Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3039/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(004)-9542/2014 saylı qərardadından iş üzrə borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “X5 Azərbaycan” borclu Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli, 2(004)-9542/2014 saylı məhkəmə əmri ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh1 və ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 müştərək qaydada 3841,02 ABŞ dolları əsas borc, 377,72 ABŞ dolları faiz borcu, 96,23 ABŞ dolları cərimə olmaqla, cəmi 4314,97 (dörd min üç yüz on dörd dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 25 (iyirmi beş) manat məbləğində məhkəmə xərclərinin kreditor “X5 Azərbaycan” QSC-nin xeyrinə tutulması əmr edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh2 həmin əmrdən etiraz təqdim edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktaybr 2014-cü il tarixli əmri ilə ona hesablanmış borc və faizin düzgün araşdırılması üçün işə tərəflərin iştirakı ilə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(004)-9542/2014 saylı qərardadı ilə borclu Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9542/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli məhkəmə əmrindən verilmiş etiraz geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(004)-9542/2014 saylı qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət, həmin məhkəmənin 16 mart 2023-cü il tarixli, 2(004)-9542/2014 saylı qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə əmri rəsmi qaydada ona təqdim edilməmiş və o, uzun müddət həmin məhkəmə əmrindən məlumatsız olmuşdur. Yalnız 2022-ci ilin iyun ayında həmin məhkəmə əmrindən xəbər tutmuş və dərhal da xx.xx.2022-ci il tarixdə məhkəməyə etirazla müraciət etmişdir. Bundan sonra yenə də uzun müddət məhkəmə əmrinə etdiyi etirazla bağlı ona hər hansı bir məlumat verilmədiyi üçün o, yenidən xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək etiraza baxılmasının nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Ərizədə Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə (qeyd olunan məktub yenə də onun ünvanına göndərilməmiş və o, məcbur olub həmin məktubu xx.xx.2023-cü il tarixində şəxsən məhkəmənin dəftərxanasından götürmüşdür) cavab verilmiş və məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9542/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli əmrinə etdiyi etiraz Məhkəmənin 2(004)-9542/2014 saylı, 07 iyul 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır və guya həmin qərardad xx.xx.2022-ci il tarixdə ona göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli məktuba 07 iyul 2022-ci il tarixli qərardad da əlavə edilmişdir. Nə 2(004)-9542/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli məhkəmə əmri, nə də 2(004)- 9542/2014 saylı, 07 iyul 2022-ci il tarixli qərardad ona rəsmi qaydada təqdim edilməmişdir. Yalnız xx.xx.2023-cü il tarixli məktubla 07 iyul 2022-ci il tarixli qərardad ona rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə 07 iyul 2022-ci il tarixli qərardadda göstərmişdir ki, məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək, habelə MPM-in 130.1 və 282-ci maddələrini rəhbər tutaraq hesab edir ki, borclu tərəfindən 10 günlük müddət ötürüldüyündən, habelə etirazın müəyyən olunmuş müddətdə verilməsinin üzürlü olması barədə əsasları təsdiq edən sənədlər ərizəyə əlavə olunmadığından məhkəmə etirazı əsaslı hesab etmir və bu səbəbdən də etiraz geri qaytarılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022ci il tarixli, 2(004)-9542/2014 saylı qərardadı ləğv edilməli, etiraza yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə etirazı geri qaytararkən qeyd etmişdir ki, borclu tərəfindən 10 günlük müddət ötürüldüyündən, habelə etirazın müəyyən olunmuş müddətdə verilməsinin üzürlü olması barədə əsasları təsdiq edən sənədlər ərizəyə əlavə olunmadığından məhkəmə etirazı əsaslı hesab etmir və bu səbəbdən də etiraz geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə əmri xx.xx.2014-cü il tarixdə qəbul edilmişdir və icraya yönəldilmişdir. Belə olan halda əmrin qəbul edilməsindən 8 il müddət keçmiş, bu müddət ərzində borclular tərəfindən məhkəmə əmri barədə məlumatın olmaması həqiqətə uyğun deyildir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə vəya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materiallarından görünür ki, borclu Cavabdeh2 tərəfindən məhkəmə əmrinin alınması ilə bağlı heç bir sübut mövcud deyildir. Digər tərəfdən iş materiallarında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2014-cü il tarixli qərarı olduğu halda, məhkəmə icra işini tələb edərək, icra mərhələsində borclunun əmrdən məlumatlı olub-olmamasını araşdırmamışdır. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla əmrdən verilmiş etirazı geri qaytarmaqla, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, əmrdən verilmiş etiraza yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(004)-9542/2014 saylı qərardadı ləğv edilsin. Borclu Cavabdeh2 tərəfindən verilmiş etiraza yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3039/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3039/2023
19.04.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver