə 7E- 13179/13180 nömrə ilə reyestr kitabında qeydə alınaraq Y.Hüseyn və Cavabdeh6 MTKnın təsisçiləri tərəfindən şəxsən imzalanmışdır. İşdən sonra notarius R.Hümbətov Y.Cüseynovla birlikdə İddiaçı yaşadığı yuxarıda qeyd olunan ünvana getmiş, həmin ünvanda “Barışıq sazişinin” və ərizənin məzmunu İddiaçı izah olunmuş, saziş, ərizə və reyestr kitabları şəxsən İddiaçı özü tərəfindən imzalanmış, notarius tərəfindən isə təsdiq olunmuşdur. İsveçrədə yerləşən "xxxx" Tibb Müəssisəsinin 09.12.2016-cı il tarixi epikrizindən görünür ki, İddiaçı konsultasiyasının səbəbi omba və onun kənar hissələrin ağrı ilə müşayət olunan qabırğalarla qarın arası nahiyədə və sağ sarğı nayihəsində ağrılar olmuş, İddiaçı əsas diaqnoz olaraq “sümük və oynaqlardan qaynaqlandığı ehtimal olunan sağ omba və sarğı ağrıları, ürək və tənəffüs çatışmamazlığı (ağciyər ödemi) ilə ürəyin daxili qişasının iltihabı-endokardit, qeyri-müəyyən səbəbdən qaynaqlanan aşağı ətrafların ciddi xroniki aksorial hərəkətli polinevropatiya, 90- cı illərdə odlu silahdan açılmış atəş nəticəsində dəymiş zədə nəticəsində ikinci sinir (bazüönü və orta sinir)və əzələlərdə çoxlu pataloji dəyişikliklər” təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 10.08.2017-ci il tarixli 187/KEŞ №-li rəyindən görünür ki, 1953-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X3 görə Streptokok qallolitikus ilə əlaqədar endokarditxəstəliyi qan dövranı sistemi xəstəliklərinə aiddir. XBT-yə görə qeyd edilən xəstəlik 133 kodu ilə müəyyən edilmişdir. Stretokok qallolitikus ilə əlaqədar Endokardit xəstəliyində xəstədə ürəyin endokard qatı zədələnir, bunun nəticəsində ikitaylı və üçtaylı qapaqlarında zədələnmə müşahidə edilir və exogen kütlə əmələ gəlir. Xəstəliyin klinikasında təngnəfəslik, hava çatışmazlığı, ürək döyünmə və ürək nahiyəsində ağrılar qeyd edilir. Qeyd edilən əlamətlər streptokokların qana keçməsi ilə əlaqədar (bakterial yolla) əmələ gəlir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona Streptokok qallolitikus ilə əlaqədar Endokardit diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Steptokok qallotikus ilə əlaqədar endokardit xəstəliyi qana yoluxmuş bakteriyalar tərəfindən törədilir. Türkiyədə yerləşən X9 10.01.2017-ci il tarixli epikrizindən görünür ki, 02.01.2017-ci il tarixdə xəstəxanaya daxil olan xəstə İddiaçı subakut infektiv endokarditis, aorta çatışmazlığı yüksək dərəcədə diaqnozu təyin olunmuş, 6F JL4 və 6F JR4 kateterlər ilə müxtəlif vəziyyətlərdə sol və soğ koroner angioqrafiyaları icra olunmuş, qanama müşahidə altına alındıqdan sonra proses başa çatdırılmış, ağırlaşma olmamışdır. Həmin Xəstəxananın 19.01.2017-ci il tarixli epikrizindən görünür ki, 02.01.2017-ci il tarixdə xəstəxanaya daxil olan xəstə İddiaçı subakut bakterial endokardit + aorta qapaqda vegetasiya + yüksək aorta qapaq çatışmazlığı, yüksək neyropatiya, hər iki ayaq boşluğu, lumbosakral disk hernisi, KOAH, AVR + LAN liqasiya əməliyyatı diaqnozu təyin olunmuşdur. Tibb elmləri doktoru, professor V.Q.Məmmədovun 20.07.2018-ci il tarixli rəyindən görünür ki, İddiaçı xəstəliyi sepsis (septik vəziyyət, bakterial infeksiya) olmuşdur. Bu xəstəliyin əsas səbəbi müxtəlif şəraitlərdə Streptokok qallolitikus qrupuna aid bakterial infeksiyanın qana keçməsi ilə bağlıdır. X3 görə İddiaçı xəstəliyi 1-ci sinif bəzi infeksion və parazitar xəstəliklərə aiddir. Bu xəstəlik həm A.40.2. D qrup streptokokların törətdiyi sepsis, həm də B.95.2. D qrup streptokoklar başqa rubrikalarda təsnif edilən xəstəliklərin törədicisi kimi təsnif oluna bilər. Komissyon məhkəmə-tibbi ekspertizanın rəyi İddiaçı Streptokok qallolitikus ilə əlaqədar endokarditi X2 İX Sinif Qan dövranı sistemi xəstəliklərinə (İ.330 – Kəskin və yarımkəskin endokardit) aid etmişdir. Bu ondan irəli gəlir ki, aparılan ekspertiza septik endokarditi əsas xəstəlik kimi qiymətləndirmişdir. Lakin nəzərə alsaq ki, İddiaçı anamnezində heç zaman ürəkdamar xəstəlikləri olmayıb və xəstəliyi törədən Streptokok qallolitikus D qrup streptokoklara aiddir, İddiaçı əsas xəstəliyi və diaqnozu sepsis (bakterial infeksiya) olmuşdur, septik endokardit isə bu xəstəliyin bir əlaməti kimi vəziyyəti ağırlaşdırmışdır. Streptokok qallolitikus enterokok adlanan xüsusi qrup mikroorqanizmlərə aiddir ki, bunlar digər streptokoklardan fərqli olaraq mədəbağırsaq sistemin florasına ürək-damar sistemindən daha yaxın hesab olunur və onların əmələ gətirdiyi xəstəliklər heç də kardioloqlar tərəfindən müalicə edilmir. Odur ki, İddiaçı xəstəliyini ürək-damar xəstəliklərinə aid etməyi doğru hesab etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Klinik Xəstəxanasının 11.06.2019-cu il tarixli tibbi arayışdan görünür ki, 22.11.2017-ci il tarixdə xəstəxanaya daxil olan xəstə İddiaçı sol tərəfli boğulmuş qasıqyırtığı diaqnozu təyin olunmuş, xəstəyə cərrahi əməliyyat tövsiyə olunmuş, xəstə əməliyyatdan imtina etmiş, başqa xəstəxanaya aparılacağını bildirərək 22.11.2017-ci il tarixdə evə yazılmışdır. X16 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Q.Kazımov 2015-ci ildən İddiaçı və Y.Hüseynovun mülki işdə nümayəndəsi olmuşdur. İcra prosesində İddiaçı ağır xəstəliyə tutulmuş, xəstə olduğu müddət ərzində Q.Kazımov İddiaçıla görüşməmişdir. Y.Hüseynov Q.Kazımova zəng vuraraq cavabdehlərlə barışdığını bildirmişdir. Q.Kazımov, Y.Hüseynovla notariat kontoruna getmiş, lakin həmin vaxt İddiaçı xəstə olduğundan Q.Kazımov barışıq sazişini imzalamaqdan imtina etmişdir. 05.01.2017-ci il tarixdə Y.Hüseynov Q.Kazımova zəng edərək barışıq sazişinin imzalanmasını bildirib, işə xitam verilməsi barədə ərizəni 06.01.2017-ci il tarixdə məhkəməyə tədim etməsini demişdir. Bundan sonra iddia tələblərindən imtina edilmə barədə Y.Hüseynov tərəfindən təqdim olunan ərizəni Q.Kazımov 06.01.2017-ci il tarixdə məhkəmə iclasında iştirak etməklə hakimə təqdim etmişdir. Barışıq sazişinin təsdiq olunmasından Q.Kazımov məlumatı olmamış, qərardad ona təqdim olunmamış, bu barədə onun 2019-cu ilin may ayında məlumatı olmuşdur. 2019-cu ilin may ayında İddiaçı Q.Kazımova zəng vurub barışıq sazişinin olub-olmamasını, həmin sazişi alıb-almamasını ondan soruşmuşdur. Q.Kazımov Y.Hüseynovun barışıq sazişinin olması barədə ona deməsini, lakin sazişi almadığını demişdir. Bundan sonra Q.Kazımov Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 2019cu ilin iyul ayında barışıq sazişinin təsdiq olunması barədə qərardadı rəsmi qaydada alaraq İddiaçı təqdim etmişdir. İddiaçı həmin qərardadan şikayət verəcəyini bildirmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 18.07.2019-cu il tarixdə verilən çıxarışdan görünür ki, "xxxx" MMC Cavabdeh6 MTK-nın hüquqi varisidir. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, üzrə tərəflər aralarında olan mülki mübahisələri, o cümlədən də Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” Ticarət Mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində inşa edilmiş 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarındakı mənzillərin satışından əldə olunacaq xalis gəlirlərin bölünməsi ilə bağlı mübahisələri “Barışıq sazişinin” bağlanması yolu ilə həlli barədə razılığa gəlmiş və bu sazişin şərtlərini öz aralarında razılaşdırılmaqla 30.12.2016-cı il tarixdə sazişi bağlamış və 31-ci NK-da təsdiq etdikdən sonra məhkəməyə təqdim etmişlər. “Barışıq sazişində” 400.000 ABŞ dollarının həmin günə Azərbaycan manatına nisbətində olan məbləğinin İddiaçı və Y.Hüseynova ödənilməli olması qeyd olunmuşdur. Binəqədi Rayon Məhkəməsi “Barışıq sazişinin” qanuniliyini yoxlamış və 06.01.2017-ci il tarixli qərardadı (İş № 2(001)- 1484/2017) ilə sazişi təsdiq edərək, iş üzrə icraata xitam vermişdir. Sonradan İddiaçı 06.01.2017-ci il tarixli qərardadı yuxarı instansiyalarda mübahisələndirsə də, onun verdiyi şikayətlər təmin edilməmiş, qərardad qanuni qüvvəsini almışdır. “Barışıq sazişi” bağlandıqdan sonra cavabdehlər sazişin şərtlərini tam yerinə yetirmiş, İddiaçı və Y.Hüseynova ayrı-ayrılıqda 200.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəmiş, sonuncular bu vəsaiti qəbul etmişlər. Rayon Məhkəməsi tərəfindən işin halları kimi həmçinin müəyyən olunmuşdur ki, barışıq sazişi təsdiq olunarkən tərəflərin fəaliyyət qabiliyyəti yoxlanılmış, İddiaçı barışıq sazişini, aparılmış notariat hərəkətlərini oğlu Y.Hüseynin iştirakı ilə imzalamış, məhkəmə iclasında verdiyi izahatında notariusun onun evinə gəlmədiyini qeyd edən İddiaçı iddia ərizəsində barışıq sazişinin ona notariat kontorunun notariusu tərəfindən gətirilməsini yazaraq imzası ilə təsdiq etmişdir. Bütün bunları müəyyən edən Rayon Məhkəməsi, hesab etmişdir ki, “Barışıq sazişinin” qanunsuz hesab edilməklə ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur, iddiaçı C.Hüsçeynovun iddiası əsassızdır. Bunlardan başqa, Rayon Məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın iddiası ilə bağlı hesab etmişdir ki, A.Muradovanın tərəfi olmadığı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” bağlanması ilə uzun müddət əmlakları üzərində sərəncam verə bilməməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulması, 3 il ərzində məhkəmə çəkişmələrinə cəlb edilməsi, adının müqaviləyə daxil edilməməsi hallarının mövcudluğu və ya mövcud olmaması “Barışıq sazişinin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən A.Muradovanın da iddiası əsassızdır. Məhkəmə, Rayon Məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə görə, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər (maddə 881.1.). Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir (maddə 881.2.). Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir (maddə 881.3.). Mülki Məcəllənin 421-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Mülki Məcəllənin müddəalarına əsasən əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (maddələr 337.1., 338., 339.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin müzakirə edilən mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” səhhətində olan problemlərdən istifadə edilməklə ona imza etdirilməsi, “Barışıq sazişinin” hüquqi nəticələrinin ona izah olunmaması, “Barışıq sazişini” təsdiq edən notariusun onun evinə gəlməməsi, habelə “Barışıq sazişinin” təsdiq olunduğu günün qeyriiş günü olması və sazişdə pul vahidinin ABŞ dolları ilə qeyd olunmasının qanunsuz olduğunu bildirən və buna görə bu sazişin ona aid hissəsini qanunsuz hesab etməklə ləğv edilməsini tələb edən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə və təmin edilə bilməz. Müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın iddiası ilə bağlı isə eyni zamanda nəzərə alınmalıdır ki, A.Muradova “Barışıq sazişinin” bağlanmasına əsas olan və Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-1341/2015 №-li iş üzrə iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilir (MPM; maddə 50.). Üçüncü şəxslər işdə iştirak edən şəxslər sayılır (maddə 46). Barışıq sazişi isə iş üzrə tərəflər arasında bağlanır (maddə 52.3., 191.1. və bir sıra başqa maddələr). Qanunverici iş üzrə üçüncü şəxslərin barışıq sazişinin bağlanmasında mütləq iştirakını nəzərdə tutumamışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə A.Muradovanın tərəfi olmadığı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” bağlanması ilə uzun müddət əmlakları üzərində sərəncam verə bilməməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulması, 3 il ərzində məhkəmə çəkişmələrinə cəlb edilməsi, adının “Barışıq sazişinə” daxil edilməməsi hallarının mövcudluğu və ya mövcud olmaması “Sazişin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən A.Muradovanın da iddiası əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci mülki iş üzrə Rayon Məhkəməsi İddiaçı “əqdin qismən ləğv edilməsi tələbi barədə” iddiasını, habelə müstəqil tələb irəli sürən A.Muradovanın cavabdehlərə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi barədə” iddiasını təmin etməməklə faktlar nöqteyi-nəzərindən iş üzrə əsaslı, qanuni və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, ikinci mülki iş üzrə də İddiaçı cavabdehlərə qarşı irəli sürdüyü tələblər əsassızdır, lakin Rayon Məhkəməsi bu tələbi qismən də olsa təmin etməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı Cavabdeh6 MTK-nın Bakı şəhəri Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında yerləşən 336-cı və 438-ci mənzillərinin tərəflər arasında 30.12.2016-cı il tarixli “Barışıq saziş” bağlandıqdan sonra satıldığını əsas gətirərək, həmin mənzillərin satışından əldə olunmuş xalis gəlirin ona aid 1/25 hissəsinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia irəli sürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.12.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində yerləşən 72 №-li evin 336-cı mənzili 07.03.2018-ci il tarixdə X17 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.01.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində yerləşən 72 №-li evin 438-ci mənzili 07.02.2018-ci il tarixdə X14 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən Rayon Məhkəməsi ikinci iş üzrə işin halları kimi müəyyən etmişdir ki, MTK-nın təsisçiləri arasında razılaşma olmuşdur ki, MTK-nın M.Cəlal küçəsi 72 ünvanında inşa etdiyi 5 girişli 17 mərtəbəli binanın 1- ci girişinin 14-cü mərtəbəsindəki 2 otaqlı (119 kv.m sahəsi olan) 77 nömrəli, 1-ci girişinin 17-ci mərtəbəsindəki 2 otaqlı (119 kv.m. sahəsi olan) 95 nömrəli, 2-ci girişinin 15-ci mərtəbəsindəki 3 otaqlı (147 kv.m. sahəsi olan) 149 nömrəli, 4-cü girişinin 16-cı mərtəbəsindəki 2 otaqlı (93 kv.m. sahəsi olan) 327 nömrəli, 4-cü girişinin 17-ci mərtəbəsindəki 2 otaqlı (119 kv.m. sahəsi olan) 332 nömrəli, 5ci girişinin 3-cü mərtəbəsindəki 3 otaqlı (146 kv.m. sahəsi olan) 354 nömrəli, 5-ci girişinin 16-cı mərtəbəsindəki 2 otaqlı (146 kv.m. sahəsi olan) 432 nömrəli, 1-ci girişinin 17-ci mərtəbəsindəki 2 otaqlı (99 kv.m. sahəsi olan) 91 nömrəli mənzillər, həmin binada ümumilikdə 1112,9 kv.m. ibarət qeyri-yaşayış sahəsi İddiaçı, 112,8 kv.m. ibarət qeyriyaşayış sahəsi isə Y.Hüseynova, eyni ünvandakı 1 girişli 12 mərtəbəli binanın 2-ci mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 2 nömrəli mənzil, 2-ci mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 5 nömrəli, 5-ci mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 16 nömrəli, 5-ci mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 17 nömrəli, 5-ci mərtəbəsində 2 otaqlı (88 kv.m. sahəsi olan) 18 nömrəli, 5-ci mərtəbəsində 2 otaqlı (95 kv.m. sahəsi olan) 19 nömrəli, 5-ci mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 20 nömrəli, 10-cu mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 41 nömrəli, 10-cu mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 42 nömrəli, 10-cu mərtəbəsində 2 otaqlı (88 kv.m. sahəsi olan) 43 nömrəli, 10-cu mərtəbəsində 2 otaqlı (95 kv.m. sahəsi olan) 44 nömrəli, 10-cu mərtəbəsində 3 otaqlı (121,5 kv.m. sahəsi olan) 45 nömrəli, 12-ci mərtəbəsində 2 otaqlı (95 kv.m. sahəsi olan) 54 nömrəli mənzillər, hazırda gözəllik salonu kimi fəaliyyət göstərən 85 kv.m. qeyri-yaşayış sahəsinin 01.02.2011-ci il, 16.02.2011-ci il və 27.05.2011-ci il tarixli razılaşmalar əsasında Cahangir və Yadigar Hüseynovlara verilmiş və bununla bağlı tərəflər arasında narazılıq olmamışdır. Lakin hazırki mübahisələndirilən 336 və 438 nömrəli mənzillər həmin siyahıda öz əksini tapmamışdır, yəni həmin mənzillərin satışından əldə olunmuş gəlir iddiaçının payına uyğun olaraq (25 %) ona ödənilməmişdir. Bunlardan başqa, Rayon Məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, İ.Kərimov 438 nömrəli mənzil üçün cəmi 105, 500 manat ödəniş etməklə mənzilin 1 kv.m 824 manata əldə etmişdir (105, 500 :128,03 (çıxarışda göstərilən sahə)=824 manat). Nəzərə alınsa ki, hər iki mənzil eyni vaxtlarda satılmışdır, (Q.Əsgərova məxsus 336 nömrəli mənzil - 136,06 kv.m; İ.Kərimova məxsus 438 nömrəli mənzil - 128,03 kv.m) bu haldı hesab edilməlidir ki, cavabdeh MTK-nın hər iki mənzilin satışından əldə etdiyi gəlir 217,610 manat ((136,06+128,03)X824=217,610) təşkil etmişdir. Bunları müəyyən edən Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan razılaşmaya görə, gəlir və qazanclar 4 yerə bölünməli olduğundan (25%), hazırda iddiaçıya düşən pay 54.403 manat təşkil etməlidir(217,610:4=54,403). Məhkəmə hesab edir ki, ikinci iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Çünki, yuxarıda artıq qeyd edildiyi kimi İddiaçı ilə cavabdehlər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” 2.1.1-ci maddəsinə görə, İddiaçı və onun övladı Y.Hüseynov öz üzərinə öhdəlik götürmüşlər ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” Ticarət Mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində inşa edilmiş 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarının tikintisindən əldə ediləcək xalis gəlirin bölgüsü ilə bağlı, “Zeytun” ticarət mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə bağlı, eyni zamanda bu mübahisələrlə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı “Barışıq sazişinin” digər tərəflərinə qarşı bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və iddianın təmini tədbiri kimi əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi üçün müvafiq ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edirlər. Tərəflər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişi” Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadı (İş № 2(001)-1484/2017) ilə təsdiq edilmişdir. Məhkəmə qərardadı qanuni qüvvəsini almışdır. “Barışıq sazişinin” yuxarıda qeyd olunan 2.1.1-ci maddəsindən də aydın şəkildə görünür ki, hazırda mübahisəsi gedən 336 və 438 nömrəli mənzillər də daxil olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” ticarət mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində Cavabdeh6 MTK-nın inşa etdiyi 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə dair münasibətlər tərəflər arasında bağlanmış “Barışıq sazişi” ilə tam şəkildə tənzimlənmişdir. Cavabdehlər “Barışıq sazişinin” şərtlərini tam şəkildə icra etmiş, İddiaçı və Y.Hüseynova hər birinə ayrı-ayrılıqda 200.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Binəqədi Rayon Məhkəməsinin 06.12.2013-cü il tarixli qərardadı (İş № 2-(001)- 4396/13) ilə ünvan 9 ünvanda yerləşən və Cavabdeh6 MTK-ya məxsus 336 №-li və 438 №-li mənzillər üzərinə həbs qoyulmaqla, həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi və sair qərara alınmışdır. İşdə olan İddiaçı notarial qaydada təsdiq olunmuş 30.12.2016-cı il tarixli ərizəsindən görünür ki, həmin ərizə ilə İddiaçı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında məhkəmə mübahisəsi ilə bağlı barışıq sazişi bağlandığı üçün barəsində iddianın təmini tədbiri görülmüş əmlaklar üzərində həbsin saxlanılmasına zərurət qalmamışdır. Ona görə də həmin əmlaklar üzərinə həbsin qoyulması barədə qarardadın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin yerləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində Cavabdeh6 MTK tərəfindən inşa edilmiş 5 girişli və 1 girişli çox mərtəbəli binaların tikintisindən əldə edilən xalis gəlirin bölgüsü ilə bağlı mübahisə tərəflər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişi” ilə həll edilmiş, İddiaçı və onun oğlu Y.Hüseynova hər birinə 200.000 ABŞ dolları ödənilmiş, həmin şəxslər bu vəsaiti qəbul etmişlər. İddiaçı 200.000 ABŞ dolları məbləğində pulun onun tərəfindən alınmasını məhkəmə baxışı zamanı təkzib etməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, İddiaçı cavabdehlərə qarşı iddiası müzakirə olunan hissədə əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, ikinci iş üzrə iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Həmin nəticə iş üzrə tərəflərin arasında yaranmış hüquq münasibətlərə uyğun deyil. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan hesab edilməlidir ki, ikinci iş üzrə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlilləri əsaslı, İddiaçı apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə də iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Həmin qətnamədən cavabdeh "xxxx" MMC-nin verdiyi apelyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia tələbi təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi qalan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar