Məhkəmə qərarları › İş №2(103)-3122/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3122/2024

10.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3122/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı işi üzrə Açar sözlər: (“hərracın nəticələrinin etibarsız hesab edilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-575/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq (dəqiqləşdirilmiş), «Chevrolet Aveo» markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabatının və "xxxx"nin hərrac nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li yekun Protokolunun etibarsız hesab olunması, avtomobilin qalib alıcısı Cavabdeh5 geri alınması, təkrar hərrac keçirilməklə avtomobilin satılması, bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edillməsini xahiş etmişdir.

2. Cavabdeh "xxxx" ASC iddia müddətinin tədbiqi barədə ərizə vermişdir.

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-575/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 185.5, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əvvəla, iddiaçı mübahisələndirdiyi sənədləri tam şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən hərraç sənədlərinin qovluğunun məhkəməyə təqdim edilməsi tapşırılsa da, iddiaçı bunu etməmişdir. Avtomobilə baxış keçirilmiş və avtomobilin real vəziyyəti (istismara qismən yararlı olduğu) tam şəkildə təfsir edilmişdir. İddiaçı özü də İsmayıllı rayon Məhkəməsində avtomobilin qəzaya düşməsini bildirmişdir. Bundan başqa, avtomobil ikinci hərracda qiymətləndirici şirkət tərəfindən qoyulmuş qiymətdən xeyli yüksək qiymətə satılmışdır. Odur ki, iddianın avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabatının etibarsız hesab edilməsi barədə hissəsi rədd edilməlidir. Hərracın keçirilməsində hansı pozuntuların baş verməsinə dair iddiaçı tərəfindən məlumat verilməmiş, ümumiyyətlə qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsinin hüquqi əsasları göstərilməmişdir. Məhkəmə araşdırması zamanı avtomobilin artıq başqa bir mülkiyyətçisinin olduğu müəyyən edilmiş, Cavabdeh5 olmayan əmlakın ondan hansı qaydada geri alınması və həmin əmlaka dair yeni hərracın hansı qaydada keçirilməsinə dair iddiaçı tərəfindən hər hansı bir məlumat verilməmişdir. Bank tərəfindən iddia müddətinin tədbiqinə dair ərizə verilmişdir. Lakin, məhkəmə iddia tələblərinin heç birinin Banka yönəlmədiyini nəzərə alaraq həmin ərizəni ümumiyyətlə müzakirəyə çıxartmamışdır.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İsmayılİ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı 9710,87 ABŞ dolları məbləğində əsas borc, 120,21 ABŞ dolları məbləğində faiz borcu və 1,40 ABŞ dolları məbləğində cərimə olmaqlla, cəmi 9832,48 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq "xxxx"-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan «Chevrolet Aveo» minik markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi qət edilmişdir.Həmin qətnamədən görünür ki, İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul etmiş, adıçəkilən avtomobilin qəzaya uğraması barədə məlumat vermişdir; - İcra vərəqəsi icra edilməsi üçün İsmayıllı rayon icra şöbəsinə göndərilmiş, sonradan Bankın xahişi əsasında (avtomobil Sabunçu rayonunun ərazisindəki dayanacaqda yerləşdirildiyindən) Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir; - Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə icraat başlanılmış, eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, xx.xx.2017-ci il tarixli qərarla avtomobilin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmişdir; - "xxxx" MMC tərəfindən adıçəkilən avtomobilə xx.xx.2017-ci il tarixdə baxış keçirilməklə, xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabat tərtib edilmiş və əmlak 4*** manat məbləğində qiymətləndirilmişdir. Həmin hesabatdan görünür ki, avtomobilə baxış keçirilmiş, avtomobilin istifadəyə qismən yararlı olduğu, bəzi hissələrinin yerində aşkar olunmadığı, bəzi hissələrində cızıqların, batıqların, boyasının solmuş vəziyyətdə, istifadəyə tam yararlı olması üçün təmirə ehtiyacının olduğu müəyyən edilmişdir; - "xxxx" MMC tərəfindən iki dəfə hərrac keçirilmişdər - xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərdə. Həmin hərracın keçirilməsinə dair 01/1867 və 01/2008 №-li bildirişlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı elanlar «Birja yenilikləri» qəzetində dərc edilmiş, bildirişlər iddiaçıya ünvanınmış (İsmayıllı rayonu, Kürdmaşı kəndi), hərrac qovluğu iddiaçı tərəfindən təqdim edilmədiyindən bildirişlərin iddiaçıya çatıb-çatmamasını müəyyən etmək olmamış, lakin iddiaçı da həmin bildirişlərin ona çatdırılmamasını iddia etməmişdir; - Əmlakın ilkin satış qiyməti 4*** manat müəyyən edilməsinə baxmayaraq, avtomobil ikinci hərracdan xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh5 tərəfindən 6400 manata alınmışdır; - Cavabdeh1, "xxxx" MMC və Cavabdeh5 tərəfindən «Açıq hərracının nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li Protokol» imzalanmışdır; - Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarına əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir; - Bankın şikayəti əsasında İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(037)-38/2023 №-li qərardadı ilə Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, iş № 2(008)-575/2024 nömrəli qətnaməsinin ləğv iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3; Mülki Prosessual Məcəlləsinin 13.7, 217, 357, 360, 362, 385.1.1, 385.1.2-ci maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48, 15.1, 41; “Banklar haqqında” qanunun 1.0.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, kredit götürdüyü zaman işləyir, işini itirdiyi üçün vəziyyətində problemlər yaranmışdır, imkanı olmadığına görə banka olan borcunu ödəyə bilməmişdir. 2012-ci ilin avtomobili 2007-ci il kimi yazılaraq saxtakarlıq etmişdir. Daha sonra qiymətləndirmə düzgün aparılmamış, sənədlərə müdaxilə olunmuşdur, göstərilən avtomobil onun deyildir. Başqa avtomobil qoyulmuşdur. Avtomobil yeni olduğu halda, il yarımın maşınıdı, real bazar qiyməti 16*** manat olduğu halda 4*** manata satılmışdır. Buna razılığı olmamışdır. Avtomobilin yağını dəyişdirdiyi zaman əlindən alınmışdır. Halbuki ilkin ödəniş etmişdir. Onun ilkin ödənişi verilsin, ya da maşını qaytarılsın. Bank tərəfindən faizlər və cərimələr həddindən artıq şişirdilmişdir, hazırkı vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə həmin yanlışlıqları aradan qaldırmaq üçün heç olmasa işi ekspertizaya göndərərək mütəxəssis rəyi almalı olduğu halda, bunu etməmiş, təkcə bir cavabdehin nümayəndəsinin dediklərinə və yalandoğru təqdim etdiyi sənədlərə formal mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmənin hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır, boş mülahizələrə istinad edilən sözügedən qətnamə ləğv edilməlidir. Eyni zamanda, əmlakın ilkin satış qiyməti 4*** manat müəyyən edilməsinə baxmayaraq, avtomobil ikinci hərracdan xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh5 tərəfindən 6400 manata alınmışdır. Cavabdeh1, "xxxx" MMC və Cavabdeh5 tərəfindən «Açıq hərracının nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 Ns-li Protokol» imzalanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarına əsasən ismayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə əsas cavabdehlərin məhkəmədə iştirakının təmin olunması üçün tədbir görməmiş, cavabdehlərin iştirakı olmadan məhkəmə prosesini aparmışdır və bununla da onların sübutlarının təqdim olunması, hərracın aparılmasından, saxtakarlıqların ortaya çıxması, bank borcunun hansı səbəbdən bu qədər yığılıb qalması və s. halların araşdırılması imkanından məhrum etmişdir. Məhkəmənin iş üzrə cavabdehlərin məhkəmə prosesində iştirakının təmin etməməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan avtomobilin hərrac vasitəsi ilə realizə edilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə sifariş verilməsi və hərracın baş tutulmaqla əmlakın satışının həyata keçirilməsindən iddiaçının məlumatı olmamışdır, “ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla keçirilmiş hərracdan məlumatı yalnız cavabdehə ismayıllı rayon məhkəməsinə Bank tərəfindən verilən iddiadan sonra olmuşdur. Həmin ərizə ilə bank borcunu iddiaçı tərəfindən ödənilməsini tələb etmişdir. Yalnız bundan sonra cavabdeh Bank tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, hərrac “ipoteka haqqında Qanunun“ tələblərinə zidd olaraq keçirilmiş, alıcı tərəfindən ipoteka saxlayana ödəniş tam həyata keçirilməmişdir. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, əsas öhdəliyə xitam verilmədiyindən ipoteka predmetinin girovdan azad olunması mümkün deyil. İşəbaxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd etdikləri bu halların heç birini nəzərə almamış və iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz. İşin mübahisəsiz halı bundan ibarətdir ki, bankın məhkəməyə təqdim etmiş olduğu hesabatlarda yanlışlıqlar mövcuddur ki, məhkəmə həmin yanlışlıqları aradan qaldırmaq üçün heç olmasa işi ekspertizaya göndərərək mütəxəssis rəyi almalı olduğu halda, bunu etməmiş, təkcə bir cavabdehin nümayəndəsinin dediklərinə və yalan-doğru təqdim etdiyi sənədlərə formal mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, hakim həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə İddiaçının maraqlarına toxunan səhv qətnamə qəbul etmişdir. Hesab edirik ki, məhkəmə cavbdehlərin məhkəmədə iştirakının təmin olunması üçün tədbir görməmiş, cavbdehlərin iştirakı olmadan məhkəmə prosesini aparmışdır və bununla da bizim sübutlarımızın təqdim olunması, bank borcunun hansı səbəbdən bu qədər yığılıb qalması və s. halların araşdırılması imkanından məhrum etmişdir. Bankın məhkəməyə təqdim etmiş olduğu hesabatlarda yanlışlıqlar mövcuddur ki, məhkəmə həmin yanlışlıqları aradan qaldırmaq üçün işi ekspertizaya göndərərək mütəxəssis rəyi almalı olduğu halda, bunu etməmiş, təkcə iddiaçının nümayəndəsinin dediklərinə və yalan-doğru təqdim etdiyi sənədlərə formal mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmənin iş üzrə cavbdehlərin məhkəmə prosesində iştirakının təmin etməməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Bankın məhkəməyə təqdim etmiş olduğu hesabatlarda yanlışlıqlar mövcuddur ki, məhkəmə həmin yanlışlıqları aradan qaldırmaq üçün heç olmasa işi ekspertizaya göndərərək mütəxəssis rəyi almalı olduğu halda, bunu etməmiş, təkcə iddiaçının nümayəndəsinin dediklərinə və yalandoğru təqdim etdiyi sənədlərə formal mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Mülki Prosessual Məcəllədə məhkəmə qətnaməsi üçün ən əsas tələb onun qanuni və əsaslı olmasıdır. Lakin qeyd etdikləri dəlillərə əsasən cavabdehə münasibətdə mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

6. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətinə etiraz vermiş və etiraz ərizəsində qeyd etmişdir ki, aşağıda qeyd olunan əsaslara görə şikayətin dəlilləri əsassızdır və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(008)- 575/2024 saylı qətnaməsi baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktları əks etdirir, iş üzrə müəyyən edilən faktlar və qətnamədə göstərilən hallar işin materiallarına tam uyğundur və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. 1. şikayətçi Bank tərəfindən təqdim etmiş hesabatda yanlışlıqların olduğunu iddia edir. Bununla əlaqədar qeyd edilməlidir ki, şikayətdə göstərilən bu dəlil uydurma və yalandır. Belə ki, qoşmada əlavə olunan xx.xx.2017-ci il tarixli 184-1 saylı "xxxx" MMC-dən olan məktubdan müəyyən etmək olur ki, hətta həmin dövrdə hesabatda olan texniki səhvə dair qiymətləndiriçi müəssisə İcra şöbəsinə müraciət etmişdir, məktubda qeyd edilir ki, texniki səhv nəticəsində avtomobilin istehsal tarixi 2012-ci il əvəzinə 2007-ci il kimi qeyd edilmişdir. Göründüyü kimi şikayətçinin bu dəlili uydurma və yalandır, Bank tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. 2. şikayətçi məhkəmə prosesindən xəbəri olmamasını iddia edir. Borclu öhdəliklərinin icra etməməsi səbəbindən Bank məcbur olub məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətində göstərdiyi bu dəlil də heç bir hüquqi əsası yoxdur, uydurma və yalandan ibarətdir. Belə ki, xx.xx.2014-cü il tarixli 2(037)- 348/2014 saylı İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən müəyyən etmək olur ki, iş üzrə məhkəmə proseslərində cavabdeh İddiaçı iştirak etmiş, iddianı qismət qəbul edərək, izahatlarında “onun tərəfindən avtomobilin təmirinə, həyat yoldaşının müalicəsinə xeyli miqdarda xərci çıxdığından hadisə baş verəndən sonra krediti ödəyə bilməmişdir. İmkanı daxilində krediti hissə-hissə ödəməyi öhdəsinə götürür” (qətnamə iş materiallarına əlavə olunub). Sonradan cavabdeh tərəfindən qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 573/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir (qətnamə iş materialarına əlavə olununb). Göründüyü kimi şikayətçinin bu dəliləridə uydurmadır, artıq 10 ilə yaxın müddət keçmişdir, və qanunvericilikdə nəzərdə tutulan bütün müddətlər ötürülmüşdür. Bu səbəbdən də hazırkı apellyasiya şikayəti təmin edilə bilməz. İş materiallarından da aydın olduğu kimi, tam həcmdə fəaliyyət qabiliyyəti olan İddiaçı müqavilə azadlığı əsasında imzaladığı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə özü üçün öhdəliklər və mülki vəzifələr yaratmışdır. Bundan başqa, hazırda qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014-cü il tarixli qətnamə üzrə İddiaçı Banka borcu mövcuddur. Beləliklə yuxarıda qeyd olunanlardan və eləcə də işin faktiki hallarından göründüyü kimi apellyasiya şikayətində irəli sürülən dəlillərin nə hüquqi, nə də faktiki əsası yoxdur və elə bu səbəbdən də birinci instansiya məhkəməsinin qanuni, əsaslı və eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsaslar yoxdur, apellyasiya şikayəti rədd edilməlidir. Odur ki, şərh edilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin tələblərinə istinadən apellyasiya şikayəti təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 575/2024 saylı qətnaməsi qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 1002-16340/8 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna və İsmayıllı rayon Məhkəməsinin 2(037)-348 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» MMC tərəfindən tərtib olunmuş 309 saylı xx.xx.2017-ci il tarixli İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatında texniki səhvə yol verilmişdir. Chevrolet Aveo” markalı **- DL-*** nömrə nişanlı avtomobilin buraxılış ili 2007-ci il kimi göstərilmişdir. Chevrolet Aveo” markalı **-DL-*** nömrə nişanlı avtomobilin buraxılış ilinin 2012-ci il kimi qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, İsmayıllı rayon məhkəməsinin qətnaməsindən məlumatlı olmadığını, həmin qətnamədən şikayət vermədiyini, avtomobilin qətnamə çıxmamışdan qabaq onun əlindən alındığını, avtomobilin il yarımın maşını olduğunu, heç bir qəza törədilməsi halının olmadığını, qiymətləndirmə xidməti tərəfindən avtomobilin buraxılış tarixinin 2012-ci il əvəzinə bilərəkdən 2007-ci il tarixi kimi göstərməklə ucuz qiymətə dəyərləndirildiyini, qiymətləndirmə hesabatının bu səbəbdən etibarsız hesab edilməli olduğunu, hərrac keçirilməsindən də məlumatı olmadığını, avtomobilin qiyməti yalnış qeyd edildiyindən hərracın nəticələrinin də etibarsız hesab edilməli olduğunu qeyd etmişdir. Avtomobilin hal-hazırda bazar dəyərinin 16*** olduğunu, heç bir məhkəmə prosesində, heç bir satışda iştirak etmədiyini qeyd etməklə, avtomobilin alınması üçün ilkin ödəniş etdiyini, həmin ödənişin də, maşının da əldən getdiyini, bu halda yenidən banka ödəniş etməli olmadığını, icra sənədi üzrə icraata 2019-cu ildə xitam verildiyini, bankın isə 4 il sonra iddia qaldırdığını bildirmişdir. İddiasının əsasını maşının qiyməti müəyyən etdiyini, maşının qiymətindən narazı olduğunu, vəzifəli şəxslərin hərəkətlərindən cinayət təqibi qaydasında şikayət verdiyini qeyd etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 rayon Məhkəməsinin qətnaməsində iddiaçının məhkəmədə iştirak etdiyinin, iddianı qismən qəbul etdiyinin, borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını məhkəmədən xahiş etdiyinin qeyd edildiyini və X5 Mülki Kollegiyasının 23 may 2016-ci il tarixli qətnaməsinə əsasən həmin qətnamədən iddiaçının şikayət verdiyinin müəyyən olduğunu bildirir. Maşına dair münasibətdə isə bildirmişdir ki, ekspert hesabatında qeyd edilib ki, istifadəyə qismən yararlı avtomobildir, təmirə ehtiyacı var, bəzi yerlərində cızıqlar, batıqlar var, qüsurlu avtomobildir, bütün bu sübutlar məhkəməyə təqdim edilmişdir. İcra məmuru icraata xitam verdiyini və həmin qərardan bankın şikayət verdiyini,məhkəmə tərəfindən isə icra hərəkətlərinin davam etdirilməsinə dair qərar qəbul edildiyini, hərrac nəticəsində avtomobili əldə edən şəxs İsmayılov Şahinin birinci instnasiya məhkəməsində dindirildiyini və onun avtomobili hərrac vasitəsilə əldə etdiyini bildirdiyini qeyd etmişdir. Qiymətləndirmə hesabatında avtomobilin buraxılış ili kimi 2007-ci il qeyd edilməsi halının texniki yanlışlıq olduğunu, icra sənədində buraxılış tarixi kimi 2012-ci il qeyd edildiyini, birinci instansiya məhkəməsində iş hərtərəfli araşdırıldığını və qətnamənin əsaslı olduğunu bildirmişdir.

10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3, 28, 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qeyd edilməlidir ki, iddaçı iddia tələbi üzrə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması və onlara münasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu müfəssəl əks etdirməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının, məsuliyyət həddindən kənar səbəblərdən öncə, öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməli, onun hansı hüquqlarının pozulmasını təsbit etməlidir. İddiaçı mübahisənin əsası kimi ipoteka predmeti qiymətinin qiymətləndirici tərəfindən düzgün qoyulmadığını göstərsə də, iş materiallarında olan qərardan görünür ki, məhkəmədə iştirak edən iddiaçı ipoteka predmetinin qəzaya uğradığını bildirmişdir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka predmeti qiymətləndirildiyindən baha satılmışdır. İddianın əsasını ipoteka predmetinin satışından sonra qalıq qalmış borcun bank tərəfindən tələb edilməsdir. Belə ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarına əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmiş, lakin Bankın şikayəti əsasında İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(037)-38/2023 №-li qərardadı ilə Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra tədbirləri davam etdirilməsi qərara alınmışdır.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319, 415, 416-cı maddələrinə əsasən: 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

14. “İpoteka haqqında” Qanun aşağıdakı maddələri nəzərə alınmalıdır: 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər; 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

15. Beləliklə, iddiaçı qiymətlətləndirmə barədə hesabatı illər keçdikdən sonra mübahisələndirsə də, onun əsaslarına dair təkzibedilməz dəlillər irəli sürməmiş, icra icraatı prosesində iştirak etmək hüququna rəğmən qiymətləndirmə proseduruna etiraz etməmiş və mahiyyəti üzrə hərracın keçirilməsində ona münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Mülki Məcəllənin göstərişlərinə əsasən isə: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

16. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 575/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar