Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3032/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(010)-1035/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, bir uşağın – xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 235 manat aliment cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, hər ay 235 manat aliment tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, alimentin miqdarı 100 manat müəyyən olunsun. Şikayət onunla əsaslandırılıb ki, cavabdeh mağazada satıcı işləyir, hər ay 345 manat əmək haqqı alır, kirayədə yaşayır, başqa şəxslə ailə qurub, həmin şəxslə münasibətindən iki uşağı var, 235 manat aliment ödəmək iqtidarında deyil. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Qətnamənin alimentin miqdarına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Cavabdeh ümumilikdə 3 uşağı var. 1 uşaq – xx.xx.2014-cü il təvəllüdlü Yusif Fərəcov Cavabdeh İddiaçı ilə münasibətindən doğulub. Onların rəsmi nikahı olmayıb. 2 uşaq - xx.xx.2012-ci il təvəllüdlü Əzizə Fərəcova və xx.xx.2014-cü il təvəllüdlü Nazənin Fərəcli Cavabdeh başqa qadınla - Fəridə Fərəcova ilə münasibətindən doğulub. Onların rəsmi nikahı var, nikah xx.xx.2013-cü ildə qeydə alınıb. Əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh pərakəndə satış müəssisəsində kişi paltarları və ayaqqabılarının satışı üzrə satıcı işləyir, aylıq əmək haqqısı 345 manat təşkil edir. İddiaçı iddia ərizəsində bildirib ki, cavabdeh həm də mügənnidir, mütəmadi olaraq toylarda müğənnilik edirək qazanc əldə edir. Lakin bunu təsdiq edən sübut təqdim edilməyib. Cavabadeh isə bu məlumatın həqiqi olmadığını bildirib. Məhkəmə qeyd edir ki, cavabdehin rəsmi əmək haqqının məbləğinin az olması alimentin miqdarının 100 manat müəyyən edilməsinə əsas vermir. O, əmək qabiliyyətlidir, münasib qazanc əldə etmək və 235 manat aliment ödəmək iqtidarındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının 1 uşaq üçün 235 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-1035/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3032/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3032/2024
17.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver