Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3072/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair ilk, iddiаçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra- iddiaçı) nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra- cavabdeh) Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(010)-4611/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahda olduqları xx.xx.2021-ci il tarixdə Cavabdeh adına “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İddiaçı bu avtomobilin birgə nikah dövründə əldə olunmasına əsaslanaraq, avtomobil üzərində 1/2 hissədə payının müəyyən edilməsini xahiş etmişdir. 2.Cavabdeh isə nikahda olduqları xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyəti kimi öz adına dövlət qeydiyyatına alınmış, lakin xx.xx.2022-ci il tarixdə İddiaçı bağışladığı və hazırda sonuncunun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha olan torpaq sahəsi üzərində 1/2 hissədə paylarının tanınmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı payının tanınması və mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki olaraq xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı nikahın pozulması tələbi üzrə mediasiya təklif məktubu gəlmişdir. Onlar birgə nikah dövründə, xx.xx.2021ci il tarixdə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Hazırda İddiaçı əlində kifayət qədər əsas var ki, Cavabdeh avtomobili sataraq vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin münasibətləri kəskinləşmiş formadadır, ayrı yaşayırlar və barışmaq, ailə münasibətlərinin davam etməsi ehtimalı yoxdur. Cavabdeh ilə birgə nikah dövründə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili 25000 manat məbləğində pul ödəməklə əldə etmişlər. Belə olduqda birgə mülkiyyətlərində olan “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi zamanı iddiaçının payı 1/2 hissədə müəyyən edilməlidir. 5.Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.0512 ha torpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən 0.0512 ha torpaq sahəsi almış, həmin torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sonradan cavabdehlə birgə nikahda olduğu müddətdə sənədləşmə işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh İddiaçı bağışlamışdır. Lakin bağışlama olan zaman cavabdehlə münasibətləri normal olmuş, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra əmlak əldə etdiyini zənn edərək, nikahın pozulması qərarına gəlmiş və aralarındakı nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Bağışlama müqaviləsinin bağlanmasından bir il müddət ötmədiyindən onun bağışlama müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bağışlama müqaviləsi ləğv olunduğu halda belə torpaq sahəsi cavabdehlə onun birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan cavabdehin 1/2 hissədə pay hüququ vardır. Bu səbəbdən bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı deyil, birgə nikah dövründə əldə edilmiş əmlakda paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 7.İddiaçı qarşılıqlı iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Mübahisəli olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı və qardaşının şəxsipul vəsaiti hesabına alınaraq 2019-cu ildə cavabdehin adına rəsmiləşdirilmişdir. Sadəcə olaraq, həmin vaxt “ASAN xidmət” mərkəzinə gedərkən cavabdeh iddiaçıya demişdir ki, “Sən qadınsan, iş adamısan, bir neçə dəfə gəlməli olacaqsan. Torpağı satan adamın da həyat yoldaşı gəlməlidir. Qardaşın da iş adamıdır. Özümün isə boş vaxtım var. Qoy torpaq mənim adıma rəsmiləşdirilsin, sonra hər kəsə payını qaytaracam”. Bununla yanaşı, cavabdeh 2-3 adamına adına rəsmiləşdirmə olarsa, rüsumun baha başa gələcəyini də əsas gətirmiş, sonda torpaq onun adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh iddiaçının qardaşına aid paydan torpaq sahəsini bağışlama müqaviləsinə əsasən onun adına rəsmiləşdirmişdir. Bu faktı İddiaçı qardaşı da təsdiqləyə bilər. Bu qeyd edilənlər bir daha təsdiq edir ki, mübahisə predmeti olan torpaq sahəsi əvəzsiz olaraq İddiaçı məxsus olmaqla hədiyyə şəklində verilmişdir. Əgər belə olmasa idi, cavabdeh hissə-hissə İddiaçı və qardaşının paylarını ayırıb verməzdi. Qeyd edilənlərə əsasən formal mülahizələrə əsaslanan qarşılıqlı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. 8.Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda cavabdehin adına olan “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Lakin qarşılıqlı iddia tələbinin predmetini təşkil edən torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Ona görə ki, həmin torpaq sahəsi ilk iddiaçı və onun qardaşının gəlirləri hesabına əldə edilmiş, formal olaraq cavabdehin adına qeydiyyata alınmış, sonradan cavabdeh həmin əmlakı bağışlamaq yolu ilə ilk iddiaçının adına qeydiyyata aldırmışdır. Həmin əmlak ilk iddiaçıya bağışlanmış olduğundan hesab edir ki, bu əmlak üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi paylar müəyyən edilə bilməz. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. 9.Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək ilk iddianı qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, ilk iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk iddiaçının payının müəyyən edilməsinə etiraz etmir. Lakin ilk iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və sonradan ilk iddiaçıya bağışladığı torpaq sahəsi üzərində öz payının müəyyən edilməsini tələb edir. Hansı ki, həmin torpaq sahəsi 8 sot olmuş, 3 sotunu ilk iddiaçının qardaşına bağışlamış (əslində satmış), 5 sotunu isə sənəd işləri ilə bağlı öz həyat yoldaşına – ilk iddiaçıya bağışlamışdır. Hesab edir ki, həmin torpaq sahəsi də birgə nikah dövründə əldə edilmiş əmlakdır və bu səbəbdən torpaq sahəsi üzərində onun da payı müəyyən edilməlidir. Odur ki, məhkəmədən həm ilk, həm də qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. 10.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 dekabr 2022-ci il tarixli, 2(010)-4611/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Səlimə Miriyeva) ilk iddia tələbi təmin edilərək, “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, ilk iddia üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh tutularaq ilk İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. 11.İş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş, AE 136713 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. 12.İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, 0.0512 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 13.İş materiallarında olan Hədiyyə verən Cavabdeh və hədiyyə alan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə hədiyyə alana bağışlamışdır. 14.İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, 0.0512 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 15.İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. Tərəflərin nikahda olduqları dövrdə - xx.xx.2021-ci il tarixdə Cavabdeh adına “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Hazırda İddiaçı bu avtomobil üzərində birgə nikahdan əldə edilmiş əmlak kimi 1/2 hissədə payının tanınmasını xahiş etmişdir. 16.Cavabdeh isə ilk iddiaçı ilə birgə nikahı dövründə - xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, lakin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən arvadı İddiaçı bağışladığı və hazırda onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha olan torpaq sahəsi üzərində birgə nikahdan əldə edilmiş əmlak kimi 1/2 hissədə payının tanınmasını xahiş etmişdir. 17.Cavabde Cavabdeh ilk iddianı qəbul edərək, iddiaçı ilə birgə nikahı dövründə əldə etdiyi avtomoil üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsinə etiraz etmədiyini bildirmiş, bununla bağlı məhkəməyə ərizə vermişdir. İddiaçı isə qarşılıqlı iddia tələbini qəbul etməmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) mübahisəli torpaq sahəsinin iddiaçı və qardaşının vəsaiti hesabına alındığını, sadəcə formal olaraq cavabdehin adına qeydiyyata alındığını, elə bu səbəbdən cavabdehin sonradan torpaq sahəsini iddiaçıya bağışladığını, həmin torpaq sahəsinin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmadığını bildirərək, məhkəmədən qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. 18.Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianı qəbul etdiyini, iddiaçının avtomobil üzərində 1/2 hissədə payının tanınmasına etirazı olmadığını bildirmişdir. Bu isə o deməkdir ki, cavabdeh ilk iddianı etiraf etmişdir. 19.Bu avtomobil tərəflərin birgə nikahı dövründə (xx.xx.2021-ci il tarixdə) cavabdehin adına dövlət qeydiyyatına alınmış olduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin etirafının təsdiq edilməsi nə qanuna ziddir, nə də hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ilk iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə ilk iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi, “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 hissədə payının tanınması üçün əsasdır. 20.Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, bu torpaq sahəsi tərəflərin birgə nikahı dövründə (xx.xx.2019-cu il tarixdə) Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, lakin bu əmlak xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya bağışlanmış, bundan sonra əmlak tərəflərin birgə nikahı dövründə (xx.xx.2022-ci il tarixdə) İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hazırda Cavabdeh iddia edir ki, arvadına bağışladığı bu torpaq sahəsi onların birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan torpaq sahəsi üzərində onun da payı müəyyən edilməlidir. 21.Məhkəmə cavabdeh ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsi hazırda qüvvədədir. Bu o deməkdir ki, müqavilə üzrə hədiyyə verən olan cavabdehin bu müqavilənin predmeti olan torpaq sahəsindən sonradan pay tələb etməsi istisna edilir. Bunun əksi yanaşma bağışlama müqaviləsinin təbiətinə uyğun olmazdı. 22.Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahı dövründə əldə edilib-edilməməsindən asılı olmayaraq, əgər Cavabdeh öz əmlakını İddiaçı bağışlamışsa və bununla bağlı müqavilə hələ də qüvvədədirsə, bu əmlak onu əvəzsiz əqd üzrə əldə edən iddiaçının ayrıca mülkiyyətindədir və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi istisna edilir. Odur ki, qarşılıqlı iddia təmin edilə bilməz. 23.Məhkəmə onu da qeyd etmişdir ki, bağışlama müqaviləsi üzrə hədiyyə verən olan cavabdeh əgər buna əsas olduğunu hesab edirsə, sözügedən bağışlama müqaviləsini ayrıca mübahisələndirmək hüququnu özündə saxlayır. 24.Məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərdən tutulduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31, 32, 34, 37-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225, 666-cı maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,77, 107, 119, 191, 217, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4Ə-308 reyestr nömrə ilə təsdiq edilmiş 17 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsi, daşınmaz əmlak əvvəlki vəziyyətə qaytarılması, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 hatorpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, bağışlanma olan zaman cavabdehlə münasibətləri normal olmuş, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra əmlak əldə etdiyini zənn edərək, nikahın pozulması qərarına gəlmiş və aralarındakı nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Bİnə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Bağışlama müqaviləsinin bağlanmasından 1 il müddət ötmədiyindən, onun bağışlama müqaviləsinin etibarsız hesab olunaraq, ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən kimi onun barəsində kobudcasına pozduğuna görə bağışlama müqaviləsini ləğv etmək qərarına gəlməsi barədə məlumat vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı iddiaçının vəkili və nümayəndəsi tərəfindən etiraz təqdim edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(010)-4611/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 31.Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.Maddə Maddə 32.2.1.Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 34.Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 35.Maddə 32.3.Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 37.Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 38.Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 39.Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 40.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 41.Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 42.Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir 43.Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 44.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəfindən qətnamə həmin hissədə mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(010)-4611/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 51.Belə ki, iş materiallarından görünür ki, bu torpaq sahəsi tərəflərin birgə nikahı dövründə (xx.xx.2019-cu il tarixdə) Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, lakin bu əmlak xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya bağışlanmış, bundan sonra əmlak tərəflərin birgə nikahı dövründə (xx.xx.2022-ci il tarixdə) İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. 52.Kollegiya hesab edir ki, mübahisələndirilən torpaq sahəsi cavabdehin özü tərəfindən iddiaçıya nikah dövründə bağışlama müqaviləsi üzrə verildiyindən və müqavilə hazırda qüvvədə olduğundan Ailə Məcəlləsinin 34-cü və Mülki Məcəllənin 225.2-ci maddələrinə əsasən həmin əmlak ümumi birgə mülkiyyət hesab edilə və bu əsasla bölüşdürülə bilməz. 53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmənin sonuncu hazırlıq iclası 25 noyabr 2022-ci il tarixində keçirilməklə, eyni tarixli qərardadla mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı 22 dekabr 2022-ci il tarixə təyin edilmiş və həmin tarixdə də qətnamə qəbul edilmişdir.
54. 09 fevral 2023-cü il tarixdə verilmiş apellyasiya şikayətində isə cavabdeh qarşılıqlı iddia tələbinin həcmini artıraraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4Ə-308 reyestr nömrə ilə təsdiq edilmiş 17 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsi, daşınmaz əmlak əvvəlki vəziyyətə qaytarılması, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 hatorpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qarşılqılı iddia ərizəsi verilmiş, o, mülki işin mahiyyətindən xəbərdar olmuş, onun tərəfindən MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmi artırılmamışdır. 56.Cavabdehin 09 fevral 2023-cü il tarixdə apellyasiya şikayətində qeyd etdiyi iddianın həcminin artırılması MPM-nin 53-cü maddəsinə zidd olduğundan, onun bu dəlili əsaslı hesab edilə bilməz. Hazırda kollegiya MPM-nin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələb daxilində apellyasiya şikayətinin dəlillərinə qiymət verir. 57.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 60.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 61.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(010)-4611/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov