Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3055/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilmə tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment öhdəliyinə xitam verilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(008)-634/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(004)- 5469/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 02 aprel 2008-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş 02 avqust 2011-ci il təvəllüdlü X9 anasının yanında saxlanması və onun yetklinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğdə alimentin X5 xeyrinə tutulması qət edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(004)4486/2019 nömrəli qətnaməsinə əsasən X1 üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğdə müəyyən edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(008)2961/2022 nömrəli qətnaməsinə əsasən 02 avqust 2011-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 X8 övladlığına verilməsi, övladlığa götürmə qeydiyyat orqanı tərəfindən akt qeydləri kitabında qeyd edilərkən övladlığa götürülən X3 qrafasında “Məmmədov”, ata adı “İlqar”, ata adı qrafasında “X15” qeyd olunması, Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 08 may 2015-ci il tarixdə aparılmış 548 №-li akt qeydində dəyişiklik əsasında yeni qeydlə doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 14 noyabr 2022-ci il tarixli, 8(103)-376/2022 saylı qərardadından görünür ki, Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(008)2961/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almadan övladlığa götürən - X8 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, həmin şəxsin ölümünün xx.xx.2022-ci il tarixdə 1362 saylı akt qeydi ilə müvafiq qeydiyyat şöbəsində qeydə alındığını bildirərək, övladlığa götürmənin dövlət qeydiyyatının aparılmasının mümkün olub-olmaması barədə məhkəmədən izah verilməsi xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 8(008)- 603/2022 saylı qərardadına əsasən ərizə rədd edilmiş, həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(103)-376/2022 saylı qərardadı ilə təmin edilməmiş, dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 02 avqust 2011-ci il təvəllüdlü X1 ilə bağlı onun aliment öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 29 aprel 2016-cı il tarixdə X15 ilə ailə qurmuş, nikahları 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 29 aprel 2016-cı il tarixdə 472 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahdan 20 dekabr 2016-cı il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin əri olan ərizəçi X8 uşağın övladlığa verilməsi barədə ərizəsi təmin edilmiş, X9 ata qrafasında “Məmmədov”, ata adının “İlqar” qeyd olunması və yeni dəyişikliklə doğum haqqında şəhadətnamənin verilməsinin Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(008)- 634/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, 02 avqust 2011-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 X8 övladlığına verilməsi barədə qətnamə qanuni qüvvəyə minib, müəyyən edilmiş qaydada icraya yönəldiyindən, İddiaçı aliment öhdəliyinə xitam verilməsi barədə hazırkı tələbi haqlıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.2, 78.3- 112, 113.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddanın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətinin dəlillərinə görə, qətnamə qanuni qüvvəsini alıb icra olunması Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə gönərdilənə qədər X15 rəhmətə getmişdir. Bununla bağlı qətnamə icra olunmamış qalmışdır. Bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin rəisi Lətafət Hacıyeva ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2022- ci il tarixli, 2(008)-2961/2022 nömrəli icra sənədinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Lakin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 8(008)-603/2022 nömrəli qərardadı ilə qətnamənin izah edilməsinə dair ərizə təmin edilməmişdir. Həmin qərardadın ləğv olunması üçün şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasinin 14 noyabr 2022-ci il tarixli məhkəmə iclasında şikayətinə baxılmış, lakin şikayəti təmin olunmamışdır. Yekun nəticə olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(008)-2961/2022 nömrəli qətnaməsi icra olunmamışdır. Uşağın atası bu günə qədər X15 deyil, İddiaçıdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 67.7. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Maddə 118.19. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır; Maddə 119.10. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır: 119.10.1. vəfat etdikdə; Maddə 134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
17. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 4.1. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ya ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə müraciət etməlidirlər; Maddə 4.2. Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
21. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasındakı pozulduqdan sonra birgə nikahdan doğulmuş 02 avqust 2011-ci il təvəllüdlü X18 anası Cavabdeh yanında saxlanılmış, onun saxlanılması üçün iddiaçıdan aliment tutulmuşdur. X4 Riad Rizvan oğlunun övladlığa götürülməsi haqqında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, 09 iyun 2022-ci il tarixli qətnamə ilə ərizə təmin edilmişdir. Lakin, qətnamə qanuni qüvvəsini almadan övladlığa götürən X15 29 iyun 2022ci il tarixdə vəfat etmişdir.
22. Hazırkı iddianın hüquqi əsası kimi Ailə Məcəlləsinin 113.2.2-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, aliment ödənilən uşaq övladlığa götürüldükdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.
23. Buna görə də hazırkı mübahisə üzrə araşdırılmalı olan məqam bu maddədə qeyd olunmuş “uşağın övladlığa götürülməsi” halının mövcud olub – olmamasıdır.
24. Bunun üçün ilk növbədə övladlığa götürən şəxsin hüquq və vəzifələrinin yaranıb – yaranmaması müəyyən olunmalıdır ki, Ailə Məcəlləsinin 118.19-cü maddəsi övladlığa götürmək istəyən şəxsin hüquq və vəzifələrinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən yarandığını müəyyən edir. Deməli, X8 X11 münasibətdə hüquq və vəzifələri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(008)2961/2022 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yarana bilərdi.
25. X15 isə qətnamə çıxarıldıqdan 20 gün sonra – 29 iyun 2022-ci il tarixdə vəfat etmiş, onun ölümü isə 10 avqust 2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25-ci maddəsinin tələbləri əsas götürülməklə qətnamənin qanuni qüvvəyə mindiyi vaxt X8 hüquqi qabiliyyəti (mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq) olmamışdır, beyinin fəaliyyətinin dayanması anı, yəni, 29 iyun 2022-ci il tarixdə onun hüquq qabiliyyəti xətm edilmişdir.
26. Bundan başqa, digər tərəfdən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 4.1-ci bəndi övladlığa götürənin ən geci bir ay ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə qeydiyyat şöbəsi və ya konsulluq idarəsinə müraciət etməli olduğunu nəzərdə tutur ki, X15 vəfat etdiyindən qeydiyyatın aparılması da mümkünsüz olmuşdur.
27. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən preyudisiallıq baxımından Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 8(103)-376/2022 saylı qərardadının aşağıdakı hissəsinə istinad etmişdir: “Ailə Məcəlləsinin 128-ci madəsinə əsasən, uşağı faktiki tərbiyə edən şəxs öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 2961/2022 saylı qətnaməsindən isə görünür ki, uşağı faktiki tərbiyə edən X2 X12 ailədə doğma uşaq kimi qəbul etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. X8 xx.xx.2022-ci il tarixdə vəfat etməsi qətnamənin icra edilməməsi üçün əsas deyil.”
28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır. Çünki, Bakı Apellyasiya Məhkəməsinin qərardadında Ailə Məcəlləsinin 128-ci madəsinə istinad olunur və həmin maddənin də məzmunu övladlığa götürmə barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi ilə bağlı deyildir, bu norma övladlığa götürmə faktı ilə bağlı prosedura müəyyən edir. Hazırkı situasiyada isə övladlığa götürmə faktının müəyyən olunması ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir və mübahisənin mahiyyətini yuxarıda qeyd olunduğu kimi övladlığa götürənin hüquq və vəzifələrinin yaranması təşkil edir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, övladlığa götürlmə barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan övladlığa götürən – X15 vəfat etdiyindən ona və övladlığa götürülən uşağa münasibətdə hər hansı hüquq və vəzifələr yaranmadığından Ailə Məcəlləsinin 113.2.2-ci maddəsinin dispozisiyasında qeyd olunan şərt mövcud deyildir və aliment öhdəliyinə xitam verilə bilməz.
30. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(008)- 634/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(008)- 634/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev