Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3125/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aydin qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: bağışlamadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlamadan imtina, müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 saylı, 6 fevral 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evini Cavabdeh bağışlamışdır və müqaviləni Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 imzalamışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2020-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1589/2024 saylı qətnaməsinə əsasən Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında xx.xx.2000-ci il tarixdə 1794 saylı akt qeydinə əsasən Səadət Sarayı tərəfindən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh saxlanılması və tərbiyə edilməsi üçün anası Qanuni nümayəndə1 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Qanuni nümayəndə2 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Qanuni nümayəndə1 ödənilməsi qət edilmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4555/2024 saylı qətnaməsinə əsasən iddiaçı Qanuni nümayəndə1 cavabdeh İddiaçı qarşı "bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma" tələbinə dair 2(008)-4555/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Aydin qızı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 Vaqıf qızı və Qanuni nümayəndə2) arasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-Ə-1151 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinanın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh - qardaşı oğludur, onun qanuni nümayəndələri olan Qanuni nümayəndə1 qardaşının keçmiş həyat yoldaşı, Qanuni nümayəndə2 isə qardaşıdır. Onlar uzun müddət ailəli olmuşlar, birgə nikahlarından 2 uşaqları olmuşdur. Qardaşı uşaqlarından biri artıq yetkinlik yaşına çatmış qızları Selcan, digəri isə hazırda cavabdeh olan, yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü oğulları Cavidandır. Cavabdehin ata-anası (qanuni nümayəndələri) arasında olan nikah Xətai rayon Məhkəməsinin 2(011)-1589/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh anasının yanında saxlanılmışdır. Cavabdeh tərəflə birlikdə uzun illər valideynlərinə məxsus olmuş, lakin hazırda vərəsəlik qaydasında qardaşı ilə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 9 saylı evin 3 otaqlı, 1 saylı mənzilində (qeydiyyatda olduqları) yaşamışlar. Onlarla münasibətləri çox yaxşı olmuş, maddi cəhətdən həmişə onlara köməklik etmiş, qayğılarını çəkmişdir. O ailə qurmamış, uzun illər yaşadığı həmin mənzilləri miras əmlak kimi valideynlərindən qalmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin ünvanda yerləşən mənzilin yarısı onun, digər yarısı qardaşı Elşənin xüsusi mülkiyyətindədir. Cavabdeh tərəf validenlərindən qalmış həmin mənzildə (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 9, mənzil 1-də) əvvəlcə anası ilə birlikdə, anası vəfat etdikdən sonra isə uzun müddət uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh tərəflə münasibətləri çox yaxşı olmuş, bir-birilərinə can deyib, can eşitmişlər. Qardaşının ailəsinə daim maddi və mənəvi cəhətdən köməklik etmiş, ömrü boyu qazancını onlara sərf etmişdir. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 onunla çox mehriban münasibət yaratmış, inanı qazanmışdır. O də qardaşının ailəsini, möhkəmlətmək, uşaqlarının gələcəkdə əzab-əziyyət çəkməməsini, mənzillə, bağ evi ilə təmin etmək məqsədilə bütün əmlaklarını, o cümlədən mənzillərini, torpaq sahəsi ilə birlikdə bağ evini də onların ailəsinə vermək qərarına gəlmişdir. Ona görə də hazırda mübahisələndirdiyi Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 1635 "B" saylı bağını (0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m. olan bağ evimi) Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi" (reyestr-40-1151) əsasında xx xxxxx 2008ci il təvəllüdlü, 12-13 yaşlı qardaşı oğlu Cavabdeh bağışlamışdır. Cavidan yetkinlik yaşına çatmadığından həmin müqaviləni onun adından qanuni nümayəndələri olan ata-anası (Elşən və Vəfa) imzalamışlar. Bu müqavilə əsasında cavabdeh tərəf bağ sahəsinə dair Cavidanın adına Çıxarış da almışlar. Həmin vaxtdan xeyli müddət sonra da, yəni 2023-cü ilin sonunadək cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 onunla münasibətləri çox yaxşı olmuşdur. Hazırda cavabdeh tərəfdən olan Vəfa onun inamını o dərəcədə qazanmışdı ki, hətta ehtiyatında olan 10 min ABŞ dolları məbləğində pulunu qardaşı Elşənin məlumatı olmadan saxlamaq üçün ona vermişdir. Lakin Vəfa onun icazəsi olmadan həmin pulla faktiki olaraq özü üçün avtomaşın almışdır (anasının adına rəsmiləşdirmişdir). Həmin məbləğlə (17 min manatla əlaqədar) ona qarşı ayrıca iddia tələbi olacaqdır. Keçən il, yəni 2023-cü ilin sonlarında ona məlum olmuşdur ki, Vəfa qardaşı ilə mübahisə edərək yaşadıqları evdən uşaqları ilə birlikdə çıxıb getmişdir. Bundan başqa xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzillərindən birini qardaşı Elşənin qızı Selcana, digər mənzildə olan payını isə hazırda cavabdeh olan Cavidana vəsiyyət etmişdir. Onların ona qarşı haqsız hərəkətlər etdiyinə əmin olduqdan sonra həmin vəsiyyətnamələri də ləğv etdirmişdir.
8. 11.12.2024-cü il tarixdə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı bağ sahəsini bağışlamaqdan imtina edilməsi barədə tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmir edilməsi məhkəmə qaydasında rədd edilməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi hədiyyə alan (cavabdeh) Cavabdeh iddiaçı ilə qohumluq (bibisi) münasibətlərindədir, məhz qohum olduğuna (qardaşı oğlu) görə iddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi bağ sahəsini 2020-ci il tarixdə qardaşı oğluna bağışlamışdır. Bağışlamanın motivində məhz qeyd edilən qohumluq münasibətlər durmuşdur. Cavabdeh ilə iddiaçı hazırda da qohumluq münasibətlərindədir. Cavabdehin qanuni nümayəndəsi kimi bildirir ki, 2000-ci il tarixdən 2024-cü ilin aprel ayınadək iddiaçının qardaşı Qanuni nümayəndə2 ilə rəsmi nikahda olmuş, həmin nikahdan Selcan və Cavabdeh adlı uşaqları anadan olmuşdur. 2024-cü il tarixdə iddiaçının qardaşı ilə olan nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur, nikah dövründə ailə olaraq Xətai rayonu, Xudu Məmmədov küç., ev 9, mənzil 1-də yaşamışlar, iddiaçı isə uzun illərdir ki, Bakı şəhəri Nizami Rayonun ərazisində olan mənzilində yaşamışdır və hazırda da yaşayır. Keçmiş əri Qanuni nümayəndə2 vəfat etmiş valideynlərini istisna etsələr özü, əri Elşən və onunla birgə rəsmi nikahdan anadan olmuş uşaqlarla birlikdə vahid ailə olaraq yaşamışlar. İddiaçı heç zaman ailənin üzvü olmamışdır, onunla bir ailə təsərrüfatında yaşamamışlar, qardaşı Elşən Hüseynzadə ilə nikah münasibətlərinin pozulmasının səbəbləri və məhkəmə qaydasında pozulması dəlillərin birgə rəsmi nikahdan anadan olan Cavidan və Selcan adlı uşaqlarına o cümlədən də İddiaçı heç bir aidiyyəti yoxdur. Nikahları pozulandan sonra bir mənzildə yaşamaqlarının mümkünsüzlüyünü nəzərə alaraq keçmiş əri Elşənə və onun bacısı İddiaçı təklif etmişdir ki, onlar bacı-qardaş sözügedən bağ sahəsindən və mülkiyyətində olan mənzildən istifadə etməklə birgə yaşasınlar, o iki uşağı ilə birlikdə yaşadığı mənzildə yaşamaqda davam etsin, bacı-qardaş hər ikisi bir mənalı olaraq təklifindən imtina etmişdir, hazırda üçünün xüsusi ilə də ayrı-ayrı cinsdən olan uşaqlarla bir darısqal otaqda yaşamağın çətin, mümkünsüz olmasını hesab edərək iddiaçıya qarşı bağ sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Hədiyyəni oğlu Cavidan hədiyyə verən bibisinə və onun yaxın qohumu (eyni zamanda özünün atası) olan qardaşına və digər yaxın qohumuna qarşı ümumiyyətlə cinayət törətməmişdir. Qanuni nümayəndəsi olduğu Cavabdeh hədiyyəni qəbul etmə anında və hazırda da az yaşı həddi büluğa çatmamış şəxs hesab edilir, bu səbəbdən onun özərinə ailə münasibətlərindən irəli gələn vəzifələr qoyula bilməz, Cavidanın hədiyyə alan kimi onun valideynləri onun və atası Qanuni nümayəndə2 arasında eləcə də onun Susan Hüseynovla baş vermiş münasibətlərə hər hansı bir aidiyyəti yoxdur, böyüklər arasında baş vermiş hüquq münasibətlərinə görə azyaşlı Cavabdehlik daşıya bilməz. Faktiki hallarla əlaqədar iddiaçının qeyd etdiyi faktiki halları eləcə də hazırki etirazında istinad etdiyi halları nəzərə alaraq, həmçinin bağışlamaqdan imtina ilə əlaqədar mülki və ailə qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, hədiyyə verən İddiaçı ilə Cavabdeh arasında ailə hüquq münasibətləri deyil qohumluq münasibətləri mövcud olmuşdur və hazırda da var, yəqin ki, həddi büluğa çatandan sonra qohumluq münasibətlərini özü canlı olaraq davam etdirər. Digər tərəfdən hədiyyə alan Cavabdeh bibisi İddiaçı yaxın qohumlarına qarşı ağır və xüsusi ilə ağır cinayət törətməmişdir. Hədiyyə alanın anası olaraq onun keçmiş əri ilə və keçmiş baldızı ilə hazırda mövcud olan münasibətlər hüquqi nəticəyə səbəb olmayan münasibətlərdir ki, bu da qanunvericiliyin tələblərinə cavab verən bağışlama müqaviləsinin pozulmasına əsas ola bilməz. Beləliklə hədiyyə alan yəni Cavabdeh İddiaçı ailə üzvü olmamışdır, bağışlama müqaviləsi bağlanarkən hədiyyə verənə münasibətdə bağışlamanın predmeti ilə bağlı hansı hərəkətlər edəcəyi və etməyəcəyi haqda hər hansı öhdəlik götürməmişdir və nəhayət hədiyyə alan cavabdeh hədiyyə verən iddiaçıya qarşı ağır və xüsusilə ağır cinayət törətməmişdir. Mübahisənin bu halı və yuxarıda göstərdiyi digər hallar baxımından hesab edir ki, bağışlamadan imtina barədə iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. 28.12.2024-cü il tarixdə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 iddianın etiraf edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, Cavabdeh Eəşn oğlunun qanuni nümayəndəsi-atası kimi bildirir ki, iddia tələbini tam qəbul edir. Belə ki, İddiaçı doğma bacısıdır və iddia ərizəsində qeyd olunduğu kimi həqiqətən də o, daim onların ailəsinin qayğısına qalmış, ailəyə maddi və mənəvi cəhətdən dayaq olmuşdur. Həm də bacısı Susan həmişə ailələrinin möhkəmliyinə, maddi cəhətdən təmin olunmasına çalışmışdır. Ona görə də bacısı gələcəkdə də ailələrinin, o cümlədən uşaqlarının (oğlu Cavidanın və qızı Selcanın) çətinlik çəkməməsi üçün də çalışmışdır. O, hazırda mübahisə predmeti olan bağ sahəsini oğlu Cavidana bağışlamış, 2 otaqlı mənzilini isə qızı Selcana, ata evindən olan payını (1/2 hissə) oğlu Cavidana vəsiyyət etmişdir. Oğlu Cavidanın digər qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 da bacısı Susanla münasibətləri daim yaxşı olmuş, bir-birinə etibar etmişlər. Hətta onun xəbəri olmadan bacısı Susan ehtiyatda saxladığı 10 min ABŞ dolları məbləğində pulunu saxlamaq üçün Vəfaya vermiş, lakin o, əmanətə xəyanət edərək həmin pulu mənimsəmişdir. 2023-cü ilin sonlarından Vəfa onunla münasibətlərini pozmağa başlamış və uşaqları ilə birlikdə evdən çıxıb getmişdir. Həmin vaxtlarda da Vəfa boşanmaq üçün məhkəməyə müraciət etmişdir. 2024-cü ilin aprel ayında isə nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavidan anasının yanında qalmışdır. Boşanmadan sonra Vəfa bacısından hazırda mübahisə predmeti olan bağ sahəsini satmaq məqsədilə boşaltmağı tələb etmişdir. Vəfa məqsədinə nail olmadıqda isə bacısına qarşı "ev əşyaları ilə birlikdə həmin bağ sahəsindən çıxarılması” barədə tələblə məhkəmədə iddia qaldırmışdır (Xəzər rayon məhkəməsində). Beləliklə, həqiqətən də iddiaçı olan bacısı İddiaçı ailələrinin möhkəmliyini, uşaqlarının gələcəkdə maddi cəhətdən çətinlik çəkməmələri üçün hazırda mübahisə predmeti olan bağ sahəsini 12 yaşlı oğlu Cavidana bağışlamışdır. Vəfa isə onunla boşandıqdan sonra isə oğlunun qanuni nümayəndəsi kimi hüquqlarından sui-istifadə etməyə başlamışdır. Qeyd olunanlara əsasən bir daha bildirir ki, İddiaçı iddia tələbini tam etiraf edir və belə hesab edirə ki, iddia tələbi tam qanuni və əsaslı olduğundan təmin edilməlidir. Ona görə də xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh qanuni nümyəndəsi atası kimi ona qarşı olan iddia tələbini etiraf etdiyini nəzərə alaraq İddiaçı Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 Vaqıf qızına və Qanuni nümayəndə2 qarşı olan iddia tələblərinin (xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndəlri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2) ilə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0.08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-2-1151 nömrəli reyestrə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinanın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən aldadılmış, qardaşı ilə ailə münasibətlərinin davam edəcəyini, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirəcəyini zənn etmiş və özünə məxsus bağ evini qardaşı oğlu Cavabdeh bağışlamışdır.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
13. Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 iddianın etiraf edilməsi barədə daxil olmuş ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəfin etirafı Cavabdeh maraqları kontekstində mötəbər hesab edilməli deyil. Belə ki, MM-in 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Belə bir razılıq mülki iş materiallarına əlavə edilməmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli əmlak iddiaçının qardaşı oğuna bağışlanmış, iddiaçı tərəf qardaşı ilə digər cavabdehin nikah münasibətlərinə xitam verilməsini, münasibətlərin pisləşməsini qeyd etsə də, əmlakın bağışlandığı Cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi, şəxsən onun tərəfindən iddiaçıya qarşı hər hansı kobud hərəkət və ya hərəkətsizlik edilməsini sübuta yetirə bilməmişdir. Əmlakın bağışlandığı Cavabdeh yetkinlik yaşına çatmayan olmasını nəzərə alaraq məhkəmə ilk növbədə uşağın ən üstün marağı konsepsiyasından çıxış edərək, ata-anası və bibisi arasında olan mübahisənin onun maraqlarının, mülkiyyət hüquqlarının pozmasına şərait yaratmalı olmadığını qeyd etmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 140, 152.1, 324.1, 324.2, 337.1, 337.5, 339.2, 339.3, 354.2, 404.1. 404.2, 430.1, 666.1, 666.2, 668.1, 668.1.1, 673.1, 673.3 və 673.4-cü maddələrinə; 09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli, 2(011)-914/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozulduqda bağışlamaqdan imtina nəzərdə tutulub. Məhkəmə cavabdehin onun etibar və inamından sui-istifadə edərək əmlakını bağışlanma pərdəsi altında ələ keçirməsinə əhəmiyyət verməyərək qanunsuz qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf qardaşının keçmiş həyat yoldaşıdır. Qarşı tərəf boşandıqdan sonra hər iki uşağı ona və atasına qarşı etmiş, uşaqlar onlarla münasibəti tam kəsmişdir. Bundan əlavə qeyd etdiyi kimi qarşı tərəf o, xəstə ağır vəziyyətdə xəstəxanada yatdığı vaxtı onu iki məhkəməyə vermişdir. Həm Xəzər Rayon Məhkəməsinə, həm də Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Buradan görünür ki, qərəzli mövqe tutulmuşdur. Tərəflər boşanmasa idi, qarşı tərəf onu məhkəməyə verməsə idi, məhkəməyə müraciət etməzdi. Bağışlamadan imtina etmək istəyir. Aldanıb, uşağın nervoloji dispanserdə olması ondan gizlədilmişdir. Uşaq özü müstəqil qərar qəbul edə bilmir. Uşağın ancaq qulaqdan qüsurlu olduğunu bilirdi. Ana planlaşdırmışdır ki, mülki gələcəkdə ələ keçirsin. Qarşı tərəf onu sms vasitəsilə təhqir etmişdir. Onu məhkəməyə uşağın anası vermişdir. Uşağın nümayəndəsi də anasıdır. Əgər ananın evi ələ keçirmək niyyəti yox idisə, nəyə görə onu məhkəməyə verir. Ana hazırda uşağı ona yaxın qoymur. Əgər uşağın xəstə olmasını bilsə idi, evi uşaq ailə qurandan sonra bağışlayardı. O zaman ana evi ələ keçirə bilməzdi. Ailə dağılıb deyə müqavilənin pozulmasını istəyir, bağışlamadan imtina edir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli, 2(011)-914/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildimişdir ki, burada göstərilən dəlillər əsassızdır. Qarşı tərəf bildirir ki, uşaqların onlarla əlaqə qurmasına icazə vermir, halbuki onlar böyük uşaqlardır. Uşaqların 17 və 20 yaşları vardır. Mənim uşağımda heç bir problem yoxdur. 11-ci sinifdə oxuyur. Oğlunun əqli qüsuru yoxdur. Uşaq heç bir psixoloji dispanserdə yatmamışdır. Sensor eşitmə zəifliyi vardır. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli, 2(011)- 914/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildimişdir ki, qarşı tərəfin bütün dedikləri mübahisənin predmetinə aid olmayan məsələdir. Hazırda söylənilən dəlillər əsassızdır. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
23.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
24.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25.36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 26.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 27.666.2 və 666.3-cü maddələrinə uyğun olaraq, bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. 28.668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. 29.673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 30.673.3-ci maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündənbir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğve tməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 31.673.4-ci maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmışpredmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32.1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 33.3-cü maddəsinə əsasən, ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur. 34.12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apelyasiya baxışının hədləri
37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 38.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 39.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
42. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
43. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
44. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.
45. Baxılan işdə iddiaçının “cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 vicdanlı davranmayaraq ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozması” mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, bağışlamadan imtina etmək imkanı məhz hədiyyə verən ilə hədiyyə alan arasında olan münasibətləri əhatə edir, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin məhz hədiyyə alan tərəfindən pozulmuş olub-olmamasının araşdırılmalı olduğunu nəzərdə tutur.
46. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, hədiyyə verən mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Beləliklə də hazırki halda iddiaçının qardaşı oğlu – cavabdehin mübahisələndirilən müqavilənin bağlanması nəticəsində zənginləşdiyi, buna baxmayaraq hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini pozan hərəkətlərə yol verdiyi araşdırılmalı, müvafiq nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması, daha sonra isə həmin öhdəliklərin onun tərəfindən pozulması sübuta yetirilməlidir.
47. Məhz yuxarıda sadalanan konkret əsas(lar)ın mövcudluğu, özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur. Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir.
48. Baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir.
49. İş materiallarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin bağlanması məqsədi ilə Qanuni nümayəndə1 tərəfindən aldadılması barədə dəlillər də öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilənin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir; müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
50. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 saylı 6 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev