Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3088/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh5 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Açar sözlər:(maneələrin aradan qaldırılması,evə köçürülmə və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X25 və X5 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(008)-770/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmasına əsaslanaraq 2022-ci ilədək həmin evin birinci mərtəbəsində yerləşən 20 kv.m ölçülü bir otaqda qardaşı X14 ilə birlikdə yaşadığını, lakin sonuncu sağ qalan qardaşı - X14 2022-ci ilin iyun ayının 18-də vəfat etdikdən sonra digər qardaşı - X4 arvadı Cavabdeh1 və uşaqları - Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh5 evin qapısını bağlayaraq iddiaçını evə buraxmadıqlarını bildiriərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının ünvan 1-dən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin evə köçürülməyi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi Pasport’a əsasən iddiçının nənəsi (atasının anası) Maili Xanım (Mailəxanım) Qürbət qızına məxsusdur. Həmin evin sahəsi 261 kv.metr və mərtəbə sayı ikidir. Maili Xanım (Mailəxanım) Qürbət qızı xx.xx.1964-cü il tarixdə vəfat etmişdir. Atası - X24 xx.xx.1976-cı il tarixdə, anası - X13 xx.xx.1993-cü il tarixdə vəfat etmişdilər. Atası doğulduğu gündən vəfat etdiyi günə kimi adıçəkilən evdə, anası X13 ilə birlikdə qeydiyyatda olmaqla yaşamışlar. Ailədə 10 uşaq olmuşdular, 9 qardaş və bir bacı. X7, X10, X11, X8, X9, ƏliyevMehman Qurbanəli oğlu, X18 və X14 iddiaçının qardaşlarıdır. X1 hal-hazırda həmin ünvanda yaşayır. İddiaçı da doğulduğum gündən həmin evdə qeydiyyatdadır və yaşamışdır. İddiaçı həmin evin birinci mərtəbəsində yerləşən 20 kv.m ölçülü bir otaqda qardaşı X14 ilə birlikdə yaşayırdı. Lakin sonuncu sağ qalan qardaşı - X14 2022-ci ilin iyun ayının 18-də vəfat etdikdən sonra digər qardaşı - X4 arvadı Cavabdeh1 və uşaqları - Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh5 evin qapısını bağlayaraq iddiaçını evə buraxmırlar. Belə olan halda iddiaçı hesab edir ki, onun nənəsindən miras qalmış evdən istifadə hüquqları qanunsuz və əsassız olaraq cavabdehlər tərəfindən pozulur. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, o, qardaşı Mübariz ilə həmin evin bir otağında yaşayırdı, onda evin açarı yox idi, qardaşı öləndən sonra cavabdehlər onu evə buraxmadılar. İddiaçı evlidir, ailəsi digər evdə yaşayır, o, ailəsi ilə də yaşamış, qardaşı ilə də. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, o, Mailəxanım Qürbət qızının vərəsəsi olmaqla mübahisəli evdə qeydiyyatdadır. 5.Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri (vəkilləri) Nümayəndə izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, eyni zamanda qeyd etmişdir ki, iddiaçı faktiki olaraq ailəsi ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli evdə olan qeydiyyatı uçot xarakterlidir, iddiaçının mərhum Mailəxanım Qürbət qızının vərəsəsi olması başqa mübahisənin predmetidir və hazırki mübahisənin həlli üçün əhəmiyyətli deyil. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 yanvar 2023-cü il tarixli, 2(008)-770/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Tahirə Əsədova) iddia tələbi təmin edilməmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 7.ünvan 1 (sonradan – mübahisəli ev) özbaşına tikilidir, həmin evə dair Maili Xanım (Mailəxanım) Qürbət qızının adına texniki pasport tərtib edilmişdir. 8.Mailəxanım Qürbət qızı xx.xx.1964-cü il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-2012 №-li arayış). 9.Cavabdeh1 iddiaçının qardaşı X4 arvadı, digər cavabdehlər isə uşaqlarıdır. 10.İddiaçının qardaşı, cavabdehlərin isə əri və atası X7 xx.xx.2011-ci il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/15-893 №-li arayış). 11.İddiaçının digər qardaşı X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür (Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 280930 №-li ölüm haqqında şəhadətnamə). 12.İddiaçı Əliyev X2 Qürbət qızının vərəsəsi kimi Bakı şəhəri 39 saylı Notariat Ofisinin notraiusu tərəfindən tanınmışdır (notariusun xx.xx.2022-ci il tarixli, 407 nömrəli məktubu). 13.İddiaçının mövqeyinə görə o, qardaşı Əliyev Mübariz ölənə qədər onunla mübahisəli evdə yaşamışdır, onun ölümündən sonra cavabdehlər onu evə buraxmırlar. 14.İddiaçı ailə üzvləri ilə birlikdə Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında mübahisəli evə qeydiyyata düşmüşdülər. 15.İddiaçı, cavabdehlər və digər şəxslər mübahisəli evdə qeydiyyatdadılar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayış). 16.İddiaçı adına Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 48 ünvanında (digər ünvan) ***-**-** saylı telefon nömrəsi xx.xx.2005-ci il tarixindən işləyir ("xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2022-ci il tarixli, 28 MXŞ 3/333 nömrəli məktubu). 17.15 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadə verərək qeyd etmişdir ki, o, iddiaçının bacısıdır, iddiaçı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13-də doğulduğu gündən mərhum qardaşı Mübarizin öldüyü günə qədər yaşamış, lakin sonuncunun ölümündən sonra cavabdehlər İmamverdini mübahisəli evə buraxmamışlar. Cavabdehlər özləri iki ildir ki, orada yaşamırlar, onların hazırki yaşayış yerləri barədə məlumatı yoxdur. Qardaşı İmamverdi hal-hazırda hərdən onun, hərdən dostlarının evində qalır. 18.23 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadə verərək qeyd etmişdir ki, o, tərəflərin qonşusudur. İmamverdi cavabdehlərin hazırda yaşadığı evdə əvvəllər yaşamışdır. Şahid əvvəllər mübahisəli evə gedib-gəlmiş, lakin iddiaçının ailəsi ilə birlikdə yaşadığı evdə olmamışdır. Onda olan məlumata görə, iddiaçı hal-hazıda Balaxanıda yerləşən başqa evdə ailəsi ilə birlikdə yaşayır. 19.Həmin iclasda iştirak etmiş şahid X19 ifadəsində göstərmişdir ki, o, iddiaçının xalası oğlunun yoldaşıdır. İddiaçı həm mübahisəli evdə, həm də ailəsi ilə birlikdə yaşamış, lakin qardaşının ölümündən sonra cavabdehlər onu oraya buraxmamışlar. Hal-hazırda mübahisəli ev boşdur, cavabdehlər orada pandemiya başlamamışdan əvvəl yaşamışlar. 20.Həmin iclasda iştirak etmiş şahid X28 ifadəsində göstərmişdir ki, o, tərəflərin qonşusudur,eyni zamanda mübahisəli evin yaxınlığında yerləşən dükanda işləyir, doğulduğu gündən Balaxanıda yaşayır. İddiaçı orada ailə qurana qədər əvvəllər yaşamış, son 2-3 ildə İmamverdi orada yaşamamışdır. Cavabdehlər hal-hazırda qeydiyyatda olduqları ünvanda yaşamağa davam edirlər və onun işlədiyi dükana da tez-tez gəlirlər. 21.Həmin iclasda iştirak etmiş şahid X23 ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşının oğludur. O, 2014-cü il tarixədək Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13-də yaşamışdır. İmamverdi mübahisəli ünvanda 1998-ci ildən, yəni ailə qurduqdan sonra yaşamamış, hazırda da ailəsi ilə birlikdə başqa evdə yaşayır. Cavabdehlər hazırda mübahisəli evdə yaşayırlar. 22.Hazırda iddiaçı mübahisəli evdən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin evə köçürülməyi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsini istəyir. 23.Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, iddiaçının yaşayış sahəsində qeydiyyatda olması faktı mübahisəli evdə yaşamaq hüququ yaratmır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının adına başqa ünvanda telefon nömrəsi mövcuddur, bu da məhkəmənin mövqeyinə görə, ona dəlalət edir ki, iddiaçının başqa yaşayış yeri var. İddiaçının başqa yaşayış yerinin olması şahid ifadələri ilə də sübuta yetirilir. 25.Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı mərhum Mailəxanım Qürbət qızının vərəsəsi olması mübahisəsizdir, lakin qeyd edilən faktın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. 26.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3-cü; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 28.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən şahidlər də təsdiq etdilər ki, iddiaçı doğulduğu gündən, cavabdehlərin onun evdən istifadəsini məhdudlaşdırdıqları günə kimi ünvan 1-də yaşamışdır. Lakin nədənsə məhkəmə şahid ifadələrinə düzgün hüquqi qiymət verməmiş, iddianın sübut edilməməsi qənaətinə gəlmişdir. Bundan əlavə məhkəmə iclasında onun Maili Xanım (Mailəxanım) Qürbət qızının vərəsəsi olmağı barədə Notariat ofisinin sənədi də məhkəməyə təqdim edilmişdir. Məhkəmə bu sübutun hazırki işə bir aidiyyatının olmaması qənaətinə gəlmişdir. Lakin vərəsənin miras qalmış əmlakdan istifadə hüququnun olmasını nərəzə almamışdır. Bundan əlavə cavabdeh tərəf məhkəməyə iddiaçının adına başqa bir ünvanda telefonun qeydiyyatda olması barədə sənəd təqdim etmiş, məhkəmə də bu sənədi mötəbər sübut kimi qiymətləndirərək, iddiaçının başqa yaşayış yerinin olması qənaətinə gəlmişdir. Bu halla bağlı qeyd edir ki, onun adına hər hansısa bir ünvanda telefonun qeydiyyatda olması o demək deyildir ki, o, həmin ünvanda daimi olaraq yaşayır, yaxud həmin ev ona məxsusdur. Şəxsin hansısa ünvanda müvəqqəti yaşaması onun daimi yaşayış yerindən istifadə hüquqlarının itirilməsinə səbəb olmur. Həmçinin iddiaçının ünvan 1-dən köçüb getməyi, eləcə də başqa ünvanda daimi yaşayış yerinin olması da sübut olunmamışdır. Cavabdehlər ünvan 1-ə heç kimdən razılıq almadan, məlumat vermədən, Sabunçu Rayon Məhkəməsinin 2006-ci il tarixli qətnaməsi əsasında qeydiyyata düşmüşlər. Məhkəmə hazırlıq iclasında iddiaçı tərəfindən vəsatətlə məhkəməyə müraciət olunaraq X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması xahiş olunsa da lakin məhkəmə bizim vəsatətimizi təmin etmədi. Hesab edir ki, nəyin ki, X6 hatta ünvan 1-də qeydiyyatda olan digər şəxslər də məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməli idi. Çünki onun həmin evə köçürülməyi onların hüquq və vəzifələrinə təsir edə bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfdən yazılı etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, iddiaçı faktiki olaraq ailəsi ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli evdə olan qeydiyyatı uçot xarakterlidir, iddiaçının mərhum Mailəxanım Qürbət qızının vərəsəsi olması başqa mübahisənin predmetidir və hazırki mübahisənin həlli üçün əhəmiyyətli deyil. 32.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 33.43-cü maddəsinin 1-ci hissəsi. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 34.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 35.Maddə 27.1.Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 36.Maddə 27.3.Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(008)-770/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 42.Belə ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, ünvan 1-ə dair 1963-cü ildə texniki pasport verilsə də, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Əks halda, qeydiyyatdan keçməyən, başqa sözlə dövlətin bugünədək qəbul edib və hansısa şəxsin adına qeydiyyata almadığı bir tikiliyə vərəsəlik hüququnun tanınması mülki dövriyyədə xaos yaradır və bu da yolverilməzdir. 43.Belə ki, ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 128 saylı məktubdan görünür ki, xx.xx.1964-cü ildə vəfat etmiş mərhum Mailəxanım Qürbət qızından miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı vərəsələr tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuş və onların ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılmasına baxmayaraq vərəsələrə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir. 44.Cavabdeh1 iddiaçının qardaşı X4 arvadı, digər cavabdehlər isə uşaqlarıdır. İddiaçının qardaşı, cavabdehlərin isə əri və atası X7 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İddiaçının digər qardaşı X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçının mövqeyinə görə o, qardaşı Əliyev Mübariz ölənə qədər onunla mübahisəli evdə yaşamışdır, onun ölümündən sonra cavabdehlər onu evə buraxmırlar. İddiaçı ailə üzvləri ilə birlikdə Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında mübahisəli evə qeydiyyata düşmüşdülər. İddiaçı, cavabdehlər və digər şəxslər mübahisəli evdə qeydiyyatdadılar. İddiaçı adına Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 48 ünvanında (digər ünvan) ***-**-** saylı telefon nömrəsi xx.xx.2005-ci il tarixindən işləyir. 45.Kollegiya qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilədaxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. 46.Göründüyü kimi, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən iddiaçının köçmək istədiyi yaşayış sahəsində yaşayıb-yaşamadığı, yaşadığı halda həmin yaşayış sahəsindən məhrum edilib-edilmədiyi və məhrum edilmə müəyyən edildiyi halda isə onun qanuniliyi araşdırılmalıdır. 47.Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsində ailə qurandan sonra yaşamamış, həmin yaşayış sahəsindən cavabdehlər tərəfindən məhrum edilməmişdir. 48.Qeyd olunanlar məhkəmədə dindirilmiş şahid ifadələri ilə də öz əksini tapmışdır. Bundan əlavə iddiaçının ailəsi-həyat yoldaşı və uşaqları başqa ünvanda-ünvan 4ına başqa ünvanda- ünvan 5.Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. 50.Məhkəmə kollegiyası tərəfindən mübahisəli ünvana baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda cavabdehlərin yaşadıqları müəyyən olunmuş, iddiaçıya aid hər hansı əmlakların olması müəyyən olunmamışdır. 51.Kollegiya apellyatorun vərəsə kimi miras qalmış əmlakdan istifadə hüququnun olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırda Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılsa da, “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir. İddiaçı gələcəkdə vərəsəlik qaydasında mübahisəli ünvan üzrə pay əldə etdiyi halda, mülkiyyət hüquqlarından (əmlaka sahiblik, istifadə və sərəncam) irəli tələb tələblərlə məhkəməyə müraciət etmək hüququ vardır. 52.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(008)-770/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3088/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3088/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver