Məhkəmə qərarları › İş №2(103)-3111/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3111/2024

10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3111/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhəmmədsəlim oğluna qarşı işi üzrə Açar sözlər : (“cehiz və qızıl-zinət əşyalarının qaytarılması”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-145/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan

1. Həri üzüyü brilyant qaşlı - 9 qr, 750 əyar 1150 manat, 2. Nişan üzüyü brilyant qaşlı -12qr, 750 əyar - 1500 manat, 3. Bilərzik və boyunbağı – 90 qr, 585 əyar-7200 manat, 4. Gəlinlik üzük, sırğa dəsti brilyant qaşlı - 750 əyar - 8300 manat, 5. Sırğa, üzük dəsti (banan formalı) (İtalyan qızılı)-14qr, 750əyar -1290 manat, 6. Qızıl bilərzik (40 yaşa hədiyyə)-23qr, 750 əyar 2400 manat, 7. Qızıl bilərzik (35 yaşa hədiyyə) - 17qr, 750əyar, 1785 manat, 8. Qədimi Nikolay sikkəsi (qızıl çərçivədə)- 23qr- sikkə -1500 manat + çərçivə 1020 manat-2520 manat, 9.Qızıl boyunbağı - 17qr, 585 əyar - 1360 manat, 10. Qızıl boyunbağı-25qr, 750 əyar-2300 manat, 11. Qızıl boyunbağı, bilərzik ilə (atadan hədiyyə, təbii yantar qaşlı)-56 qr, 750əyar-5340 manat, 12. Qızıl üzük-10qr, 583əyar-800 manat, 13. Qızıl kulon,sırğa (yarpaq formalı)-21qr, 750 əyar - 2000 manat, 14. Qızıl (qara minarəli) üzük, sırğa, kulon, bilərzik-57qr, 585 əyar-4560 manat, 15. Qızıl sancaq (2 ədəd) -1- 8qr, 750əyar 2.- 16qr, 750 əyar-1680 manat, 16.Göz muncuğu (uşaqların,3 ədəd)- 3/4qr, 750 əyar- 420 manat, 17. Qızıl sırğa (halqa tipli) -13qr, 750 əyar-1235 manat, 18. Qızılı sırğa (yumru sallanmalı dairələr)-14qr,750 əyar-1400 manat, 19.Qızıl sırğa (Seyran verən)-6 qr, 583əyar-480 manat, 20. Üzük brilyant və zümrüd qaşlı-10qr, 750 əyar- 1300 manat, 21.Üzük (yumru,3 dənəli)-11 qr, 585 əyar-880 manat, 22. Briliyant (romb formalı) dost (üzük,sırğa,klon) - 35 qr,750 əyar-8500 manat, 23. Kulon (kəpənək formada)-9.8qr, 750 əyar-1000 manat, 24.Boyunbağı (Ulduzun)-12qr, 750 əyar-1200 manat, 25. Qızıl sırğalar (Ulduzun, 3 ədəd) -1.-5qr, 535 əyar 2. 2 qr,585 əyar 3.4 qr, 585 əyar-920 manat, 26. Bilərzik (Ulduzun) - 7.3qr, 750 əyar - 660 manat, 27. Üzük (sirkon qaşlı) və bilərzik (toy günü hədiyyə olunmuş) - 4qr, 585 əyar, -10qr, 585 əyar - 1120 manat, 28. Qızıl boyunbağı (ata evi) - 18qr, 585 əyar - 1440 manat, 29. Tros bilərzik (ata evi) - 4.8qr, 585 əyar-390 manat, 30. Qızıl boyunbağı (toy hədiyyəsi, tros)-6qr, 585 əyar - 480 manat, 31. Təbii mirvari boyunbağı -130 manat, cehiz və ata evindən hədiyyə əşyalar 1. Çilçıraq-16 şamdanlı (Çexiya istehsalı) - 3200 manat, 2. Çilçıraq - 8 şamdanlı (Çexiya istehsalı) - 1700 manat, 3. Xalça 50x70 pufik üçün əl ilə toxunmuş 200 manat, 4. Pufik - 1 ədəd (Türkiyə istehsalı) - 150 manat, 5. Qədəh (şampan uçun) 12 ədəd (Çexiya istehsalı)-360 manat, 6. Qədəh(böyük) - 12 ədəd (Çexiya istehsalı)-360 manat, 7. Qədəh (balaca) - 12 ədəd (Çexiya istehsalı) - 280 manat, 8. Qədəh(əraq) - 12 ədəd (Çexiya istehsalı) - 240 manat, 9. Bakal (xrustal) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat, 10. Stəkan (xrustal,çay) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat, 11. Stəkan (xrustal. armudu) - 12 ədəd - 130 manat, 12. Nəlbəki (böyük) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat, 13. Nəlbəki dəsti (göy) - 24 ədəd (Çexiya istehsalı) - 620 manat, 2. 14. Nəlbəki (armudu stəkan üçün) - 12 ədəd (Çexiya istehsalı) - 180 manat, 15. Mürəbbə qabı (xrustal) – 24 ədəd (Çexiya istehsalı) - 370 manat, 16. Mürəbbə qabı (farfor) 24 ədəd (Çexiya istehsalı) - 500 manat, 17. Konfet qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-280 manat, 18. Mürəbbə qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-320 manat, 19.Xrustal səbət formalı meyvə qabı - 2 ədəd böyük (Çexiya istehsalı) - 380 manat, 20. Xrustal qənd qabı - 4 ədəd (Çexiya istehsalı) -240 manat, 21. Ləbləbi qabı - 4 ədəd (Çexiya istehsalı) -300 manat, 22. Şamdan qabı - 2 ədəd (Çexiya istehsalı) - 250 manat,

23. Xrustal kül qabı - 2 ədəd -180 manat, 24. Xrustal salfet qabı - 4 ədəd (Çexiya istehsalı) -280 manat, 25. Xrustal səbət (balaca,böyuk)-4 ədəd (Çexiya istehsalı) - 660 manat, 26. Duz-istiot qabı (xrustal gümüş altlıq) - 4 ədəd (Çexiya istehsalı)- 770 manat, 27. Qızıl suya salınmış qaşıq -12 ədəd - 480 manat, 28.Çəngəl dəsti gümüş-12 ədəd - 300 manat, 29. Bıçaq dəsti gümüş - 12 ədəd - 300 manat, 30. Xörək qaşığı dəsti gümüş -12 ədəd - 300 manat, 31. Kofe qaşığı dəsti gümüş - 12 ədəd - 260 manat, 32. Gümüş limon üçün çəngəl 6 ədəd-90 manat, 33. Plov qaşığı (qızıl suya salınmış) - 4 ədəd - 100 manat, 34. Mürəbbə qaşığı (qızıl suya salınmış) - 4 ədəd - 80 manat, 35. Tort üçün bıçaq və qaşıq - 2 dəst - 180 manat, 36. Çəngəl, qaşıq, bıçaq, çay qaşığı (hərəsindən 6 ədəd) - 4 qutu (Korkmaz Türkiyə) - 640 manat, 37. Sini-padnos-(qaşlı, hündür ayaqlı) - 2 ədəd (Korkmaz Türkiyə) -130 manat, 38. Bıçaq, qaşıq, çəngəl və s. - 1 dəst çamadan - 1100 manat, 39.Qızıl suya salınmış duz-istiot qabı (quş formalı) - 2 ədəd- 70 manat,

40. 3 mərtəbəli çərəz qabı - 2 ədəd (Çexiya istehsalı) -100 manat, 41. Xörək servizi (Çexiya) - 12 nəfərlik - 1200 manat, 42. Termos çay üçün - 1 ədəd - 55 manat, 43. Çay dəsgahı - 6 nəfərlik (Çexiya istehsalı) - 380 manat, 44. Çay dəsgahı (kobalt) 6 nəfərlik-720 manat, 45. Çay dəsgahı (madonna) - 6 nəfərlik (Almaniya istehsalı) - 350 manat, 46. Kofe servizi 6 nəfərlik (Çexıya istehsalı) - 300 manat, 47. Plov buludu- 1 ədəd, boşqab 6 ədəd (madonna) -270 manat, 48. Tort qabı - 2 ədəd -180 manat, 49. Kompot qrafin dəsti(xrustal) - 2 dost - 420 manat, 50.Yapon boşqab dəsti (4 cür) 48 ədəd (1973-cü il) - 960 manat, 51.Yapon salat qabı (böyük) - 6 ədəd (balaca) - 6 ədəd - 300 manat, 52.Plov buludu (böyük,orta,balaca) - 6 ədəd-80 manat, 53. Kasa (böyük,balaca) - 24 ədəd - 120 manat, 54. Kasa (qədimi) - 2 ədəd - 400 manat, 55. Güldan (qara, dəmir, qızılı işləmə) - 2 ədəd (Hindistan) - 150 manat, 56.Güldan (xrustal) - 2 ədəd-500 manat, 57. Güldan (lepkalı) - 2 ədəd-80 manat, 58. Meyvə üçün vaza - 2 ədəd (Çexiya istehsalı)-600 manat, 59.Konfet qabı (lepkalı) - 2 ədəd-100 manat, 60. Meyvə qabı (lepkalı) - 2 ədəd -100 manat, 61.boşqab dəsti - 12 ədəd (Korkmaz Türkiyə istehsalı) - 260 manat, 62.Yemək dəsti - 12 nəfərlik (Türkiyə istehsalı serviz) -1200 manat, 63. Kompot bakalları (lepkalı) - 12 ədəd - 120 manat, 64. Döşək (2 nəfərlik,yun) - 1 ədəd-220 manat, 65.Döşək (l nəfərlik, yun) - 3 ədəd -360 manat, 66.Yorğan (yun) - 6 ədəd-420 manat, 67. Balış (70x70) - 8 ədəd-400 manat, 68. Süfrə (müxtəlif ölçülü) - 8 ədəd-750 manat, 69. Süfrə (xalçaya bənzər) - 1 ədəd - 135 manat, 70. Dəsmal dəstləri -300 manat, 71. Çarpayı örtüyü (hədiyyə,yeni) - 1 qutu-50 manat, 72. Çarpayı örtükləri- 3 ədəd-360 manat, 73.Yataq dəstləri (yeni) - 3 dəst-500 manat, 74.Ütü - 1 ədəd -220 manat, 75. Ətçəkən maşın (Kenwood) - 1 ədəd -190 manat, 76. Tozsoran (Samsung) - 1 ədəd - 320 manat, 77. Blendr(Braun) -1 ədəd - 60 manat, 78. Mixer -1 ədəd - 90 manat, 79. Toster (Kenwood) - 1 ədəd 110 manat, 80. Tikiş maşını (Zinger) - 1 ədəd-325 manat,

81. Elektrik çaydanı - 1 ədəd - 65 manat, 82. Elektrik samovar -1 ədəd (Rusiya) -100 manat, 83. Elektrik aş qazan-1 ədəd (Türkiyə) -110 manat, 84. Qazan 4-lü - 1 dost - 140 manat, 85. Tava 3lü -1 dəst- 110 manat, 86. Çaydan (Korkmaz) - 1 ədəd - 65 manat, 87. Dəm çaydanı - 3 ədəd - 45 manat, 88. Stolüstü bıçaq dəsti 6 -lı (Almaniya istehsalı) -155 manat, 89. Ədviyyat qabları - 50 manat, 90. Çay dəsgahı - 1 dəst - 170 manat, 91. Mücrü - 1 ədəd -120 manat, 92. Ümumi mətbəx əşyaları - 300 manat, 93. Əl işi Monaliza-çərçivədə şəkil olmaqla qızıl- zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyaların Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı cavabdehə qarşı qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyaların verilməsi iddiasının tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-145/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 106.1, 119.1, 217.3, 217.4; Mülki Məcəllənin 157.2, 225.2, 666-cı maddələrinə istinadən qeyd edilmişdir ki, əşyaların hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh iddia ərizəsinə əlavədə göstərilən qızılların hamısının mövcudluğunu qəbul etmir, iddiaçının bəzən bijuteriyalardan, bəzən isə qohumlarına məxsus qızıllardan istifadə etdiyini bildirir. Bu zaman məhkəmə xüsusilə nəzərə alır ki, tərəflər arasında nikah pozulduqdan sonra mediasiya sessiyasında barışıq sazişi bağlanmış və tərəflər daşınar və daşınmaz əmlakların bölünməsi, onların dəyərinin ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Altmış min manata yaxın dəyərdə olan qızıl-zinət əşyalarının cavabdehdə qalmasına baxmayaraq, barışıq sazişində həmin əşyalarla bağlı hər hansı müddəanın nəzərdə tutulmaması əşyaların cavabdehdə qaldığına əsaslı şübhə yaradır. Halbuki həmin barışıq sazişində hətta 11000 manat dəyərində olan avtomobilin bölünməsi və onun dəyərinin yarısı olan 5500 manatın iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Buna baxmayaraq, tərəflərin izahatından aydın olur ki, xarici ölkədə təhsil alan uşağın təhsil haqqının ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yarandıqdan sonra müvafiq iddia tələbi irəli sürülmüşdür. Həmçinin, iddiaçı evi kəskin münaqişə şəraitində tərk etməmiş, yəni özünəməxsus müəyyən əşyaları götürmək imkanına malik olmuşdur. Göstərilənlər baxımından məhkəmə qızılların cavabdehdə qalmasını inandırıcı hesab etmir. Hazırki iş üzrə iddiaçının öz iddia tələbini təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid ifadələri ilə bağlı isə, şahidlər tərəflərlə yaxın qohumluq münasibətlərində olduğundan, hadisənin bilavasitə şahidi olmadıqlarından onların ifadələri təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin qızıl-zinət əşyalarının qiymətləndirilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində fotoşəkli mövcud olmayan qızıl-zinət əşyaları da qiymətləndirilmiş, qiymətləndirmə isə yalnız iddiaçının təqdim etdiyi məlumatlar (əyar, çəki və s.) əsasında aparılmışdır. Qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir. İddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi ilə bağlı, tərəflər 2001-ci ildə nikaha girmiş və həmin ildə iddiaçı cehiz əşyalarını cavabdehlərin valideynləri ilə birgə yaşadıqları evə gətirmişdir. 2005-ci ildə Xətai rayonu, Xudu Məmmədov küçəsində aldıqları evə köçmüşlər və cehiz əşyalarını həmin evə aparmışlar. 2013-cü ildə isə yeni ev alaraq, həmin evə köçmüşlər. Göstərilənlər işin mübahisələndirilməyən halıdır. Cavabdehin bildirdiyinə görə, yeni evə hər hansı bir köhnə əşya aparılmamış, bütün əşyalar yeni alınmışdır, köhnə əşyalar isə hazırda barışıq sazişi ilə iddiaçıya verdiyi mənzildə qalmışdır. Tərəflərin izahatından göründüyü kimi, iddiaçı uşaqları ilə birlikdə nikah pozulduqdan sonra Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən mənzilə yaşamağa köçmüşlər. İddiaçı isə məhkəməyə verdiyi izahatında həmin mənzildə müəyyən əşyalar olsa da hər şeyin köhnə olduğunu, cehiz əşyalarının yeni köçdükləri mənzildə olduğunu bildirmişdir. Məhkəmə nikahın bağlanmasından uzun müddət (23 il) keçdiyini, həmin əşyaların uzun müddət istifadə edildiyini, tərəflərin evləndikdən sonra 3-4 mənzil dəyişdiklərini, məhkəmə tərəfindən iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, cehiz əşyalarının siyahıya alınması ilə bağlı müvəqqəti təminat tədbiri ilə müraciət etmək istəməmələrini, cehiz əşyaları ilə bağlı cavabdehin izahatlarının daha səmimi olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hazırki işdə isə iddianın təmin edilməsi üçün sadalanan sübutlar mövcud deyildir. Beləliklə, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında iddia tələbini təsdiq edəcək hər hansı ifadələr aşkar olunmamışdır. Eyni zamanda həmin səs yazıları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə isə təqdim edilmiş səs yazısından göründüyü kimi, cavabdeh qarşı tərəfə "qardaş” deyə müraciət edir, iddiaçının vəkili isə həmin danışıqların dəqiq olaraq kiminlə aparılması barədə məlumatı olmadığını bildirmişdir. Bu baxımdan birbaşa tərəflər arasında aparılmayan danışıqların sübut kimi istifadə edilməsi mülki prosessual qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 667 nömrə ilə qeyd edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1698/2022 saylı qətnaməsinə əsasən, Yaqubova (Verdiyevə) Elvida Xudaverdi qızı ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə bağlanmış, 667 nömrə ilə Bakı şəhəri Nərimanov rayon VVADQŞ tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; - xx.xx.2022-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və digər məsələlər barədə razılığa gəlmişlər; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8433 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri 67693 manat müəyyən edilmişdir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil edir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, tərəflərin qızıdır. Hər şey babasının xəstələnməsi və anasının babasıgilə getməsi ilə başladı. Sonra babasının vəziyyəti ağırlaşdı və anası babasıgildə qalası oldu. 31 dekabr anası bayram yeməyi təşkil etdi. Birlikdə yığışıb bayram keçirdikdən sonra yanvar ayının 1-də anası ilə atası arasında mübahisə başladı. O, hadisəyə müdaxilə etməli oldu. Ondan sonra otaqdan paltarlarını çamadana qoydu və anası da 1-2 paltarını götürdü. Evdən çıxmaq istəyəndə atası ona anası ilə gedəcəyini və ya evdə qalacağını soruşdu. O isə anası ilə gedəcəyini bildirdi və ondan sonra qardaşı da onlarla gedəcəyini söylədi. Bundan sonra atası daha da hiddətləndi və evdən çıxanda evin və avtomobilin açarlarını onlardan aldı. Nəhayət anası, qardaşı və o, axşam üstü evdən çıxıb taksi ilə xalasıgilə gəldilər. Daha sonra 15 aprel atasını yığıb, evə gəlib paltarlarını götürəcəyini söylədi. Atası da nə vaxt istəsə gəlib götürə biləcəyini bildirdi. O, evə gedib paltarlarını götürdü və çıxanda atasından qızılları nə vaxt verəcəyini soruşdu. Atası da bildirdi ki, o, anasının qızıllarını verib. O isə elə bir şey olmadığını söylədi. Evdən çıxanda götürdüklərindən 1 çamadan, 2 bel sumkası və 2 ədəd sellofan olub. Qızılların sayını dəqiq bilmir. Onun 1 kəpənək boyunbağı, 1 sırğa və 1 ədə fil klonu olub. Qızıllar seyfdə olurdu. Seyf də valideynlərinin otağında olurdu. Evdən gedəndən sonra cəmi evə 1 dəfə gedib. 1 dəfə də atası özü 2 karobka əşya göndərmişdi. Onun da içində qızıllar yox idi; - Məhkəmə iclasında iştirak edən şahid X2 bildirmişdir ki, o, iddiaçının bibisidir. O, iddiaçıya cehizlərin verilməsinin şahidi olmuşdur. İddiaçı evləndiyi zaman ona qızıllar alınmışdır. Eyni zamanda uşaqlar doğulduğu zaman, onların ad günlərində həm qız tərəf, həm də oğlan tərəf hədiyyə olaraq, qızıl zinət əşyaları almışdırlar. İddiaçı ilə cavabdeh arasında mübahisə olduğunu və cavabdehin onları evdən qovduğunu eşitmişdir. Bundan başqa onların evdən özləri ilə heç nə gətirə bilmədiklərini də eşitmişdir. Cavabdeh evin açarını da onlardan alıb, sonradan onların evə gedib, hər hansı əşyaları özləri ilə gətirmələri mümkün deyildir. Bütün əşyalar evdə qalmışdır. O, mübahisənin olduğu zaman orada olmamışdır. Sadəcə aralarında mübahisə olduğunu eşitmişdir. Uşaqlar doğulduqdan sonra iddiaçının qayınatası ona qızıllar hədiyyə etmişdir. İddiaçının həm oğlu, həm də qızı doğulan zaman ona qızıllar hədiyyə edilmişdir. - Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, o, iddiaçının əmisinin arvadıdır. İddiaçı gəlin köçdüyü zaman onun evinin bəzədilməsində o da iştirak etmişdir. İddiaçı tərəfindən ev üçün lazım olan bütün cehiz əşyalarının aparıldığının şahidi olmuşdur. İddiaçı ilə cavabdeh arasında mübahisə olduğunu eşitmişdir. Cavabdeh onları evdən qovmuşdur. Hətta onları evdən qovarkən, açarlarını da əllərindən almışdır. O, iddiaçı ilə cavabdehin arasında olan mübahisənin səbəbini bilmir. Onlar mübahisə edən zaman evdə uşaqları Elmir və Ulduz olmuşdur. Cavabdehin onları evdən qovduğunu görməmişdir, sadəcə olaraq onların evdən qovulduğunu eşitmişdir; - Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, o, iddiaçının xalasıdır. İddiaçının atası komaya düşmüşdü və 27 gün xəstəxanada yatmışdır. Yanvar ayının 1-i axşam saatlarında Elvida ona zəng edərək, evin qarşısında olduğunu və onların qarşısına çıxmağını bildirdi. O da onları qarşılamağa getdiyi zaman üzlərinin ağlamaqdan şişdiyini görüb, lakin bu barədə onlara heç bir sual verməyib. Onları götürərək, öz evinə gətirib. Elvida onun evinə taksi ilə gəlmişdir. Onlar gəldikləri zaman əllərində yüngül sumkalar və qara çamadan var idi. Həmin sumkalarda məktəb ləvazimatları, kitablar, məktəb geyimləri və gündəlik geyimlər var idi. Əşyalardan müəyyən edilirdi ki, onlar təsadüfi və təcili şəkildə yığılmışdır. Həmin əşyaların içərisində qızıl-zinət əşyaları olmamışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)- 145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Mülki Prosessual Məcəllənin 14.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2- ci maddəsinin dispozisiya şərtlərinə istina edərək göstərmişdir ki, həmin şərtlərə görə “...əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya taktiki olaraq özgəsinin sahibliyində olmalıdır, 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın taktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.” (Qətnamə səh. 8). Lakin nədənsə, işdə iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyalarının mövcudluğu və onların məhz cavabdehdə qaldığını təsdiq edən kitayət qədər sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-cimaddəsini iddiaçının tələblərinə münasibətdə əsassız olaraq tətbiq etməmişdir. Məhkəmə qızıl-zinət əşyalarına münasibətdə qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və onların hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.” (Qətnamə səh. 10). Belə mövqedən çıxış edən məhkəmə nədənsə, iş üzrə cavabdehin qızıl-zinət əşyalarının mövcud olması və həmin əşyaların iddiaçı tərətindən aparılması barədə izahatlarını diqqətdən kənarda qoymuşdur. Məhkəmə qətnaməsinin 5-ci səhifəsinə nəzər yetirdikdə, görürük ki, Cavabdeh öz izahatlarında,“keçmiş həyat yoldaşı ilə mübahisə etdikdən sonra.... onun özlərinə aid əşyaların bir qismini yığdıqlarını, əşyaları yığan zaman keçmiş həyat yoldaşının qızılları da aparmaq istədiyini bildirməsini (burada cavabdeh mövcud qızıl-zinət əşyalarının iddiaçıya məxsus olduğunu açıq etiraf edir) və gedib qızılları götürdüyünü” göstərir. Qəribədir, cavabdeh qızılların mövcudluğunu və həmin qızılların iddiaçı tərəfindən aparıldığını aşkar etiraf etsə də, məhkəmə əsassız olaraq qızılların mövcudluğunun təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Digər tərəfdən, qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalması hissəsinə gəlincə, məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrini mötəbər hesab etmir və hesab edir ki, şahidlər iddiaçının qohumlarıdır və onlar (iddiaçı evdən çıxarılmasının) hadisənin şahidləri olmamışlar. Lakin, nədənsə (səbəbi bizə bəlli deyil) məhkəmə, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış və hadisənin bilavasitə şahidi olmuş övladları X8 ifadələrinə heç bir mqnasibət bildirməmişdir. Ulduz Yaqubzadə öz ifadələrində göstərmişdir ki, "Hər şey babasının xəstələnməsi və anasının babasıgilə getməsi ilə başladı. Sonra babasının vəziyyəti ağırlaşdı və anası babasıgildə qalası oldu. 31 dekabr anası bayram yeməyi təşkil etdi. Birlikdə yığışıb bayram keçirdikdən sonra yanvar ayının 1-də anası ilə atası arasında mübahisə başladı. O, hadisəyə müdaxilə etməli oldu. Ondan sonra otaqdan paltarlarını çamadana qoydu və anası da 1-2 paltarını götürdü. Evdən çıxmaq istəyəndə atası ona anası ilə gedəcəyini və ya evdə qalacağını soruşdu. O isə anası ilə gedəcəyini bildirdi və ondan sonra qardaşı da onlarla gedəcəyini söylədi. Bundan sonra atası daha da hiddətləndi və evdən çıxanda evin və avtomobilin açarlarını onlardan aldı. Nəhayət anası, qardaşı və o, axşam üstü evdən çıxıb taksi ilə xalasıgilə gəldilər. Daha sonra 15 aprel atasını yığıb, evə gəlib paltarlarını götürəcəyini söylədi. Atası da nə vaxt istəsə gəlib götürə biləcəyini bildirdi. O, evə gedib paltarlarını götürdü və çıxanda atasından qızılları nə vaxt verəcəyini soruşdu. Atası da bildirdi ki, o, anasının qızıllarını verib. O isə elə bir şey olmadığını söylədi. ....Qızıllarseyfdə olurdu. Seyf də valideynlərinin otağında olurdu. Evdən gedəndən sonra cəmi evə 1 dəfə gedib. 1 dəfə də atası özü 2 karobka əşya göndərmişdi. Onun da içində qızıllar yox idi.” İddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcudluğunu və evdən münaqişə baş verməsi ilə əlaqədar anası ilə çıxarkən qızılzinət əşyalarının məhz cavabdehdə qaldığını göstərən X8 ifadələrinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi cehiz əşyalarla bağlı hissədə ümumiyyətlə heç bir araşdırma aparmamış, sadəcə qətnamədə qeyd etmişdir ki, “məhkəmə tərəfindən iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, cehiz əşyalarının siyahıya alınması ilə bağlı müvəqqəti təminat tədbiri ilə müraciət etmək istəməmələrini, cehiz əşyaları ilə bağlı cavabdehin izahatlarının daha səmimi olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmir." Bu mövqedən çıxış edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “cehiz əşyalarının siyahıya alınması”, başqa sözlə “siyahıya alınma” müvəqqəti təminat tədbiri kimi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, müvəqqəti təminat tədbirinin tətbiqininin, iddianın təmin edilməsi üçün əsas hesab edilməsi də absurd xarakter daşıyır.T ərəflərindən cehiz əşyalarının məhz cavabdehdə qalmasını təsdiq edən kifayət qədər sübutlar, xüsusən cavabdehin özünün məhkəməyə təqdim edilən audio yazısı məhkəmə tərəfindən qiymətləndirilməmişdir. İddianın bu hissəsi ilə bağlı “cavabdehin izahatlarının daha səmimi olduğunu” bildirən hakimin, bu səmimiyyəti hansı kriteriyalar əsasında müəyyən etdiyini, iş üzrə qızıl-zinət və cehiz əşyalarının iddiaçı tərəfindən aparılması barədə heç bir sübut təqdim etməyən cavabdehin izahatlarının səmimiliyini hakimin necə anladığını qətnamədə aşkar etməyə müvəffəq olmamışıq. Beləliklə, birinci instansiya məhkəməsi işə birtərəfli və subyektiv yanaşmış, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə nədənsə, iş üzrə cavabdehin qızıl-zinət əşyalarının mövcud olması və həmin əşyaların iddiaçı tərəfindən aparılması barədə izahatlarını diqqətdən kənarda qoymuşdur. Cavabdeh qızılların mövcudluğunu və həmin qızılların iddiaçı tərəfindən aparıldığını aşkar etiraf etsə də, məhkəmə əsassız olaraq qızılların mövcudluğunun təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Digər tərəfdən, qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalması hissəsinə gəlincə, məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrini mötəbər hesab etmir və hesab edir ki, şahidlər iddiaçının qohumlarıdır və onlar (iddiaçı evdən çıxarılmasının) hadisənin şahidləri olmamışlar. Lakin, nədənsə (səbəbi onlara bəlli deyil) məhkəmə, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış və hadisənin bilavasitə şahidi olmuş övladları X8 ifadələrinə heç bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi cehiz əşyalarla bağlı hissədə ümumiyyətlə heç bir araşdırma aparmamış və bu hissədə “cavabdehin izahatlarının daha səmimi olduğunu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə, şahid ifadələrinə, cavabdehin etiraflarına, işdə olan audio yazıya lazımi qiymət verməməsi, iş üzrə səhv nəticəyə gəlməsini tam təsdiq edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, birinci instansiya məhkəməsinin qətnaməsində qızıl-zinət əşyalarının mövcudluğunun sübut edilmədiyinin qeyd edildiyini, lakin qətnamənin 5-ci səhifəsində cavabdehin izahatlarının öz əksini tapdığını, cavabdehin qızılların mövcudluğunu etiraf etdiyini və iddiaçının qızılları götürüb apardığını bildirdiyini diqqətə çatdırmışdır. Bundan əlavə bildirmişdir ki, cavabdeh qeyd edir ki, iddiaçı qızılları götürüb aparıb, bu halda Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə sübutetmə yükü cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsi isə sübutetmə vəzifəsini iddiaçının üzərinə qoymuşdur. Qızıl-zinət və cehiz əşyaları iddiaçı tərəfindən götürülməmişdir, bu iş materiallarında olan səs yazısı və tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmış övladlarının məhkəmədə verdiyi ifadəsinə əsasən sübut edilir. Cavabdeh izahatlarının birində qeyd edib ki, qızıl-zinət əşyaları şişirdilib, yəni cavabdeh qızıl-zinət əşyalarını qismən qəbul etməyib. Eyni zamanda bildirmişdir ki, müvəqqəti təminat tədbiri iddianın bütünlükdə təmin edilməsinin əsası kimi çıxış etmir və məhkəmə sübutlara baxmadan tərəflərdən hansının izahatında daha səmimi olduğunu müəyyən edə bilməz, birinci instansiya məhkəməsi ekspertiza təyin edib, qızılların qiymətini müəyyən edib, cehiz əşyaları ilə bağlı araşdırma aparıb, daha sonra isə birdən-birə sübut olmadığını qeyd etmişdir. Qeyd edilən səbəblərdən qətnaməni əsaslı hesab etmədiklərini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı 2001-ci ildə cavabdehlə nikah münasibətlərinə daxil olduqlarını, 2015-ci ildə Ağ şəhərdə yeni mənzil aldıqlarını və iddia ərizəsində qeyd edilən cehiz və qızıl-zinət əşyalarının hamısını həmin mənzilə apardığını, 2022ci ilin yanvar ayının 1-nə qədər həmin mənzildə yaşadıqlarını bildirmişdir. Cavabdehlə aralarında yaşanan münaqişə nəticəsində evdən çıxarıldığını, evdən çıxarılarkən evin və maşının açarının ondan alındığını, özünə məxsus heç bir əşya götürmədiyini, yalnız övladlarının əşyalarının bir qismini götürdüyünü bildirmişdir. Cavabdehlə aralarında olan gərginliyin keçəcəyinə ümid etdiyi, bu vəziyyətə gəlib çıxacağını düşünmədiyini qeyd etmişdir. Cavabdehlə barışıq sazişi bağladıqda qızıl-zinət və cehiz əşyalarının tələb etməməsinə münasibətdə isə bildirmişdir ki, cavabdehin maddi vəziyyətinin kifayət qədər yaxşı olduğundan həmin sözügedən əşyaları qaytarmayacağını düşünməmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini əsassız hesab etdiklərini, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürüldüyünü, cehiz əşyalarının isə hal-hazırda iddiaçının yaşadığı evdə olduğunu bildirmişdir. Bundan əlavə bildirmişdir ki, tərəflər arasında birgə nikah dövründə əldə edilən əmlakların bölünməsinə dair barışıq sazişi mövcuddur və barışıq sazişi bağlanarkən iddiaçı hal-hazırda tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının qaytarılmasını tələb etməmişdir.

9. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş səs yazısı dinlənilmişdir. Cavabdehin öz vəkili ilə danışdığı ehtimal edilən səs yazısında cavabdeh tərəfindən əşyaların veriləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 həmin səs yazısında iddiaçı tərəfindən tələb edilən əşyalardan söhbət getdiyini, cavabdehin nümayəndəsi vəkil X3 isə səs yazısında qeyd edilən əşyaların iddiaçıya aid şəxsi geyim və sair əşyalar olduğunu qeyd etmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-159, 164, 165, 225; Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi və faktiki əsası müəyyən olunmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, əşyaların cavabdehdə olmasına və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (şahidlər dinlənilib, ekspertiza təyin edilsə də) görülsə də, birmənalı təkzibedilməz nəticə hasil olmamış, dayanıqlı sübutların olmaması və barışıq sazişi zamanı tələbdə qeyd edilən əşyaların müzakirə edilməməsi iddianın təmin edilməsini istisna etmişdir. Qeyd edilməlidir ki, istinad edilən səs yazısı subyekt və mahiyyət baxımından iddia edilən əşyaların nəzərdə tutulmasını müəyyən etmir, iddiaçı evdən çıxan və tanışları (qohumları) yanına gələn zaman müəyyən əşyaları götürdüyünü özü və şahidlər qeyd etmişdir, deməli qızıl –zinət əşyalarını da götürmək imkanına malik olmuşdur. Onun qızıl-zinət əşyaları üzərində sahiblik hüquqlarının pozulmasına yönəlik şərait müəyyən edilmədiyindən öz əşyaları üzərində sahiblikdən irəli gələn mülki məsuliyyət onun özünə mənsubdur. Bu hallar cehiz əşyalara da şamil edilir. Həmçinin, bu əşyaların birgə nikah dövründə 22 il ərzində olan çeşidinin dəyişməz qalması da özü-özlüyündə sual doğurur.

13. Qeyd edilənlər müstəvisində xüsusi olaraq diqqətə çatdırılmalıdır ki, əmlak bölgüsü ilə bağlı sazişin bağlanılması zamanı hazırda mübahisələndirilən əşyalar barəsində iddiaçının susması onun bu əşyaların gələcək taleyi ilə razılaşdığını ifadə edir və ümumiyyətlə qeydşərtsiz bağlanmış sazişin mövcudluğu birgə nikah dövründə əmlak hüquqlarının, bununla da sazişdə qeyd edilməyən əmlakın ümumiliyini və ya şəxsi olmasını (mübahisəni) istisna edilir. Təsadüfi deyil ki, sazişin şərtlərinə görə sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə bağlı bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişinin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan, bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər (saziş 4-5ci bənd).

14. Kollegiya hesab edir ki, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan suiistifadəyə xidmət edir. Mülki Məcəllənin göstərişlərinə əsasən isə: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-145/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar