Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-306/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Leyla Namazzadənin, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” 2(005)-385/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cehiz və qızılzinət əşyalarının geri qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ona məxsus 1900 manat dəyərində 583 əyyar, 20 qr çəkisi olan 1 dəst ağ qızıldan hazırlanmış olan briliant və sapfir qaşlı üzük, cüt sırğa, boyunbağı (sep) kulon, 300 manat dəyərli 1 ədəd qızıldan hazırlanmış 583 əyarlı qaşsız üzəri tor formasında olan 6 qr. sırğa, 500 manat dəyəri olan 1 ədəd 585 əyarlı 10 qr. qızıldan hazırlanmış sırğa və üzük (yeni şəbəkə), 450 manat dəyəri olan 585 əyyarlı sarı və ağ qızıldan hazırlanmış 9 qr çəkisi olan sallanma sırğalar, 750 manat dəyəri olan 11 qr 750 əyyarlı sarı qızıldan hazırlanmış rəngli emal ilə gülləri boyanmış uşaq sırğaları, 750 manat dəyərində olan 585 əyyarlı ağ qızıldan hazırlanmış 12 qr çəkisi olan 5 briliant qaşlı üzük, 800 manat dəyəri olan 8 qr 585 əyyar sarı qızıldan hazırlanmış qırmızı qaşlı cüt sırğa, 2000 manat dəyəri olan 585 əyyar sarı qızıldan hazırlanmış 30 qr çəkisi olan qolbağın cəmi 7450 (yeddi min dörd yüz əlli) manat məbləğində qızıl zinət əşyalarının və “İstiqbal” şirkətindən 1200 manat dəyərində olan boz rəngdə açılan divan, 1400 manat dəyərində olan 1 ədəd qonaq masası və boz rəngli 6 oturacağı, 2200 manat dəyərində olan 1 ədəd qəhvəyi rəngli, malayziya istehsallı yuxarı hissəsi şüşə, aşağı hissəsi taxta olan servant, dəyəri 320 manat olan 1 ədəd tək qapılı tumbocka, 2200 manat dəyərində olan 1 ədəd açıq və tünd qəhvəyi rənglərlə kombinə edilmiş sürüşdürülən qapılı şifoner, 320 manat dəyəri olan 1 ədəd yığılmış güzgülü şkaf, 720 manat dəyəri olan 1 ədəd “Samsunq” istehsallı 82 sm olan qara rəngli televizor, 350 manat dəyi olan 1 ədəd ağ rəngli uşaq beşiyi, dəyəri 400 manat olan 1 ədəd xrustaldan hazırlanmış, 6 plafonlu çıl-çıraq, 300 manat dəyəri olan 1,5:2 m ölçülü xalça, 120 manat dəyəri olan 1 ədəd gəhvəyi rəngli taxtadan hazırlanmış telefon altı, 100 manat dəyəri olan 1 ədəd bronz rəngli karniz, 500 manat dəyəri olan açıq və tünd gəhvəyi rəngdə kombinə edilmiş pərdə, 50 manat dəyəri olan 2 ədəd sentefon balış, 100 manat dəyəri olan 2 ədəd qaz tüklü balış, 150 manat dəyəri olan 1 ədəd yün döşək, 70 manat dəyəri olan 1 ədəd yorğan sentefon, müxtəlif ölçülü əl-üz dəsmalları, yatağ örtükləri, 1800 manat dəyəri olan Samsung markalı soyuducu, 850 manat dəyəri olan mətbəx mebeli, 600 manat dəyəri olan soba, 650 manat dəyəri olan İndesit markalı paltar yuyan maşının cəmi 14400 (on dörd min dörd yüz) manat məbləğində cehiz əşyalarının alınıb ona verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyərinin cavabdehlərdən alınıb ona verilməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, Cavabdeh1la xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olub evlənmişlər. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, (köhnə İnqlab küçəsi) Həsən Əliyev 78 A, m.3 ünvanda yaşayıb birgə təsərrüfat aparmışlar. Birgə nikahdan bir uşaqları var. Keçmiş həyat yoldaşı ilə yaşadığı dövr ərzində tərəfindən xoşagəlməz rəftara məruz qalmışdır. Yoldaşı sakitləşsin ona etdiyi əziyyətərə görə səhvlərini başa düşsün deyə bir müddətdir ki, uşağı ilə birlikdə gəlin köçdüyü Bakı şəhəri, Nərimanov rayonu, iləsən Əliyev 78 A mənzildən bir necə geyim dəstlərini görürərək valideynlərinin evinə müvvəqəti qonaq getmək qərarına gəlmişdir. Lakin cavabdeh ona qarşı daha da aqressiv münasibət bəsləməyə başlamışdır. Hal-hazırda Cavabdeh1 arasında bağlanmış nikahın pozulması tələbinə dair müki iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Bildirir ki, onun Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 78 A, 3 nömrəli mənzilə cehiz qismində apardığı “İstiqbal” şirkətindən boz rəngdə açılan divan, 1 ədəd qonaq masası və boz rəngli 6 oturacağı, 1 ədəd qəhvəyi rəngli, malayziya istehsallı yuxan hissəsi şüşə, aşağı hissəsi taxta olan servant, 1 ədəd tək qapılı tumbocka, 1 ədəd açıq və tünd qəhvəyi rənglərlə kombinə edilmiş sürüşdürülən qapılı şifoner, 1 ədəd yığılmış güzgülü şkaf, 1 ədəd “Samsunq” istehsallı 82 sm olan qara rəngli televizor, 1 ədəd ağ rəngli uşaq beşiyi, 1 ədəd xrustaldan hazırlanmış 6 plafonlu çıl-çıraq, 1,5:2 m ölçülü xalça, 1 ədəd gəhvəyi rəngli taxtadan hazırlanmış telefon altı, 1 ədəd bronz rəngli karniz, açıq və tünd gəhvəyi rəngdə kombinə edilmiş pərdə, 2 ədəd sentefon balış, 2 ədəd qaz tüklü balış, 1 ədəd yün döşək, 1 ədəd yorğan sentefon, müxtəlif ölçülü əl-üz dəsmalları, yatağ örtükləri, və ona məxsus olan qızıl-zinət əşyaları (foto məhkəmə baxışı zamanı məhkəmənin diqqətinə çatdırılacaqdır) 1900 manat dəyərində 583 əyyar, 20 qr çəkisi olan 1 dəst ağ qızıldan hazırlanmış olan briliant və sapfir qaşlı üzük, cüt sırğa, boyunbağı (sep) kulon, 300 manat dəyərli, 1 ədəd qızıldan hazırlanmış 583 əyarlı, qaşsız üzəri tor formasında olan 6 qr. sırğa, 500 manat dəyəri olan 1 ədəd 585 əyarlı 10 qr. qızıldan hazırlanmış sırğa və üzük (yeni şəbəkə), 450 manat dəyərli, 585 əyyarlı sarı və ağ qızıldan hazırlanmış, 9 qr çəkisi olan sallanma sırğalar, 750 manat dəyəri olan 11 qr 750 əyyarlı sarı qızıldan hazırlanmış rəngli emal ilə gülləri boyanmış uşaq sırğaları, 750 manat dəyərində olan 585 əyyarlı ağ qızıldan hazırlanmış 12 qr çəkisi olan 5 briliant qaşlı üzük, 800 manat dəyəri olan 8 qr 585 əyyar sarı qızıldan hazırlanmış qırmızı qaşlı cüt sırğa, 2000 manat dəyəri olan 585 əyyar sarı qızıldan hazırlanmış 30 qr çəkisi olan qolbaq gəlin köçdüyü məzildə bu günə gədər qalmaqdadır. Onu da qeyd edir ki, sadalanan qızıl qınət əşyaları, briliant qaşlı üzük və uşaq sırğaları istisna olmaqla hamısı onun subay vaxtından valideynləri və qohumları tərəfindən ona hədiyyə olunan əşyalardır. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 ona məxsus qızıl-zinət əşyalarının və cehizlərin qaytarılmasını xahiş etsə də, cavabdeh, həmin əşyaların ona qaytarılmasından yayınmışdır. Qeyd edir ki, bu amili təsdiq edəcək sms iddia ərizəsinə əlavə olunmuşdur. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması təsdiq olunur. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan qızıl-zinət əşyalarından fotoşəkillərdə və video görüntülərdə əks olunmuşlar və onların iddiaçıya hədiyyə edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nonnalarına müvafiq olaraq qiymət verməlidir. Məlumdur ki, kişi qadına məxsus olan qızıl-zinyət əşyalarından təyinatı üzrə istifadə etmir. Dolayısı ilə cavabdehin qadına məxsus qızıl-zinyət əşyalarından istifadə etməməsi həmin əşyaların onda olmaması kimi qiymətləndirilməməlidir. Onu da qeyd etmək vacibdir ki, cavabdeh və onun anası eyni ünvanda birgə yaşayırlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-385/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin 14400 manat məbləğində cehiz əşyaları hazırda iddiaçı ilə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu. Həsən Əliyev 78A ünvanda olan 3 nömrəli mənzildədir və həmin əşyaları götürməkdə heç bir maneə yoxdur. İddiaçı istədiyi vaxt həmin əşyaları götürə bilər. İddia tələbinin 7450 manat məbləğində qızıl zinət əşyalarının hazırda cavabdehlərdə olduğuna dair mötəbər sübutları iddiaçı təqdim edə bilməmişdir. Ancaq buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübutlar olmadan yalnız İddiaçı və onun valideynlərinin izahatlarını əsas tutaraq verilmiş iddia tələbini tam təmin etmişdir. Halbuki, o və valideynləri olan Cavabdeh3 və Cavabdeh2 verilmiş iddia tələbin, qəbul elməyərək onun rədd edilməsini xahiş etmişdilər. Həmçinin bildirir ki, iddiaçı ilə münasibətləri yaxşı olmuş, yalnız aralarında valideylərinin toya çağırılmaması üstündə mübahisə olmuşdur. Mübahisənin səhəri günü o, işdə olanda iddiaçı və onun atası evinə gələrək evdən qabqacaq, servis, tozsoran, elektrik avadanlıqları, hətta ona hədiyyə olunan nərd, qızıl perolu parker qələmi də aparıblar. Qeyd olunan xüsusatları məhkəmə iclasında şahid qismində dindirilən X2 da təsdiq etmişdir ki, iddiaçı evdən getdiyi günün ertəsi gündə valideynləri ilə birlikdə həmin evə gəlmişdir və evdən bəzi əşyaları aparmışlar. Dəqiq hansı əşyaların aparıldığını bilmir, çünki mənzilə girməmiş və bunu görməmişdir. Bundan əlavə, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan 4 ünvanında yaşayırlar və evlilik dövründə iddiaçı ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 78A, 3 saylı mənzildə cəmi 4 dəfə olmuşlar və hətta evin açarları belə onlarda olmamışdır. İddiaçının evdən getdiyi vaxt da valideynləri rayonda olmuşdur. Apelyasiya baxışı zamanı Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X1 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarındakı foto-şəkillərdə əks olunan qızıl-zinət əşyaları İddiaçı Tafdıx qızına hədiyyə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, tələb edilən qızıl-zinət əşyaları toy zamanı və övladının doğum günündə cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilməklə onun mülkiyyətinə verilmiş, sonuncunun razılığı olmadan cavabdehlər tərəfdən geri alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi cehiz və zinət əşyaları mübahisə predmetidir. Həmin əşyaların qiyməti iddia ərizəsində göstərilsə də, bu halı təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin əşyaların qiymətinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə iş üzrə ekspertiza təyin etməmişdir. Halbuki qanunvericilik tərəflərin bu barədə vəsatəti olmasa belə, məhkəməyə öz təşəbbüsü ilə ekspertiza keçirilməsini təyin etmək hüquqi imkanını nəzərdə tutmuşdur. Apelyasiya baxışı zamanı “X3” MMC tərəfindən verilmiş ƏEM/A38-458/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, 585 əyyar, 20 qr çəkisi olan 1 dəst 1k20s briliant qaşlı kompekt dəstin dəyəri 1800 manat, 585 əyar 1 dəst 5,4 qr sırğanın dəyəri 380 manat, 2 ədəd 585 əyarlı 12,5 qr qızıldan hazırlanmış sırğa və üzüyün dəyəri 800 manat, 585 əyyar 9 qr çəkisi olan 1 cüt sallanma sırğaların dəyəri 670 manat, 585 əyyar 28k5s briliant qaşlı 6 qr çəkisi olan 1 ədəd üzüyün dəyəri 680 manat, 585 əyyar 6 qr olan 1 cüt qırmızı qaşlı sırğanın dəyəri 450 manat, 585 əyyar 22 qr olan 1 ədəd qolbağın dəyəri 1650 manat olmaqla, qızıl zinət əşyalarının cəmi dəyəri 6430 manat müəyyən edilmişdir. “X3” MMC tərəfindən verilmiş ƏEM/O 62-593/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Türkiyə Respublikası istehsalı olan, “İstiqbal” markalı boz rəngdə 1 ədəd divanın bazar dəyəri 1050 manat, 1 ədəd qonaq masası və boz rəngli 6 ədəd oturacağın bazar dəyəri 880 manat, 1 ədəd Malaziya istehsalı olan qəhvəyi rəngli yuxarı hissəsi şüşə, aşağı hissəsi taxta olan servantın bazar dəyəri 750 manat, 1 ədəd tək qapılı tumbockanın bazar dəyəri 30 manat, 1 ədəd açıq və tünd qəhvəyi rənglərlə kombinə edilmiş sürüşdürülən qapılı şifonerin bazar dəyəri 1145 manat, 1 ədəd yığılmış güzgülü şkafın bazar dəyəri 300 manat, 1 ədəd “Samsung” markalı qara rəngli televizorun bazar dəyəri 600 manat, 1 ədəd ağ rəngli uşaq beşiyinin dəyəri 220 manat, 1 ədəd xrustaldan hazırlanmış 6 plafonlu çıl-çırağın bazar dəyəri 250 manat, 1,5:2 m ölçülü xalçanın bazar dəyəri olan 235 manat, 1 ədəd taxtadan hazırlanmış telefon altının bazar dəyəri 80 manat, 1 ədəd bronz rəngli karniz və açıq və tünd gəhvəyi rəngdə kombinə edilmiş pərdənin bazar dəyəri 380 manat, 2 ədəd sentefon balışın bazar dəyəri 50 manat, 2 ədəd qaz tüklü balışın bazar dəyəri 100 manat, 1 ədəd yun döşəyin bazar dəyəri 130 manat, 1 ədəd sentefon yorğanın bazar dəyəri 70 manat, müxtəlif ölçülü əl-üz dəsmalları, yatağ örtüklərinin bazar dəyəri 60 manat, 1 ədəd “Samsung” markalı soyuducunun bazar dəyəri 1250 manat, mətbəx mebelinin bazar dəyəri 800 manat, 1 ədəd sobanın bazar dəyəri 450 manat, 1 ədəd “İndesit” markalı paltar yuyan maşının bazar dəyəri 480 manat olmaqla, əşyaların yekun bazar dəyəri 9310 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, apelyator şikayətində cehiz əşyalarının iddiaçı ilə birgə yaşadıqları evdə olduğunu və onları götürə biləcəyini bildirmişdir. Bununla yanaşı, cavabdeh tərəf zinət əşyalarının iddiaçı tərəfdən aparıldığını bildirsə də, bu hal sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdırarkən həmçinin müəyyən etmişdir ki, iddia ərizəsində göstərilən və tələb edilən 11 qr 750 əyyarlı sarı qızıldan hazırlanmış rəngli emal ilə gülləri boyanmış uşaq sırğalarınını mövcudluğunu və cavabdeh tərəfdə olmasını təsdiqləyən sübutlar təqdim edilməmişdir. Habelə, zinət əşyalarının qiymətləndirilməsi üçün keçirilmiş ekspertizaya müvafiq predmetin fotoşəkilləri təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi həmin uşaq sırğalarına dair hissədə təmin edilə bilməz. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 dəyəri 1800 manat olan 585 əyyar, 20 qr çəkisi olan 1 dəst 1k20s briliant qaşlı kompekt dəst, dəyəri 380 manat olan 585 əyar 1 dəst 5,4 qr sırğa, dəyəri 800 manat olan 2 ədəd 585 əyarlı 12,5 qr qızıldan hazırlanmış sırğa və üzük, dəyəri 670 manat olan 585 əyyar 9 qr çəkisi olan 1 cüt sallanma sırğalar, dəyəri 680 manat 585 əyyar 28k5s briliant qaşlı 6 qr çəkisi olan 1 ədəd üzük, dəyəri 450 manat 585 əyyar 6 qr olan 1 cüt qırmızı qaşlı sırğa, dəyəri 1650 manat 585 əyyar 22 qr olan 1 ədəd qolbaq, bu mümkün olmadıqda qızıl zinət əşyalarının qeyd edilən dəyəri alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 bazar dəyəri 1050 manat olan Türkiyə Respublikası istehsalı olan, “İstiqbal” markalı boz rəngdə 1 ədəd divan, bazar dəyəri 880 manat olan 1 ədəd qonaq masası və boz rəngli 6 ədəd oturacaq, bazar dəyəri 750 manat olan 1 ədəd Malaziya istehsalı olan qəhvəyi rəngli yuxarı hissəsi şüşə, aşağı hissəsi taxta olan servant, bazar dəyəri 30 manat olan 1 ədəd tək qapılı tumbocka, bazar dəyəri 1145 manat olan 1 ədəd açıq və tünd qəhvəyi rənglərlə kombinə edilmiş sürüşdürülən qapılı şifoner, bazar dəyəri 300 manat olan 1 ədəd yığılmış güzgülü şkaf, bazar dəyəri 600 manat olan 1 ədəd “Samsung” markalı qara rəngli televizor, bazar dəyəri 220 manat olan 1 ədəd ağ rəngli uşaq beşiyi, bazar dəyəri 250 manat olan 1 ədəd xrustaldan hazırlanmış 6 plafonlu çıl-çıraq, bazar dəyəri olan 235 manat 1,5:2 m ölçülü xalça, bazar dəyəri 80 manat olan 1 ədəd taxtadan hazırlanmış telefon altı, bazar dəyəri 380 manat olan 1 ədəd bronz rəngli karniz və açıq və tünd gəhvəyi rəngdə kombinə edilmiş pərdə, bazar dəyəri 50 manat olan 2 ədəd sentefon balış, bazar dəyəri 100 manat olan 2 ədəd qaz tüklü balış, bazar dəyəri 130 manat olan 1 ədəd yun döşək, bazar dəyəri 70 manat olan 1 ədəd sentefon yorğan, bazar dəyəri 60 manat olan müxtəlif ölçülü əl-üz dəsmalları, yatağ örtükləri, bazar dəyəri 1250 manat olan 1 ədəd “Samsung” markalı soyuducu, bazar dəyəri 800 manat olan mətbəx mebeli, bazar dəyəri 450 manat olan 1 ədəd soba, bazar dəyəri 480 manat olan 1 ədəd “İndesit” markalı paltar yuyan maşın, bu mümkün olmadıqda həmin əşyaların qeyd edilən dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci olan 50 (əlli) manat və 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq “X3” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-306/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-306/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver