Məhkəmə qərarları › İş №2(103)-3072/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3072/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3072/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X3 və onun vəkili X7 iştirakı ilə X3 Cavabdeh qarşı “ata qrafasında qeydin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq müəyyən etdi: X2 Sədaqət Balabəy qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1999-cu ildə anadan olan X6 və xx xxxx 2006-cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxx 2006-cı il təvəllüdlü X4 doğum akt qeydinə müvafiq düşəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunmasının etibarsız sayılması, məhkəmə xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 127,0 manat pulun İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. X1 apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə Cavabdeh prosesin təxirə salınması barədə ərizəsi daxil olmuş, ərizəyə əlavə edilmiş apellyasiya şikayətindən onun da qətnamədən şikayət verdiyi aydın olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar