Məhkəmə qərarları › İş №2(103)-3061/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3061/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3061/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin mənzilin sahəsinə aid olan şərtinin dəyişdirilməsi, mənzilin sahəsinin müqavilədə nəzərdə tutulduğundan az olduğuna görə pul ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdeh tərəfindən verilmiş, mülki işin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində göndərilməsi barədə vəsatət təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızıdır. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq vəsatəti rədd edib. Vəsatət 2 hala əsaslanıb: 1) cavabdeh Nərimanov rayonunda yerləşir, ona görə də cavabdehin yerləşdiyi ünvana görə işə Nərimanov Rayon Məhkəməsi baxmalıdır ; 2) mübahisənin bağlı olduğu daşınmaz əşya Nərimanov rayonunda yerləşir, ona görə də müstəsna aidyyət qaydasında görə işə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Lakin müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı Xətai rayonuna aiddir, habelə hazırkı iddia Mülki- Prosessual Məcəllənin “müstəsna aidiyyət” adlı 39-cu maddəsində müəyyən edilmiş iddiaların heç birinə aid deyil. Ona görə də işə Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinin göstərişinə uyğun olaraq cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar