Məhkəmə qərarları › İş №2(103)-3130/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3130/2021

31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3130/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), və Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin əlli faiz hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)- 3917/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi aliment məbləğinin 50 (əlli) faizi məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından xx xxxx 2018-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Xətai rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, iş №2(011)-4751/2019 saylı qətnaməsi ilə aralarında xx.xx.2017-ci il tarixdə 858 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2018ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı xx xxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək X1 üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdən sonra X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək hər ay 50 manat pulun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4751/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini qismən ləğv edib, alimentin tutulması hissəsində iddia tələbinin 2019-cu il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun müəyyən etdiyi məbləğdə aliment tutulması, iddiaçının özünün də işləməsini nəzərə alaraq aliment ödənişinin 50 (əlli) faizinin iddiaçı Cavabdeh özünə aid edilməsi barəsində yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İş №2(103)-761/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-4751/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli Qətnaməsindən tərəfindən verilmiş Apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-4751/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ‘"cavabdeh İddiaçı uşağın 3 yaşına çatanadək hər ay 50 manat pul tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlə aralarında olan nikah pozulandan sonra cavabdeh uşağın onun yanında qalmasına və onunla ünsiyyət saxlamasına maneçilik törədir. Beləliklə də o, öz çirkin əməlləri ilə övladına mənəvi zərbə vurur, onu ata qayğısından, nəvazişindən məhrum edir. Bütün bunları etməklə o, Ailə qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş olur. Ona görə də, o, övladının gələcəyini düşünərək, onun normal fiziki, əqli, psixi, mənəvi və sosial inkişafı üçün ödəyəcəyi aliment məbləğinin 50 (Əlli) faiz məbləğinin uşağın adına açılmış bank-depozit hesabına yönəldilməsini istəyir. Uşaq özü yetkinlik yaşına çatandan sonra həmin vəsaitdən öz istədiyi kimi istifadə edə bilsin. Hazırda isə aliment ödəyəcəyi təqdirdə həmin alimenti uşağın anası birtərəfli qaydada öz istədiyi kimi istifadə edəcək ki, bu da uşağın gələcəyi üçün yetərli deyildir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-3917/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4751/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 700 manat məbləğində tutulan alimentin 50%-inin xx xxxx 2018-ci il təvəllüdlü X3 adına açılacaq bank hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hazıradək ondan tutulmalı olan alimentin cüzi bir hissəsini ödəmiş, qalan hissəsinin ödənilməsini isə müxtəlif bəhanələrlə uzatmışdır. Birinci instansiya mhəkəməsinin qəbul etdiyi hazırki qətnaməsinin qüvvəsi geriyə tətbiq olunmaqla iddiaçının ödəməli olduğu alimentin 50%-i uşağın bank hesabına köçürüləcəkdir. Bu isə qanunvericiliyə ziddir. Bundan başqa iddia ərizəsində bu tələbin uşağın hansı mənafeyinə xidmət edəcəyi əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehin özünündə işləyərək 2400 manat əmək haqqı aldığını və 700 manat alimentin uşaq üçün çox olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-761/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4751/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4751/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi “cavabdeh İddiaçı uşağın 3 yaşına çatanadək hər ay 50 manat pul tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxx” ASC-si tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabdan görünür ki, “xxxx” ASC-nin əməkdaşı Cavabdeh aylıq vəzifə maaşı 2420 manat təşkil edir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Kollegiya iddiaçının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə istinadla “ödəyəcəyi yüksək aliment məbləğinin 50 faizdən çox olmayan hissəsinin uşaqların adlarına açılmış bank hesabına köçürülməsi” xahişini əsassız hesab edir. Belə ki, həmin normanın tətbiqinin hansı hallarla şərtləndiyi qanunda göstərilməsə də, qanunvericiliyin ümumi prinsiplərinə görə burada da uşağın mənafeyi nəzərə alınmalıdır; yəni, alimentin uşağın mənafeyinə uyğun olmayan şəkildə sərf olunduğu və ondan düzgün (təyinatı üzrə) istifadə edilmədiyi sübuta yetirildiyi təqdirdə, məhkəmə müvafiq qərarı qəbul edə bilər; iddiaçı tərəfindən isə bu cür halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Həmçininin qeyd edilməlidir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. İddiaçından tutulan alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsini saxlamağa xidmət edir və onun yarısının bank hesabına köçürülməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-3917/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin əlli faiz hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi” barədə iddia tələbi təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Qürbət Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar